Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbülfəz Abdulhəmidov
Əbülfəz Nöhbala oğlu Abdulhəmidov (d. 15 aprel 1970; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Əbülfəz Abdulhəmidov 1970-ci il 15 apreldə Xaçmaz rayonunun Tel qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Əbülfəz Abdulhəmidov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Əbülfəz Abdulhəmidov, Xaçmaz rayonunun Tel qəsəbəsində dəfn olunub.
Məhəmməd Abdulhəmidov
Məhəmməd Abdulhəmidov (16 noyabr 1986, Mahaçqala) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Məhəmməd Abdulhəmidov 2008-ci ilin noyabrında İngiltərənin Liverpul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Məhəmməd Abdulhəmidov İspaniya nümayəndəsi Fransisco Torrijosa məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.2010-cu ildə Məhəmməd Abdulhəmidov Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. Məhəmməd Abdulhəmidov 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Deçlan Geragi üzərində 10:2 hesabı ilə qələbə qazanan Məhəmməd Abdulhəmidov turnirin 1/4 final mərhələsində Almaniya nümayəndəsi Ronni Bebliya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.Məhəmməd Abdulhəmidov 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Məhəmməd Abdulhəmidov 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. 56 Kq. turnirində çıxış edən Məhəmməd Abdulhəmidov olimpiadada avqustun 1-də mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Məhəmməd Abdulhəmidov olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Satoşi Şimizu ilə üz-üzə gəldi. Referilər tərəfindən verilən qalmaqallı qərara əsasən Məhəmməd Abdulhəmidov rəqibi üzərində 22:18 hesabı ilə qələbə qazansa da, bir gün sonra bu nəticə ləğv edildi.
Əbdülhəmid
Əbdülhəmid — kişi adı. Ərəb dilində olan bu sözün (ərəb. عبد الحميد ‎) mənası "Həmidin qulu" deməkdir. Bu adı olan tanınmış insanlar I Əbdülhəmid — 1774-1789-cu illər Osmanlı imperatoru. II Əbdülhəmid — 1876-1909-ci illər Osmanlı imperatoru. Əbdülhəmid bəy Qaytabaşı — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.
II Əbdülhəmid
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
I Əbdülhəmid
I. Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد اول Əbdül-Həmid-i əvvəl) (20 mart 1725[…], Topqapı sarayı, Konstantinopol, Osmanlı imperiyası – 7 aprel 1789[…], Konstantinopol) — 27. Osmanlı padşahı və 106. İslam xəlifəsidir. III. Əhmədin oğlu və III. Mustafanın qardaşıdır. == Səltənəti == === Kiçik Qaynarca sülhü === Sultan I. Əbdülhəmid 1768–1774 Osmanlı-Rus Döyüşünün pis vəziyyətdə davam etdiyi bir dövrdə taxta keçdi. Ruslara qarşı qoyula bilməyəcəyini anlayan Osmanlı Dövləti, 21 iyul 1774 tarixində Kiçik Qaynarca sazişinə imza atdı. Bu müqaviləyə görə Krıma müstəqillik verildi. Ruslar Qara dənizdə ticarət edib, donanma saxlaya bilərdi, Balkanlarda Pravoslav topluluqların hüquqlarını qorumalı idilər. Osmanlı Dövləti, Rusiyaya döyüş təzminatı verəcək; ancaq Rusiya; Əflak, Boğdan, Bessarabiya və Aralıq dənizində işğal etdiyi adaları Osmanlı Dövlətinə geri verəcəkdi, lakin bu bölgələrdə Osmanlı Dövləti ümumi əfv elan edəcək, xalqa din və məzhəb azadlığı verəcək, xalqdan vergi almayacaq, istəyən istədiyi yerə köç edə biləcəkdi. == Ailəsi == === Hərəmxanası === Ayşə Başqadınəfəndi (ö.
