Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yam naem
Yam naem (Tay: ยำแหนม, pronounced [jam nɛ̌ːm]) - Tayland mətbəxinə məxsus iki əsas salatlardan biridir. Əsas original versiyası İsan regionuna məxsusdur. əsas hissəsini sosiska təşkil edir (naem, Vyetnamda oxşar yemək nem çua):. Yam naem khao thot (ยำแหนมข้าวทอด, [jam nɛ̌ːm kʰâːw tʰɔ̂ːt]) əsas qəlyənaltı yeməyidir. Yemək arası acdığın zaman aclığı müvəqqəti dayandırır. Qırmızı soğan, yaşıl bibər, araxis, limon şirəsi, düyü və s.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Eytan Naeh
Eytan Naeh (17 sentyabr 1963, İsrail) — İsrail diplomatı. == Həyatı == 17 sentyabr 1963-cü ildə İsraildə anadan olmuşdur. 1982-1985-ci illərdə İsrail Müdafiə Qüvvələri sırasında hərbi xidmətdə olub. 1991-ci ildə Təl-Əviv Universitetinin Siyasi elmlər fakültəsini Yaxın Şərq ixtisası üzrə bitirib. 1991-1993-cü illərdə İsrail Xarici İşlər Nazirliyinin diplomatiya kursunu bitirmişdir.Elə həmin illərdə XİN baş direktorunun köməkçisi, 1993-1997-ci illərdə İsrail dövlətinin Türkiyədəki səfirliyində əvvəl ikinci, sonra isə birinci katib, 1997-1999-cu illərdə ABŞ-nin Çikaqo ştatında konsul, 1999-2000-ci illərdə Qərbi Avropa İdarəsində (Avropa II)-müşavir, Türkiyə-Yunanıstan şöbəsinin başçısı, 2001-ci ildən İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. İngilis, ərəb, türk dillərini bilir. Ailəlidir, iki övladı var.
Naim Ağayev
Naim Fraşeri
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846 – 20 oktyabr 1900, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir. Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür.
Naim Fraşıri
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846 – 20 oktyabr 1900, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir. Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür.
Naim Süleymanov
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967, Ptiçar[d] – 18 noyabr 2017, İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. Naim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi.
Naim Süleymanoğlu
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967, Ptiçar[d] – 18 noyabr 2017, İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. Naim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi.
Naum Faiq
Naum Faiq (Süryanicə:ܢܥܘܡ ܦܐܝܩ; fevral 1868, Diyarbəkir – 5 fevral 1930, Nyu Cersi) — süryani yazıçı. Bələdiyyə Məclisi Sur rayonun Ziya Göyalp Pusucu küçəsinə Naum Faiqin adının verilməsi ilə bağlı qərar qəbul edib.
Naum Naumtsev
Naum Qriqoryeviç Naumtsev (rus. Наум Григорьевич Наумцев; 16 oktyabr 1913, Bakı, Rusiya İmperiyası — 30 noyabr 2000, Samara Rusiya) — sovet futbolçusu, müdafiəçi. Böyük Vətən Müharibəsi iştirakçısı. Naum Naumtsev 16 oktyabr 1913-cü ildə Bakı şəhərində anadan olub. Naum Naumtsev futbolçu karyerası ərzində Bakının "Temp Bakı", "Dinamo GOHM", "Neftyanik", "Cənub İnşaatçısı", Tbilisinin "Dinamo" və "DO Tbilisi", həmçinin Moskvanın "Qırmızı Ordu" komandasının heyətində çıxış edib. O, ümumilikdə Futbol üzrə SSRİ yüksək liqasında 60 oyun keçirib, 1 qol vurub. 1947-ci ildə "Dinamo Tbilisi"nin heyətində SSRİ yüksək liqasının bürünc mükafatçısı olub. Naum Naumtsev 1940-cı ilin avqustunda Qızıl Ordu sıralarına çağırılıb. İkinci Dünya müharibəsinin iştirakçısıdır. O, "İgidliyə görə" (1942), "Moskvanın müdafiəsinə görə" (1945), və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə, həmçinin 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni (1985) ilə təltif olunub.
Naum Nikomarov
Naum Davidoviç Nikomarov (d. 6 yanvar 1904, Bakı — ö. 27 noyabr 1974, Moskva) — Özbəkistanın xalq artisti (1950). 1920-ci ildə Bakı Teatr Texnikumunu, 1924-cü ildə Moskva Mərkəzi Teatr Sənəti Texnikumunu, 1925-ci ildə isə Diksiya va Deklamatsiya İnstitutu bitirmişdir. Müxtəlif illərdə Bakı, Samara teatrlarında çalışmışdır. 1946-cı ildən Daşkənd Rus Dram Teatrında işləmişdir.
Naum Qabo
Naum Qabo (5 avqust 1890[…], Bryansk, Orlov quberniyası[d] – 23 avqust 1977[…], Vaterburi[d]) – konstruktivizm cərəyanının görkəmli nümayəndələrindən biri, heykəltaraş.
