Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı. Elza Səmədova — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Əzaz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Laz
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı. Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi. Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir.
Dəqaiqül Əlac
Dəqaiqül-Əlac — Kərim Xan Kirmaninin əsəri müqəddimə və beş məqalədən ibarətdir. Əsər dərmanlardan istifadə qaydalarından, onların seçilməsi üsulundan, insan bədəninin tərkibindən, qan almaq xəstəliyin təşxisi və s. bəhs edir. Əlyazma Azərbaycan dilindədir. Xətti nəstəliqdir. Əsər sarı, birmil kağıza bənövşəyi mürəkkəblə yazılmışdır. Cildi yoxdur. Həcmi 19 vərəq, ölçüsü isə 19x17 sm.-dir. Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-2443/18463 şifrəsi ilə saxlanılır.
Elam dili
Elam dili — qədim Elam ərazisində b.e.ə. 2600-cü ildən - b.e.ə. 330-cu ilə qədər İranın cənub-qərbində (indiki Xuzistan əyalətində) mövcud olmuş, mənşəyi dəqiq bəlli olmayan ölü dil; mixi yazı sistemi ilə yazılmış və qədim Yaxın Şərq tarixində mühüm rol oynayan dillərdən biri. == Öyrənilməsi tarixi == Elam dilinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmiş elam dili lüğəti - "Elamisches Wörterbuch" 1987-ci ildə Valter Hints və Haydemari Koç tərəfindən nəşr edilib. E.ə. XXIII əsrin sonunda Akkad mixi yazı sistemindən istifadə edərək elam dilində kitabələr yazılmağa başlanır. İndiyədək bunun yalnız bir nümunəsi məlumdur. Akkad hökmdarı Naram-Suenlə Elam hökmdan Kutüc/Puzur-İnşuşinak arasında bağlanan müqavilənin mətni 15 sm x 16 sm ölçülü dördkünc gil lövhəciyin hər iki üzündə yazılıb və hazırda Sb. 9933 inventar sayı ilə Lüvr muzeyində sərgilənir. Müqavilənin akkad dilindəki mətni isə hələ tapılmayıb.
Elam hökmdarları
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elam çarlığı
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi. == Ərazisi == Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə edirdi. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir.
Elat mahalı
Elat mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar. Mahalın hakimi Məmməd bəy Əmirsəliyev (19-cu əsrin birinci yarısı) idi. == Əhalisi == Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı. == İqtisadiyyatı == Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Eliz Nil
Eliz Demetriya Nil (ing. Elise Demetria Neal; 14 mart 1966, Memfis, Tennessi) — ABŞ aktrisası.
Eliz Sanasaryan
Eliz Sanasaryan — Cənubi Kaliforniya Universitetində siyasi elmlər professoru. O, ən yaxşı Orta Şərq və İranla bağlıetnik siyasəti və feminizm ekspertizası və kitabları üçün məşhurdur.
Elmaz Hacıyev
Eltz malikanəsi
Eltz malikanəsi və ya Eltz sarayı (xorv. Dvorac Eltz, alm. Schloss Eltz‎) — Xorvatiyanın Vykovar şəhərində yerləşən Barokko üslubunda malikanədir. 18-ci əsrə aid malikanədə Vykovar şəhər muzeyi yerləşir. Malikanə 1993 və 2001-ci illərdə buraxılmış Xorvatiya 20 kunasında, əskinasın əks tərəfində təsvir edilmişdir. Saray 1991-ci ildə Xorvatiya Müharibəsində dağıdıldı, lakin dörd illik bərpa işlərindən sonra 2011-ci ilin oktyabrında müharibədən əvvəlki görünüşü tamamilə bərpa edildi. == Tarixi == 1736-cı ildə Müqəddəs Roma İmperiyasının arxikansleri Filip Karl von Eltz-Kempeniç (1665–1743) Slovaniya Krallığının Srem bölgəsində, daha sonra Habsburq monarxiyası tərfindən idarə olunacaq hissədə bir malikanə satın alır. Saray ilk olaraq 1749–1751-ci illərdə Alman Katolik zadəganları olan Emtz sülaləsi tərəfindən tikilmiş, daha sonralar zaman keçdikcə genişləndirilmişdir. Sarayın hərbi cəbhəyə yaxın əraziləri Osmanlı qoşunları və yerli Hayduk hərbi qüvvələri tərəfindən zərbələrə məruz qalmışdır. İkinci Dünya Müharibəsinin sonlarında Yuqoslaviya Partizanları ölkəni nəzarət altına aldıqdan sonra, 1944-cü ildə malikanə Yuqaslaviya Sosialist Respublikasının kommunist idarəsi tərəfindən müsadirə edildi və Yakob Qraf zu Eltz ailəsi Vykovarı tərk etmək məcburiyyətində qaldı.
Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri. == Haqqında == Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.
Elyaz Qarayev
Elza Bəkirova
Elza Salahova
Salahova Elza Əbdüləziz qızı (24 dekabr 1950, Bakı) — kimya elmləri doktoru. == Həyatı == Salahova Elza Əbdüləziz qızı 1950-ci ildə dekabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə 172 saylı orta məktəbi "gümüş medalla" bitirmiş və həmin ildə Azərbaycan Pedoqoji İnstitutunun Kimya fakültəsinə daxil olmuşdur. E. Ə. Salahova institutda oxuduğu müddətdə elmi işə maraq göstərmiş və tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur. 1972-ci ildə onun apardığı elmi tədqiqat işi respublikada Mendeleyev cəmiyyəti xətti ilə keçirilən elmi konfransında II yerqazanmış və mükafata layiq görülmüşdqür. E. Ə. Salahova 1972-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsinin "fərqlənmə" diplomu ilə bitirmiş, institutun kimya fakültəsinin elmi şurasının təqdimatı əsasında həmin ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur. 1979-cu ildə o, "renium ilə tellurun birgə elektrolitik çökməsi prosesinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini Lensovet adına Leninqrad Texnoloji İnstitutunda "elektrokimyəvi istehsalat" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi adına layiq görülmüşdür. 2010-cu ildə Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Fiziki kimya" və "Qeyri üzvi kimya" ixtisasları üzrə "Renium xalkogenidlərinin elektrokimyəvi çökdürülməsinin elmi əsasları və alınmış yarımkeçirici təbəqələrin fiziki kimyəvi xassələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmləri doktoru adını almışdır. Təhsili, elmi dərəcə və elmi adları 1972-ci ildəm Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsini "fərqlənmə" diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur.
Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycanlı bəstəkar, müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır. 2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. 2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır. 2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir.
Elza Səmədova
Elza Triole
Elza Triole(Elza Yuryevna Kaqan, 12 (24) sentyabr 1896, Moskva, Rusiya imperiyası – 16 iyun 1970[…]) — Rus əsilli fransız yazıçısı.
Elza İbrahimova
Elza İmaməddin qızı İbrahimova (10 yanvar 1938, Hacıqabul – 11 fevral 2012, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının (2008) və Dağıstanın xalq artisti, milliyətcə ləzgidir. == Həyatı == Elza İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.. == Yaradıcılığı == Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Eylaz Məmmədov
== Siyahı ==
Gəlaz (Üşnəviyyə)
Gəlaz (fars. گلاز‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 935 nəfər yaşayır (207 ailə).
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.