Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sultan Sultanov
Sultan Sultanov (birinci katib)
Sultan Sultanov (alim)
Sultan Əsgər oğlu Sultanov (15 avqust 1927 – 17 iyul 2013) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. Sultan Sultanov 1927-ci il avqust ayının 15-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Ordubad şəhərində keçmişdir. Uşaqlıqdan tibb elminə böyük həvəsi oldugu üçün o orta məktəbi bitirdikdən sonra tibb texnikumuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1947-ci ildə Bakıya gəldikdən sonra o, həkim və ya kimyaçı olmaq dileması qarşısında qalır. Çox düşündükdən sonra sənədlərini Bakı Dövlət Universitetinin kimya fakültəsinə verir və oranı 1952-ci ildə əlaçı diplomu ilə bitirir. 1950-1951-ci illərdə Universitetdə təhsil aldığı müddətdə fiziki-kimya fakültəsində baş laborant vəzifəsində çalışır. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının nəzdində olan Neft İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayır. İnstitutda işləyə-işləyə 1954-1958-ci illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunun aspiranturasına daxil olur. 1959-1982-ci illərdə S.Ə.Sultanov akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.
Sultan Sultanov (kimyaçı)
Sultan Əsgər oğlu Sultanov (15 avqust 1927 – 17 iyul 2013) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. Sultan Sultanov 1927-ci il avqust ayının 15-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Ordubad şəhərində keçmişdir. Uşaqlıqdan tibb elminə böyük həvəsi oldugu üçün o orta məktəbi bitirdikdən sonra tibb texnikumuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1947-ci ildə Bakıya gəldikdən sonra o, həkim və ya kimyaçı olmaq dileması qarşısında qalır. Çox düşündükdən sonra sənədlərini Bakı Dövlət Universitetinin kimya fakültəsinə verir və oranı 1952-ci ildə əlaçı diplomu ilə bitirir. 1950-1951-ci illərdə Universitetdə təhsil aldığı müddətdə fiziki-kimya fakültəsində baş laborant vəzifəsində çalışır. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının nəzdində olan Neft İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayır. İnstitutda işləyə-işləyə 1954-1958-ci illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunun aspiranturasına daxil olur. 1959-1982-ci illərdə S.Ə.Sultanov akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.
Sultan bəy Sultanov
Sultan bəy Sultanov və ya Sultan bəy Əlipaşa bəy oğlu Muradov (1871, Kürdhacı, Zəngəzur qəzası – 1955, Qars, Qars ili) — Azərbaycan xalq qəhrəmanı. Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndi) doğulmuşdur. Paşa bəyin oğlu olub. Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu soyadı hazırda törəmələri daşıyırlar. Sultan bəy Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qardaşıdır. Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. Öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
Sultanlar
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Sultanlı
Sultanlı və ya Soltanlı: Əli Sultanlı — ədəbiyyatşünas, pedaqoq. Vaqif Sultanlı — Azərbaycan alimi. Toponimlər Soltanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Bala Soltanlı — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Sultanova
Sultanova — Azərbaycan soyadı. Ayna Sultanova (1895–1938) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı. Afaq Sultanova (q. 1987) — Azərbaycanlı para-cüdoçu. Hökumə Sultanova — "Azərnəşr"in sabiq direktoru (1941–1947) Mirvari Sultanova (q. 1950) — görkəmli ziyalı, həkim Mehriban Sultanova (q. 1972) — filologiya üzrə fəlsəfə doktoru (2008). Sara Sultanova (1910 — ?) — Repressiya qurbanı. Həkim. Natəvan Sultanova (q.
Sultanşah
Rüknəddövlə Sultanşah — Qavurd bəyin oğlu, Kirman hakimi. Məlikşahın hakimiyyətini qəbul etmişdi. 1084-cü ildə vəfat etmiş, yerinə qardaşı Turanşah gəlmişdi.
Sultani
Sultani (pul) — II. Mehmed dövründə (1477–1478-ci illərdə) zərb edilmiş, təxminən 3,45 qramlıq klassik Osmanlı qızıl pulu. Sultani (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İmanxan Sultani — Azərbaycanlı futbol hakimi. Şərəfəddin Hüseyn Sultani – XV əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır.
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Cəlaləddin Sultanşah
Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu. Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi.
Eldar Sultanov
Eldar Bəşir oğlu Sultanov — Polis zabiti və Çernobıl faciəsində likvidator. 1972-ci ildə Bakıda polis kimi işə başlayıb. 1974-cü ildə Ukraynaya təyinat alıb. 1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi. Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir. Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü. İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı. Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi. O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.
Elnur Sultanov
Elnur Sultanov (tam adı: Elnur İxtiyar oğlu Sultanov; 26 aprel 1978, Bakı) — Azərbaycan diplomatı. Elnur Sultanov 10 fevral 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycan Respublikası Prezidentinin elə həmin gün imzaladığı digər Sərəncam ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2014-cü il tarixli Sərəncamı ilə iqamətgahı Brazilia şəhərində olmaqla, eyni zamanda daha 3 ölkədə Azərbaycan Respublikasının – Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında və Surinam Respublikasında, 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə də Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri təyin edilmişdir.