Naum Qrebnev
Naum Isayeviç Qrebnev (rus. Нау́м Иса́евич Гре́бнев, əsl soyadı Rambax-dır (rus. Рамбах); 20 noyabr 1921, Harbin – 2 yanvar 1988, Moskva) — Sovet Rusiya şairi, Qafqazın və Şərq xalq poeziyası və klassik şairlərinin tərcüməçisi. Onun tərcümə etdiyi və ya iştirakı ilə yazılan 150-dən çox kitab nəşr edilmişdir. 20 noyabr 1921-ci ildə Harbin şəhərində yəhudi ailəsində anadan olmuşdur. Atası İsay Naximoviç Rambax 1919-1924-cü illərdə Harbin şəhərində rusdilli Sovet qəzetinin ("İrəli", "Tribuna") redaktoru idi. Həmçinin, atası 1926-cı ilin iyulundan Moskvada Sovtorgflot-da, daha sonra Vseximprom-da (SSRİ Ali İqtisadi Şurasının Ümumittifaq Kimya Sənayesi Birliyi) işləmişdir, 1931-ci ilin sentyabr ayında Moskvada vəfat etmişdir. Anası, Yelizaveta Iosifovna (əsl adı Leya Iosifovna Rambax (qızlıq soyadı Halberq idi, 1899-1991)), xarici dillər müəllimi və tərcüməçi idi, Yazıçılar Birliyinin Xarici Komissiyasında işləmişdir, evakuasiya zamanı Daşkənddə ingilis dili dərsləri keçirdi. Onun sayəsində Qrebnev Anna Axmatova ilə tanış oldu. "Harbində" adlı yazılı xatirələri saxlanılmışdır, hansında ki o, bir sıra məsələlərlə yanaşı, Harbin sakinlərinin həbsi, o cümlədən yazıçı Yuri Nikolayeviç Abdaşevin anasının həbsi və illər sonra onu necə tapması barədə bəhs etmişdir.
Your Name
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Naim Talu
Mehmet Naim Talu (22 iyul 1919, Konstantinopol – 15 may 1998, İstanbul; türk. Mehmet Naim Talu). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri. Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib.
Naim Fətəliyev
Naim Sadıq oğlu Fətəliyev — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1985–1990), Azərbaycan SSR Ali Soveti sədrinin müavini (1990–1991), "Azərineft" Dövlət konserninin vitse-prezidenti (1992). Naim Sadıq oğlu Fətəliyev 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Naim Fətəliyev əmək fəaliyyətinə 1954-cü ildə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda operator köməkçisi kimi başlamış, sonra bu müəssisədə operator, qurğu rəisi işləmişdir. 1965–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və qaz sənayesi şöbəsinin təlimatçısı, Partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur. 1976–1977-ci illərdə Naim Fətəliyev Neft, Kimya və Qaz Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri olmuş, 1977–1985-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin dekabr ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir. 1992-ci ilin yanvar ayından "Azərineft" Dövlət konserninin vitse-prezidenti olmuşdur. Naim Fətəliyev 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir.
Naim Qasım
Naim Qasım (ərəb. نعيم قاسم‎; 1953) — Livan şiə din xadimi və siyasətçisi, "Hizbullah" baş katibinin müavini. Şeyx Naim Qasim Livanın Hizbullah təşkilatının aparıcı fiqurlarından biridir və uzun müddətdir bu təşkilatın baş katib müavini vəzifəsini icra edir. O, Hizbullahın sabiq lideri Seyid Həsən Nəsrullahın ən yaxın müttəfiqlərindən biri kimi tanınır və Livanda, xüsusilə də Şiə cəmiyyətində böyük nüfuza malikdir. Naim Qasım həm hərbi, həm də siyasi sahədə Hizbullahın siyasətlərini formalaşdıran şəxslərdən biridir. Əsas fəaliyyəti və rolu Siyasi fəaliyyət: Naim Qasım Hizbullahın ideologiyasını yaymaq, onun regional və beynəlxalq münasibətlərini koordinasiya etməkdə mühüm rol oynayır. O, Livanda Hizbullahın siyasi qanadının güclənməsində əhəmiyyətli fəaliyyət göstərir. İslam müqaviməti və anti-sionizm: Qasım Hizbullahın anti-sionist mövqeyini dəstəkləyir və İsraillə mübarizədə təşkilatın strateji qərarlarında iştirak edir. Onun çıxışları əsasən İsrailə qarşı müqavimət və Qərb imperializminə qarşı durmaqla bağlıdır. İranla əlaqələr: Hizbullahın İranla olan sıx münasibətləri çərçivəsində Tehranla koordinasiyanı və dəstəyi gücləndirməyə çalışır.
