Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. Samir Əliyev — futbolçu.
Tahir
Tahir — ad.
Tahsin Cəmil
Təhsin Cəmil — (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (d. 21 sentyabr 1943) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. O, Yassıdakı A.D.Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır.
Tahsin Paşa
Həsən Tahsin Paşa (1846, Konstantinopol – 1930, İstanbul) — Osmanlı bürokratı. II Əbdülhəmid dövründə 1894-1908-ci illəri arasında Mabeyn-i Hümayunun baş katibi - sultanın şəxsi katibi kimi fəaliyyət göstərmişdir. Məsud Əfəndinin ailəsində dünyaya gəlmiş, Rüşdiyədəki təhsilini tamamladıqdan sonra 11 iyun 1870-ci ildə 11 yaşında Sədarət Məktubi Qələminə (Yazı idarəsinə) daxil olmuşdur. Daha sonra Daxiliyyə Nəzarəti (Daxili İşlər Nazirliyi) Məktubi Qələmində vəzifəyə təyin edilmiş və həmin idarədə baş katib kimi işləmişdir. 7 iyul 1888-ci ildə vəzifəsi yüksəldilərək, Bəhriyyə Nəzarəti (Dəniz Nazirliyi) Məktub Şöbəsinə göndərilmişdir. Qabiliyyəti, ləyaqəti və dürüstlüyünə görə Sultan II Əbdülhəmid tərəfindən 26 noyabr 1894-cü ildə Sürəyya paşanın vəfatı ilə boş qalmış Mabeyn baş katibliyinə təyin olunmuş və bu vəzifədə 4 avqust 1908-ci ilə qədər qalmışdır. II Məşruyyətin (Konstitusiyanın) elanından sonra ittihadçılar tərəfindən Mehmet Rza paşa, Ratıb paşa, Zəki paşa ve Şehremini Rəşid paşa ilə birlikdə Saqqız adasına sürgün edilmişdir. Bir müddətdən sonra əfv edilmiş ve sürgündən geri dönmüşdür. Türkiyədə cümhuriyyətin elanından sonra Təkəl Tütün Deposunda baş katib kimi işləmişdir. 1930-cu ilində İstanbulda vəfat etmişdir.
Tahsin Yazıcı
Tahsin Yazıcı (1892-ci il Monastır, Osmanlı İmperiyası – 11 fevral 1970-ci il Ankara, Türkiyə) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. Tahsin Yazıcı 1892-ci ildə Osmanlı İmperiyası, Monastrda, Əli Bəy və Qənimət Xanımın ailəsində anadan olmuşdur. 1909-cu il noyabrın 1-də Osmanlı Hərbi məktəbinə qəbul edilmişdir. 1912-ci il martın 1-də oranı ikinci leytenant rütbəsində bitirmişdir. Tahsin Yazıcı 1929-cu ildə Nezahat (1904-1996) adlı xanımla ailə qurmuşdur. Bu nigahdan onun Ahmet Bali (1931) adlı oğlu olmuşdur. 1912-ci ildən hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsində iştirak etmişdir. T.Yazıcı Çanaqqala müharibəsi iştirakçısı olmuşdur. 1916-cı il martın 1-də leytenant rütbəsi almışdır.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.
Tahir Abasov
Tahir Abdullayev
Tahir Abdullayev (memar) — Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). Tahir Abdullayev (riyaziyyatçı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. Tahir Abdullayev (idmançı) — qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü.
Tahir Alxazov
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru,dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi. Alxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində “Üzvi Sintez” zavodunda 1974-1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983-1986-cı illərdə Sumqayıt ş. “Üzvi Sintez” zavodunda divinil istehsalatının rəisi, 1986-1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990-1993-cı illərdə “Anhidrid” müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993-1995-cı illərdə Respublika Prezidentinin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995-1998-ci illərdə “Üzvi Sintez” zavodunun direktoru, 1998-2001-ci illərdə Azərbaycan OET “Olefinlər” institutunda baş mühəndis vəzifəsində işləmişdir. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir.
Tahir Atakişiyev
Tahir İsrafil oğlu Atakişiyev (21 avqust 1927 – 30 noyabr 2012) — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar artisti (2007). 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur. Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var. Rauf Atakişiyevin qardaşıdır.
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Tahir Bayramov
Tahir Bağırov
Tahir Bağırov (kino sənətçisi)
Tahir Budaqov
Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri. Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.
Tahir Cəfərli
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı. Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub. T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub. T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib.
Tahir Cəfərov
Tahir Cəfərov (d. 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan fotoqrafı. 1948-ci ildə Bakıda anadan olub. Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır. Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirmiş və ilk qonorarını almışdır. Daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirmişdir. Azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin "Bakı" – "Mənim Bakım" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışmışdır. Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır.
Tahir Gözəl
Tahir Gözəl (1972, Maku, Qərbi Azərbaycan ostanı) — "Qarabağ" futbol klubunun prezidenti. Tahir Gözəl 1972-ci ildə Makuda anadan olmuşdur. İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərini bitirmişdir. Ailəlidir, 2 oğlu var. 2004-cü ildən "Qarabağ" futbol klubunun vitse-prezidentidir.
