Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
ABŞ-da QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) - Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir.320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir.Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır.Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. Los-Anceles dairəsində 31.076 nəfər, San-Fransiskoda isə 18.838 nəfər HİV müsbət şəxsin yaşadığı məlumdur. 2007-ci ilin məlumatına əsasən Nyu-York ştatında 119.929 nəfər HİV müsbət şəxs yaşayır ki, bunlardan 92.669 nəfəri Nyu-York şəhərinin payına düşür. Paytaxt Vaşinqton şəhərində də HİV müsbət şəxslərin sayı digər ərazilərə nisbət çoxluq təşkil edir.
ABŞ-da din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi.Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880 -ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 İyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874 -cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi.1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu. Əsgərlərinin sağlamlığı üçün ehtiya edən federal hökumətin təkidi ilə fahişəxanalar bağlandı. 6 fevral 1911-ci ildə Qərbi Virciniya qadınların fahişəliyə cəlb etmə və fahişəxanaların təşkilatını qadağan etdi.
ABŞ-da idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü xokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Xokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür.ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq). 2017-ci il (2017-ci il) tarixinə olan məlumata əsasən, ABŞ, Yay Olimpiya Oyunlarında digər bütün ölkələrdən daha çox olmaqla 2.522 medal qazanıb və Qış Olimpiya Oyunlarında 305 medal qazanaraq Norveçdən sonra ikincidir.
ABŞ-da immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi.1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-da seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
ABŞ-da təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
Ay'da Yürüdüm
Ay'da Yürüdüm – Göksel-in 2007-ci ildə çıxardığı 5-ci albomudur. Albomdakı "Taş Bebek" və "Yarabbi Şükür" mahnılarına klip çəkilmişdir.
Barnaba da Modena
Barnaba da Modena (it. Barnaba da Modena; 1328, Modena – təq. 1386, Modena) — İtaliya rəssamı. == Həyatı == Barnaba da Modena rəssamlıq fəaliyyətinə İtaliyada başlamışdır. Onun əsərləri Vizantiya stilindədirlər. Ən məşhur əsəri "Axirət günü" Müqəddəs Aqostino kilsəsi üçün çəkilmişdir. == Həmçinin bax == Barnaba Barokko rəssamlığı == Ədəbiyyat == Pietro Toesca, Dipinti di Barnaba da Modena, in "Bollettino d'arte del Ministero della Pubblica Istruzione", 16, 1922/23, pp. 291–294. Pasquale Rotondi, Il polittico di Barnaba da Modena a Lavagnola, Genova, Stab. Tip.
Cristina da Suécia
Kristina (7 dekabr 1626, Stokholm – 9 aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Da Vinci (telekanal)
Da Vinci (2018-ci ilə qədər Da Vinci Learning) — yayım mərkəzi Berlində olan uşaqlar və böyüklər üçün tədqiqat və təhsil telekanalı. 15 sentyabr 2007-ci ildə saat 9:00-da Polşada efirə buraxıldı. == Verilişlər == Telekanal, təbiət, yer, texnologiya, insan və mədəniyyət haqqında elmi verilişləri efirə verir. == Yayım == Hazırda Da Vinci Learning TV telekanalı Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Makedoniya, Malayziya, Moldova, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya, Estoniya və Cənubi Afrikada yayımlanır. 2017-ci il sentyabr ayından etibarən, Da Vinci Learning Yaponiyada, 1 yanvar 2018-ci ildən Yunanıstan, Gürcüstan və İsraildə yayımlanır. Rusiyada yayımlanma Viasat tərəfindən dəstəklənir. Rus dilinə köçürmə və off-screen tərcümələr studiyalar tərəfindən həyata keçirilir: "Leksikon" (Rusiya) və "Tak Treba Production" (Ukrayna). 18 noyabr 2010-cu ildə telekanal Raduqa TV peyk televiziya paketinin bir hissəsi kimi ABS-1 peykində yayıma başladı. 9 yanvar 2018-ci ildə telekanal rebrendinq edildi və adını müvafiq olaraq "Da Vinci" adına dəyişdirdi. Bundan əlavə telekanalın yayım strategiyası da dəyişdi: Da Vinci Kids loqosu səhərdən axşam 20:00-a qədər, Da Vinci Learning loqosu isə axşam 20:00-dan sonra göstərilməyə başladı.
