Zair
Zaqreb
OBASTAN VİKİ
Göyəm (Zaqatala)
Göyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Ərazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır. Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq. == Coğrafiyası və iqlimi == Göyəm ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir. Nümayəndəliyin ərazisi 3368,6 hektardir. == Əhalisi == Əhalisi 4157 (Göyəm - 1914, Çökək - 935, Sumaylı - 656, Dardoqqaz - 652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır. Dini mənsubiyyəti müsəlman. Ərazi nümayəndəliyi, RİHB-nin ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == Din == Kənddə Göyəm kənd məscidi dini icması fəaliyyət göstərir.
Kürdəmir (Zaqatala)
Kürdəmir — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 20 2014-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 75 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kəpənəkçi (Zaqatala)
Kəpənəkçi — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Alazan vadisində yerləşir, Aşağı istiqamətdən Gürcüstan Respublikası, sağdan Qandax, Soldan Yengiyan və Mosul kəndləri ilə həmsərhəddir. Kənddə 1 dini məscid, 1 orta məktəb, 1 tibb məntəqəsi, 1 uşaq bağçası, 1 klub fəaliyyət göstərməkdədir. == Əhalisi == kənddə 224 təsərrüfat var.əhalisi isə təxminən 1100 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Lahıc (Zaqatala)
Lahıc — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Mişleş (Zaqatala)
Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir. 2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Mosul (Zaqatala)
Mosul — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır. Tarixi abidələr: 1781-ci ildə Ədür-Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq. Mosul kəndi, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir. Kəndin ərazisi 2302,6 hektardir. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir. Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar, qeyri-rəsmi məlumatlara əsasən isə ingiloylar təşkil edir.
Muğanlı (Zaqatala)
Muğanlı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Milli tərkibi azərbaycanlılardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Məhsul (Zaqatala)
Məhsul — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Məhsul qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qarasuçay (Zaqatala)
Qarasuçay — Zaqatala rayonu ərazisində çay. Qanıxçayın qoludur.
Qaraçay (Zaqatala)
Muxaxçay (digər adı Qaraçay) — Qanıxçayın sol qolu. Zaqatala rayonu ərazisindən axır. Uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından (2800 m) alır. Başlıca qolları, sağdan Qaraağacçay (uzunluğu 27 km) və Sabınçay, (uzunluğu 12 km) çaylarıdır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50-60%) yaz-yay aylarında keçir, çayda tez-tez sel hadisələri baş verir. Muxaxçaydan suvarma işlərində istifadə edilir.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.
Sabunçu (Zaqatala)
Sabunçu — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin bir hissəsi Zaqatala rayonunun Lahıc kəndinə köçürülmüşdür. Sabunçu kəndinin əhalisini Saxurlar təşkil edir. Saxur dilində danışırlar. 2012-ci ilin dekabrında Zaqatalanın ən ucqar dağ kəndlərindən olan Sabunçu kəndində yeni məktəb binası istifadəyə verilib. Əhalinin əsas məşğuliyyəti fındıqçılıq, bağçılıq və maldarlıqdır.
Şəki-Zaqatala
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır. Rayon ərazisi faydalı qazıntılarla zəngindir.
Əzgilli (Zaqatala)
Əzgilli — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qalal və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Zaqatala itburnusu
Zaqatala itburnusu (lat. Rosa zakatalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Statusu: NT. Hündürlüyü 0,8-1,5 m-ə qədər olan bozumtul qonur əyilmiş budaqlara malik xırda kollardır. Qopartikanları xırda olub qaidə hissəsi enliləşəndir. Yarpaqları 1-2 sm uzunluğunda kiçik yarpaq cıqlardan təşkil olunmuşdur. Yarpaqaltıqları dar və çılpaq, yaşılımtıl sarı rənglidir. Çiçəklər ağ və ya çəhrayımtıldır. Çiçəkləri kiçik olub, tək-tək və-ya 2-3 ədədi bir yerdə olur. Meyvəsi armudvarı, çılpaq, narıncı qırmızıdır.
Zaqatala
Zaqatala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati mərkəzi. 1840-cı ildə şəhər statusu almışdır. Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s.
Uzuntala (Zaqatala)
Uzuntala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir. Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir. Kəndin ərazisi 622 hektardır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır. Kənddə 1 orta məktəb, feldşer-mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır. Kənd XIX əsrdə tikilmiş məscid vardır.
Zaqatala (dəqiqləşdirmə)
Zaqatala
Zaqatala (qəzet)
Zaqatala qəzeti — Zaqatalada nəşr olunan qəzet. “Zaqatala” qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. 1923-cü ildə “Zaqatala kəndlisi” adı ilə fəaliyyətə başlayan qəzet 1962-ci ilədək “Kolxozun səsi”, "Kolxoza doğru", “Bolşevik kolxozu uğrunda” adları ilə çıxıb. 1962-1991-ci illərdə “Qırmızı bayraq” başlığı altında fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə “Zaqatala” adı ilə fəaliyyətini davam etdirir. Qurban Cəbrayıl. "100 yaşlı "Zaqatala" qəzeti". 525-ci qəzet.
Zaqatala PFK
Zaqatala Peşəkar Futbol Klubu — Zaqatala rayonuna aid, Azərbaycan Birinci Liqasında çıxış edən, 2015-ci ildə yaradılmış futbol klubu.
Zaqatala bələdiyyələri
Zaqatala bələdiyyələri — Zaqatala rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edildi. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zaqatala bələdiyyəsi

