Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa glycyphyllos (L.) Medik. Hedyphylla glycyphylla (L.) Rydb. Hedyphylla vulgaris Steven Tragacantha glycyphyllos (L.) Kuntze === Heterotipik sinonimləri === Astragalus gliciphyllos Neck. Astragalus glycyphyllos proles bosniacus (Beck) Asch. & Graebn. Astragalus glycyphyllos f. bosniacus Beck Astragalus glycyphyllos var. rotundifolius Čelak.
Boz gəvən
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Düzyarpaq gəvən
Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Genea tectorum
Bromus tectorum (lat. Bromus tectorum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü. == Sinonimləri == Anisantha pontica K.Koch Anisantha tectorum (L.) Nevski Anisantha tectorum var. hirsuta (Regel) Tzvelev Bromus abortiflorus St.-Amans Bromus australis R.Br. Bromus avenaceus Lam. Bromus dumetorum Lam. Bromus lateripronus St.-Lag. [Illegitimate] Bromus longipilus Kumm. & Sendtn. Bromus madritensis var.
Gəvək dağı
Gəvək dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Keçəbudaq gəvən
Odlu gəvən
Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Azərbaycan Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. Azərbaycanın endem bitkisidir. VU C2a(ı). Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür.
Qılıncvarı gəvən
Sıxyarpaq gəvən
Sıxyarpaqlı gəvən
Tikanlı gəvən
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Tükcüklüçiçək gəvən
Tükcüklüçiçək gəvən (lat. Astragalus dasyanthus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı, yatmış, düzqalxan və ya azca qalxan olub, uzunluğu 40 sm-dir. Yarpaqları növbəli, cüt olmayan lələkyarpaqlı, saplaqlı, uzunluğu 12-20 sm olmaqla, 12-14 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları demək olar ki, oturaq, uzunsov-oval və ya uzunsov-neştərşəkilli, uzunluğu 15-20 mm, eni isə 6 mm-dir. Yalançı zoğu neştərşəkilli və itiucludur. Hamaşçiçəkləri sıx, başcıqlı, adətən 15-20 mm, açıq sarı, kəpənəkçiçək taclı olmaqla, zəngvari kasacığı vardır. Bitkinin çiçək tacının bütün hissəciklərində ağımtıl və ya sarımtıl tükcüklər vardır. Yuxarı və orta dağlıq ərazilərində, bozqır zonalarda və pöhrəliklərdə yayılmışdır.
Tüklü gəvən
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Xırdabaşlıqlı gəvən
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır. 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür.
Zalım gəvən
Zarlı gəvən
Monqol gəvəni (lat. Astragalus mongholicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus membranaceus var. mongholicus (Bunge) P.K.Hsiao Astragalus penduliflorus var. mongholicus (Bunge) X.Y.Zhu Phaca macrostachys Turcz. Tragacantha mongholica (Bunge) Kuntze Astragalus borealimongolicus Y.Z.Zhao Astragalus membranaceus Fisch. ex Bunge Astragalus membranaceus var. mandshuricus Nakai Astragalus membranaceus f. propinquus (Schischk.) Kitag. Astragalus mongholicus var.
Zeytunyarpaq gəvən
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir.
Çoxyarpaqcıqlı gəvən
Çılpaq gəvən
Şax gəvən
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Qılıncvari gəvən
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz dağlarında yayılmışdır. 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Gagea
Qazsoğanı (lat. Gagea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.