Da Vinçi şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdürü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə çevrilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı. == Süjet xətti == Luvr muzeyinin müdürü və Sion təriqətinin böyük ustadı Jak Sonyer bir gecə muzeyin Böyük salonunda, San Qril axtarışında olan və özünü Müəllim adlandıran biri tərəfindən tutulmuş albino Katolik rahibi Silas tərəfindən ölümcül yaralanır.
Da Vinçinin şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdürü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə çevrilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı. == Süjet xətti == Luvr muzeyinin müdürü və Sion təriqətinin böyük ustadı Jak Sonyer bir gecə muzeyin Böyük salonunda, San Qril axtarışında olan və özünü Müəllim adlandıran biri tərəfindən tutulmuş albino Katolik rahibi Silas tərəfindən ölümcül yaralanır.
Denilson da Kosta
Denilson da Kosta (7 mart 1998) — Mozambikli üzgüçü. Denilson da Kosta Mozambiki 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Denilson da Kosta birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.35 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 62-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. == Həyatı == Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Diana Da Rucna
Diana Da Rucna (d. 16 oktyabr 1989; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Diana Da Rucna İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Flaviya da Fariya
Flaviya da Fariya (29 yanvar 1982) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Flaviya da Fariya Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Irmandades da Fala
Irmandades da Fala (azərb. Dil Qardaşlığı‎)— 1916-1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi. == Tarixi == Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir. Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır. == Siyasi proqramı == 1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur: Əsas hədəflər Qalisiyanın muxtariyyət qazanması. Bələdiyyə muxtariyyəti.
Leonardo Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Li Da-in
Lee Da-in (5 noyabr 1992, Seul) — Cənubi Koreyalı aktrisadır. Aktrisa Kyon Mi-rin qızıdır.
Neydson da Silva
Meydson da Silva (28 oktyabr 1996, Maseyo[d]) — Neydson kimi də tanınan, Molde klubundan icarə əsasında Eliteserien təmsilçilərindən olan Elverum klubunda qapıçı kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Molde === Neydson Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Neydson öz peşəkar karyerasında debütünü 8 noyabr 2015-ci ildə İK Start klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Etan Horvatı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.19 iyul 2017-ci ildə Neydson 2017-ci ilin sonuna qədər Elverum klubuna icarəyə verilmişdir. === Brattvaq === 29 dekabr 2017-ci ildə Neydson Molde klubundan ayrıldıqdan sonra Brattvaq klubu ilə müqavilə imzalamışdır.
Daşca
Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir. == Coğrafiyası == Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb. == Toponimikası == Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) - iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası - nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynamışdır.
Əlincə
Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. == Yanğından mühafizə == Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Yağış
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Aşağı daşma
Aşağı daşma (ing. underflow) – sürüşkən nöqtə ilə əməliyyat zamanı yaranan xətalardan biri nəzərdə tutulur. Belə ki, nəticə o qədər kiçik ola bilir ki, kompüterin mövcud mərtəbə şəbəkəsində onu təqdim etmək mümkün olmur. Məsələn, birqat dəqiqlikli hesabda (ən kiçik ədədi 1.210-38 olan) 10−20•10−30 = 10−50 əməli mərtəbənin itməsinə səbəb olur. Belə əməlin nəticəsini 0 hesab etmək olar, ancaq bu arzuolunmaz hallar, məsələn, sıfra bölmə ilə nəticələnə bilər. Köklənmədən asılı olaraq sistem belə halda ya xəta haqqında məlumat verə bilər, ya da aşağı daşmaya məhəl qoymadan nəticə olaraq 0 qaytara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daşca bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.
