Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir. Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Bəldə nahiyəsi
Bəldə mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiyana tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Bəldə nahiyəsi Urmiya bölgəsində 1727-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları: Abdulməlik (23 ailə; 1 subay); Yaşadığı kəndlər: Taşməzək. Hacı Pirlü (18 ailə; 1 subay); Yaşadığı kəndlər: Dəbnaabad-Topcıkadı. Iğdırlu (7 ailə; 1 subay); Yaşadığı kəndlər: Hanqan. Qarakösəlü (11 ailə; 4 subay); Yaşadığı kəndlər: Həmid Xəlilan. Qasımlu — Avşar (140 ailə; 23 subay); Yaşadığı kəndlər: Beşnikən-Qaraağac-Qaraağıl-Sarı Alan-Asbestan (Bəldə)-Dizəctəkbə-Tumir-Tülkiyan-Nazı-Bena-cık-Zevik-Balanç-Dərinabad-Baya-Türkmanlar-Bilinəcik (Sahraabad). Köpəklü — Avşar (16 ailə; 5 subay); Yaşadığı kəndlər: Aydınlu. Kürklü (16 ailə; 4 subay); Yaşadığı kəndlər: Şeyxkəndi.
Əllə çəkilmiş karikatura
Əllə çəkilmiş animasiya və ya Ənənəvi animasiya hər bir kadrın, ölçülü rəsmlərin kadr-kadr çəkilişinə əsaslanan animasiya texnikası. XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmışdır. Bu üsul kompüter animasiyasının yaranmasına qədər kinoda dominant olmuş animasiya forması olmuşdur.
Eldən-elə
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
1905-ci ildə
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes. Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub. Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır. Əsəri rus dilinə İqor Peçenev tərcümə edib. Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi. Cəfər Cabbarlı etiraf edirdi ki, "1905-ci ildə" pyesini yazarkən, o "1905-ci ildə Bakıda baş verən bütün inqilabi hadisələri" əhatə etmək vəzifəsini özü üçün əsas qoymamışdı. Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir". 1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir. O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı. Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı: Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib.
Bir ildə həyat
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
Sədat Haqqı Əldəm
Sədat Haqqı Əldəm (türk. Sedad Hakkı Eldem; 18 avqust 1908, Konstantinopol – 7 sentyabr 1988, İstanbul) — türk memar, akademik və yazıçısı. O, XX əsrin aparıcı türk memarlarından biridir. Osmanlı dövrü evləri, XVIII-XIX əsr saray və malikanələri, klassik Osmanlı memarlığına dair araşdırmaları ilə memarlıqda ənənəvi motivlərin təkrar istifadəsi istiqamətində öncül memarlardan biri olub. Sədat Haqqı Əldəm 1908-ci ildə İstanbulda Osmanlı yüksək təbəqəsinə mənsub bir ailənin övladı olaraq dünyaya gəlib. Atası diplomat İsmayıl Haqqı bəy, anası Əzizə Qalip xanımdır. Ana tərəfdən ulu babası II Əbdülhəmidin dövründə Osmanlı dövlətində baş vəzir vəzifəsində çalışmış Osmanlı dövlət xadimi İbrahim Əthəm Paşadır. İbrahim Əthəm Paşanın oğullarından biri olan babası İsmayıl Qalip bəy Türkiyədə numizmatikanın banisi kimi tanınır. Onun böyük əmilərindən Osman Həmdi bəy türk muzeyşünaslığının banisi, Xəlil Əthəm bəy isə geologiya elminə verdiyi töhfələr ilə tanınır. Sədat Haqqı bəyin uşaqlığı, diplomat olan atasının vəzifəsinə görə Avropanın Cenevrə, Münxen, Sürix kimi şəhərlərində keçib.
Eldən-elə (roman)
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Cəbəllütariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Cəbəllüttariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Əl-ələ tutma
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. == Mədəni aspektlər == 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
2015-ci ildə Azərbaycan
2015 — Azərbaycanda "Kənd təsərrüfatı İli" 12 Yanvar — 2015-ci il "Kənd təsərrüfatı İli" elan edildi 29 Aprel — Bakı şəhəri, Xətai rayonunda yerləşən 58№-li məktəbin XI sinif şagirdi Aytac Babayeva qətlə yetirildi. Hadisə nəticəsində 8 bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçindi 19 May — Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın oldu. Hadisə nəticəsində 15 nəfər öldü, 64 nəfər yaralandı 12 — 28 İyun — I Avropa Oyunları (Bakı) Medal sayı: 56 Qızıl - 21 Gümüş - 15 Bürünc - 20 Yer: 2 4 Dekabr — Xəzər dənizində "Günəşli" neft yatağında yanğın baş verdi. Hadisə nəticəsində 16 nəfər vəfat etdi, 17 nəfər itkin düşdü. 1 Yanvar — Siyavuş Qarayev, kimya elmləri doktoru, professor, alim (d. 1942) 2 Yanvar — Gülağa Zeynalov, tarzən (d. 1956) 3 Yanvar — Yaşar Şamilov, Əməkdar məşqçi (d. 1945) 7 Yanvar — Zahid Qaralov, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim (d. 1934) 11 Yanvar — Gülşən Lətifxan, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi (d. 1961) 20 Yanvar — Hafiz Fətullayev, kinorejissor, ssenarist, aktyor (d.
2016-cı ildə Azərbaycan
2016 — Azərbaycanda "Multikulturalizm İli"
2020-ci ildə Azərbaycan
2020 — Azərbaycanda "Könüllülər ili" Azərbaycanda VI çağırış Milli Məclisə seçki 2020-ci ilin payızında keçirilməli olsa da, ölkədə aparılan struktur islahatları çərçivəsində fevral ayında növbədənkənar parlament seçkiləri təşkil edildi. Seçki o zaman Qarabağın erməni qüvvələrinin işğalı altındakı əraziləri istisna olmaqla, 1314 namizədin rəqabət apardığı 125 seçki dairəsində keçirildi. Azərbaycanda 2020-ci ilin ən mühüm hadisəsi əlbəttəki, 28 illik erməni işğalına sona qoyulmasıdır. 2020-ci ilin iyulunda tərəflər arasında bir neçə günlük hərbi toqquşmalar (Tovuz döyüşləri) oldu. Qarşıdurma beynəlxalq vasitəçilərin, xüsusən Rusiyanın müdaxiləsilə dayandırıldı. İkinci Qarabağ müharibəsi ərzində (27 Sentyabr - 10 Noyabr) Azərbaycan qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Tərtər və Şuşa rayonlarında 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 10-da imzalanmış Qarabağ atəşkəs bəyanatı ilə 28 ildir münaqişənin davam etdiyi Qarabağ bölgəsində vəziyyət kökündən dəyişdi, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi. Həmin sənədə görə, Rusiyanın 1960 əsgər, 90 zirehli texnika və 380 hərbi texnikasından ibarət sülhməramlı qüvvələri 5 il müddətinə bölgədə yerləşdirildi. Sənəd müharibə qaçqınlarının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağ bölgəsinə qayıtmasını da nəzərdə tutur. Birgə bəyanata əsasən əldə edilmiş razılaşmalardan biri bölgədəki quru nəqliyyat yollarının bərpası, Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın qərb bölgəsilə Naxçıvan MR arasında Ermənistan ərazisi ilə quru yolunun (Zəngəzur dəhlizi) çəkilməsidir.
2021-ci ildə Azərbaycan
2021 — Azərbaycanda "Nizami Gəncəvi ili" 2020-ci ildə olduğu kimi 2021-ci ildə də çoxlu COVID-19 ştammlarının aşkarlanması səbəbindən COVID-19 korinavirus pandemiyası ağır şəkildə davam etdi. Azərbaycanda COVİD-19 infeksiyası əleyhinə vaksinasiya başladı və uğurla davam etdirildi. İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldildi. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradıldı. Qarabağda sürətli quruculuq bərpa işləri aparıldı. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görüldü. Füzuli Beynəlxalq Hava Limanının və Zəfər Yolunun inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaratdı. Pandemiya səbəbilə təxirə salınan 2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar 3 gümüş, 4 bürünc medala yiyələndilər. 2020 Yay Paralimpiya Oyunları zamanı bu göstərici daha da yüksək səviyyəyə qaldırıldı.
2022-ci ildə Azərbaycan
2022 — Azərbaycanda "Şuşa ili" 2022-ci ildə Azərbaycan Ordusu Ermənistan Ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də personal cəhətdən üstün olduğunu sübut etdi. İstər sentyabr döyüşləri, istərsə digər sərhəd toqquşmaları zamanı bunu açıq şəkildə rəqibə göstərdik. Azərbaycan Qarabağ məsələsində öz qırmızı xətlərini gözləyəcəyini, heç bir qüvvəyə bu bölgədəki maraqlarını, nə də ərazi bütövlüyünü güzəştə getməyəcəyini bildirdi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı və digər lokal əməliyyatlar, Xankəndi-Laçın yolunda aksiyalar ilə bunun bir daha şahidi olduq. Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan ilə birbaşa ikitərəfli əlaqələrin yüksək səviyyəyə çıxarılması prioritet elan olundu. Həmin ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi bir neçə dəfə artıb, siyasi əlaqələr inkişaf edib. 2022-ci ildə daha bir önəmli addım Azərbaycanın unitarlaşması istiqamətində atıldı. Bu ilk növbədə NMR-dəki güc strukturlarının rəsmi Bakıya tabe etdirilməsi, ən son isə Naxçıvan Ali Məclisi sədrinin (Vasif Talıbov) vəzifədən kənarlaşdırılması NMR-nin artıq birbaşa mərkəzdənqaçma meyllərinin qarşısnın alınmasında, Azərbaycanın unitarlaşması və mərkəzi hakimiyyəti güclənməsində çox önəmli addım oldu. Noyabr ayında Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olundu. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərində fəaliyyət göstərən sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq edildi.
