Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Odessa
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var. Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir. Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi. Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir.
Odessa Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odessa körfəzi
Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz. == Yerləşməsi == Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir. == Xarakteriskası == Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir.
Odessa teleqülləsi
Odessa teleqülləsi- Odessa qoruğunun ərazisində yerləşir. Qüllə televiziya və radio yayımı antennalarına malikdir. İlk nəsil qüllənin tipik layihəsi 3803 KM idi .155 metr hündürlükdə 32 və 64 metrlik kəmərlərlə kəsilmiş piramidadır.Teleqüllə - 25 metr yüksəklikdə VHF FMlə, 1,75 x1.75 metrlik bir şelflə,həmçinin 180 metrdə 2,5 x 2,5 ölçülü üst platformayla və turniket üçün boru ilə təchiz edilmişdir. Dəniz səviyyəsindən yüksəklik - 51 metrdir == Yayım == Hal-hazırda televiziya qülləsindən antennalarının yayımı:4 analoq televiziya kanalının5 rəqəmli multipleksrin (1 - DVB-T və 4 -DVB-T2 ),18 radio stansiyasının ( VHF zolağında 5 və VHF ( FM ) qrupundakı 13). ) yayımını təmin edir.Odessa radiostansiyalarının əksəriyyəti mərkəzi qüllədən yayımlanır.
Odessa vilayəti
Odessa vilayəti, (ukr. Одеська область / Odeska oblast) — Ukraynanın cənub-qərbində bir vilayətdir. Vilayətin idarə mərkəzi Odessadır.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Borodino (Odessa vilayəti)
Borodino (ukr. Бородіно, keçmişdə – Sak, Aleksandrovskaya və 1 nömrəli kənd) — Ukraynanın Odessa vilayətinin Tarutin rayonunda yerləşən şəhər tipli qəsəbə. Qəsəbə Berezino dəmir yolu stansiyasının 12 km şimal-şərqində yerləşir. == Etimologiya == Qəsəbənin adı Moskva yaxınlığında baş vermiş Borodino döyüşündən gəlir. Bu döyüşdə I Napoleon Rusiya İmperator Ordusunu məğlub etmiş və Moskva şəhərini almışdır. == Tarixi == Qəsəbə XIX əsrin əvvəllərində alman köçkünlər tərəfindən qurulmuşdur. 1912-ci ildə qəsəbədə bir xəzinə aşkar edilmişdir. Bu, böyük tarixi və elmi əhəmiyyətə malikdir. == Tanınmış sakinləri == Yuri Stoyanov — Rusiya teatr və kino aktyoru, "Qorodok" televiziya verilişinin yaradıcısı və aparıcısı. == İstinadlar == == Ədəbiyyat == Dizendorf, V.F. Rusiya imperiyasında alman qəsəbələri: Coğrafiya və demoqrafiya.
Tarutino (Odessa vilayəti)
Tarutino (ukr. Тарутине, rus. Тарутино; keçmişdə – 3 nömrəli kənd, Ançokrak) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Tarutin rayonunun inzibati mərkəzi. == Etimologiya == Tarutinonun əsası 1814-cü ildə Ançokrak adı ilə qoyulmuşdur. Qəsəbənin adı Kaluqa vilayətiinin Tarutino kəndinin yaxınlıqlarında baş vermiş Tarutino döyüşündən gəlir. Bu döyüşdə Rusiya İmperator Ordusu I Napoleonnu məğlub etmişdir. == Tarix == Tarutinonun əsası alman və polyak köçkünlər tərəfindən 1814-cü ildə qoyulmuşdur. Rusiyanın 1853–1856-cı illərdə baş verən Krım müharibəsindəki məğlubiyyətindən sonra, qəsəbə Moldova knyazlığının nəzarəti altına keçdi. XIX əsrin axırlarında qəsəbə əhalinin əksəriyyəti mahud və tütün fabriklərində işləyən müstəmləkəçilər idi. 1866-cı ildə qəsəbədə iplik və toxuculuq dəyirmanları, eləcə də bir kənd təsərrüfatı üzrə bir maşınqayırma zavodu inşa edilmişdir.