Zaqatala dairəsi
Zaqatala dairəsi — Azərbaycanın şimal-qərbində, tarixi Car-Balakən camaatlığı və İlisu sultanlığı torpaqlarında rus inzibati idarəçiliyi tərəfindən təşkil olunmuş Zaqatala dairəsi 1917–1918-ci illərdə Rusiya məkanında cərəyan edən və Cənubi Qafqazı da öz təsir dairəsində saxlayan arxitektonik səciyyəli sosial və siyasi proseslər gedişində mübahisə predmeti kimi aktuallıq kəsb edirdi. Zaqatala Milli Komitəsi 28 iyun 1918-ci il tarixində Zaqatala dairəsi əhalisinin Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməyi haqaında olan arzusunu teleqramla Azərbaycan hökumətinə bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 30 iyun 1918-ci ildə qəbul etmiş və Zaqatala dairəsi Azərbaycan Xalq Cümhuriyyətinə birləşmişdir. 1919-cu ilin iyununda mahal Azərbaycan Xalq Cümhuriyyətinin inzibati tabeliyində idi. Lakin Gürcüstan bu mahal haqqında iddia irəli sürürdü. Rusiya ilə Gürcüstan arasında sülh müqaviləsi bağlanarkən əhalinin tərkibi nəzərə alınmadan mahal Gürcüstana verilmişdi. 1921-ci ilin iyununda Tiflisdə Zaqafqaziya respublikalarının daxili sərhədlərini müəyyənləşdirmək üçün konfrans keçirildi. Konfrans qərara aldı ki, Gürcüstan Zaqatala dairəsi barədə hər cür iddialardan əl çəkir. Gürcüstan İnqilab Komitəsi isə bu barədə müvafiq Bəyannamə qəbul etdi. Bununla da Rusiyanın Zaqatala dairəsi barəsində yaratdığı dolaşıqlıq açıldı, qəbul edilmiş ədalətsiz qərar isə ləğv edildi.
Əliabad (Zaqatala)
Əliabad — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır. Tarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi, Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı. Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir. Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır.
Ələsgər (Zaqatala)
Ələsgər — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən Saxurladan ibarətdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
110 saylı Zaqatala seçki dairəsi
111 saylı Zaqatala-Balakən seçki dairəsi
Simurq Zaqatala PFK
Simurq — fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu. 2005-ci ildə təsis olunan Simurq Peşəkar Futbol Klubu isə elə ilk cəhddən birinci dəstədə 3-cü yeri tutaraq Güclülər dəstəsinə vəsiqə qazanıb. 2006–2007-ci illər mövsümündə 9-cu yeri tutaraq Simurq Futbol+ qəzetinin versiyasına görə "İlin sürpriz komandası" nominasiyasının qalibi olub. Ötən mövsüm isə komandamız daha böyük uğur əldə edib. İlk dövrədə turnir cədvəlində 1-ci pilləyə yüksələn Simurq mövsümü yüksək səviyyədə və sabit keçirərək bir il əvvəlki nəticəsini yaxşılaşdırıb və 6–7-ci pillələri bölüşdürüb. Bununla da, "Simurq" "Daşqın"ın uğurunu təkrarlayıb. Öz meydançasında məğlubedilməz imici qazanan Simurq Peşəkar Futbol Klubunun rəhbərliyi infrastukturun inkişafına ciddi önəm verir. Ötən illərdə komanda öz oyunlarını qonşu Şəki və Qax rayonlarında keçirsə də, artıq 2008/2009 mövsümündən rəqiblərini Zaqatalada yerləşən müasir Simurq stadionunda qəbul edir. Stadionun 3500 azarkeş tutumuna malikdir. 2012/13-cü il mövsümünü dördüncü pillədə tamamlayan "Simurq", bu ilə də iddiasını ortaya qoyaraq başlamışdı.
Simurq Zaqatala PİK

Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır. Rayon ərazisi faydalı qazıntılarla zəngindir.
Şəki-Zaqatala iqtisadi rayonu

Şəki-Zaqatala iqtisadi rayonunun faydalı qazıntıları

Zaqatala-Nuxa dairəsi
Zaqatala-Nuxa dairəsi və ya Zaqatala-Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Zaqatala-Şəki dairəsi və ya Zaqatala-Şəki mahalı kimi də anlandırılmışdır. Zaqatala-Nuxa dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Nuxa və Zaqatala qəzalarını əvəz etmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi ləğv edilərək iki yerə — Zaqatala və Nuxa dairələrinə bölünmüşdür.
Zaqatala-Nuxa mahalı

Zaqatala-Şəki dairəsi

Digər lüğətlərdə