Tahir Hüseynov
Tahir İsmayıl оğlu Hüseynоv (1 yanvar 1930, Qaçağan – 8 may 1993, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1990). Tahir İsmayıl-oğlu Hüseynov 1930-cu il yanvarın 1-də Borçalı mahalının Qaçağan kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini Jurnalistika ixtisası üzrə bitirib. 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə radioda jurnalist kimi başlayan Tahir Hüseynov bədii yaradıcılıqda qələmini əvvəlcə poeziya sahəsində sınayır. 1954-cü ildə hekayə janrına üstünlük verərək dövrü mətbuatda ilk hekayəsi olan "Qonşular" işıq üzü görür. 1953-cü ildən başlayaraq T.Hüseynov müxtəlif qəzet və jurnalların redaksiyalarında jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur. 1956–1963-cü illərdə Tiflisdə çıxan "Şərqin şəfəqi" qəzetində və müxtəlif rayon qəzetlərində çalışmışdır. Tahir Hüseynovun bir yazıçı kimi əsas yaradıcılığı hekayə və povestlərdən ibarətdir. 1964-cü ildə ilk kitabı olan "Səadətimi axtarıram" nəşr olunur.
Taşir rayonu
Vorontsovka rayonu, Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır. Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır.
Taşır nahiyəsi
Taşır nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1590 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Axtala sancağının Taşirabad nahiyəsi adlanırdı. 1590 ci ildə Osmanlı İmperiyasının Lori əyalətinin Taşır sancağının Tasık nahiyəsi adlanırdı. 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Ağcaqala livasının nahiyəsi. Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında yerləşir. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.
Tahir Həsənov
Tahir Həsənov (23 fevral 1970, Bakı – 2 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır. Subay idi. Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.
Tahir Kazımov
Kazımov Tahir Lələkişi oğlu — 90-cı və 2000-ci illərdə “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi tarixə düşmüş işlərdə istintaq qrupunun rəhbəri olub. Vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. Ədliyyə general-mayoru, Ali Məhkəmənin hakimi, III dərəcəli dövlət ədliyyə müşaviridir. Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-81-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. 1981-1986 - Gəncə şəhər, Kəpəz rayon prokurorluğunda müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq. 1986-1993 - Gəncə şəhər prokurorunun köməkçisi. 1993-1994 - Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini. 1994-1995 - Azərbaycan Respublikası prokurorluğunda aparıcı prokuror. 1995-1998 - Azərbaycan Respublikası prokurorluğunda idarə rəisinin müavini.
Tahir Kərimli
Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri. Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir. Evlidir, dörd övladı vardır. Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.
Tahir Kərimov
Tahir Abuzər oğlu Kərimov (1961, Sədərək, Noraşen rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011). Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. 1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib.
Tahir Mansurov
Tayır Aymuhamed oğlu Mansurov (qaz. Тайыр Аймұхамедұлы Мансұров; 1 yanvar 1948, Sərkənd, Yeddisu vilayəti[d]) — Avrasiya İqtisadi Komissiyasının Enerji və İnfrastruktur Şurasının üzvü (2014–2015), EurAsEC Baş katibi (2007–2014), Qazaxıstan Respublikasının Şimali Qazaxıstan Vilayətinin Bələdiyyə Başçısı (2003–2007), Qazaxıstanın Azərbaycandakı səfiri Rusiya (1994–2002), 12-ci çağırış Qazaxıstan Ali Sovetinin Millət vəkili (1990–1994), SSRİ Ali Sovetinin Respublika Şurasının üzvü (1991). 1 yanvar 1948-ci ildə Taldı-Kurqan vilayətinin Sərkənd şəhərində anadan olub. 1971-ci ildə V. İ. Lenin Qazaxıstan Politexnik İnstitutunu bitirib, inşaat mühəndisi dərəcəsi ilə, 1978-ci ildə — Sov. İKP Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbi (HPS). İqtisad elmləri doktoru, siyasi elmlər doktoru. Karyerasına 1964-cü ildə Kazaxtransstroy trestinin inşaat şöbəsində betonçu olaraq başlamışdır; 1965–1972-ci illər arasında Alma-Ata Şəhər İcraiyyə Komitəsinin UKS-də mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1972–1973-cü illərdə — Almaatsentrostroy Tikinti İdarəsinin baş mühəndisi. 1973–1979-cu illərdə — Alma-Ata şəhər komitəsinin, sonra LKSMK regional komitəsinin katibi. 1979–1986-cı illərdə — Alma-Ata Regional Partiya Komitəsinin təlimatçısı, rəhbər müavini, Tikinti şöbəsinin müdiri.
Ramşir
Ramşir — İranın Xuzistan ostanının şəhərlərindən və Ramşir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,782 nəfər və 4,604 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhərin qədimki adı Xələfabad idi və müşəşəilər qəbiləsindən olan Seyid Xələf Müşəşəi tərəfindən yaradılmışdır.
Taşiro
Taşiro (yap. 田代島) — Yaponiyanın Miyaqi perfekturası ərazisinə daxildir. Ada faktiki olaraq İsinomaki şəhərinin bir hissəsini təşkil edir. Burada hazırda Oodomari və Nitoda qəsəbələri vardır. İki qəsəbə arasında pişik məbədi yerləşir. Qədim dövrlərdən insanlar pişiklərə rəğbət bəsləyirdilər. Səbən isə pişiklərin sıçovulları məhv etməsi idi (sıçovulların ipək sənayesinə vurduğu zərbə ilə əlaqədar). Adaya itlərin gətirilməsi qadağandır. Hazırda adada pişiklərin sayı burada yaşayan insanların sayından dəfələrlə çoxdur (70—100 nəf.). Bu qəribə adətlər səbəbindən gənclər adanı tərk edir.
Təfsir
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir. Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır. Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır.
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.