Göyəm (Zaqatala)
Göyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
== Mədəniyyəti ==
Ərazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır.
Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq.
== Coğrafiyası və iqlimi ==
Göyəm ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.
Nümayəndəliyin ərazisi 3368,6 hektardir.
== Əhalisi ==
Əhalisi 4157 (Göyəm - 1914, Çökək - 935, Sumaylı - 656, Dardoqqaz - 652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır. Dini mənsubiyyəti müsəlman.
Ərazi nümayəndəliyi, RİHB-nin ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
== Din ==
Kənddə Göyəm kənd məscidi dini icması fəaliyyət göstərir.