Paytaxt:Əbdülhəmid
Paytaxt:Əbdülhəmid (türk. Payitaht:Abdülhamid) — 24 fevral 2017 tarixində başlayan və 4 iyun 2021-ci ildə başa çatmışdır. == Ssenari == Serial 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin hakimiyyəti dövrünü anladır (1876-1909). == Rollarda == Bülent İnal — II Əbdülhəmid Özlem Conker — Bidar Qadınəfəndi Can Sipahi — Mehmed Əbdülqadir.
Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidoviç Həmidov (15 oktyabr 1920, Köhnə Atagi[d], Çeçen Milli Dairəsi[d] – 6 iyul 1969, Qroznı) — SSRİ, aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının sədri (1959–1961) və SSRİ Yazıçılar İttifaqının üzvü (1943). == Həyatı == 1920-ci ildə Terek vilayətinin Starye Ataqi kəndində (indiki Çeçenistan Respublikasının Urus-Martan rayonu) kəndli ailəsində anadan olmuşdur. 1935-ci ildə məktəbi bitirərək, o vaxt Sernovodskoye kəndində yerləşən pedaqoji məktəbə daxil olub. 1938-ci ildə Moskva Teatr İnstitutuna daxil olub. Ancaq təhsilini başa çatdırmaq mümkün olmamışdır. Belə ki, İkinci Dünya müharibəsi başlayandan sonra dördüncü kursdan Qroznıya teatrda çalışmaq üçün geri çağırılmışdır. Müharibə illərində Çeçen-İnquş Dövlət Dram Teatrının aktyoru və rejissoru idi. Teatr tez-tez ordu hissələrində, xəstəxanalarda, müdafiə istehkamlarının inşaatçılarının qarşısında tamaşalarla çıxış edirdi. Bu işinə görə, 30 iyun 1943-cü ildə Həmidov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti adına layiq görüldü. === Deportasiya illəri === 1944-cü ildə, Çeçenlərin və inquşların deportasiyasısı zamanı şəkər çuğunduru fermasının klub rəhbəri və Cambul vilayəti şəkər fabrikinin Mədəniyyət Sarayının bədii rəhbəri idi.
Əbdülhəmid xan
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
Əbdülhəmid Əfəndizadə
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi. Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir. Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə carişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.
Əbdülhəmid Momənd
Əbdülhəmid Momənd (puşt. عبدالحميد مومند) və ya Əbdülhəmid Baba (1660, Pişəvər – 1732, Pişəvər) — Əfqanıstan puştun şairi. Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы. Б. 1967.
Sultan Əbdülhəmid türbəsi
Sultan Əbdülhəmid türbəsi — İstanbulun Fateh ilçəsində yerləşən XVIII əsrə aid türbə. == Haqqında == 27-ci Osmanlı sultanı olan Sultan I Əbdülhəmid 1776–1777-ci illərdə İstanbulun Əminönü səmtində böyük bir imarət inşa etdirmişdir. Məktəb, xeyriyyə binası, çeşmə və türbədən ibarət olan bu imarətin bütün strukturu ikinci məşrutiyyət illərində dağıdılmış, yalnız türbəyə toxunulmamışdır. Sultan Əbdülhəmid 1789-cu ildə vəfat etdiyi zaman məhz bu türbəyə dəfn olunmuşdur. Sultan Əbdülhəmid burada öz adına bir məscid inşa etdirmək istəsə də, yaxınlıqdakı Yeni məscidin kölgəsində qalmasından çəkinmişdir. Türbənin memarı dövrün saray memarı olan Mehmed Tahir ağadır. Kvadrat planlı olan türbənin daxili ümumilikdə 26 pəncərə ilə işıqlandırılır. Aşağı mərtəbədəki pəncərələr kvadrat, yuxarıdakılar isə dairəvidir. Tamamilə mərmərdən inşa olunan türbənin həyət qapısı üzərində Ənkəbut surəsinin 57-ci ayəsi, türbənin öz giriş qapısı üzərində isə xəttat Mehmed Əmin Əfəndi tərəfindən Fəcr surəsinin 27,28,29 və 30-cu ayələri işlənmişdir. Barokko üslubunda inşa olunmuş türbədə Osmanlı mənsublarının məzarları ilə yanaşı Qədəm-i Şərif də ziyarət olunur.