Daşa Astafeva
Darya "Daşa" Viktorivna Astafeva (ukr. Дар'я Вікторівна Астаф’єва; 4 avqust 1985) — Ukrayna aktrisası, müğənnisi və fotomodeli.
Əlincə (Culfa)
Əlincə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xangah kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlincə adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 694 nəfərdir.
Əlincə (Xudabəndə)
Əlincə (fars. النچه‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (72 ailə).
Əlincə (cəmiyyət)
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Əlincə (Əsədabad)
Əlincə (fars. النجه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 117 nəfər yaşayır (41 ailə).
Əlincə Cəmiyyəti
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Əlincə FK
Əlincə FK və ya rəsmi adı ilə Əlincə Futbol Klubu — Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yer alan, Azərbaycan futbol klubudur. Klubun tarixi 2010-cu ildən başlayır. Əlincə klubu hazırda Azərbaycan Region Liqasıın Naxçıvan zonasında çıxış edir. == Tarixi == "Əlincə" futbol klubu 2010-cu il aprelin 5-də "Bağçalı Evlər" MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib. Adının mənası Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası Masazır kəndi, Novxanı şossesi ərazisində yerləşir. Rəhbərliyin diqqət və qayğısı nəticəsində klubun bazası genişləndirilmiş, AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya almışdır. Yarandığı ilk günlərdə 12 futbolçu ilə fəaliyyət göstərən klub, tədricən futbolçu və məşqçi heyətinin çoxaldılması ilə əlaqədar yeni stadionlar inşa etmişdir. Həmçinin futbolçular, məşqçilər heyətinin daimi yaşaması üçün ən müasir standartlara cavab verən baza tikilmişdir. 2011–2012, 2012–2013 və 2013–2014-cü il mövsümlərində AFFA-nın bayrağı altında keçirilən müvafiq çempionatlarda U-14, U-15 və U-16 komandaları iştirak etmişdir.
Əlincə dağı
Əlincə — Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin şərq yamacında zirvədir. Hündürlüyü 1810 m-dən 1821,4 m-ə qədər dəyişir. Dağın cənub-şərq yamacında Xanəgah kəndi var, dağın zirvəsində isə orta əsrlərə aid Əlincə qalası yerləşir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi ellipsvari sıldırım yamaclı yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Dağ lakkolitlərdən ibarətdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzində izlənilən eyniadlı antiklinalın maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir.
Əlincə ekstruzivi
== Haqqında == Əlincə ekstruzivi İlandağ ekstruzivindən 5,5 km şimal-qərbdə, Əlincə çayının sağ sahilində, Xanagah kəndinin yaxınlığında çay yatağına nisbətən 380 m (mütləq hündürlüyü 1811,9 m) yüksəkdə qərar tutmuşdur. O özlüyündə aralarında milli qəhrəman Babəkin istehkam məntəqələrindən biri sayılan qədim Əlincə və ya Ərəncik qalasının (Ərlər, yəni qəhrəmanlar qalası) yerləşdiyi üç ayrı-ayrı zirvəli dik konusdan ibarətdir. Submeridional istiqamətli ellips formalı bu ekstruziv günbəzin bünövrəsinin sahəsi 1,3 kv.km-ə çatır. Orta eosen çöküntü qatını yaran bu ekstruziv günbəz cəhrayı-boz rəngli andezit-dasitlərdən təşkil olunmuşdur.