2023-cü ildə Azərbaycan
2023 — Azərbaycanda "Heydər Əliyev ili" Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Mədət Quliyev Elm və Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri — Adil Kərimli Səhiyyə naziri — Teymur Musayev Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — İnam Kərimov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fikrət Məmmədov 5 Yanvar — İlham Əliyev və Mehriban Əliyeva Bakı şəhərinin Yasamal rayonunda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak etdilər 6 Yanvar — İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonunda "Bakı KOB evi"nin açılışında iştirak etdi 11 Yanvar İtaliya müdafiə naziri Quido Krosetto Azərbaycana səfər etdi. İlham Əliyev və Quido Krosetto arasında görüş oldu (Bakı) Muxtar Məmmədov İsrail səfiri təyin edildi Azərbaycanın Kubaya yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim etdi 12 Yanvar — "Arkoz İnşaat Şirkəti" MMC "Gəmiqaya İnşaat" MMC-nin tərkibindən ayrıldı 14 Yanvar Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim etdi Azərbaycanın Vatikana yeni təyin olunmuş səfiri İlqar Muxtarov etimadnaməsini Katolik Kilsəsi rəhbəri Papa Fransiskə təqdim etdi “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı təsis edildi 15 Yanvar — İlham Əliyev BƏƏ-yə səfər etdi: İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu (Əbu-Dabi, BƏƏ) 17 Yanvar — İlham Əliyev İsveçrəyə səfər etdi: İlham Əliyev və "Damen Shipyards Group" şirkətinin icraçı direktoru, səhmdarı Arnaut Damen arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Fortesque Future Industries" şirkətinin sədri Endrü Forest arasında görüş oldu (Davos, İsveçrə) 18 Yanvar İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Latviya Prezidenti Eqils Levits arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Kromatix SA" şirkətinin baş icraçı direktoru Rafik Hanbali arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Carlsberg Group" şirkətinin prezidenti, baş icraçı direktoru Kes t`Hart arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Bernard Luni arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif arasında görüş oldu (Davos, İsveçrə) 18 Yanvar — 2 Fevral — "Qış təlimi-2023" (Qars, Türkiyə) 19 Yanvar İlham Əliyev və Dünya İqtisadi Forumu sədri Klaus Şvab arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Niderland Baş naziri Mark Rutte arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Xorvatiya Baş naziri Andrey Plenkoviç arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və "Adani Group" şirkətinin sədri Qautam Adani arasında görüş oldu (Davos, İsveçrə) İlham Əliyev və Aİ büdcə, administrasiya üzrə komissarı Yohannes Han arasında görüş oldu (Davos, İsveçrə) Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri 2024-cü il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edildi 24 Yanvar Ceyhun Bayramov Özbəkistana səfər etdi: Ceyhun Bayramov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş oldu (Daşkənd, Özbəkistan) İƏT xarici işlər nazirlərinin 26-cı iclası keçirildi (Daşkənd, Özbəkistan) 25 Yanvar — "Shahbulaq Mining" şirkəti təsis edildi 26 Yanvar İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Fransa, Yunanıstan və Meksika səfirlərinin etimadnamələrini qəbul etdi: Fransa səfiri - Ann Buayon Yunanıstan səfiri - Xristos Kapodistrias Meksika səfiri - Mariya Viktoriya Romero Kabalyero Azərbaycanın Cənubi Koreyaya yeni təyin olunmuş səfiri Ramin Həsənov etimadnaməsini Cənubi Koreya Prezidenti Yun Sok Yola təqdim etdi 27 Yanvar Azərbaycanın İrandakı səfirliyinə hücum: Yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə terror aktı törədildi. Hücum edən şəxs silahla mühafizə postunu yardı və səfirlik əməkdaşlarına atəş açdı. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycana səfər etdi Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadıldı "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flett Azərbaycana səfər etdi. İlham Əliyev və Brüs Flett arasında görüş oldu (Bakı) 28 Yanvar — İlham Əliyev və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi arasında görüş oldu (Bakı) 29 Yanvar İlham Əliyev və Mehriban Əliyeva Macarıstana səfər etdilər Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı 30 Yanvar İlham Əliyev və Macarıstan Prezidenti Katalin Novak arasında görüş oldu (Budapeşt, Macarıstan) İlham Əliyev və Macarıstan Baş naziri Viktor Orban arasında görüş oldu (Budapeşt, Macarıstan) Türkiyə milli təhsil naziri Mahmud Özər Azərbaycana səfər etdi "Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin I Forumu keçirildi (Bakı) 1 Fevral İlham Əliyev və Türkiyə milli təhsil naziri Mahmud Özər arasında videoformatda görüş oldu Milli Məclis Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı ratifikasiya etdi 2 Fevral Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana səfər etdi. İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis arasında görüş oldu (Bakı) Azərbaycanın Əlcəzairə yeni təyin olunmuş səfiri Tural Həsənov etimadnaməsini Əlcəzair Prezidenti Əbdülməcid Təbbuna təqdim etdi 3 Fevral Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası keçirildi (Bakı) Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirildi (Bakı) Aİ enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər etdi. İlham Əliyev və Kadri Simson arasında görüş oldu (Bakı) İtaliya ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin Azərbaycana səfər etdi. İlham Əliyev və Cilberto Piketto Fratin arasında görüş oldu (Bakı) Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradıldı 6 Fevral — Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradıldı 7 Fevral — İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Konqo, Namibiya, Vyetnam və Laos səfirlərinin etimadnamələrini qəbul etdi: Konqo səfiri - David Maduka Namibiya səfiri - Klemens Xanduukeme Kaşuupulva Vyetnam səfiri - Danq Min Xoy Laos səfiri - Vilavan İyapohe 8 Fevral İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonunda Tofiq Quliyev heykəlinin açılışında iştirak etdi "Dövlət Turizm Agentliyi"nin regional turizm idarələri yaradıldı 10 Fevral — Bakı şəhərində Pakistan sitrus meyvələri festivalı keçirildi 13 Fevral İlham Əliyev Bakı şəhərində "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt-lik ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasimində iştirak etdi İtaliya şirkətlər və "Made in Italy" naziri Adolfo Urso Azərbaycana səfər etdi. İlham Əliyev və Adolfo Urso arasında görüş oldu (Bakı) 14 Fevral İlham Əliyev ölkəmizə yeni təyin olunmuş San-Marino, Qana və Anqola səfirlərinin etimadnamələrini qəbul etdi: San-Marino səfiri - Con Matsa Qana səfiri - Oheneba Lesli Akua Akyaa Opoku-Vare Anqola səfiri - Auqusto da Silva Kunha Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbayvana səfər etdi. İlham Əliyev və İqor Xovayev arasında görüş oldu (Bakı) 15 Fevral — "AzerBlast" MMC tərəfindən Gəncə şəhərində ölkədə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanıldı 16 Fevral — Azərbaycan-Polşa Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirildi (Bakı) 17 Fevral İlham Əliyev Almaniyaya səfər etdi: İlham Əliyev və Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Aİ Şurası Prezidenti Şarl Mişel arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Avropa Ravvinləri Konfransı prezidenti Pinhas Qoldşmit arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və İsrail müdafiə naziri Yoav Qallant arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etdi (Münhen, Almaniya) Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirildi (Budapeşt, Macarıstan) Azərbaycan-Macarıstan Biznes Forumu keçirildi (Budapeşt, Macarıstan) 18 Fevral İlham Əliyev və İraq Kürdüstanı Prezidenti Neçirvan Bərzani arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və Avropa İnvestisiya Bankı (EIB) prezidenti Verner Hoyer arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu (Münhen, Almaniya) İlham Əliyev və ATƏT Baş katibi Helqa Maria Şmid arasında görüş oldu (Münhen, Almaniya) Turizm İnformasiya Mərkəzləri ləğv edildi 21 — 22 Fevral — Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Kəlbəcər, Şuşa, Tovuz, Xocavənd və Sədərək rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu 23 — 24 Fevral — "MİNAHACK" hakatonu (Bakı) 23 Fevral — Yeni regional mədəniyyət idarələri yaradıldı 24 Fevral — Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirildi: (Daşkənd, Özbəkistan) Şuşa və Özbəkistanın Xivə şəhərləri qardaşlaşdı 25 Fevral İlham Əliyev Türkiyəyə səfər etdi: İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (İstanbul, Türkiyə) İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfər etdi 26 Fevral İlham Əliyev və İslam İnkişaf Bankı Prezidenti Məhəmməd Süleyman Əl-Casir arasında görüş oldu (Bakı) Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirildi.
2024-cü ildə Azərbaycan
2024 — Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili". Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Vüqar Mustafayev Elm və Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri — Adil Kərimli Səhiyyə naziri — Teymur Musayev Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — Məcnun Məmmədov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fərid Əhmədov 7 Yanvar — Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunmuş Yaponiya, Lüksemburq və Peru səfirlərinin etimadnamələrini qəbul etdi: Yaponiya səfiri - Katsuya Vatanabe Lüksemburq səfiri - Alain de Muyser Peru səfiri - Sezar Auqusto de las Kasas Dias 8 Yanvar BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfər etdi. Milli Qeyri-Hökumət Təşkilatları Forumu Naxçıvan şəhərində regional forum keçirdi. 9 Yanvar Respublika Perinatal Mərkəzində yanğın: Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq öldü. Prezident İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş oldu. (Bakı) 15 Yanvar — Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş vermişdir. 31 yanvar — Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi 7 fevral — Azərbaycanda növbədənkənar prezident seçkiləri 1 yanvar Kamila Batmanqılınc, azərbaycanlı-britaniyalı iş adamı, yazıçı, xeyriyyəçi. (d. 1963) Vəlihə Abdullayeva, dövlət xadimi. (d.
2024-cü ildə ölənlər
2024-cü ildə vəfat edənlərin siyahısı — 2024-cü ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. Yaşar Yakış — 85 yaşında vəfat edib. Anna Dmitriyeva — 83 yaşında vəfat edib. Zöhrab Qarayev — 79 yaşında vəfat edib. Mütəllim Abbasov — 66 yaşında vəfat edib. İsa Məmmədov — 68 yaşında vəfat edib. Donald Sazerlend — 88 yaşında vəfat edib. Anuk Eme — 92 yaşında vəfat edib. Əlibala Əsgərov — 69 yaşında vəfat edib. Fumihiko Maki — 95 yaşında vəfat edib.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Osmanlının Quriyanı ələ keçirməsi
Osmanlının Quriyanı ələ keçirməsi – Osmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır. Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir. 1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü.
2000-ci ildə (rəsm seriyası)
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
Bir ildə həyat (film, 2020)
Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi. Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir. Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən.