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Nəm hava
Nəm hava — quru hava ilə su buxarının qarışığı. Nəm havada su buxarı qızışmış, quru doymuş və yaxud da nəm buxar halında olur. Nəm havaya ideal qazlar qarışığı kimi baxmaq olar. Dalton qanununa görə nəm havanın təzyiqi quru hava ilə su buxarının parsial təzyiqləri cəminə bərabərdir: P n . h = P q . h + P s . b {\displaystyle P_{n.h}=P_{q.h}+P_{s.b}} burada P q . h {\displaystyle P_{q.h}} , P s . b {\displaystyle P_{s.b}} –quru havanın və su buxarının parsial təzyiqləridir. Nəm havada olan su buxarının parsial təzyiqləri, nəm havanın temperaturuna uyğun olan P d {\displaystyle P_{d}} doyma təzyiqindən yüksək ola bilməz, yəni P s .
Nəm milçəkləri
Nəm milçəkləri (lat. Ceratopogonidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Hazırda 4000 növü məlumdur. Onlardan Xəzər dənizində isə Culicoides cinsinə aid növlər qeydə alınmışdır. Süfələr şirin sularda və nəm torpaqda yaşayırlar. Nəm milçəkləri Antarktidadan başqa bütün qitələrdə yayılmışdır. Bütün ikiqanadlı həşəratlar kimi nəm milçəklərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərdən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Nəm milçəklərinin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanır. Yetkin fərdlərin qidalanması müxtəlifdir.
Domain Name System
Domain Name System və ya qısaca DNS (Adların Domen Sistemi) — internet və ya digər İnternet Protokolu (IP) şəbəkələrindəki kompüterlər, xidmətlər və digər resurslar üçün iyerarxik və paylanmış adlandırma sistemidir. İnternetdə hər bir kompüter təkrarolunmaz (unikal) ünvana malikdir. Kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. O, müxtəlif məlumatları əlaqəli qurumların hər birinə təyin edilmiş domen adları ilə əlaqələndirir. Ən əsası, o, asanlıqla yadda saxlanan domen adlarını əsas şəbəkə protokolları ilə kompüter xidmətləri və cihazlarını tapmaq və müəyyən etmək üçün lazım olan ədədi IP ünvanlarına tərcümə edir. Adların Domen Sistemi hər bir domen üçün səlahiyyətli ad serverləri təyin etməklə domen adlarının təyin edilməsi və bu adların İnternet resurslarına uyğunlaşdırılması məsuliyyətini həvalə edir. Şəbəkə administratorları özlərinə ayrılmış ad sahəsinin alt domenləri üzərində səlahiyyəti digər ad serverlərinə həvalə edə bilərlər. Bu mexanizm paylanmış və xətaya dözümlü xidmət təqdim edir və vahid böyük mərkəzi məlumat bazasından qaçmaq üçün nəzərdə tutulmuşdur. == Funksiyası == DNS-i izah etmək üçün tez-tez istifadə edilən bir bənzətmə ondan ibarətdir ki, o, insan dostu kompüter host adlarını IP ünvanlarına çevirərək İnternet üçün telefon kitabçası kimi xidmət edir. Məsələn, example.com domen adı daxilindəki host adı 93.184.216.34 (IPv4) və 2606:2800:220:1:248:1893:25c8:1946 (IPv6) ünvanlarına çevrilir.
Naum Faik Palak
Naum Faiq (Süryanicə:ܢܥܘܡ ܦܐܝܩ; fevral 1868, Diyarbəkir – 5 fevral 1930, Nyu Cersi) — süryani yazıçı. Bələdiyyə Məclisi Sur rayonun Ziya Göyalp Pusucu küçəsinə Naum Faiqin adının verilməsi ilə bağlı qərar qəbul edib.
Your Name (albom)
Your Name (君の名は。, Kimi no Na wa., azərb. Sənin adın‎) — Radwimps rok qrupunun səkkizinci albomu. Albom həm də "Sənin adın" anime filminin film musiqisidir. Musiqi qrupu alboma görə Yaponiya Səsyazma Mükafatları çərçivəsində Xüsusi mükfata layiq görülmüşdür. 5 sentyabr 2016-cı ildə satdığı 58.000 nüsxəsi ilə Oricon-un həftəlik albomlar çartında birinci yerə çıxmış, düz 12 həftə boyunca çartda birinci yerdə qalmışdır. Sənin adın (roman) – Makoto Şinkay tərəfindən yazılmış və "Sənin adın" filmi üçün ilham mənbəyi rolu oynayan roman.
Kim Nam-Sun
Kim Nam-Sun (d. 3 may 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Nam-Sun Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Son-Nam
Kim Son-Nam (17 dekabr 1992) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Son-Nam Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Hamm
Hamm (alm. Hamm‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 226.43 km2, əhalisi 176 048 nəfərdir (2013).
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir. Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. == Versiyaları == “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli == Taktiki-Texniki Xüsusiyyətləri (“Hazem A”/“Hazem B” üçün) == Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.