Əlincə nahiyəsi
XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan sancağının tərkibinə daxil olan nahiyələrdən biri də Əlincə nahiyəsi idi. Nahiyənin mərkəzi Əlincə qalasında yerləşmişdir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bir çox müəlliflərin XIV əsrin sonundan etibarən Əlincə qalasının öz əvvəlki əhəmiyyətini itirməsi fikri ilə razılaşmaq olmaz. Çünki hələ Sultan Süleymanın Qızılbaş dövləti ərazilərinə 1534-cü ildə gerçəkləşmiş yürüşü zamanı Osmanlı ordusuna rəhbərlik edən iki qüdrətli sərkərdədən biri olan Xosrov paşa məhz çoxminlik Osmanlı qoşunu ilə Əlincə qalası üzərinə göndərilmişdir . Əlincə nahiyəsi şimal-qərbdən Dərəşahbuz, şimal-şərqdən Sisyan, şərqdən Azadciran, cənubdan Dərəşam, qərbdən Naxçıvan nahiyəsi ilə həmsərhəd olmuşdur. Ərazisi, təqribən, 703 kvadratkilometr olmuşdur. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s.
Əlincə qalası
Əlincəqala, Əlincə-qala və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir.XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Atabəy Özbək Xarəzmşah Cəlaləddin Mənguberdinin yürüşləri zamanı Əlincə qalasına sığınmış, burada da vəfat etmişdir.
Əlincə zərbxanası
Əlincə zərbxanası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda orta əsrlərə aid zərbxana. == Haqqında == Culfa rayonunun Xanəgah kəndinin şərqində, Əlincəçayın sağ sahilində yerləşən Əlincə qalasında fəaliyyət göstərən zərbxana. Güclü müdafiə qabiliyyətinə malik olduğundan müharibələr zamanı hökmdar ailələrinin siğındığı, dövlət xəzinələrinin saxlanıldığı Əlincəqalada həm də müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir. XIV-XVI əsrin əvvəllərində Əlincə zərbxanasnıda Elxanilərin və Teymurilərin adından gümüş dirhəmlər kəsildiyi məlumdur. Tapılmış sikkə nümunələri sübut edir ki, burada Cəlairi sultanlarının adından da müxtəlif nominallı sikkələr zərb olunmuşdur.
Ayağın bağlanması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ayağın sarınması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ağ yağış
Ağ yağış – Qısa müddət ərzində yağan şiddətli yağışdır. Ağ yağış ən çox yayın əvvəllərində yağır. Ağ yağış yağan zaman qismən buludsuz göydənsaçan günəş şüaları onun dənələrini şəffaf göstərdiyi üçün, ona Ağ yağış adı verilib.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hassa
Hassa — Hatay ilində ilçə.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Yasin
Yasin — Məhəmməd peyğəmbərin adlarindan biri. Yasin - Quranda 36-cı sürə. "Ya" "ey" ədatını bildirir. Ərəb dilində hər bir hərfin zuburu və bəyyinəsi var, eləcə də hər bir səsə bir ədəd uyğundur. Zubur hərfin kağız üzərində yazılışı, bəyyinə isə tələffüz zamanı yazılışdan artıq çıxarılan səslərdir. "Sin" hərfinin zuburu "s", bəyyinəsi isə "in"-dir. "S" səsinə 60, "i" səsinə 10, "n" səsinə isə 50 ədədi uyğundur. Deməli "sin" hərfinin zuburu 60, bəyyinəsi 60-dır (10+50=60). Diqqət çəkən məqam ondan ibarətdir ki, ərəb dilində "sin" yeganə hərfdir ki, zuburu bəyyinəsinə bərabərdir.
Yavin
Yavin, həmçinin Yavin-Praym (ing. Yavin Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet ilk dəfə 1977-ci ildə çəkilmiş "Ulduz müharibələri" filmində nümayiş olunmuşdur və geniş peyk sistemi olan böyük qırmızı qaz nəhəngi kimi təsvir edilmişdir. Üsyançılar ittifaqının gizli hərbi bazası onun dördüncü peyki olan Yavin 4-də yerləşir. Filmin sonunda Üsyançılar ittifaqı ilə Qalaktik imperiya arasında Yavin planetinin orbitində döyüş baş tutur, "Ölüm ulduzu" isə burada məhv edilir. "Ulduz müharibələri" və Əfsanələrdə bu hadisə xüsusi əhəmiyyət kəsb edir, çünki uydurma "Ulduz müharibələri" kainatında bu, təqvim üsullarından biridir. "Ulduz müharibələri" kainatında hadisələrin tarixi adətən YDƏ ("Yavin döyüşündən əvvəl") və ya YDS ("Yavin döyüşündən sonra") sözləri ilə qeyd edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Rinzler, J. W. The Making of Star Wars: The Definitive Story Behind the Original Film (ingilis). Ebury Press. 2008.