Odessa vilayətində şərabçılıq
Odessa vilayəti Ukraynanın ən böyük üzümçülük rayonudur. 2018-ci ilin məlumatına əsasən Odeşçinada (Odessa vilayəti) şərab istehsalı 26,29 min hektar ərazini — Ukraynadakı üzüm bağlarının ümumi sahəsinin 60,44%-ni əhatə edir.Odessa vilayəti Dunay çayının mənsəbindən Tiliqul estuarına qədər olan ərazini – Qara dənizin şimal-qərb sahilində yerləşir və bu bölgənin iqlimi şərabçılıq üçün əlverişli hesab olunur. 2015-ci ilin məlumatına əsasən, üzüm istehsalı vilayətin 26 rayonunun 13-də həyata keçirilir (Ukraynanın keçmiş inzibati-ərazi bölgüsünə görə). Kənd təsərrüfatı müəssisələri 2018-ci ildə 2.966.984,57 kvintal üzüm istehsal etmişdir.5 oktyabr 2016-cı ilin məlumatına və iqtisadi fəaliyyət növlərinin rəsmi təsnifatına əsasən, Odessa vilayətində şərabçılıqla 4 sahibkar və 152 hüquqi şəxs, üzümçülüklə isə 55 özəl müəssisə və 528 hüquqi şəxs məşğul olur.2018-ci ilin məlumatına əsasən, ən çox istehsal olunan şərab məhsullarına üzüm mustu (57,88%) və faktiki spirt konsentrasiyası 15–24,08%-dən çox olmayan şərab və təzə üzümdən hazırlanan köpüklü şərab (10,77%) aiddir. Bölgəyə Qara dəniz və Bessarabiya şərab regionları da daxildir. Odessa vilayətində şərabçılığın tarixi qədim dövrlərə gedib çıxır.
Odessa - Bordı neft kəməri
Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər. İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir. == Layihənin tarixi == Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi. Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.
Odessa Beynəlxalq Film Festivalı
Odessa Beynəlxalq Film Festivalı(ukr. Одеський міжнародний кінофестиваль) — iyulun ortalarında Odessa şəhərində keçirilən illik film festivalı. İlk dəfə 2010-cu ilin 16–24 iyul tarixlərində keçirilmişdir. Festival ilk iki ili özünü xüsusi bir yumor duyğusuna sahib bir film festivalı olaraq təyin etdi. 2012-ci ildə festivalın istiqaməti genişləndirilmiş, bədii festival elan edilmişdir. Yarış proqramı 2016-cı ildən etibarən üç tam bölmədən ibarətdir: Beynəlxalq müsabiqəli tam metraj filmlər proqramı, Ukrayna milli yarışma proqramı və Avropa sənədli filmlər yarışması.
Odessa Milli Politexnik Universiteti
Odessa Milli Politexnik Universiteti — Ukraynada universitet; Ukraynanın cənubunda yerləşən ən qədim ali texniki təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi illər ərzində universitet Ukrayna və dünya elminin və texnikanın inkişafına və mütəxəssislərin hazırlığına mühüm töhfə verib. == Tarixi və fəaliyyəti == 1918-ci ilin sentyabr ayında yaradılan Odessa Milli Politexnik Universiteti indiyə kimi böyük formalaşma və inkişaf yolu keçib. Belə ki, hazırda ali məktəb Ukraynanın aparıcı elmi-tədris mərkəzlərindən birinə çevrilib. Universitet kollektivi, ənənələri davam etdirərək, elmi-texniki potensialın artırılması üzərində çalışır, yeni iqtisadi şəraitdə müasir istehsal üçün elmin və texnikanın müxtəlif sahələrində elmi araşdırmalar məqsədilə yüksək ixtisaslı kadrlar hazırlayır. Bu gün Odessa Milli Politexnik Universiteti Avropa səviyyəli tədqiqat universiteti statusunu almaq üçün çalışır. == Tələbə şəhərciyi == Ali məktəbin 8 yaşayış korpusunu əhatə edən tələbə şəhərciyi tələbələrin istifadəsinə verilib. Universitet xarici tələbələri yataqxanada yerlə təmin edir. Mənzillə təminat, qalma müddəti və onun dəyəri universitetlə xarici vətəndaş arasında bağlanmış təhsil haqqında müqavilə ilə təyin edilir. Abituriyentlərin, tələbələrin tam tibbi müayinəsi və illik profilaktik müayinənin keçirilməsi üçün universitetin müasir avadanlıqla təchiz edilmiş tələbə poliklinikası inşa edilib.
