Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Örnek
Örnek (krım tatar dilində "naxış" deməkdir) — krım-tatar milli ornamenti, krım tatarları xalqının mədəniyyətinin ən qədim nailiyyətlərindən biridir. Ornament birləşdirilmiş kiçik elementlərdən ibarətdir, elementlər əsasən bitki və həndəsi fiqurları formasındadılar və simmetrik və asimmetrik quruluşa malikdilər. Əsas simovllar çəhrayı, yaşıl, sarı və mavi çalarlarda olan çiçəklər və ağacların təsvirindən ibarətdilər.Ornament milli geyimlər, ayaqqabılar, papaqların bəzək elementi kimi istifadə olunur, bundan başqa zərgərlik zinətləri, keramika və metal qabları, ağac məhsulları, məişət texnikası, mebel işləmələri və xalçaların bəzədilməsində istifadə olunur. 2018-ci ilin fevral ayında Ukraynanın Qeyri-Maddi Mədəni İrs Elementlərinin Milli Siyahısına daxil edildi.
Alan Oqoyev
Alan Uruzmaqoviç Oqoyev (oset. Огъуаты Уырызмаджы фырт Алан; 21 yanvar 1978, Orconikidze) — Rusiya iqtisadçısı, iqtisad elmləri doktoru, professor. 2017-ci il aprelin 11-də K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin rektoru seçilib. == Həyatı == Alan Oqoyev 1999-cu ildə Şimali Osetiya Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Burda maliyyə və kredit ixtisası üzrə təhsil alıb.2002-ci ildə Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Sankt-Peterburq Dövlət İqtisadiyyatı və Maliyyə Universitetində “Regional investisiya prosesinin maliyyələşdirilməsi strategiyası” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi olmuşdur.Alan Oqoyev 2003-2009-cu illərdə - Şimali Osetiya Respublikası Milli Bankında mütəxəssis, planlaşdırma və investisiya dəstəyi şöbəsinin müdiri, bank tənzimlənməsi və nəzarəti departamentinin rəis müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən Şimali Osetiya Dövlət Universitetində dərs deməyə başlamışdır. Burada o, Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının baş müəllimi, dosent, professor, 2009-cu ildən - maliyyə və iqtisadiyyat üzrə prorektor vəzifələrində çalışmışdır. 2008-ci ildə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasını “Biznesin idarə edilməsi üzrə magistr” əlavə ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir.Alan Oqoyev 2008-ci ildə dördüncü çağırış Şimali Osetiya-Alaniya Respublikası Parlamentinin deputatı seçilmişdir. 2011-ci ildən - Şimali Osetiya Respublikasının təhsil və elm naziri, Şimali Osetiya Respublikasının təhsil və elm naziri vəzifəsinin icraedicisi olmuşdur.
Maqdalena Oqurek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Olones bərzəxi
Olones bərzəxi (rus. Олонецкий перешеек) - Bərzəx Kareliya Respublikasının ərazisində, Ladoqa gölü ilə Oneqa gölü arasında yerləşir. Bəzən Oneqa-Ladoqa suayrıcısı kimi adlandırılır. == Tarixi == Olones bərzəxi artıq mezolit dönəmində meydana gəmişdir. Artıq dağ döründə Kareliya ərazisində bir çox qədim yaşayış yerləri formalaşmışdı. Bu isə bərzəxin əhəmiyyətini artırırdı. Bərzəx 1801-1922-ci ilə qədər eyni adlı quberniyanın tərkibində olmuşdur. Bərzəxin əhəmiyyəti səbəbindən bölgə ərazisi bir çox müharibələrə şahidlik etmişdir. XIII əsrin ortalarından XX əsrə qədər İsveç, Finlandiya, Rusiya imperiyası və SSRİ kimi ölkərərin nəzarətində olmuşdur.
Oqonyok (jurnal)
Oqonyok — həftəlik ictimai-siyasi, ədəbi-bədii, illüstrasiyalı jurnal. 1923-cü ilin aprelindən Moskvada nəşr edilir. İlk redaktoru M.F.Koltsov (1938), 1953-cü ildən isə A.B.Sofronov olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Rəsmi saytı Arxivləşdirilib 2009-03-01 at the Wayback Machine "Огонёк"-Nostalgia: проигравшие победители. М.: РГГУ, 1998. — 312 c.
Adi göyək
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50-70 sm vä daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Onun xarici qişası ya örtüyü hamar və bir qədər parıltılıdır. == Təşkili == === Göbək arteriyaları === Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. === Göbək venası === Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Ləkəli göyək
Qırmızı göyək
Tapın görək
Tapın görək - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. == Oyunun qaydaları == Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
Örnək (nüsxə)
Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İqone Arribas
İqone Arribas (22 iyul 1983) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == İqone Arribas İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Zbiqniev Bonek
Zbiqniev Bonek (3 mart 1956, Bıdqoş) — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti. O, əsasən yarımmüdafiəçi kimi oynasada, sağ cinah və ikinci hücumçu kimi oynamağı bacarırdı. O, bütün zamanların ən böyük polşalı oyunçularından biri hesab olunur və 2004-cü ildə Pele tərəfindən yaşayan 100 ən yaxşı futbolçudan biri seçilib. == Karyera == === Klub Karyerası === Zbiqnev Boniek karyerasına 1973-cü ildə "Zavişa" klubunda başlayıb. Daha sonra 1975-ci ildə "Vidzev" klubuna keçən futbolçu, 1982-ci ilə kimi bu klubda çıxış edir. Bonek Avropanın güclu liqalarından birində özünü sınayan ilk polyaklardandır. 1982-ci ildə İtaliyanın "Yuventus" klubuna keçən Zbiqnev Bonek burada dərhal əsas heyət oyunçusuna çevrilir. Mişel Platini ilə bir tandemdə çıxış edir. 80-ci illərin birinci yarısında "Yuventus"un oyununu böyük ölçüdə müəyyən edən bu tandem olur.
Örnək (informatika)
Örnək (nüsxə)(ing. instance ~ ru. экземпляр ~ tr. örnek) – obyekt-yönlü proqramlaşdırmada: verilmiş sinfin obyektlər çoxluğu içərisində konkret obyekt; məsələn, List sinifinin mylist obyekti yaradılarkən (yəni onun üçün yaddaş ayrılarkən) List sinfinin örnəyi (nüsxəsi) əmələ gəlir. Sistemdə, adətən, müxtəlif obyektlərin çoxlu nüsxələri fəaliyyət göstərir. Bir sinfin bütün nüsxələri eyni əməliyyatlar toplusuna sahib olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fatma Müge Göçek
Fatma Müge Göçek (1950) — Türkiyə sosioloqu və Miçiqan Universitetinin professoru. == Əsərləri == Göçek, Fatma Müge. East Encounters West: France and the Ottoman Empire in the Eighteenth Century (ingilis). Oxford University Press. 1987. ISBN 978-0-19-536433-0. Gocek, Fatma Muge; Shiva, Balaghi, redaktorlarReconstructing Gender in Middle East: Tradition, Identity, and Power (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-51391-3.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. == Haqqında == Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.
Gone Too Soon
Gone Too Soon — Maykl Ceksonun bir mahnısı.