Aydın Əlizadə
Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev) — Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı. İskəndər Əliyevin və Abutalıb Abdullayevin nəvəsidir. 1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi. == Elmi fəaliyyəti == Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi. 2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü olmuşdu.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Damla (ad)
Damla — ad. Damla (müğənni) — Azərbaycanlı müğənni, aktrisa. Damla Debre — Türk teleserial aktrisası. Damla Colbay — Türk aktrisası. Damla Sönməz — Türkiyə aktrisası.
Aydın (ad)
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Süleymanov — fizika-riyaziyyat elmləri namizədi, Aydın Şükürov — "Tanıtım" qəzetinin baş direktoru, siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Kassa aparatı
Kassa (it. cassa — yeşik) — Pul, qiymətli kağızları saxlamaq üçün yeşik, sandıq. == Tarix == Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır.Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur. O burada mühərrik valının hər hərəkətini avtomatik hesablayan cihaza diqqət edir.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Euseius elinae
Euseius elinae (lat. Euseius elinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir.Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. == Tarixi == 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.XVIII əsrin ortalarında Şəlvə, Hacıxanlı, Qovuşuq və Kaha kəndlərində daimi oturaq yaşayışın bərpasından sonra Daşlı və digər ətraf kəndlərdə də daimi yaşayış bərpa edildi. Vəlibəyli, Narışlar, Canbəyli kəndlərində isə Daşlıdan köçən ailələr tərəfindən daimi yaşayışa başlamışdılar.Kəndin ərazisi XIX əsrdə Zəngəzur qəzasında yaşamış qaracorlu tayfasının əliyanlı qolunun qışlaqlarından biri olmuşdur.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Latın dilində ixtisarlar
Latın dili bir zamanlar Avropanın ortaq akademik dili idi. 18-ci əsrdən etibarən yazıçılər əsərlərində öz ana dillərindən istifadə etməyə başladılar. Ancaq latın dilində istifadə olunan bir sıra ixtisarlar olduğu kimi qaldı. Bunun səbəblərindən biri latın dilinin sadəliyidir, ancaq əsas əhəmiyyətli səbəb latın dilinin hələ də mədəniyyət dili olmasıdır. Latın dilindəki ixtisarlar bu gün də istifadə edilir. Bunlardan ən geniş yayılmışları: A.D. (Anno Domini)Mənası: "Tanrının ili" ("miladdan sonra" və ya "İsadan sonra")a.m. (ante meridiem)Mənası: "günortadan əvvəl"c.f. ya da Cf. (confere)Mənası: "qarşılaşdır"C.V. ya da CV (Curriculum Vitae)Mənası: "Avtobioqrafiya"et al. (et alii)Mənası: "və digərləri" və ya "və digər birlikdə işləyənlər"etc.