Odessa Milli Rabitə Akademiyası
Odessa Milli Rabitə Akademiyası — Ukraynada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == 1900-cü ildə Odessada Rusiyanın cənub hissəsi üçün texniklər hazırlamaq məqsədilə teleqraf mexaniklərinin yüksək kursları açılır. 1923-ci ildə kursun əsasında Yüksək Elektrotexnikum yaradılır. Təhsil müəssisəsi 1925-ci ildən etibarən rabitə sahəsi üzrə mühəndislər yetişdirməyə başlayır. Aparılan islahatlar nəticəsində elektrotexnikum 1929-cu ildən başlayaraq Odessa Politexnik İnstitunun elektrotexnika fakültəsi kimi fəaliyyət göstərir. 1930-ci ildə isə fakültənin bazasında rabitə sahəsinin bir çox ixtisasları üzrə peşəkar mütəxəssislər yetişdirmək üçün Odessa Rabitə Mühəndisləri İnstitutu yaradılır. 1993-cü ildən ali təhsil ocağı A.S.Popov adına Ukrayna Dövlət Rabitə Akademiyası adlandırılır. 2001-ci ildən isə elm və təhsil sahəsində göstərdiyi genişmiqyaslı fəaliyyətinə görə Ukrayna prezidentinin sərəncamı ilə “Milli” statusu alaraq Odessa Milli Rabitə Akademiyası adı ilə fəaliyyət göstərir. Akademiyanın tərkibinə İqtisadiyyat və Menecmentlik, Kompyuter Texnologiyası, Avtomatlaşdırma və Loqistika, Radio, Televiziya və Elektronika, İnformasiya Cəmiyyəti Problemləri institutları və Rabitə və İnformatizasiya Kolleci, İnformasiya şəbəkələri, Telekommunikasiya sistemləri, Qiyabi Təhsil və İxtisasartırma fakultələri daxildir. Ali məktəbin instititut və fakultələrində, ümumilikdə, 27 kafedra fəaliyyət göstərir.
Odessa Akademik Dram Teatrı
Odessa Vilayəti Akademik Dram Teatrı (ukr. Одеський обласний академічний драматичний театр) — Ukraynanın Odessa şəhərində rusdilli dram teatrıdır. == Tarixi == Teatr 1874-cü ildə yerli tacir A. S. Velikanovun vəsaiti ilə tikilmişdir. Bu, Odessa vilayətində fəaliyyət göstərmiş aktyor və sahibkar Nikolay Miloslavskinin dram truppasının çıxışları üçün nəzərdə tutulmuşdu. İlk növbədə, teatr öz sahibinin adını daşımış və Velikanov Teatrı adlanmışdır. Buna baxmayaraq, Velikanov 1875-ci ildə müəssisəni F. Rafaloviçə satmış və o, buranın adını dəyişdirərək Rus Teatrı qoymuşdur. Yarandığı ilk illərdə Rus Teatrı şəhərdə ən böyük teatr tədbirlərinin keçirildiyi bir məkan kimi fəaliyyət göstərmişdir. Ukrayna İstiqlaliyyət müharibəsinə qədər teatrda çoxsaylı rus, ukrayn, alman, fransız, italyan dram, opera və operetta truppaları çıxış etmişdir. XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədərki dövrdə Odessadakı Rus Teatrının səhnəsində Sara Bernar, Eleonora Duze, Benua Koklen, Myunne-Syuli, Mariya Savina, Vladimir Davıdov, Mariya Zankovetskaya, Panas Saksaqanski və Marko Kropivnitski kimi tanınmış şəxsiyyətlər çıxış etmişdilər.1926-cı ildə bina Dövlət Odessa Rus Dram Teatrı kimi qeydiyyata alınmışdır. 1927-ci ildə teatra Odessa Quberniya İcraiyyə Komitəsinin rəhbəri Andrey İvanovun adı verilmişdir.
