Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şotlanlı
Şotlanlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şotlanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Şotanlı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şotlanlı (Ağcabədi)
Şotlanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şərəfxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şotlanlı kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Şotlanlı oykonimini hunların varisi olan qədim türk mənşəli şot-şatı etnonimi ilə əlaqələndirən tədqiqatçılar vardır. Toponimin tərkibindəki -lan komponenti "məskən", "yurd" mənasındadır, -lı səkilçisi mənsubluq bildirir. Şotlanlı toponimini "dəvəli" yozumu ilə izah edənlər var. Bəzi tədqiqatçılar isə Şotlanlı oykonimini səhvən kürd mənşəli şotlanlı tayfasının adı ilə bağlayırlar. Onlar bunu 1828-ci ildə imzalanmış "Türkmənçay" müqaviləsindən sonra Zilanlı tayfası ilə birlikdə Cənubi Azərbaycandan gəlmiş şotlanlıların əvvəlcə Zəngəzurda yaşamaları, XIX əsrin ortalarında isə onların bir hissəsinin Cahangir xanın başçılığı ilə Qarabağa (Ağdam və Ağcabədi rayonları ərazilərinə) gələrək burada yaşamaları ilə əsaslandırırlar. == Tarixi == Kəndin əsgəruşağı nəsli, bayramuşağılar, davudlular, şirinlilər, əliuşağılar, məcnunuşağılar, misirağlılar və başqa tayfaları vardır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 28 km məsafədə, düzənlik ərazidə yerləşir. == Əhalisi == Əhalisinin sayı 286 nəfərdir (01.01.2007-ci il üçün).
Şotlanlı (Ağdam)
Şotlanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şotlanlı kəndi İrandan gələn kürd tayfaları tərəfindən formalaşdırılmışdır. Şotlanlı kəndinin uzun tarixi vardir. Kökü əcəmi kürdlərinə gedib çıxan Şotlanlı kəndinin əhalisi qədim zamanlarda Türkiyədən Cənubi Azərbaycana — Cənubi Azərbaycanın Sərab ərazisinə — Şəqaqi elinə gəlmişlər. (Burada yaşamış Şatiranlu oymağı Şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur.) 1747 ci ildə — Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olmuşdur. 1828 ci ildə — Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına — daha dəqiq desək, Qubadlı rayonunun Zilanlı kəndinə köç etmişlər. Bir müddətdən sonra bəhs olunan Şotlanlı camaatı Agdam rayonuna Şotlanlı kəndinin əsasını qoymuşdur. İndi Şotlanlı kəndi Ağdam rayonunun inzibati ərazi vahididir. Sovet dönəmi bitənə qədər Şotlanlı kəndi Nəmirli, Umudlu (Kolanlı), Şurabad kəndləri ilə birgə Nəmirli kənd sovetliyi adlandırılmışdır. Kənddə 1 məktəb, 1 xəstəxana, 1 magaza,1klub fəaliyyət göstərmisdir.
Şotlanlı (tayfa)
Şotlanlı (kürd. Şotlanlî) — Azərbaycanda kürddilli tayfa. Onlar Anadoludan İranın Sərab ərazisinə, yəni Şəqaqi elinə gəlmişdir. Burada yaşamış Şatiranlu oymağı şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olub. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına köç etmişlər. Ağdam və Ağcabədi rayonlarında eyniadlı kəndlər mövcuddur. 23 aprel 1994-cü ildə Ağdamın Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun tərəfindən işğaldan azad edilmişdir.
Şotlanlı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şapkalı doqquzdon
Şapkalı doqquzdon (lat. Lonicera pileata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Çokalı (Baltas)
Çokalı (rus. Чукалы, başq. Сокалы) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 119 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 25 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 92 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (51%) tatarlar (45%) üstünlük təşkil edir.
Şoralı mağarası
Şoralı mağarası — Şəгuг rayonunun Axura kəndindən şərqdə, Pisdər mağarasının qərb tərəfində mağara. Qövsvari formalıdır. Uzunluğu 15 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının nüvə hissəsində yarləşir.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Anaxoreta sovkası
Danilevski sovkası
Imperator sovkası
İmperator sovkası — (lat. Schinia imperialis) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir. == Qısa təsviri == Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir. == Arealı və sayı == Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.
Kələm sovkası
Mahmızçiçək sovkası
Oliviye Boskali
Oliviye Maksim Boskali (18 noyabr 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Boskali Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 25 aprel 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 84 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Nitsa Rennə 2-1 hesabı ilə məğlub olmuşdur. Boskali klubda ilk qolunu 18 dekabr 2015-ci ildə Monpelye klubuna qarşı oyunda vurmuş və komandası 1-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Boskali 2015-16 Liqa 1 mövsümündə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Milli karyerası == Boskali Monakoda anadan olmuşdur. Monako milli futbol komandası UEFA və FİFA-ya üzv olmadığı üçün Boskali Fransa millisini təmsil etmək qərarına gəlmişdir. Fransanın U-17, U-18, U-19 və U-20 gənclər millilərində çıxış etmişdir.
Palçıq sopkası
Palçıq sopkası (rus. сопка грязевая, ing. mud bald mountain) — kiçik ölçülü palçıq vulkanı. Palşıq sopkası forması püskürülən palçığın qatılığından asılı olur. Sopka palçığının duru olduğu hallarda konus əmələ gəlməyə də bilər.
Pambıq sovkası
Pfeiffer sovkası
Torpaq sovkası
Ulduz sutkası
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır. Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. == Ulduz və Günəş vaxtı arasında əlaqə == Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür.
İçin sopkası
İçin sopkası — Xoaşen, Kamçatkada Aralıq silsilədə ən yüksək və vahid aktiv vulkan. Hündürlüyü 3621 metrdir. Andezit və dasit lavalarından təşkil olunmuşdur. Üç gümbəzli zirvəsi daimi qar və buzlaqlarla örtülüdür. Təqribən 3000 metr yüksəklikdə aktiv qaz çıxışları var.
Somali dili
Somali dili (somali Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. == Coğrafi paylanması == Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.
Somali plitəsi
Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir. Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir. Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir. Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.
Somali qaratoyuğu
Somali qaratoyuğu (lat. Turdus ludoviciae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü. == Mənbə == == Xarici keçidlər == BirdLife Species Factsheet.
Sonali Bendre
Sonali Bendre (ing. Sonali Bendre, hind. सोनाली बेंद्रे; doğ. 1 yanvar 1975, Mumbay, Maharaşatra, Hindistan) — hind aktrisası və modeli. == Həyatı == Aktrisa 1994-ci ilin fotomodelidir. 1 yanvar 1975-ci ildə Bombey şəhərində anadan olmuşdur. Ailəlidir, bir oğlu var.