Çində qadın sağlamlığı
Çində qadın sağlamlığı Çin Xalq Respublikasındakı (ÇXR) qadınların sağlamlığından bəhs edir ki, bu da Çində kişilərin sağlamlığından bir çox cəhətdən fərqlənir. Ümumiyyətlə, sağlamlıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konstitusiyasında "xəstəlik və ya zəifliyin olmaması deyil, tam fiziki, zehni və sosial rifah vəziyyəti" olaraq təyin edilir. Çinli qadınların sağlamlığının vəziyyəti Çinin tarixi kontekstləri və son yeddi onillikdə iqtisadi inkişafı ilə əlaqədardır. Çində qadınların sağlamlığına dair tarixi bir perspektiv islahatlardan əvvəl (1949–1978) və islahatdan sonrakı dövrdə (1978-ci ildən bəri) qadınlar üçün səhiyyə siyasətlərini və nəticələrini araşdırmağı tələb edir. Ümumiyyətlə, Çində qadın sağlamlığı, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri əhəmiyyətli dərəcədə yaxşılaşd. Bununla birlikdə, gender bərabərsizliyi və Çin siyasi sisteminin mürəkkəbliyi ilə əlaqəli ənənəvi Çin ideologiyasına görə, qadın sağlamlığının reproduktiv sağlamlıq və HİV/ AİDS kimi bir çox aspektləri baxımından problemlər hələ də artmaqdadır. == ÜTT üzvü (2001-indiyə qədər) == Çinin ÜTT-yə daxil olması iqtisadi inkişafını daha da həvəsləndirmək və bazar quruluşunu yaxşılaşdırmaq üçün qəbul edilsə də, ÜTT-yə qoşulmağın Çinin işçi qüvvəsini pisləşdirəcəyindən də narahat idi, çünki dövlət müəssisələrində həddindən artıq muzdlu işçi qüvvəsi "səmərəsiz" hesab edilə bilər. Çin qlobal bazara çıxdı. Üstəlik, aparılan araşdırmalar Çində işçi qüvvəsinin yalnız% 40-ı qadınlardan ibarət olduğunu göstərdi, lakin işdən çıxarılanların% 60-ı qadınlar idi ki, bu da qadınların kişilərə nisbətən bu təsirlərə qarşı daha həssas olduğunu göstərdi. 2008-ci ildə əldə edilmiş statistik göstəricilər kişilərin qadınlara nisbətən daha yüksək fiziki rifahdan istifadə etdiyini göstərmişdir.
Yapon yanğın qarın tritonu
Yapon yanğın qarın tritonu (lat. Cynops pyrrhogaster) — Şərqiasiya tritonları cinsinə aid triton növü. == Görünüşü == Heyvalar hətta 14 sm qədər uzunluğa malik ola bilirlər. Bel və böyür nahiyələri şokolad rəngində olur. Erkəklərdə qarın nahiyəsi alovlu qırmızı, dişilərdə alovlu narıncı rəngdə olur. == Arealı və yayış yerləri == Yaponiyanın endemik canlısıdır. Təbii şəraitdə bu əsasən Şikoku, Honşu və Kyuşu adalarında yayılmışlar. Su həyatı sürsələrdə, quruya çıxırlar. == Qidalanması == Əsasən qurtdlar, puplar, cücülər və digər onurğasızlarla qidalanır. == Akvariumda == Suda uzun zaman qalmaq xüsusiyyəti bu növü akvarium şəraitində saxlamağa imkan verir.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.
Daşdan Keçən Kağız (1987)
== Məzmun == Film xəstələri xalq təbabəti yolu ilə müalicə edən baməzə Müslüm kişinin qarşılaşdığı bürokratik əngəlləri dəf etməsindən danışır.
Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978). == Həyatı == Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır. == Fəaliyyəti == Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
Dan dilində Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 294.828 məqalə yaradılıb.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Dadva
Dadva — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dadva kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Bassas da İndiya adaları
Bassas da İndiya adaları (fr. Bassas da India) — Hind okeanında yaşayışı olmayan adalar. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. == Coğrafiya == Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində, Avropa adasından 80 km aralıda qərarlaşır. Adaların sahəsi 0,2 km²-dir. Sahil xətdinin uzunluğu isə 35,2 km-dir. Ada öz növbəsində bir su altı dağdır ki, onun hündürlüyü 3000 metrdir. Güçlü qabarmalar zamanı adalar tamamən suyun altında qalır.
Aqşin Əlizadə (film, 2011)
Aqşin Əlizadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2011-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadə haqqındadır. == Məzmun == Film Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadədən bəhs edir.