2024-cü ildə ölənlərin siyahısı
2024-cü ildə vəfat edənlərin siyahısı — 2024-cü ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. Yaşar Yakış — 85 yaşında vəfat edib. Anna Dmitriyeva — 83 yaşında vəfat edib. Zöhrab Qarayev — 79 yaşında vəfat edib. Mütəllim Abbasov — 66 yaşında vəfat edib. İsa Məmmədov — 68 yaşında vəfat edib. Donald Sazerlend — 88 yaşında vəfat edib. Anuk Eme — 92 yaşında vəfat edib. Əlibala Əsgərov — 69 yaşında vəfat edib. Fumihiko Maki — 95 yaşında vəfat edib.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
ELTE
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Elda
Elda (isp. Elda) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 45,79 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 54815 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir. Şəhərdə Elda adlı qəsr yerləşməkdədir.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Elçe
Elçe (isp. Elche) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 326,07 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 230822 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 21 km uzaqlıqda yerləşir.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Ayaqlar
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standart xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir. Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir.
Ayaqoz
Ayaquz və ya Ayaqoz(qaz. Аягөз) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində rayon tabeliyində olan şəhər, Ayaqoz rayonunun inzibati mərkəzi. Qazaxıstanın şərqində, Ayaqoz çayının hər iki sahilindədir. Strateji əhəmiyyət kəsb edir; şəhərdə bir neçə hərbi qarnizon və hava hücumundan müdafiə raket qüvvələri kompleksi yerləşdirilib. Respublikanın əsas nəqliyyat mərkəzidir. Türküstan-Sibir dəmir yolunun böyük bir qovşağı, respublika magistral yollarında bir çəngəl: Almatı - Ust-Kamenogorsk, Karaqanda - Ayaqoz - Boqaz. Şəhərin üstündə bir neçə beynəlxalq hava yolunun kəsişməsidir. 1 yanvar 2016-cı il tarixinə qədər şəhərdə 38126 nəfər (18.554 kişi və 19572 qadın) yaşayırdı. Milli kompozisiya (1 noyabr 2012-ci il tarixinə): Qazaxlar - 39 113 nəfər. (93.02%) Ruslar - 1715 nəfər.
Ayaquz
Ayaquz və ya Ayaqoz(qaz. Аягөз) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində rayon tabeliyində olan şəhər, Ayaqoz rayonunun inzibati mərkəzi. Qazaxıstanın şərqində, Ayaqoz çayının hər iki sahilindədir. Strateji əhəmiyyət kəsb edir; şəhərdə bir neçə hərbi qarnizon və hava hücumundan müdafiə raket qüvvələri kompleksi yerləşdirilib. Respublikanın əsas nəqliyyat mərkəzidir. Türküstan-Sibir dəmir yolunun böyük bir qovşağı, respublika magistral yollarında bir çəngəl: Almatı - Ust-Kamenogorsk, Karaqanda - Ayaqoz - Boqaz. Şəhərin üstündə bir neçə beynəlxalq hava yolunun kəsişməsidir. 1 yanvar 2016-cı il tarixinə qədər şəhərdə 38126 nəfər (18.554 kişi və 19572 qadın) yaşayırdı. Milli kompozisiya (1 noyabr 2012-ci il tarixinə): Qazaxlar - 39 113 nəfər. (93.02%) Ruslar - 1715 nəfər.
Yaylaqda
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
2023-cü ildə İsrailə hücumların inkarı
2023-cü ildə İsrailə hücumların inkarı — 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu etməsinin inkar edilməsi. "Washington Post" əməkdaşı Elizabet Dvoskinin fikrinə görə, 7 oktyabr hücumların tarixin ən yaxşı sənədləşdirilmiş terror hücumlarından biri idi. Burada həmçinin, hücum edən HƏMAS yaraqlılarının smartfon kameraları və "GoPro"larından əldə olunan dəlillər də mövcuddur. Dvoskin hücumların ümumiyyətlə baş vermədiyini və ya saxta bayraq əməliyyatları olduğunu bildirən sui-qəsd nəzəriyyələrinin mövcud olduğunu bildirir. Dvoskin yazmışdır ki, bəzi yəhudi liderləri və tədqiqatçıları 7 oktyabr hadisələrinin inkarını Holokostun inkarı ilə müqayisə etmişlər. İsrailin Qanunvericilik Məsələləri üzrə Nazirlər Komitəsi tərəfindən təsdiqlənən İsrail qanunvericilik təklifi 7 oktyabrda baş vermiş hücumları inkar edən və ya onlara dəstək verən şəxslərə beş il həbs cəzası verilməsini nəzərdə tutur. "Washington Post" əməkdaşı Elizabet Dvoskinin fikrinə görə, 7 oktyabr hücumların tarixin ən yaxşı sənədləşdirilmiş terror hücumlarından biri idi. Burada həmçinin, hücum edən HƏMAS yaraqlılarının smartfon kameraları və "GoPro"larından əldə olunan dəlillər də mövcuddur. Dvoskin hücumların ümumiyyətlə baş vermədiyini və ya saxta bayraq əməliyyatları olduğunu bildirən sui-qəsd nəzəriyyələrinin mövcud olduğunu bildirir. 2024-cü ilin yanvarına olan məlumata görə, hücumların əsas faktlarını inkar edən və baş verən zorakılığı minimuma endirən, ya da onun mənşəyini mübahisələndirən saxta və çaşdırıcı hekayələr yayan kiçik, lakin böyüyən bir qrup mövcud olmuşdur.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Maqda
Maqda — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qеyd olunmuşdur Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta. 1728-ci ilə aid mənbədə isə Makta kimidir Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir. Ermənistan SSR AS RH-nin I. XII.1949-cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.
