Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensial olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar. Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən). Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
Uzaq sahillərdə
Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur. Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı.
İçimizdəki uşaq
İçimizdəki Uşaq — Doğan Cüceloğlunun 1992-ci ildə nəşr olunan kitabı. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə necə təsir etdiyi ilə bağlı psixologiya sahəsində işlənmiş anlayışlar vasitəsilə və gündəlik nümunələrdən istifadə etməklə sadə şəkildə izahatlar verilir. Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
Uşaq xəstəxanası
Uşaq xəstəxanası — yalnız doğuşdan yetkinlik yaşına çatmış şəxslər, körpələr, uşaqlar, yeniyetmələr və gənclər üçün xidmətlərini təklif edən xəstəxana. Müəyyən xüsusi hallarda onlar böyükləri də müalicə edə bilərlər.
Uşaq evləri
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Elm uşaq jurnalı
Elm uşaq jurnalı - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı Yanvar 1998-ci ildən etibarən çıxarmağa başladığı və uşaqlara görə olan aylıq bir jurnaldır. Məqsədi uşaqlara elmi sevdirməkdir. 1999 ilə 2000 illərində müəyyən mövzularda fotoşəkil çəkər vermişdir. 2001-ci ildə Təbiət Kartları vermiş, 2002-ci ildən itələyibərənsə bunun yerini hər mövzuda kartlar götürmüşdür. Jurnal hal-hazırda 64 səhifədir. Ayrıca jurnalın köhnə ədədləri (1999-2005) cildlənərək TÜBİTAK Məşhur Elm Kitabları Satış Bürosunda satılmaqdadır. Bu jurnalın çıxmağa başlamasından 2 il əvvəl, 1996 və 1997 illərində Elm və Texniki jurnalıyla birlikdə əlavə olaraq 16 səhifəlik "Elm və Texniki Uşaq" verilirdi. Elm Uşaq TÜBİTAKin yeni logo 102. sayı(İyun 2006)ndan etibarən istifadə etməyə başlamışdır. 20 may 2008 tarixində Medyatava.com adlı saytın etdiyi araşdırmaya görə 83.730 tirajla Türkiyənin ən çox satılan jurnalı olmuşdur.
Göyqurşağı uşaq jurnalı
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.