Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziyafət
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Ziyafət Abbasov
Ziyafət Abbasov (1 oktyabr 1935, Bakı, Azərbaycan SSR) — rejissor, ssenari müəllifi, baş redaktor, təcrübəçi rejissor, film direktoru, prodüser, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991). == Həyatı == 1 oktyabr 1935-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir. Ziyafət Abbasov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuş, 1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ziyafət Balıyev
Ziyafət Qurban oğlu Balıyev (7 iyul 1965, Yeni Daşkənd, Bərdə rayonu – 13 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş (ölümündən sonra — 15.01.1995) erməni daşnaklarına qarşı vuruşan döyüşçü. == Həyatı == Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1983–1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur.1985–1990-cı illərdə Bərdə rayon 4 saylı ƏNG-da sürücü işləmişdir. 1990–1992-ci illərdə Bərdə rayon DIŞ-də polis baş serjantı olmuşdur. 24 mart 1991-ci ildə PPX taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 13 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Məzarı Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığındadır. Ziyafət Balıyev ölümündən sonra 15 yanvar 1995-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. == Həmçinin bax == "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlərin siyahısı == Ədəbiyyat == Şiruyə Həsənoğlu "Ağlama bülbül, ağlama", Gəncə-1994.
Ziyafət Yaqubova
Ziyafət Yaqubova — Azərbaycan müğənnisi. == Həyatı == Ziyafət Yaqubova hazırda İsveçdə yaşayır.
Ziyafət Əliyeva
Ziyafət Mustafa qızı Əliyeva (15 avqust 1945, Qarabaldır, Vartaşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı == Ziyafət Əliyeva 15 avqust 1945-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. Ailənin 7 övladı olmuşdur. Erkən yaşlarından anasının ağır xəstəliyə düçar olması ailənin böyük övladı olan Ziyafət xanımı ağır sınaqlar qarşısında qoyur. O, mətnliklə və əzimkarlıqla bütün çətinliklərə sinə gələrək özündən kiçik bacı-qardaşlarının həyatda normal mövqe tutmalarında sanki analıq missiyasını yerinə yetirmişdir. 1960-cı ildən əmək fəaliyyətinə kolxozçu kimi başlamışdır. Əmək sahəsində əldə etdiyi uğurlu nailiyyətlər dövlət tərəfindən qiymətləndirilərək orden və medallarla təltif edilmişdir. Orta məktəbi qurtardıqdan sonra ali təhsil almaq arzusu ağır vəziyyətlə əlaqədar ürəyində qalsada bu niyyətinə nail olaraq 1988-ci ildə Gəncə Kənd Təsərrüfatı Univetsitetini itirmişdir. 1983-cü ildə "Qələbə" tütünçülük savxozunda briqadir, 1989-cu ildə həmin savxozun direktoru vəzifəsinə irəli çəkilmişdir. 1993-cü ildən Qarabaldır kalxozu idarə heyətinin sədri işləmişdir.
Ziyafət Əsgərov
Ziyafət Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) —Milli Məclisin deputatı, hüquq elmləri namizədi, professordur. == Həyatı == Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür. 1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda konstitusiya hüququ kafedrasının professorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
Kiyasər
Kiyasər — İranın Mazandaran ostanının Sari şəhristanının Çahardangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,590 nəfər və 913 ailədən ibarət idi.
Niyasər
Niyasər — İranın İsfahan ostanının Kaşan şəhristanının Niyasər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,003 nəfər və 586 ailədən ibarət idi.
Ziyarət
Ziyarət (kitab) — Hamlet İsaxanlının şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. Ziyarət piri — Şahbuz rayonunda pir. Ziyarət (dağ, Daşkəsən) — Daşkəsən rayonu ərazisində dağ. Hündürlüyü 2048 m. Ziyarət (dağ, Göygöl) — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 2040 m. Ziyarət (dağ, Xocavənd) — Xocavənd rayonu ərazisində dağ. Hündürlüyü 2480 m. Ziyarət (çay, Daşkəsən) — Daşkəsən rayonu ərazisində çay.
Ziyarət (kitab)
"Ziyarət" – Hamlet İsaxanlı nın 2009-cu ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. "Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəznlərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yaradan müxtəlif şeirlər daxildir. Epic-lirik "Ziyarət" poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haqqında xatirələri ilə bağlıdır". (Supercildin iç üzündən) == Fəlsəfi şeirlər == Mənası "ye, iç, yat" olan ömür, "Nə dərin həyəсan, nə fəryad / Sevdasız bir həyat – nə həyat?!" kimi vəziyyət şairi qane etmir, o, kitabdakı ilk şeirində, oxucunu arzuları həyata keçirmək üçün fəal həyata çağırır. Həyata adətən nikbin baxan, gözəlikdən ilham alan H.İsaxanlı təbiətə vurğunluğunu ifadə edir Şair səyahəti sevsə də, ordakı gözəllik önündə düşüncələrə dalır, "Amma həyat nə kef, nə tamaşadı / Xeyli turşməzədir həyatın dadı". Fəsillərin dəyişməsi hiss olunmayan Malayziyada qəlbin alışdığı xəzan yoxdur; bu, qəribədir... Digər bir sıra şeirlərində şair dünyanın keçiciliyi üzərində düşünür, ismarıclar edir. Şair bilir ki "Getdiyim yol qırılaсaq / Bir gün tamam bitəсək". Lakin kimlərinsə onu yada salacağını da bilir... Və ya İnsan ömrü boyu öyrənir.
