Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Elam dili
Elam dili — qədim Elam ərazisində b.e.ə. 2600-cü ildən - b.e.ə. 330-cu ilə qədər İranın cənub-qərbində (indiki Xuzistan əyalətində) mövcud olmuş, mənşəyi dəqiq bəlli olmayan ölü dil; mixi yazı sistemi ilə yazılmış və qədim Yaxın Şərq tarixində mühüm rol oynayan dillərdən biri. == Öyrənilməsi tarixi == Elam dilinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmiş elam dili lüğəti - "Elamisches Wörterbuch" 1987-ci ildə Valter Hints və Haydemari Koç tərəfindən nəşr edilib. E.ə. XXIII əsrin sonunda Akkad mixi yazı sistemindən istifadə edərək elam dilində kitabələr yazılmağa başlanır. İndiyədək bunun yalnız bir nümunəsi məlumdur. Akkad hökmdarı Naram-Suenlə Elam hökmdan Kutüc/Puzur-İnşuşinak arasında bağlanan müqavilənin mətni 15 sm x 16 sm ölçülü dördkünc gil lövhəciyin hər iki üzündə yazılıb və hazırda Sb. 9933 inventar sayı ilə Lüvr muzeyində sərgilənir. Müqavilənin akkad dilindəki mətni isə hələ tapılmayıb.
Elam hökmdarları
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elam çarlığı
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi. == Ərazisi == Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə edirdi. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir.
Elam hökmdarlarının siyahısı
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Əltair
Əltair — Qartal Bürcünün α ulduzu Alpha Aquila (α Aquila, qısaldılmış Alpha Aql, α Aql) olaraq da adlandırılan Əltair (/ æltɛər, -taɪər, æltɛər, -taɪər /) Qartal bürcünün ən parlaq ulduzu və gecə səmasının 12-ci parlaq ulduzudur. Əltairin adı da, çoxu parlaq ulduz kimi ərəb dilindən gəlir. "El Tayr" Ərəb dilində quş mənasını verər və qərb dillərinə Əltair olaraq keçmişdir. Bizdəki "Təyyar" adı da, eyni kökdendir (tay) və "uçan, uçucu" kimi mənalara gəlir. Eyni şəkildə təyyarə üçün köhnədən istifadə "Təyyar" sözü də Əltair adı ilə əlaqəlidir. Hal-hazırda G- buludu yaxınlığında ulduzlararası bulud kimi taninan qaz toz yığımından ibarətdir. Əltair A spektral sinfin baş ardıcıllıq ulduzudur, görünən ulduz ölçüsü 0,77-dir və Yay Üçbucağı bürcünün təpə nöqtəsindən biridir (digər ikisi isə Deneb və Vega-dır). Günəşdən 16.7 işıq ili (5.13 parsek) məsafədədir və gözlə görünən ən yaxın ulduzlardan biridir. Əltair ulduzu ekvatorda təxminən 286 km/s sürətlə fırlanır. Palomar Testbed Interferometer ilə edilən bir işdə, Əltairin sferik olmadığı, ancaq yüksək fırlanma sürətinə görə qütblərdə yastı olduğu ortaya çıxmışdır.
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Əlzin
Əlzin (az-əbcəd. الزین‎, fars. الزین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 398 nəfər yaşayır (124 ailə).
