Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, Konstantinopol – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.
Sevi-Sorru-Çinarka
Sevi-Sorru-Çinarka (kors. Sevi-Sorru-Cinarca) — Cənubi Korsika departamentinin, Korsika reionunun 11 kantonlarından biri. INSEE kanton kodu - 2A10. Kanton Ayaçço rayonunda yerləşir . Kanton 2015-ci ildə yaradıldı. Sevi-Sorru-Çınarka, departamentin ən böyük sahəsi olan, lakin ən az məskunlaşmış kantonudur. == Tarixi == 17 may 2013 tarixli qanuna və 14 fevral 2014 tarixli qərarına görə, Cənubi Korsika departamentində kantonların sayı 22-dən 11-ə endirildi. 2015-ci il seçkilərində bölmələrin kantonlara yeni bölgə bölgüsü qüvvəyə girdi. Beləliklə, Sevi-Sorru-Çınarkanın kantonu 2015-ci il martın 22-də formalaşmışdır. De-Sevi (9 kommun), Kruzini-Çınarka (13 kommun) və De-Sorru (11 kommun).
Borrou
Barrou (ing. Barrow) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Borçu
Borçu (Monqolca: Bo'orču, Boγorču, Farsca: بورچى نويان Būrchī Nūyān, بوغورچى نويان Būghūrchī Nūyān, Çincə: 孛斡兒出, 博爾朮), ?-?)— Çingiz xanın andası. Çingiz xanın ən məşhur dörd sərkərdəsindən biri. == Həyatı == Borçu Naxu-bayan oğlu idi. O, Arulat tayfasından çıxmışdı. Temuçinin uşaqlıq dostu idi. 1204-cü ilin qışında Çingiz xan keşik adlı şəxsi qvardiyasını yaratdı. Bu qvardiyanı dörd hissəyə böldü. Hissələrin birinə Borçu başçılıq edirdi.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub.Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. == Toponimikası == Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir. Toponimi Çovurlu çayının adı ilə bağlayanlar da var.
Korfu
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanda, İon adaları qrupuna aid ada. Əsas şəhər Kerkiradır. == Tarixi == XIV–XVIII əsrlərdə adada eyniadlı Venesiya qalası var idi. Kerkira 1797-ci ildə digər İon adaları ilə birlikdə Fransa tərəfindən tutulmuşdur. 1798-ci ilin noyabrında Fyodor Uşakovun 1798–1800-cü illər Aralıq dənizi səfəri zamanı qala Rusiya desant qoşunları tərəfindən mühasirəyə alınmış, ​​19 fevral 1799-cu ildə təslim olmuşdur. == Coğrafiya == İon adaları qrupuna aiddir. Ərazisi 592 km2-dir. Hündürlüyü 906 metrə qədərdir.
Korra
Avatar Korra (ing. Korra) - Korra əfsanəsi cizgi serialın əsas personajı. Cənub qütbdə anadan olub.
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Qorxu
Qorxu — məlumatsızlıqdan yaranan duyğu. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri-müəyyənliyindən irəli gəlir. Qorxu həm də bir insanın yaşadığı ümidsizliklər və ya uğursuzluqlar nəticəsində yaranmış bir hissdir. Ən əsası qorxu bir ciddi psixoloji xəstəlikdir, müalicə olunmağı mütləqdir. Müasir dildə həmçinin fobiya termini də oxşar mənada istifadə edilir. Qorxunu aradan qaldırmaq üçün müxtəlif müalicə metodları mövcuddur. Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayhrurjrbrbr. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Xornu
Xornu — Naxçıvan Muxtar Respublikası Culfa rayonununda yaşayış yeri. == Haqqında == Xornu yaşayış yeri Culfa rayonunun Göynük kəndindən şimalda, Xornu çayının vadisində yerləşir. Abidə V. B. Baxşəliyev tərəfindən qeydə alınmışdır. Qədim maldar tayfaların yurd yeri olan yaşayış yeri üç tərəfdən dərin dərə, şimal-şərqdə isə hündür təpə ilə məhdudlaşır. Yaşayış yerinin ərazisi hazırda qalın peyin qatı və bitki örtüyü ilə qapanmışdır. Dərin yarğanlarda maddi-mədəniyyət qalıqlarına və mədəni təbəqənin izlərinə rastlanmamışdır. Yaşayış yerini onun yaxınlığında yerləşən nekropoldan aşkar olunan keramika məmulatına əsasən e. ə. 4–3-cü minilliklərə aid etmək olar.
