Feildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), uşaq sözü isə мелький mənasında işlədilir. Ufaq formasında da (ufaqdır uşağım...) rast gəlinir. Deməli, söz ovmaq (xırdalamaq) feilinin inkişafı sayəsində uşaq şəklinə gəlib çıxmışdır. Üyütmək feili də həmin sözlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)