Ziyarət Hüseynov
Ziyarət Mail oğlu Hüseynov (15 may 1994; Biləsuvar rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. == Həyatı == Ziyarət Hüseynov 1994-cü il mayın 15-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. == Hərbi xidməti == Ziyarət Hüseynov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ziyarət Paşayeva
Ziyarət Paşayeva (tam adı: Ziyarət Nağı qızı Paşayeva; 20 aprel 1990, Xaçmaz) — Azərbaycan gənc alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi. == Həyatı == Paşayeva Ziyarət Nağı qızı 1990-cı ilin 30 aprelində Xaçmaz şəhərində qulluqçu (ziyalı) ailəsində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub, 2011-ci ildə həmin universitetin “Bakalavr” pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kompozisiya materialları kimyası” ixtisasının Maqistratura pilləsinə daxil olub, 2013-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Təhsildə əldə etdiyi nailiyyətlərə görə 29 iyun 2013-ci ildə Bakı Dövlət Universitetinin rektorluğu tərəfindən «Fəxri fərmanla» təltif edilmişdir. 2012-ci ildə AMEA-nın Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun “Funksional oliqomerlər” laboratoriyasında kimyaçı vəzifəsində başlamış, hal hazırda qeyd olunan elmi institutda böyük elmi işçi vəzifəsində çalışır. O, "Gənc Alimlər və Mütəxəssilər Şurası"nın fəal üzvüdür. 2013-cü ildə Azərbaycan Respublikası Qadınlarının IV qurultayının nümayəndəsi olmuşdur. 20 fevral 2014-cü ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunda 2304.01- “Makromolekullar kimyası” ixtisası üzrə doktoranturaya daxil olmuş, 2017-ci ilin sentyabr ayının 29-da “İon mayelərindən katalitik sistem və həlledici kimi istifadə etməklə alkil (C1, C4, C8, C10) akrilatların sintezi və polimerləşməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Ziyarət piri
Ziyarət piri — Şahbuz rayonunun Nursu kəndində ziyarətgah. Pirin yerində vaxtilə möhrədən tikinti olmuşdur. Hazırda pir binası bişmiş kərpiclə bərpa olunmuşdur. Girişi şimal tərəfdəndir. İçərisində müsəlman adəti ilə dəfn olunmuş qəbir vardır. İçərisinə xalça döşənmiş və islam müqəddəslərinin şəkilləri asılmışdır. Piri XVIII–XIX əsrlərə aid etmək olar.
May Ziyadə
May Ziyadə (ərəb. مي زيادة‎, 11 fevral 1886, Fələstin, Suriya vilayəti, Osmanlı imperiyası – 17 oktyabr 1941, Qahirə, Misir krallığı[d]) — Nazaretdən yazıçı. Cübran Xəlil Cübranla məktublaşdı.
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
Ziyarət (dağ, Xocavənd)
Ziyarət — Xocavənd rayonu ərazisində dağ. Qarabağ silsiləsinin cənub-şərqindədir. Hündürlüyü 2480 m. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində Dizapayt kimi adı çəkilir. Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilmişdir. Onun dəfn edildiyi məbəd azərbaycanlılar arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu məbədə görə Ziyarət dağı adlanmışdır.
Bəni-Ziyar
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Minotavra ziyarət (film, 1987)
Minotavra ziyarət — film rejissor Eldor Urazboyev tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Maksim Qorki adına kinostudiya və "Mosfilm" kinostudiyası da istehsal edilmişdir. Əsas rolları Sergey Şakurov, Anna Kamenkova, Vladimir Samoylov, Aleksandr Filippenko, Valentin Qaft, Mixail Puqovkin, Laymonas Noreyka, Lev Borisov, Qriqori Lyampe, Svetlana Xaritonova, Nina Menşikova, Aleksandr Yakovlev ifa edirlər. == Məzmun == Filmdə iki hekayə var. Onlardan biri 1986-cı ildə SSRİ-dən, digəri isə XVII-XVIII əsrlərdə İtaliyada, görkəmli skripka ustası Antonio Stradivarinin yaşadığı və işlədiyi dövrdən bəhs edir. Prokuror, müstəntiqi Stanislav Pavloviç Tixonova məşhur musiqiçi, skripkaçı, SSRİ xalq artisti Lev İosifoviç Polyakovun mənzilində oğurluq hadisəsinin araşdırılmasına dair tapşırıq verir. Əfsanəvi "Santa Maria" skripkası tapılmasa Stradivari iflas ediləcək. İstintaq zamanı məlum olub ki, skripkanın oğurlanması oğruların əsas hədəfi olub. İstintaq zamanı Tihonov cinayətkarların aktiv müqaviməti ilə qarşılaşır. Araşdırmalar davamlı olara davam edir.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Mancur–Han İmperator Ziyafəti
Mancur–Han İmperator Ziyafəti (çin. ənən. 满汉全席, sadə. 滿漢全席, pinyin: Mǎnhàn quánxí) — Çinin Tzin sülaləsi dövründə (1636–1912) inkişaf etdirilmiş mancur və Han mətbəxinin elementlərini birləşdirən yemək bişirmə tərzi və ziyafət növü. Mənşəyi mübahisəlidir, lakin XIX əsrdə bu üslub məşhurlaşmış, XX və XXI əsr restoranlarında təqlid edilmişdir. == Replikalar == 1720-ci ildən bəri orijinal "Manhan Quanxi"ni təkrarlamaq üçün cəhdlər edilmişdir və 1980-ci illərin sonunda müəyyən bir replikanın bir milyon Yaponiya yeninə başa gəldiyi təxmin edilmişdir. Yeməkdə istifadə edilən heyvanların çoxu bu gün nəsli kəsilməkdə olan növlərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Chang, Michael G., 12 // Of Feasts and Feudatories: The Politics of Commensal Consumption at the Early Kangxi Court, Leiden: Brill, 2017, 307–329, ISBN 9789004353459 Kuang, Lanlan. "China's Emerging Food Media: Promoting Culinary Heritage in the Global Age". Gastronomica.