Zorba
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
Şorsu
Şorsu (Şəki) — Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şorsuçay — Babək rayonu ərazisində çay. Şorsu — Qazax rayonunda çay. Kürün sağ qoludur; Şorsu — Şahbuz rayonunda çay. Şahbuz çayının sağ qoludur. Şorsulu — Qobustan rayonu ərazisində palçıq vulkanı. Dərəkənd və Mərəzə yaxınlığındadır. Şorsulu — Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 12-16 sm, eni 11-15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3-5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-də geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. == Yarpaqları == Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Allium porrum
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Arzular tortu
== Ərzaqlar == Biskvit üçün 1 stəkan un; 4-5 ədəd yumurta;8 1 stəkan şəkər (200qram). Krem üçün 200 qram kərə yağı; 7 x.q. qatılaşdırılmış süd; 1-1,5 .q. sirop; malina siropu. == Hazırlanma qaydası == Biskviti hazırlayıb bişirəndən sonra, soyumaq üçün 8-12 saat müddətində kənara qoymaq lazımdır. Sonra həmin bu biskviti iki hissəyə bölün ki, arasına sirop çəkmək üçün iki korj alınsın. Kremi hazırlamaq üçün: kərə yağın üzərinə qatılaşdırılmış südü və malina siropunu əlavə edib (çəhrayı rəng alınsın deyə) mikserlə çalın. Hazırladığınız kremi kopjların üzərinə çəkib, onları üst-üstə yerləşdirin. Tortun üstünə kremi səliqəli sürtün. Çalışın ki, tortun üstü hamar olsun.
Asiyanın lordu
Asiyanın lordu (yun. Κύριος της Ασίας) - Makedoniyalı İsgəndərə eramızdan əvvəl 331-ci ildə baş verən Qavqamel döyüşündən sonra verilən tituldur. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin Babil şəhərində ölməsindən sonra titul onun varisərinə keçib, ancaq onlardan heç biri Asiyada və ya Makedoniyalı İskəndərin imperiyasının digər hissələrində gücə malik olmayıb. Həqiqi güc bir çox hökmdarlara və ya fars satraplarına keçib. İmperiyanın parçalanması və Diadoxinin güclənməsi ilə titul istifadə edilməyib.
Ayerşekke tortu
Ayerşekke (alm. Eierschecke‎ — «яичный шекке»)-Alman tortu olub, kəsmikli xəmirdən və alma içliyindən, kəsmik və xaş-xaşın qarışığından ibarətdir.Tarixi Saksoniya və Trürinqindən gəlir. == Adı == Şekke-kişi geyim aksesuarı olub, XIV əsrə aiddir. Belə ki, üç hissədən ibarət kəmərli gödəkçədir.Yuxarı, orta və aşağı hissə. Necə ki, bu tortda üç hissədən ibarətdir. Ayerşekkenin yuxarı hissəsi yumurtalı olub, yumurtanın sarısı, kərə yağ, şəkər tozu, vanil və yumurtanın ağından ibarətdir.İkinci qat özündə vanilli kəsmikli, yumurtalı, kərə yağlı, şəkər tozlu və südlüdür. Tortun əsasını isə üçüncü kəsmikli xəmirdən ibarətdir. Hazır ayerşekke üçbucaq formasında kəsilir. Bəzən isə tortun üzəri şokoladlı qlazur, çərəzlərlə və kişmiş hissəcikləri ilə bəzədilir.
Battenberq tortu
Battenberq və ya Battenburq tortu cemli parçalar ilə örtülmüş yüngül bir tort növü. == Mənşəyi == Əvvəllər Battenburq tortu "Domino tortu"(Aqnes Bertha Marşalın resepti, 1898), "Neopolitan ruleti"(Robert Uels, 1898) və ya "Kilsə pəncərəsi tortu" kimi adlanıb. Tort kraliça Viktoriyanın nəvəsi Şahzadə Viktoriyanın 1884-cü ildə Battenberq şahzadəsi Luizlə nigahı şərəfinə bu adı alıb.
