Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 5 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Naim Süleyman oğlu Ağayev (29 avqust 1998, Saratov vilayəti – 30 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Naim Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Saratov vilayəti, Rusiya Federasiyası |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Süleyman Ağayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2018, 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açmışdır.[1] Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.
Naim 2016-ci ildə hərbi xidmətə yollanır. 2018-ci ilə qədər etdiyi hərbi xidmət müddətində təlimlərdə iştirak etmişdir.
Ordudan tərxis olunandan sonra O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağrılır.
Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naim Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Naim Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Naim Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]