Elyaz Vəli oğlu Qarayev (20 oktyabr 1998, Dəymədağlı, Bərdə, Azərbaycan — 28 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elyaz Qarayev | |
---|---|
Elyaz Vəli oğlu Qarayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dəymədağlı, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | , , , |
Elyaz Qarayev 20 oktyabr 1998-ci ildə Bərdə rayon Dəymədağlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar… Atası Elyaz 13 yaşında olarkən vəfat etmişdir. 2005–2016 illərdə orta məktəbdə oxuyub.[2][3] 2016–2018-ci illlərdə hərbi xidmətini çəkmisdir.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 28-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Bərdədə torpağa tapşırılmışdır.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]