Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağarcıq
Dağarcıq - keçmişdə ərzaq məhsulunu saxlamaq üçün istifadə olunan qab. Dağarcığı hazırlamaq üçün, bütöv soyulmuş və qurudulmuş qoyun dərsinin, qol yerlərini tikir, boğaz hissəsini isə ərzaq tökə bilmək üçün açıq saxlayırdılar. Qoşqu və minik heyvanlarına yüklənə bilirdi. Hələ e.ə. 3-cü minillikdən meydana çıxan dağarcıq, orta əsrlərdə də Azərbaycanda maldar əhali arasında geniş yayılmış əşya olmuşdur.
Zoğallıq
Zoğallıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.Əhalisi 480 nəfərdir ki onunda 254 nəfəri kişi, 226 nəfəri qadındır.
Əzadarlıq
Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi. Bir ifadə kimi yas həm də vəfat edən şəxsin ardınca təşkil olunan və bir sıra məxsusi elementlər və hərəkətlər toplusu ilə müşayiət olunan rəsmi və ya qeyri-rəsmi tədbirləri də ifadə edir. Bu zaman, əksərən qara rəngli libaslardan istifadə olunur. Lakin dünyanın fərqli yerlərində başqa formada paltarların da məxsusi olaraq yas, yaxud matəm üçün seçildiyi də müşahidə olunur. Şəxsin itkisinin emosional təsirlərinə ən çox məruz qalan şəxs, ya da şəxslərdə sosial fəaliyyətlərdən çəkinmə, özünə qapanma, vəfat edənin xatirəsini yad etmə kimi psixoloji məqamlar özünü büruzə verir. Bəzən sözügedən hadisədən mütəəssir olanların dini rituallara yönəldiyi də məlumdur. Yas mərasimlərinin forması mədəni, coğrafi, habelə dini amillərlə birbaşa bağlıdır. Bununla yanaşı, qeyd olunan mərasimlərin mahiyyəti arasında da bir sıra fərqlər mövcuddur. Məsələn, bəzən hansısa dövlət rəhbərinin vəfatı üzərinə ölkə miqyasında rəsmi matəm elan oluna bilər. Bu zaman bir sıra xüsusi protokol qaydaları əsasında ölmüş rəhbərin xatirəsi ailə üzvlərinin, rəsmi şəxslərin, zaman-zaman kütlələrin iştirakı ilə yad edilir.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Zağalı
Zağalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. Oykonim Qalaça dağının ətəyində qayada sıra ilə düzülmüş 5 zağanın (süni mağaranın) olması ilə əlaqədardır. Kəndin adı "zağalı, mağaralı yer" mənasındadır. Kənd keçmişdə Zağa dərəsi adlanmışdır. Güney Zağalı və Dora Zağalı adlı iki hissədən ibarətdir. Yerli məlumata görə, kənd aran camaatının yaylaq yurdunda məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir. Rayonun ərazisində eyniadlı su anbarı da var. Əhalisinin əksəriyyətini Goranboy (Qaraqucaq, Zəyva kəndləri) və Yevlax (Tanrıqulular kəndi) rayonlarından köçüb gəlmiş ailələr təşkil edir.
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Zabarlı (Şəbüstər)
Zabarlı (fars. زبرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (18 ailə).
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Zağalı
Aşağı Zağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Zağalı (sonra Böyük Zağalı) kəndindən XIX əsrin əvvəllərində yaranmış məntəqədir. == Tarixi == Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız Zağalı kəndi olmuşdur Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar olmuşlar. == Toponimi == Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Zağalı
Yuxarı Zağalı (indiki adı: Aхpradzor) — İrəvan quberniyasının Göyçə mahalında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd həm də Tatar (Azərbaycanlı) Zağalısı adlandırılmışdır. Kənddən 1 km şərqdə qədim bir kəndin xarabalıqları indi də durur. Eyni zamanda Oğuz qəbiristanlığının qalıqları, albanlara məxsus xaç həykəlləri vardır. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il fərmanı ilə kənd ermənicə Ахpradzor adlandırılmışdır. Toponim Azərbaycan dilində "mağara" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin əlavəsi ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Zağalı (Xudabəndə)
Zağalı (fars. زاغه لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (78 ailə).
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.
Aşağı Zağlıq (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıq-i Kürbulaq (Əhər)
Zağlıq-i Kürbulaq (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 223 nəfər yaşayır (40 ailə).
Zağlıq-i Süfla (Əhər)
Aşağı Zağlıq (fars. زگليك سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (15 ailə).
Zağlıq-i Ülya (Əhər)
Yuxarı Zağlıq (fars. زگليك عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (15 ailə).
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.