AAYDA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanı. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Emil Edde
Emil Edde (ərəb. إميل أده‎; 5 may 1883, Dəməşq – 27 sentyabr 1949) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur. Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir. Birinci Dünya Müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər. Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Evdə tək
Evdə tək (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peski, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Kristoffer Velde
Kristoffer Velde (9 sentyabr 1999, Hauqesund[d], Ruqalann[d]) — Norveç futbolçusu, "Ekstraklasa"da çıxış edən "Lex Poznan" FK-nın və U19 Norveç milli futbol komandasının vingeri. Kristoffer Velde "Kopervik"də gənclər komandasında çıxış etmişdir. O, 2013-cü il mövsümünü "Vard"ın gənclərdən ibarət heyətində keçirmiş, ardınca "Kopervik"ə qayıtmış və 2015-ci ildə "Högesunn"un heyətinə qoşulmuşdur. Velde 2017-ci ildə əsas komandada debüt etmişdir. O, həmin U19 Norveç milli futbol komandasında çıxış etmişdir. 2019-cu ilin yanvar ayının əvvəlində Veldenin 2019-cu il mövsümü üçün "Nest-Sotra" klubuna icarəyə verildiyi açıqlanmışdır. İcarə 2019-cu ilin aprel ayının əvvəlində dayandırılmışdır. O, 2022-ci ilin yanvarında Polşanın "Lex Poznan" klubuna keçmişdir. Ona "Veldinyo" ləqəbi verilmişdir.
Rob Elder
Rob Elder (25 aprel 1981, Suva, Fici) — Ficili oxatan. Rob Elder Ficini 2004, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Rob Elder birinci dəfə Olimpiya Oyunlarına 2004-ci ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Park Kyung-Mo ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 138:154 hesabı ilə uduzdu. Rob Elder özünün ikinci Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Bun-Min ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 2:3 hesabı ilə uduzdu. Rob Elder növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vei Çun-Heng ilə üz-üzə gəldi.
Elmdə qadınlar
Elmdə qadınların mövcudluğu elm tarixinin ən erkən dövrlərini əhatə edir, burada onlar mühüm töhfələr vermişlər. Gender və elmə maraq göstərən tarixçilər qadınların elmi səylərini və nailiyyətlərini, üzləşdikləri maneələri və işlərinin əsas elmi jurnallarda və digər nəşrlərdə nəzərdən keçirilməsi və qəbul edilməsi üçün həyata keçirilən strategiyaları araşdırmışlar. Bu məsələlərin tarixi, tənqidi və sosioloji tədqiqi özlüyündə akademik bir fənnə çevrilmişdir. Qadınların tibbə cəlb edilməsi bir neçə erkən qərb sivilizasiyasında baş verdi və qədim Yunanıstanda təbiət fəlsəfəsinin öyrənilməsi qadınlar üçün açıq idi. Eramızın birinci və ya ikinci əsrlərində qadınlar kimyagərlik elminə töhfə vermişdilər. Orta əsrlərdə dini monastırlar qadınlar üçün mühüm təhsil yeri idi və bu icmaların bəziləri qadınların elmi tədqiqatlara töhfə verməsi üçün imkanlar yaradırdı. XI əsrdə ilk universitetlərin meydana çıxmağa başladı və qadınlar əksər hallarda universitet təhsilindən kənarda qaldılar. Akademiyadan kənarda botanika erkən müasir dövrlərdə qadınların töhfələrindən ən çox faydalanan elm idi. İtaliyada qadınların tibb sahəsində təhsil almasına münasibət digər yerlərə nisbətən daha liberal görünürdü. Elmi tədqiqatlar sahəsində universitetdə vəzifə tutmuş ilk qadın XVIII əsr italyan alimi Laura Bassi idi.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Amanda Oliveyra
Amanda Oliveyra (d. 6 yanvar 1987) — Braziliyanı təmsil edən su poloçusu. Amanda Oliveyra, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Amanda Peterson
Amanda Peterson (ing. Amanda Peterson; 8 iyul 1971, Qrili[d], Kolorado – 3 iyul 2015, Qrili[d], Kolorado) — ABŞ aktrisası. 8 iyul 1971-ci ildə anadan olmuşdur. Amanda 1987-ci ildə "Məhəbbəti pulla almaq olmaz" filmində Patrik Dempsi ilə ifa etdiyi roluna görə uzun müddət dünya kinematoqrafiyasının diqqət mərkəzində qalmışdır. Onun son filmi 1994-cü ildə çəkildiyi "Futbol ulduzu" olub. 2015-ci ilin iyul ayında vəfat etmişdir. Öz evində ölü tapılan aktrisanın ölüm səbəbini məlum deyil..