Əvasim
Əvasim (ərəb. العواصم‎, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. Qazi (islam) Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Empirik əlaqə
Elmdə empirik əlaqə və ya fenomenoloji əlaqə təcrübə və müşahidə ilə dəstəklənən, lakin nəzəriyyə ilə mütləq şəkildə dəstəklənməyən əlaqə və ya korrelyasiyadır . == Nəzəriyyəsiz analitik həllər == İlk prinsiplər kimi nəzəri əsaslardan asılı olmayaraq empirik əlaqə təsdiqedici məlumatlar ilə dəstəklənir. Bəzən ilkin empirik əlaqələr üçün nəzəri izahatlar tapılır, bu halda əlaqələr artıq empirik hesab edilmir. Buna misal olaraq hidrogen spektral xətlərinin dalğa uzunluqlarını təxmin etmək üçün Ridberq düsturunu göstərmək olar. 1876-cı ildə təklif edilmiş o, Lyman seriyasının dalğa uzunluqlarını mükəmməl təxmin etmişdi, lakin 1925-ci ildə Niels Bor atomun Bohr modelini yaradana qədər nəzəri əsası yox idi. Bəzən empirik amil hesab edilən şey sonradan əsas fiziki sabit hesab olunur. == Təxminlər == Bəzi empirik əlaqələr sadəcə təxminlərdir, çox vaxt fenomeni təsvir edən analitik həllin Taylor seriyasının ilk bir neçə həddinə ekvivalentdir. Digər əlaqələr yalnız müəyyən spesifik şərtlər altında baş verir və onları daha ümumi əlaqənin xüsusi hallarına endirir. Bəzi təxminlər, xüsusən fenomenoloji modellər hətta nəzəriyyə ilə ziddiyyət təşkil edə bilər; Onlar bəzi nəzəriyyələrə nisbətən riyazi cəhətdən daha asan başa düşülən və nəticə verə bildikləri üçün istifadə olunurlar.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Fəxrəddin Salim
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub. Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib. == Ailəsi == Ailəlidir, bir qızı var. == Elmi-pedaqoji fəaliyyəti == Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Həlaib Üçbucağı
Həlaib Üçbucağı (ərəb. مُثَلَّث حَلَايِب‎) — Misir və Sudan sərhədində 20,580 km² mübahisəli ərazi. XX əsrin demək olar ki, bütün ikinci yarısı Sudan tərəfindən idarə olunub. Hazırda Misirin nəzarəti altındadır. Coğrafi baxımdan mübahisəli ərazi Nubiyanın bir hissəsidir. Misir milli parkı Gebel-Elba "üçbucağın" ərazisində yerləşir. Burada neft ehtiyatları aşkar edilmişdir. Onun kimə məxsus olması BMT qətnamələri ilə müəyyən edilməyib. Təşkilatın hər bir üzv dövləti öz mülahizəsinə əsasən 1899 və ya 1902-ci il sərhədlərinin tanınmasından asılı olaraq mübahisəli ərazinin Misirə və ya Sudana aid olduğunu bildirir. Azərbaycan “Həlaib üçbucağı”nı Misirin bir hissəsi hesab edir.
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir. Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Kəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. == Ümumi məlumat == Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. == Dialektləri == Kəraim dilinin Krım dialekti mövcuddur.
Passiv təlim
Passiv təlim — Təlim prosesində müəllim dərsin aparıcı siması və idarəedicisi, şagirdlər isə onun göstərişlərinə sözsüz əməl edən passiv dinləyicilər — obyektlərdir. Bu formalı prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnoloqlarına görə passiv metod dövrümüzün ən səmərəsiz metodudur. Onun müsbət cəhəti isə müəllimin dərsə asan hazırlaşmasına və məhdud zaman çərçivəsində daha çox tədris materialı təqdim etməsinə imkan yaratmasıdır. Ona görə hələ də bir çox müəllim bu metoda üstünlük verir. Mühazirə-dərs bu metodun ən yayılmış formasıdır.