Əbdülhəmid Ziya paşa
Ziya paşa (1829, Konstantinopol – 17 may 1880, Adana, Adana vilayəti) — Türk yazıçısı, şairi və dövlət adamı. Əsl adı "Əbdülhəmid Ziyaəddin" dir. == Həyatı == Türkiyə türk ədəbiyyatının Avropa meyilli nümayəndələrindən olan Əbdülhəmid Ziya Paşa 1829-cu ildə İstanbulda doğulmuşdur. Müxtəlif elm sahələrinə böyük həvəs göstərən Ziya Paşa ilk təhsilini əvvəlcə məhəllə məktəbində, daha sonra təhsilini “Məktəbi ədəbiyyə”də davam etdirmişdi. O,17 yaşından etibarən tanınmış yazıçı və şairlərin təmsil olunduğu cəmiyyətlə bağlanmış, xüsusilə Divan ədəbi nümayəndələri ilə yaxınlıq etmişdir. Daha sonra o, Arif Hikmət bəyin evində 1861-ci ildə Divan şeirini inkişaf etdirmək məqsədi ilə yaradılan “Əncümənü-şüəra” cəmiyyətinə daxil olur. Sarayda dövlət katibi kimi fəaliyyət göstərən Ziya Paşa müəyyən müddət sonra saray ziddiyyətlərinə görə buradan uzaqlaşmışdır. Siyasi çəkişmə və gərginlik onun Türkiyədə qalmağına imkan verməmiş, o, 1867-ci ildə Avropaya getməyə məcbur olmuşdur. O, əvvəlcə Parisə, daha sonra Londona getməyə məcbur olmuşdur. Lakin bu şəhərlərdədə öz fəaliyyətindən qalmayan Ziya Paşa 1867-ci ildə “Müxbir”, 1868-ci ildə Namiq Kamal tərəfindən əsası qoyulmuş “Hürriyyət” qəzetlərini çap etdirir.
Əbdülhəmid ağa Cavanşir
Əbdülhəmid ağa Cavanşir (tam adı: Cavanşir Həmid ağa oğlu Əbdülhəmid ağa d.07.09.1897, Şuşa -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis. == Həyatı == Əbdülhəmid ağa Həmid ağa oğlu 7 sentyabr 1897-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1918-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında təhsilini başa vurmasına 1 il qaldığı göstərilirdi. Universiteti bitirəndən sonra Gəncə şəhərində Zaqafqaziya Maşınsınaqdançıxarma Stansiyasında direktor vəzifəsində çalışmışdı. Sürgünə göndərilmişdi. == Ailəsi == Əbdülhəmid ağanın Kamal ağa adlı oğlu var.
Əbdülhəmid bəy Qaytabaşı
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. == Kökəni == Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür. Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdirƏbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir. Əbdülhəmid bəy, Şərif bəyin ikinci həyat yoldaşı Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanımdan olan VII-ci övladı idi. Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah Rəisi olmuşdur. Lakin 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnmişdir.
Əbdülhəmid ibn Badis
Əbdülhəmid ibn Badis (4 dekabr 1889, 5 dekabr 1889 və ya 1899, Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 16 aprel 1940[…], Qüsəntinə, Qüsəntinə vilayəti[d]) — Görkəmli əlcəzairli müsəlman alim, islahatçı == Həyatı == Əbdülhəmid ibn Badis 1889-cu il dekabr ayının 4-də Əlcəzairin şimal-şərqindəki Konstantin şəhərində, ziyalı ailəsində anadan olub. Ölkəsində islam islahat hərəkatının simvolu hesab olunan Şeyx İbn Badisin soyu X əsrdə Bulucin ibn Ziri tərəfindən qoyulmuş sülaləyə gedib çıxır. Dindar ailə boya-başa çatan gənc Əbdülhəmid 13 yaşında ikən Qurani-Kərimi əzbərləyir. Daha sonra vəsayətinə verildiyi Həmdan Lunissi ibn Badisin üzərində böyük iz buraxır. İbn Badis ömrünün sonunadək Lunissinin müxtəlif məsələlərə dair məsləhətlərini unutmur. Lunissi ona "elm sevgi üçündür, mənsəb üçün deyil" prinsipini öyrətmişdi. Konstantin şəhərinin müsəlman əhalisinin hüquqlarının müdafiəçisi kimi də tanınan Lunissi İbn Badisdən Fransa ordusunda üçün xidmət etməyəcəyinə dair vəd alır. 1908-ci ildə İbn Badis təhsilini artırmaq üçün ilk dəfə ölkə hüdudlarından kənara çıxmaq qərarına gəlir. Tunisə yollanan Əbdülhəmid burada dövrünün tanınmış və nüfuzlu elm ocağı sayılan, islam elmlərinin tədris olunduğu Zeytuna universitetinə daxil olur. Zeytuna universitetində ibn Badisin fikir və düşüncələri təkmilləşir.