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Amanda Poppe
Nayada (peyk)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Qara ayaqlar
Qara ayaqlar (Qara ayaqca Niitsítapi "Original People"; İngiliscə Blackfoot, Blackfeet), daha çox Kanadada Alberta yaletində, çox az bir qismi də Amerika Birləşmiş Ştatlarında Montana əyalətinin şimal qərbində yaşayan Algonkinlərdən Hindu qəbiləsi. Ən yaxın qohumları Arapaholar, Atsinalar və Şayenlərdir. Düzənlik Hinduları mədəni grupuna daxildirlər. Atabasklardan fərqli bir dil danışan Tsutinalar keçmişdə Qara ayaq konfederasiyasına daxil idilər. Siyulardan Sihasapa (Qara ayaq) xalqının adı ilə dilləri Algonkin dillerinə girən Siksiká ᓱᖽᐧᖿ (Qara ayaq) xalqının adlarını qarışdırmamaq lazımdır.
İraqda din
İraqda din 2015-ci ilə nisbətən müsəlman idi, əhalinin 95-98% -i İslamı qəbul edir. Xristianlıq, o cümlədən Katolik, Pravoslav, Protestant, Şərq Assuriya Kilsəsi 1%, digər dinlər isə qalan 1-4% təşkil edir .Yazidizm və İraqdakı azlıqların etiqad etdiyi dini skretizm Mandaeism, Şabakizm və Yarsanizm 1.5'ini əhatə edir. İraq Yəhudi icması artıq yoxdur. İraq müsəlmanları iki fərqli ənənəyə - şiə və sünni İslama uyğundur. 2018 CIA Fakt kitabına görə, İraq 97% müsəlmandır: 60-65% şiə və 32-37% sünni. İraqdakı Vətəndaş Müharibəsindən (2014–2017) bəri müsəlmanların ümumi faizi xristian və yezidi qaçqınlarının qonşu ölkələrə köç etməsi səbəbindən artmışdır. Bağdad əsrlər boyu İslam öyrənmə və təqaüd mərkəzi idi və Abassidlərin paytaxtı olaraq xidmət etdi. Kərbəla şəhəri 680-ci il oktyabrın 10-da müasir şəhərin yerində vuruşan Kərbəla döyüşü nəticəsində şiə İslamda əhəmiyyətli dərəcədə geniş yer tutur. şiələri saleh xəlifə və ilk imam hesab edənlər də "İmam Əl" adıyla tanınır. Artıq şəhər şiə İslam dünyasının böyük bir həcc mərkəzidir və yalnız Məkkə və Mədinədən daha çox müsəlman zəvvar qəbul etdiyi təxmin edilir.
Ayaqlı qablar
Ayaqlı qablar (ing. Stemware) — baza üzərində yüksələn ayaq üzərində duran içki qablarıdır. Bu cür qablar adətən müxtəlif şüşə materiallardan hazırlansa da, bəzən keramik və metal variantlarına da rast gəlinir. Ayaqlı qablar, istifadəçiyə əl vasitəsilə içkinin tempraturuna təsir etmədən onu tutmağa imkan verir. Ayaqlı qablara aşağıdakılar daxildir: Absent badəsi Şampan badəsi Potir və kubok Kokteyl badəsi (Martini və marqarita badələri daxil olmaqla) Likör badələri Ramerlər Qədəhlər Şərab badələri Rinker, Harry L. Stemware of the 20th Century: The Top 200 Patterns (1st). New York: House of Collectibles. 1997. ISBN 9780676600841. İstifadə tarixi: 23 February 2013. Cech, Mary; Schact, Jennie.
Henrix Yaqoda
Henrix Qriqoryeviç Yaqoda (doğum zamanı adı - Henax Gerşenoviç Yaqoda , sonralar Enok-Heinrich (Enoch) Gershenoviç və Genrix Gershenoviç , 7 (19) noyabr 1891, Rıbinsk, Yaroslavl quberniyası[d] – 15 mart 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti ) — rus inqilabçısı, sovet dövlət və siyasət xadimi, Sovet dövlət təhlükəsizlik orqanlarının (ÇK, BDSİ, NKVD ) əsas rəhbərlərindən biri, SSRİ Xalq Daxili İşlər Komissarı (1934-1936). SSRİ tarixində ilk " dövlət təhlükəsizliyi baş komissarı " (xüsusi rütbənin yaradılması və Yaqodaya verilməsi eyni fərmanla baş verdi). 1938-ci ildə Moskva prosesləri zamanı güllələnmişdir.