Odessa Tarix-Diyarşunaslıq Muzeyi
Odessa Tarix-Diyarşunaslıq Muzeyi" (ukr. Одеський історико-краєзнавчий музей) — Odessa şəhərinin və diyarının tarix-diyarşunaslıq muzeyi. == Muzeyin binası == Muzey Odessanın tam mərkəzində, Qavannaya küçəsi, 4 ünvanında yerləşir. Muzeyin binası 1876-cı ildə məşhur Odessa memarı Feliks Qonsiorovski tərəfindən tikilmişdir. Bina o dövrün sənaye və ticarət elitasının əsas nümayəndələrindən biri, birinci gildiyanın məşhur Odessa taciri İlya Novikovun nəvəsi, 1806-cı ildə əsası qoyulmuş kəndir zavodunun sahibi Aleksandr Yakovleviç Novikov üçün tikilmişdir. İki mərtəbəli malikanənin memarlığında, Feliks Qonsiorovskinin əvvəlki yaradıcılığında olduğu kimi, İtaliyanın memarlıq irsindən çəkilmiş naxış və motivlərin müxtəlifliyi ilə son İntibah formalarının istifadəsinə əsaslanan üslub ruhu üstünlük təşkil edir. 1899-cu ilə qədər malikanə Odessada "Novikovun evi" kimi tanınırdı. 20-ci əsrin əvvəllərində şəhər hakimiyyəti tərəfindən bina satın alınır. 1907-ci ildə ev Odessa Ticarət Məclisinə icarəyə verilir. 1917-ci ilin oktyabrından sonra burada sahiblər tez-tez dəyişirdilər.
Odessa Opera və Balet Teatrı
Odessa Milli Akademik Opera və Balet Teatrı (ukr. Одеський національний академічний театр опери та балету)-Odessada ilk teatr; İlk binanın açılışı 1810-cu ildə olmuşdur və 1873-cü ildə yanmışdır. Hal hazırdakı bina 1887-ci ildə memarlar-Felner və Helmer tərəfindən yeni vyana-barokko üslubunda tikilmişdir. İzləyici zalının interyeri keçmiş fransız üslubu -rokoko üslubundadır. Teatr binasının tam bərpası 2007-ci ildə başa çatdırılmışdır. Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov kimi məşhur dirijorlar teatrda dirijorluq etmiş, Fyodor Şalyapin, Salomeya Amvrosievna, Leonid Sabinov və s. onun səhnəsində ifa etmiş, Anna Pavlova, Aysedora Dunkan kimi məşhur rəqqasələr rəqs etmişlər. Aleksandr Puşkin "Yevgeni Onegin" əsərində bu teatrı xatırlayır. "Forbes" jurnalı Şərqi Avropanın ən qeyri-adi yerləri siyahısına Odessa teatrını da daxil edib == Teatrın tarixi == === İlk teatr === Odessa teatrının tarixi şəhərin əsasının qoyulduğu andan başlayır. Opera və Balet teatrı bir sıra mədəniyyət büəssisələri arasında ən qədimi sayıla bilər.
Tolyatti-Odessa ammonyak boru kəməri
Tolyatti-Odessa ammonyak boru kəməri — Rusiya və Ukrayna ərazisindən ammonyak nəql etmək üçün nəzərdə tutulmuş boru kəməri. == Tarix == Ən güclü ammonyak boru kəməri (ildə 2,5 milyon tona qədər) Tolyatti-Odessa Rusiya və Ukraynada yerləşir (ammonyak boru kəmərinin Rusiya hissəsi Transammonyak ASC tərəfindən, Ukrayna hissəsi UGP Ukrhimtransammonyak tərəfindən idarə olunur). Ammonyak boru kəmərinin son hissəsi Odessa liman zavodudur. Ammonyak kəmərinin birinci mərhələsi 1979-cu ilin oktyabrında Qorlovka-Odessa boru kəmərinin 800 kilometrlik hissəsi istifadəyə verilmişdir. Dneprdən keçmək üçün (Dnepropetrovsk vilayətinin Vovniqi kəndindən aşağıda) 720 metr uzunluğunda unikal asma keçid layihələndirilmiş və tikilmişdir. Boru kəməri 1981-ci ildə tamamlanır. == Təsvir == Borular Fransada sifarişlə hazırlanır. Onlar 8 düymlük (203,2 mm) Amerika boru kəmərlərindən fərqli olaraq divarın qalınlığı 8 mm və diametri 355 mm-dir. Bundan əlavə, təhlükənin artdığı yerlərdə, eləcə də su obyektlərinin bilavasitə yaxınlığında “iki boru” prinsipi tətbiq edilib. Bu sahələrdə korroziyaya qarşı əlavə qorunma təmin edən həm daxili (əsas), həm də xarici borunun divarları çox yüksək təzyiqə davam gətirə bilir.