Bal tortu
== Ərzaq == Xəmir üçün 3 yumurta 1,5 stəkan şəkər 1,5 xörək qaşığı bal 100 qr yağ 3 stəkan un 1 çay qaşığı soda. Krem üçün 1 banka qatılaşdırılmış süd 200 qr kərə yağ. == Hazırlanma qaydası == Yumurta şəkərlə çalınır, bal və yumşaq kərə yağı əlavə edilib qarışdırıla – qarışdırıla 5 dəq odun üstündə vamla bişirilir. Oddan götürəndən sonra qarışdırmaya ara vermədən ona 1 çay qaşığı çay sodası və tədricən un əlavə olunur. Sonra xəmir 5 – 6 yerə ayrılıb (təxminən 2 xörək qaşığı) un tökülmüş taxta üstündə 0,5 sm qalınlığında yayılır və 6 – 8 dəqiqə duxovkada bişirilir. Hər layın üstünə krem çəkilib üst – üstə yığılır. Üst qata da krem çəkilib yaymalardan çıxmış ovuntu səpilir. Krem hazırlamaq üçün ağzı açılmamış qatılaşdırılmış süd bankası su olan qazana qoyulub 2 ssat qaynadılır. Fikir vermək lazımdır ki, süd qabı həmişə suyun içində olsun, əks təqdirdə banka partlaya bilər. Sonra banka soyudulur və yaxşı çalınmış kərə yağı ilə qarışdırılmış krem hazırlanır.
Biskvit tortu
Biskvit tortu — tort növü == Ərzaq == xəmir üçün 2 stəkan un, 6 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan xama, 0,5 çay qaşığı soda. Krem üçün 200 qr yağ, 8 xörək qaşığı qatılaşdırılmış süd götürülür. == Hazırlanma qaydası == Əvvəldə göstərdiyimiz resept üzrə biskvit bişirilir, nahamar yerləri kəsilib qırıntıya çevrilir, özü isə iti bıçaq ilə iki hissəyə bölünür. Biskvitin aşağı qatı dayaz buluda qoyulub, üstünə ya qaşıq, ya da fırça ilə ətirli şirə çəkilir. Ətirli şirə belə hazırlanır; 6 xörək qaşığı şəkər tozunun üstünə 9 xörək qaşığı su tökülür və qaynadılır. Üzünə çıxan köpük yığılır, soyuyandan sonra ona ətir üçün 1 – 2 qaşıq albalı, portağal şirəsi, ya da konyak, likör tökülür. Ətirli şirə ilə isladılmış qata krem çəkilir və ikinci qat onun üstünə qoyulur. İkinci qata da ətirli şirə çəkilib, krem sürtülür və üçüncü qat qoyulur. Ona da şirə və krem çəkilir, qıraqlarına krem çəkilir, tortu kəsəndə əmələ gəlmiş qırıntılar tökülür. Qalan krem xüsusi şprisə yığılır və tortun üstünə zövqdən asılı olaraq, bəzək vurulur.
Borqu departamenti
Borqu departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Borqu departamentinin ərazisi 25 856 km2-dır. Borqu departamentinə 8 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Borqu departamentinin əhalisi 1 202 095 nəfərdir.
Buççellato tortu
Buççellato (it. buccellato) — Siciliyanın yumru tortudur == Haqqında == Hansı ki, xaç atasının öz xaç oğulluğuna vəftiz günündə verir. Tortun çox iri olması vacibdir. Çünki xaç suyuna salınan uşağa tort nə qədər iri olsa daha çox uğur gətirmiş olacaq. Tortun içərisinə təbii və konservləşdirilmiş meyvələr, müxtəlif çərəzlərdə qatılır. Bu tortun bənzəri yalnız anis əlavəli İtaliyanın Lukka şəhərinin məşhur desertidir.
Körpü
Körpü — çay, dərə, uçurum, su hövzəsi və istənilən fiziki məhdudiyyət üzərindən salınan süni mühəndis qurğusudur. Körpü bəşəriyyətin ən qədim ixtiralarından biridir.
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər,vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
Asma körpü
Asma körpü — göyərtənin (yük daşıyıcı hissəsinin) şaquli asqılarda asma kabellərin altına asıldığı bir körpü növü. Bu tip körpünün ilk müasir nümunələri 1800-cü illərin əvvəllərində inşa edilmişdir.