Əbdülhəmid Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Əbdülhəmid Əbu Süleyman
Əbdülhəmid Əbu Süleyman (1936, Məkkə – 18 avqust 2021) — tanınmış müsəlman alimi, mütəfəkkiri, islahatçısı, ictimai xadimi, çoxlu sayda elmi əsərlərin müəllifi. == Təhsili == Orta məktəbi vətənində bitirmiş, Qahirə universitetindən 1959-cu ildə iqtisadi münasibətlər (bakalavr), 1963-cü ildə politologiya (magistr) ixtisasları üzrə məzun olmuşdur. == Fəaliyyəti == 1973-cü ildə ABŞ-nin Pensilvaniya universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Səudiyyə Ərəbistanında Strateji Planlaşdırma üzrə Dövlətkatibi (1963–1964), Müsəlman Sosioloqlar Assosiasiyasının (AMSS) (1972), Dünya Müsəlman Gənclər Assambleyasının (WAMY) Baş katibi (1973–1979), Kral Səud Universitetinin Siyasi elmlər bölməsinin rəhbəri (1983–1984) vəzifəsində çalışmışdır. 1988–1998-ci illərdə Malayziya Beynəlxalq İslam Universitetinin rektoru olmuşdur. Əbdülhəmid Əbu Süleyman bir çox beynəlxalq elmi konfrans və seminarların təşkilində iştirak etmişdir. Hal-hazırda Beynəlxalq İslam Fikri İnstitutunun prezidentidir. Müsəlman cəmiyyətlərində islahatçılıq məsələlərinə dair çoxsaylı məqalə və monoqrafiyanın müəllifidir. == Əsərləri == Ağıl və möcüzə baxımından həzrəti Məhəmmədin peyğəmbərliyinin həqiqiliyinə inam. Bakı: İdrak, 2017.
Paytaxt: Əbdülhəmid (teleserial, 2017)
Paytaxt:Əbdülhəmid (türk. Payitaht:Abdülhamid) — 24 fevral 2017 tarixində başlayan və 4 iyun 2021-ci ildə başa çatmışdır. == Ssenari == Serial 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin hakimiyyəti dövrünü anladır (1876-1909). == Rollarda == Bülent İnal — II Əbdülhəmid Özlem Conker — Bidar Qadınəfəndi Can Sipahi — Mehmed Əbdülqadir.
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. == Mənşəyi == Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.
Abdulcəmil Bilalov
Abdulcəmil Xəqani oğlu Bilalov (9 yanvar 1997, Ləkçılpaq, Göyçay rayonu – 20 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulcəmil Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub. Abdulcəmil ailənin 3-cü övladı idi. O, anadan olanda anası demişdi ki, Vətən üçün oğul böyüdürəm. Çox aktiv, həyat dolu uşaq idi. Abdulcəmil uşaqlıqdan futbola bağlı uşaq idi. Fənərbaxça klubunun azarkeşi olan Abdulcəmil həyətdəki uşaqlarla Ləkçılpaq komandası qurmuşdu. Kəndarası yarışlara qatılardı.2018-ci ilin iyul ayında evlənmişdi. Ahmet və Mustafa adında iki oğlu yadigar qalıb. Müharibə başlamamışdan bir neçə ay əvvəl ağır yol qəzası keçirir.