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Ondetia
Ondetia (lat. Ondetia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Ondetia linearis Benth.
Detsl
Detsl (tam adı: Kirill Aleksandroviç Tolmatski; rus. Кирилл Александрович Толмацкий; 22 iyul 1983, Moskva – 3 fevral 2019, İjevsk) — Rusiya repçisi.
Odens
Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhərdir. 1 yanvar 2023-cü il tarixinə şəhərin əhalisi 182.387 insan təşkil etmişdir, Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı, bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır.Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir. O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib. Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi. Bir müddət davam edən iqtisadi çöküşdən sonra, 18-ci yüzillikdə genişmiqyaslı inkişaf planları qəbul edildi, bu, Odens sarayının yenidən qurulmasına və ticarəti asanlaşdıran Odens limanına kanalın tikintisinə səbəb oldu. 1865-ci ildə burada Danimarkanın ən böyük dəmir yolu terminallarından biri tikildi, bu da əhalini və ticarəti daha da artırdı və 1900-cü ildə Odensin əhalisi 35.000-ə çatdı.
Bothriochloa modesta
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Drosera modesta
Drosera modesta (lat. Drosera modesta) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Edessa döyüşü
Edessa yaxınlığında döyüş — Roma İmperiyası ilə Sasanilər arasında 260-cı ildə Edessa şəhəri yaxınlığında baş vermiş döyüş. Bu döyüşdə Romalılar demək olar ki, bütün ordunu itirdi. İmperatorValerian isə Sasanilərə əsir düşdü. == Döyüş səbəbləri == Bu dövrdə Sasani və Roma dövlətləri erməni məsələsi ilə bağlı üz-üzə gəlmişdi. Roma xüsusilə erməni ərazisinin Sasanilərin əlinə keçməsindən narahat idi. Bu vaxt, Ermənistan Çarlığı daxilində önəmli hadisə baş verdi. Erməni çarı Böyük Xosrov kimi tanınan II Tridat 252-ci ildə bir sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra, 253-cü ildə erməni krallığında böyük siyasi nüfuza sahib olan liderlər Şapurun hakimiyyəti altına girməyə razəlaşdılar, lakin Roma, öldürülən erməni çarının yerinə oğlunu mühafizə edərək ermənilərin yeni çarı elan etdi. I Şapur Romanın ona qarşı apardığı bu siyasi gedişindən çox narahat idi. Bu dövrdə, Roma İmparatoru Ərəb Filipp əvvəllər Fars dövlətinə vergi (500.000 qızıl pul) ödəyəcəyini vəd etmişdi, lakin bu vergini ödəməkdən imtina etdiyi üçün I Şapur bunu bəhanə edərək Romaya qarşı müharibə elan etdi.
Edessa qraflığı
Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi.Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi. İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı. Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı. Qraflığın 1144-cü ildə zəngilər tərəfindən işğal edilməsi səlibçilərin ilk mühüm məğlubiyyəti hesab edilir.
Edessa şəlalələri
Edessa və ya Edessis şəlalələri ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür.Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür. Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur. == Tarixi == === Formalaşmaları === Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir. Əvvəlcə suyun əsas hissəsi şəhərin qərbindəki hövzədə toplanırdı.
Eucalyptus oleosa
Eucalyptus oleosa (lat. Eucalyptus oleosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Hermione modesta
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Hyalochaete modesta
Hyalochaete (lat. Hyalochaete) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hyalochaete modesta (Boiss.) Dittrich & Rech.f.SinonimJurinea modesta Boiss. Jurinea dschelalabadensis Bornm.
Jurinea modesta
Hyalochaete (lat. Hyalochaete) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hyalochaete modesta (Boiss.) Dittrich & Rech.f.SinonimJurinea modesta Boiss. Jurinea dschelalabadensis Bornm.
Neurolakis modesta
Neurolakis (lat. Neurolakis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Neurolakis modesta Mattf.
Odense FK
Odense – Danimarkanın futbol klubu.
Ondetia linearis
Ondetia (lat. Ondetia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Ondetia linearis Benth.
Ageratina modesta
Ageratina modesta (lat. Ageratina modesta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.