Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
İsiaka İrankunda
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.
Müxtəlifrəngli sovka
Vışka (qəzet)
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Vışka qəzeti
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Çəhrayı sovka
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Şüalı sovka
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka
Siva (oazis)
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Viva Communications
Viva Communications Inc. (həmçinin Viva Entertainment Inc. və sadəcə VIVA kimi tanınan) qərargahı Ortigas Center, Pasig-də yerləşən Filippin çoxmillətli özəl konqlomeratdır. 1981-ci ildə kiçik Vik del Rosario və onun bacısı Tess Kruz tərəfindən təsis edilib.
ZSU-23-4 Şilka
23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksi (rusca:Зенитная Самоходная Установка; ЗСУ-23-4 «Ши́лка») yüngül zirehlə və radar sistemi ilə təchiz edilmiş olan SSRİ istehsalı özüyeriyən zenit-raket kompleksidir. 1960-cı illərdə ZSU-57-2 özüyeriyən zenit-raket komplekslərinin yerini alması üçün yaradılmış və adını Rusiyada axan Şilka çayından götürmüşdür. 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik topa sahibdir. İstehsalçı: SSRİ İstehsalçı fima: MMZ (Mıtişçi adına Maşın Zavodu) Tip: Özüyeriyən zenit-raket kompleksi İstehsal tarixi: 1964 – 1982 Xidmətə giriş ili: 1965 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 6500 ədəd Ağırlığı: 21 ton Uzunluğu: 6.535 mm Eni: 3.125 mm Hündürlüyü: 2.576-3.572 mm Klirens: 0.4 m Zireh qalınlığı: 9.2–15 mm qalınlıqda yayılmış polad Tüstü bombaları Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.5 m Divar dağıtmaq: 0.7 m Qalxma dərəcəsi: 30º Motor: V-6R dizel, sıralı altı silindr, 4 gedişatlı havasız inyeksiya sistemli su ilə soyudulan 20 litrlik dizel At gücü: 280 at gücü Güc nisbəti: 14.7 at gücü/ton Yanacaq çəninin tutumu: 520 litrl Mənzili: 450 km Dayandırılması (Asqı tipi): hidravlik amortizatorlu fərdi burulma bar Maksimal sürət: 50 km/saat (şosedə), 30 km/saat (yolsuzluq şəraitində) Gediş məsafəsi: 450 km (şosedə), 300 km (yolsuzluq şəraitində) Yanacaq çəninin tutumu: 520 litr 100 km məsafədə yanacaq sərfiyyatı: 80 litr (şosedə), 130 litr (yolsuzluq şəraitində) 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik top Kalibr: 23x152 mm Lülənin qalxma bucağı: -4º... +85º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 980–1000 m/s Atış tezliyi: 3400-4000 atış/dəqiqədə Hədəfi məhvetmə hündürlüyü: 0.5–2 km Hədəfi məhvetmə uzaqlığı: 0.2–2.5 km Atəş məsafəsi: 3 km Mərmi sayı: 2000 ədəd Mərmi növü: zirehdələn-yandırıcı-izburaxan (БЗТ), qəlpəli-fuqaslı-yandırıcı (ОФЗ), qəlpəli-fuqaslı-yandırıcı-izburaxan (ОФЗТ), – 8 ədəd 72 mm çapında 9K38 “İgla” daşına bilən yer-hava tipli zenit-raket kompleksi Kalibr: 72 mm Uzunluğu: 1680 mm Raketin ağırlığı: 10.6 kq Döyüş başlığının çəkisi: 1.3 kq Döyüş başlığı: Qəlpəli-fuqaslı İdarəetmə sistemi: Spekt infraqırmızı görüntüləmə (İİR) Raketin başlanğıc sürəti: 570 m/s Uçuş hündürlüyü: 3 km Atəş məsafəsi: 6 km Hədəfin sürəti: 320–360 metr/saniyə Hədəfi məhvetmə hündürlüyü: 0.10–3.5 km Hədəfi məhvetmə uzaqlığı: 5 km Raket 6 saniyədə konteynerə yerləşdirilə və sistem 13 saniyədə növbəti atışa hazır ola bilər.
Vittorio de Sika
Vittorio de Sika — İtaliya kinorejissoru. Vittorio de Sika 1901-ci ildə iyulun 7-da İtaliyanın Sora vilayətində anadan olub. O, Sciuscià (1946), Velosiped oğruları, Dünən, bu gün, sabah, Umberto D. (film, 1952)) və digər bədii filmlərin rejissoru olub. O, "Milanda möcüzə" filminə görə Kann kinofestivalının Qızıl Palma Budağı mükafatına layiq görülüb. 13 noyabr 1974-ci ildə vəfat edib. Şuşa (film, 1946) / Sciuscià Velosiped oğruları (film, 1948) / Ladri di biciclette Milanda möcüzə (film, 1950) / Miracolo a Milano Umberto D. (film, 1952) / Umberto D. Dünən, bu gün, sabah (film, 1963) / Ieri, oggi, domani Səfər (film, 1974) / Il viaggio Drakula üçün qan / Blood for Dracula Kann kinofestivalının "Qızıl palma budağı" mükafatı (1972) - "Il giardino dei Finzi-Contini" filminə görə. "Oskar" mükafatı (1946) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Sciuscià") görə. "Oskar" mükafatı (1948) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Velosiped oğruları") görə. "Oskar" mükafatı (1965) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Dünən, bu gün, sabah") görə. "Oskar" mükafatı (1972) - Ən yaxşı geyim dizaynına görə ("Il giardino dei Finzi-contini" filmi).
Çakreşvari-Siva məbədi
Çakreşvari-Siva (hind. चक्रेश्वरी शिव, oriya ଚକ୍ରେଶ୍ଵରୀ ଶିବ) — Hindistanın Orissa ştatının Bhubaneşvar şəhərində yerləşən hindu məbədi. Məbəd X–XI əsrlərdə tikilən məbəd, hindu tanrısı Şivaya həsr olunmuşdur. Məbud linqam məbədin içərisində, dairəvi bir yoni-pithada yerləşir. Məbəd şəxsi yaşayış tikililəri ilə əhatə olunmuşdur. Məbəd böyük əhəmiyyət kəsb edir. Buna görə də, Sivaratri, Divali və Sankranti kimi müxtəlif rituallar burada müşahidə olunur. Məbəd həmçinin, Rudrabhiseka və Çandrabhiseka mərasimləri üçün müqəddəs bir yerdir. Məbəd alçaq bir platformada yerləşir. Plana əsasən məbədin vimanası və rekonstruksiya edilmiş bir giriş eyvanı var.
Şiva (Mortal Kombat)
Şiva (ing. Sheeva) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Şiva Şokan ailəsinə mənsubdur.