Amanda Abbinqton
Amanda Abbinqton (London) — İngilis aktrisa.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
İskəmər
Miladdan iki min, üç min il öncə[1] bu bölgədə (Lulubi) və (Qutti) tayfaları məskən salmışlar, həmin bölgəyə miladdan qabaq Manna deyərmişlər[2]. Aşur şahı, Parsuva-dan hərəkətə keçib dağları, gədikləri aşıb Misov (Misov=Mişo, Mişov) ölkəsinə gəldi.Ulusunər (Osunu) ona böyük miqdarda hədiyyələr verdi… Sonra Manna şahı (Ulusunu) Sarqonla anlaşdı, Urarto ilə savaşa girib Urmu gölünün şimal hissəsi Manna ərazisi olan Misovu azad edib, Manna dövlətini geri qaytardı. Diyakonov başqa bir yerdə yazırdı: »Sarqonun yazılarında Urmu gölünün şimalı Sankibutu adlandırılır.Kəndlərini gözəl bağ-bağatlı, bulaqlarını qaynar uzun su kanalları, ormanlı-meşəli dağları, verimli torpaqları və əkinçilik sahəsinin modern üslub əsasında qurulduğunu qeyd edir.« (1və2) Professor Zehtabi yazır: »Urartolar bugünkü Güney mahalını yüz il əlində saxlamış, burada eləcə də Təbriz və Salmas məntəqəsində bu yüz il ərzində böyük əkinçilik işləri və abadanlıq tədbirləri görmüşlər.« (2) Sonralar bu bölgəyə Güney adı verildi. Bu söz təbiətdən qaynaqlanan sözdür, türkcəmizdə cənub deməkdir, daha doğrusu Mişov dağlarının cənubu anlamını ifadə edir. Daha sonra Ərvənəg-Ənzab, bu gün isə (3) Şəbistər rəsmi dövlət dairələrində (1351-1950) ilə qədər tanınmış Ərvənəg-Ənzaba xalq içində hələdə Güney deyilir. Bu bölgə Təbrizin şimal qərbində yerləşmişdir.Həmdullah Mustovfi bu haqda belə yazır(4): »Təbriz yeddi bölümdən ibarətdir, dördüncü bölümü Ərvənəgdir, on beş ağac uzunluğu beş ağac eni var.« Başqa bir sözlə uzunluğu yüz on kilometr[3] (110 km), eni otuz kilometrdir (30 km). Dəniz səviyyəsindən yüksəkliyi 1275-1300m –dir[4].Güneyin şimalında Mərənd, şimal şərqində Əhər, qərbində Salmas, cənubunda Urmu gölü yerləşir.Mişov dağı 100 km uzunu 30 km eni ilə bu bölgəni bir divar kimi ikiyə bölür. Mişov dağının ən yüksək zirvəsi Ələmlardır. Ələmdarın hündürlüyü 3165m-dir. Bu zirvə Təsi şəhərinin istiqamətində yerləşir.
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.
Eldən Soruş (1980)
Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Élie Abel Carrière
Eli-Abel Karryer (fr. Élie-Abel Carrière, 4 iyun 1818 – 17 avqust 1896) — fransız botaniki. Jardin fruitier – Fruits à pépins – Poires, 1845. Pépinières, 1855. Traité général des conifères ou description de toutes les espèces et variétés, Carriere, Elie Abel. París. 1855. Entretiens familiers sur l'horticulture, 1860. (Les) Arbres et la civilisation, Carriere, E. A. París. 1860.
Evdə tək (dəqiqləşdirmə)
Evdə tək
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
İslamey (fantaziya)
İslamey: Şərq fantaziyası, or. 19' — rus bəstəkarı Mili Balakirevin 1869-cu ilin avqust-sentyabr aylarında fortepiano üçün yazılmış əsəri. "İslamey" adı (Kabardian-Çerkiş İslamey, Adıge İslami) Adıge (Çərkəz) xalq rəqsi deməkdir. Adətən bu rəqs melodiyası akkordeonda, skripkada ifa olunur və pxatsk (4-5 taxta lövhədən ibarət ratchet) ilə müşayiət olunur. Yaradıcılığında rus xalqının adət-ənənələrinin böyük təsiri olan bəstəkar M. A. Balakirev Qafqaza və buraya olan səyahətlərdən ilhamlanmış və nəticədə o, "İslamey" fortepiano fantaziyasını yazmaq qərarına gəlmişdir: Bu tamaşa təsadüfən 60-cı illərin sonunda üç yay dalbadal getməli olduğum Qafqazda yaranmışdı. Yerli xalq musiqisi ilə maraqlandığım üçün tez-tez yanıma gələn və özünün skripkaya bənzər aləti ilə xalq melodiyalarını ifa edən şahzadə ilə tanış oldum. Onlardan biri olan “İslamey” adlanan rəqs mənim çox xoşuma gəldi. (rus musiqisinin təbliğatçısı E.Reyssə məktub, 1892) Əsər 1869-cu ildə Sankt-Peterburqda bir ay ərzində (avqustun əvvəli - sentyabrın sonu) yazılmışdır. 1902-ci ildə Balakirev əsərə yenidən baxaraq onu 3 hissəyə bölür. “İslamey” fortepiano əsəri 3 hissədən ibarətdir: Allegro agitato-giriş, əsas mövzunun girişi Tranquillo-Andantino espressivo-tamamilə yeni mövzunun ortaya çıxması Allegro vivo-Presto furioso-əsas mövzuya qayıdış Əsər çoxlu sayda texniki cəhətdən mürəkkəb hissələrdən ibarətdir - bu da, onu Nikolay Rubinşteyn, Ferens List, Simon Barer, Mixail Pletnev, Boris Berezovski və başqaları kimi virtuoz pianoçular arasında populyarlaşdırmışdır.
İsəmət (Şaran)
İsəmət (başq. Исәмәт, rus. Исаметово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 5 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 35 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.