Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı — Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi — 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arqayl
Arqayl (ing. Argyll; şot.kelt Earra-Ghàidheal) — Şotlandiyanın qərbində tarixi region. 1889-cu ildən 1975-ci ilə qədər Arqayl, o vaxtdan isə Arqayl-end-Büt qrafılığının bir hissəsidir. Arqayl tarixi Kintayr, Napdeyl, Koval və Lorn, bəzən Ardnamurhan və Morvern ərazilərini əhatə edir. Təxminən VI əsrdə İrlandiyadan olan şotlandlar buraya köçərək Dal Riada krallığını yaratmışlar. VIII və IX əsrlərdə Haylend ərazilərin çox hissəsini müstəmləkə edən gel qəbilələrinin əksəriyyəti buradan gəlirdi. Arqayl IX əsrin ortalarından etibarən Alba dövlətinin tərkibində idi. XIV əsrdən burada Birinci Şotlandiya İstiqlaliyyət müharibəsi zamanı Robert I Brüsü dəstəkləyən Lox-Eyvin Kempbellər klanı üstünlük təşkil edirdi. Omand, Donald (ed.) (2006). The Argyll Book.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Ağal
Areal dilçilik
Areal dilçilik (və ya dilçilik coğrafiyası) – dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsi. XIX əsrdə meydana gəlmişdir. Areal dilçiliyin yaranması, əsasən, alman alimi İ.Şmidtin adı ilə bağlıdır. J.Jilyeron, M.Bartoli, C.Bon Fante, K.Yaberq, Y.Yud və başqalarının da bu sahədə sanballı tədqiqatları var. Areal dilçilik nümayəndələrinin fikrincə, dildə hər cür yeniliyin meydana gəlməsi dillərin qarşılaşmasının nəticəsidir və buna əsasən dünyanın dilçilik xəritəsini tərtib etmək, dillərin yayılma coğrafiyasını müəyyənləşdirmək mümkündür. Areal dilçilik daha çox dialektləri və şivələri öyrənir.
Arqan yağı
Arqan yağı — arqan bitkisindən əldə olunan yağ. Arqan bitkisinin meyvəsinin çəyirdəyini qovurub üyüdürlər. Alınan yağ "Duru qızıl" adlandırırlar. Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində istifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
Arğalı türbəsi
Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Arğalı türbəsi XIII əsrdə Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında tikilib. Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Arğalı türbəsi düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq Arğalı türbəsini günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub.
Aylin Urgal
Aylin Urgal (d.1951, İstanbul - ö.26 Nisan 1985, Bolu) — Türk pop musiqisi sənətçisi.
Sarqal (Qürvə)
Sarqal (fars. سرقل‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 150 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Aral Qaraqumu
Aral Qaraqumu - qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir. Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir. Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür.
Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Aral gölü
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Beş Aqal
Beş Aqal - İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. Bakugöl Kari gölü Göyçə gölü Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Birinci Aral
Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.
Böyük Aral
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.
Kiçik Aral
Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir. Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır. 2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir.
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
İkinci Aral
İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir.
Sədri Maqsudi Arsal
Sədri Maqsudi Arsal (23 iyul 1878, Taşsu[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 20 fevral 1957, İstanbul) Türk-Tatar dövlət adamı, hüquq profesoru, alim və filosof. Sədrəddin Nizaməddin oğlu Maqsudov, hazırkı Rusiya içindəki Tatarıstan Respublikasının paytaxtı Kazanın ətrafındakı Taşşu kəndində doğulmuşdur. Atası kəndin mollası Molla Nizaməddin idi. Kənd məktəbindən sonra 1888-ci ildə Allamiyə Mədrəsəsi'nə getdi. Böyük qardaşı Əhməd Hadi (1868–1941) də eyni mədrəsədə oxumuş, arxasından orada müəllim olmuşdu. Daha sonra ünlü bir pedaqoq və Kazanın bəlli-başlı cədidçilərindən biri olacaq Əhməd Hadi Maqsudi, 1895-ci ildə bir Bağçasaraydaki Zincirli Mədrəsədə dərs verməyə gedərkən, qardaşını bərabərində götürdü. Sədrəddin, bu qurumda müəllimlik edəm İsmayıl bəy Qaspıralı (1851–1914)yla tanış oldu və onun fikirləriylə yaxından qarşılaşdı. Dönüşündə Rus Müəllimlər Məktəbi'nə girərək həyatında devrim, dönüş olmasına bir qərar aldı. Bu kararı nədəniylə o zamanlar Türk camaatinca tənqid edildi. Müəllimlər Məktəbini bitirdiktən sonra təhsilinə İstanbul'da davam etmək istədi.
Aral-Xəzər depressiyası
Aral-Xəzər depresiyası Avropa və Asiya arasında ən alçaq depresiyadır. Bu depresiya Aral dənizi və Şimali Xəzərin arasında yerləşir. Şimal hissəsi Xəzər depresiyası adlanır. Xəzər depresiyasının şərqində yerləşir Turan depresiyası adlanır. Azərbaycanda Aral-Xəzər depresiyasının ən alçaq hissəsi Kür-Araz ovalığıdır. Bu depresiya Azərbaycan, Rusiya, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın ən alçaq hissəsi sayılır.
Birinci Aral bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Ağgöl
Qoruqlar Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq. Kəndlər Ağgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd. Bələdiyyələr Ağgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə. Göllər Ağ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.