Qarşılıqlı əlaqə
Ünsiyyət Qarşılıqlı əlaqə – dialektikanın ən ümumi kateqoriyalarından biri; obyektiv aləmin daimi hərəkət və dəyişilməsində onun vəhdətini, onu təşkil edən predmet və hadisələr arasındakı sonsuz əlaqəni ifadə edir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
Qəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. Kəraim dilinin Krım dialekti mövcuddur.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Elazığ
Elazığ — Türkiyənin Elazığ ilinin inzibati mərkəzi. Şərqi Anadolu regionunun Yuxarı Fərat bölməsində yerləşir. == Etimologiya == Elazığ ili eramızdan əvvəl 4000-ci ildə qurulan Harput şəhərinin düzənlikdəki davamıdır. Bu səbəbdən illər boyu Harput adlanırdı. Böyük Səlcuq imperatorluğunun hökmranlığının Anadoluya keçməsi ilə Harputun türk yurduna çevrilməsində ən mühüm döyüşün Malazgird döyüşü olduğu şübhəsizdir. Əslində Harput və ətrafı Malazgird döyüşündən sonra türklərin əlinə keçdi və bölgədə Böyük Səlcuq imperatorluğuna tabe olan Çubukoğulları bəyliyi quruldu (1085). Harput türklər tərəfindən alınana qədər sadəcə möhkəmləndirilmiş qala olaraq qalan bu yer türklərlə böyüyən bir şəhərə çevrildi. Çubukoğulları bəyliyinin hakimiyyəti uzun sürməmiş, daha sonra 1110-cu ildə Artukoğulları dövrü başlamışdır. Bir müddət sonra Harput Artuqluları kimi tanınan müstəqil bir bəylik quruldu. Harput 1230-cu ildə monqollar tərəfindən tutuldu və 1234-cü ildən etibarən Anadolu Səlcuqlu İmperatorluğunun hakimiyyəti altına keçdi.
Elbis
Elbis Xan - türk və altay mifologiyasında döyüş ilahəsi. İlvis (ilbis, Elvis, Yilbis) Xan şəklində də tanınır. Elbis Kuha (İlbis Kığha) olaraq da xatırlanır. Mərhəmətsizdir və insanlara mərhəmətsizliyi təlqin edər. Döyüşcü bir xarakteri vardır. Şeytanı xüsusiyyətlərə malikdir. İslamın təsiriylə bu söz "İblis" halını almışdır. Lakin əslində türkcədə bir çox mənfi mənası saxlayan (Yal/Yel/Hal/Al/El) kökündən törəmişdir. Döyüşlərdən əvvəl çağırılır və adına mərasimlər edilər. Onun sayəsində düşmənin atdığı oxlar geri özünə dönər.
Eliad
Eliad (31 yanvar 1990, Bat-Yam, Təl-Əviv dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Elmir
Elmir — ad.
Elqin
Elqin (ing. Elgin, şot.kelt Eilginn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Ellin
Ellin ( q.yun. Έλλην ) — qədim yunan mifologiyasında yunan xalqının əcdadı. Müxtəlif versiyalara görə o, ya Devkalion və Pirra, ya Zevs, ya da Poseydon və Antiopanın oğlu olmuşdur. Böyük daşqından sonra anadan olmuşdur. Ellin Prometey və Klimenin, həmçinin Epimetey və Pandoranın nəvəsidir. Ellin və pəri Orseydadan Dor, Ksuf və Eol dünyaya gəlmişdir. Dordan dorilər, Eoldan isə eollular törəmişdir. Ksufun oğulları İon və Axey yunan tayfalarının əcdadları olmuşdular.
Elgin Abbaslı
Elgiz Abbaslı
Elgiz Hüseynzadə
Elgiz Kərimov
Elgiz Kərimov (5 yanvar 1971, Bərdə rayonu – 12 mart 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı. == Döyüşlərdə iştirakı == Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi.
Elgiz Mehtiyev
Ellis Barkvort
Ellis Barkvort (15 oktyabr 1997-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort doqquz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin may ayında klub ilə peşəkar müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Ellis Marsalis
Ellis Marsalis (14 noyabr 1934, Nyu-Orlean, Luiziana – 1 aprel 2020, Nyu-Orlean, Luiziana[…]) — Amerika cazmeni. == Həyatı == 14 noyabr 1934-cü ildə Nyu-Orleanda doğulub. Ellis Marsalis 1 aprel 2020-ci ildə 85 yaşında yeni tip koronavirus infeksiyasının yaratdığı pnevmoniyadan ölüb. == Fəaliyyəti == O, uzun illər Yeni Orleanda yaşayıb və caz musiqisinin inkişafı yolunda çalışıb.