Mərdavic ibn Ziyar
Mərdavic ibn Ziyar (?-935) — Ziyarilər xanədanının qurucusu və ilk hökmdarı (928-935). == Həyatı == Ata-baba tərəfindən Ari kökənli Gillilərin (Cili) Daxil bölgəsində yaşayan əsil bir qoluna, ana tərəfindən Royan ispəhbədlərinə mənsubdur. Zamanın diğər xanədanları kimi Ziyarilər də sonraları, İslam öncəsi tanınmış bir nəsəbə bağlanmak istəyiylə Ziyarın atası Vardanşahın Sasani imperatoru Xosrov zamanında Gilan kralı olan Arquş Fərhadanın soyundan gəldiyini iddia etmişdir. Zeydilər hökmdarı Həsən əl-Utruşun (914-917) ardından çıxan iç savaşlar əsnasında Təbəristanı ələ gəçirmək istəyən Əsfar ibn Şirəveyh, o sıralarda Samanilərin yanında olan Mərdavic ibn Ziyardan xidmətinə girməsini istədi. Beləcə Əsfarın ordu komandanı olan Mərdavic (315/927) Təbəristana yürüdü və Reydən gələn Dai Həsən ibn Qasımı Amül yaxınında yenərək öldürdü (316/928). Əsfar ilə Mərdavic, Təbəristanın böyük bir qismini işğal etdikdən sonra arxasından Rey, Qəzvin, Zəncan, Əbhər, Qum və Kərəc kimi digər bəzi Cibal vilayətlərini zəbt etdilər. Eynı il içərisində Mərdavic, Əsfarın xalqa aşırı şəkildə zülm etməsinin yol açdığı təpkiyi öz lehinə dəyərləndirərək Zəncanda müstəqilliyini elan etdi və Əsfarı Qəzvindən uzaqlaşdırıb (ehtimalən 319-cu (931-ci) ildə ortadan qaldırıb) taxtını ələ keçirdi. Daha sonra cənubi-qərbi İrandakı Abbasi xəlifəliyi torpaqlarına hakim olmak üçün girişimdə oldu və xəlifə Müqtədir-Billahın göndərdiyi ordunu Həmədanda mağlub edərək Dinəvər, Karmisin (Kirmanşah) və İsfahana hakim oldu (319/931). Ardından xəlifə Müqtədir-Billaha elçi yollayıb bu torpaqların müqataa (iqta) yoluyla ona verilməsini istədi. Etdiyi təklif bəzi şərtlərlə qəbul edildi və xəlifə onun hakimiyətinə razılıq verib, xələt və bayraq göndərdi.
İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشن‌های ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران‎‎) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri.Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı.Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər. == Arxa plan == İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu. Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi. Yubiley 1961-ci ildə qeyd olunmalı idi. Bu zaman İran tarixi haqqında kitabların, İran mədəniyyəti nümunələrinin və arxeoloji tapıntıların sərgisi keçiriləcəkdi.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Ən çox ziyarət edilən sənət muzeyləri
Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərindəki Yasaq şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu "The Art Newspaper" sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir - 18 və Böyük Britaniya - 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır - 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib. == Qalereya == ... == İstinadlar == == Xarici keçidlər == "Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide" (PDF). The Art Newspaper.
Ən çox ziyarət edilən saytların siyahısı
Bu siyahı avqust 2023-cü ilin avqust ayına olan məlumata əsasən, Similarweb tərəfindən hər ay yenilənən "Ən yaxşı veb-saytlar sıralaması" siyahısında yer alan ilk 50 veb-sayta əsasən dünyada ən çox ziyarət edilən veb-saytların siyahısıdır. Siyahıda əvvəlki ayla müqayisədə onların reytinqdə dəyişməsi də yer alır. Alexa İnternet 1 may 2022-ci ildə dayandırılmış oxşar reytinq təklif etdi.