Elçin Sultanov
Elçin Hafiz oğlu Sultanov (d. 1959) — AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Hafiz oğlu Sultanov 20 may 1959 ildə Bakı şəhəri anadan olmuşdur. 1981 ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. Qafqazda oturaq meşə quşlarının coğrafi populyasiyalarının nəğmə quruluşu əsasında aşkar edilməsi. Talış populyasıyasının ən izolə olduğunu , böyük Qafqazın qərb hissəsinin populyasıyasının genetik cəhətdən ən qarışıq olduğunun aşkarlanması. Bir sıra sərçəkimi növlərinin Qafqazda və Azərbaycanda nəğmə və populyasiya quruluşunun tədqiqatı (meşə sərçəsi, böyük və qara arıquşları, mərcimək quşu, kiçik milçəkqapan, tarla vələmirquşu, sarıköynək və s. növlər). Azərbaycanda 17 Potnsial Ramsar (beynəlxalq əhəmiyyətlı) su-batalıq ətazilərinin Ramsar konvensyası kriteriləri əsasında meəyyən edilməsi və təsviri (Azərbaycanın Potensial Ramsar sahələri kitabının 2000 ildə nəşr edilməsi). Azərbaycanda bir sıra təhlükədə olan, beynəlxalq Qırmızı Siyahıya və Azərbaycan Qırmızı Kitabına düşən bir sıra növlərin tədqiqatı və alınmış nəticələr əsasında bu növlərin Azərbaycanda yayılması, sayı və yaşayış yerlərinə bağlılığının aşkar edilməsi, qorunması elmi tövsiyələrin verilməsi (qıvrımlələk qutan. göydimidik ördək, imperator qartalı, çöl muymulu, leşyeyən ağkərkəs, çığırqan cüllüt, kiçik əyridimdik, ağ durna və s.
Elşən Sultanlı
Elşən Sultanlı Nazim oğlu (15 fevral 2001, Teşkan, Yardımlı rayonu – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsişəhidi. Elşən Yardımlının ən ucqar kiçik bir kəndində - Teşkanda anadan olmuşdu. O, Böyük İkinci Qarabağ müharibəsindən əlil kimi qayıdan atasının babası Məşədi Bəhmənin müharibənin dəhşətlərindən bəhs edən söhbətlərini babası Təzəxandan eşitmişdi. Ağlı kəsəndən həmişə, "mən Bəhmənin nəvəsiyəm, böyuyəndə torpaqlarımızı azad edəcəyəm" deyirdi. İlk sinif müəllimi Muxtar müəllim də Elşəni çox vətənpərvər bir uşaq kimi xatırladığını deyir. Muxtar müəllim sinifdə torpaqlarımızın işğal olunmasından, xüsusilə Xocalı faciəsindən söhbət edəndə onun necə həyəcanlandığından söhbət açır. Hər belə söhbətlərdən sonra o ayağa duraraq, "mən böyüyəndə gedib qisasımızı alacam, torpaqlarımızı ermənilərdən azad edəcəm" deyirmiş. Elşənin uşaq təxəyyülünə görə, kim istəsə, gedib torpaqlarımızı azad edə bilərdi, təki əlində silahı olsun. Elə buna görə də o evdə özünə ağacdan müxtəlif silahlar düzəldirdi. Elşən 2007-ci ildə doğulduğu Teşkan kənd ibtidai məktəbinin 1-ci sinfinə getmiş, ilk müəllimi də Müəllimlər İnstitutunu yenicə qurtarıb doğma kəndlərinə bir il əvvəl təyinat almış və indi həm qürur hissi, həm də kədər içində gözəl xatirələr söyləyən Muxtar Əliyev olmuşdu.
Fikrət Sultanov
Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi. Fikrət Sultanov 14 may 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram rejissoru" ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun "Assistent-stajorluğu"nu (rəhbəri - İ.M.Rayevski) bitirib. 1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komediyasını "Təbəssümünü gizlətmə" adı ilə səhnələşdirib. 1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan "Rejissorluq və aktyor sənəti" kafedrasının müdiri, 5 il "Teatr və kino sənəti" fakültəsinin dekanı vəzifələrində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. 2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü ("Jürinin Asıl Üyesi") olub. Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır.
Hacıbəy Sultanov
Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru. Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir. Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir. 1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astrono­miya ekspedisiyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954- 1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956-1959), Şama­xı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vit­se-prezidenti (1976-1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur. H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslan­dırmışdır.
Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951). Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur. Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir.
Hüseyin Sultanov
Hüseyn Fərhad oğlu Sultanov (6 aprel 1996, Hacıqurbanoba, Xaçmaz, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Hüseyin Sultanov 6 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi. 2009-cu ildə Xaçmaz şəhər 2 saylı orta məktəbi bitirib Sumqayıt Dövlət Universiteti'nin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub. 2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra dövlət qulluğuna qəbul olaraq Dövlət Statistika İdarəsinin Xaçmaz Rayon Şöbəsində çalışmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Sultanov Füzulinin azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci ildə Xocavəndin Düdüklükəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Xaçmazda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmid Sultanov
Sultanov Həmid Həsən oğlu (26 may 1889, Şınıx, Qazax qəzası – 21 yanvar 1938, Bakı) — Azərbaycan SSR-nin Daxili İşlər Naziri (28.04.1920 – 01.06.1921). Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş hökm ilə Firudin bəy Köçərli güllələnib. Ayna Sultanovanın həyat yoldaşı olub.
Kamil Sultanov
Kamil Sultanov — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (14.09.2012) Kamil Sultanov 6 sentyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Kitabxanaçılıq texnikumunu bitirmişdir. 1966-cı ildən Opera və Balet teatrında çalışır. 1966–1977-ci illərdə xor artisti vəzifəsində çalışmış, 1977-ci ildən rejissor assistenti vəzifəsində işləyir. Tamaşaları idarə edən rejissordur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissor assistentidir.
Kərim Sultanov
Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961). Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub. Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbzikar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.
Lütfəli Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Mehriban Sultanova
Mehriban Sultanova (Mehriban Paşa qızı Sultanova; d. 27 yanvar 1972-ci il, Naxçıvan) — filologiya üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvü. Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb. 2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib.