Aşağı Zağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.[2] Zağalı (sonra Böyük Zağalı) kəndindən XIX əsrin əvvəllərində yaranmış məntəqədir.[3]
kənd | |
Aşağı Zağalı | |
---|---|
40°10′58″ şm. e. 45°38′02″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.920 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız Zağalı kəndi olmuşdur[5][6] Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar olmuşlar.
Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsovak (Göllü) qoyulmuşdur.
Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə Türkiyə və İrandan köçürülən ermənilərin bir hissəsi də Basarkeçər rayonu ərazisində yerləşdirilmişdir. Zağalı kəndinə isə ermənilər 1830-cu illərdən sonra köçürülmüşdür. Bura köçürülən ermənilər Zağalı kəndinin yaxınlığında ayrıca kənd salmış və Zağalı kəndindən fərqləndirmək üçün kəndi Aşağı Zağalı adlarıdırmışlar. Burada ermənilərlə yanaşı azərbaycanlılar yaşamışdır.1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış və azərbaycanlılarla qarışıq yaşamışlar. XX əsrin əvvəllərində onlar çıxardılmışdır.