Abdulrəşid Sadulayev
Abdulrəşid Sadulayev (9 may 1996) — Avar Güləşçisi. == Həyatı == == Karyerası == === 2012–2013-cü illər: Yeniyetmələr arasında Dünya çempionluğları === === 2014–2016-cı illər: Avropa, Dünya və Olimpiya çempionluğu === ==== 2016 Rio-de-Janeyro Olimpiadası ==== === 2017–2020-ci illər: 2 dəfə Dünya və 3 dəfə Avropa çempionluğu === 2017-ci il Dünya Çempionatında əvvəl Abdulrəşid Sadulayev, 12-14 iyunda Rusiyanın Nazran şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. 2014 və 2015-ci illərdə baş tutan Rusiya Çempionatlarının qalibi olan Sadulayev, 1/16 final mərhələsində Yuri Belonovsini, 1/8 final mərhələsində Dağıstan nümayəndəsi Umar Kudliyevi, 1/4 final mərhələsində güləşçisi Stanislav Hacıyevi, 1/2 final mərhələsində isə Çeçenistan nümayəndəsi Tamerlan Rasuyevi məğlub etdi və üçüncü dəfə Rusiya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə isə Abdulrəşid Sadulayev, Şimali Osetiya nümayəndəsi Vladislav Baytçayev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sadulayev, 8:7 hesabı ilə qalib gəldi. Bununla da Sadulayev üçüncü dəfə Rusiya Çempionatının qızıl medalına sahib oldu. Abdulrəşid Sadulayev 2017-ci ilin əsas yarışına 20-26 avqustda Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. 2013-cü ilin noyabr ayından bütün görüşlərində qalib gələn Sadulayev, bu uğurlu seriyanın davam etməsi niyyətində idi və üçüncü dəfə qatıldığı Dünya Çempionatının qalibi olmadığı hədəfləyirdi. O, 1/16 final mərhələsində Kuba nümayəndəsi Reineris Salas ilə üz-üzə gəldi və həmin görüşdə 4:0 hesabı ilə qalib gəldi. Daha sonra Sadulayev, Polşa güləşçisi Mateusz Filipçza ilə qarşılaşdı və 4 dəqiqə 10 saniyə ərzində 14:0 hesabı ilə qalib gəldi.
Mustafa Abdülcemil Qırımoğlu
Mustafa Əbdülcəmil Qırımoğlu (13 noyabr 1943, Ay-Serez qəsəbəsi) — 1943-cü ilin 13 noyabrda o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi onun da ailəsi 1944-cü il 18 may tarixində Krımdan Orta Asiyaya köçürülüb. Haşiyə: "International Relations and Security Network" media agentliyinə 2009-cu il iyulun əvvəllərində verdiyi müsahibəsində Mustafa Cemilev deyib: "Bizim xalq soyqırımın qurbanıdır. İkinci dünya müharibəsi sonunda bizim milləti Stalinin əmri ilə Orta Asiyaya köçürdülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən məhv oldu… Mən uşaq olanda, ana və atamın axşamlar göz yaşı içində pıçıldaşmalarından anladım ki, bizim Vətənimiz olub. Bu Vətən – müasir müstəqil Ukraynanın tərkibində olan Krımdır." == Həyatı == 1959-cu ildə orta məktəbi bitirən Mustafa bəy sənədlərini Daşkənddəki Orta Asiya Universitetinin Şərqşünaslıq fakültəsinə verir, lakin ona bildirilir ki, Krım tatarlarını bu fakültəyə qəbul etmirlər. Bundan sonra Cəmilev Özbəkistanın Mirzəçaul təmir-mexaniki zavodunda çilingər, tornaçı, elektroçilingər işləyir, daha sonra Daşkəndə köçərək aviasiya zavodunda tornaçı sənətində çalışır. 1961-ci ildə M. Cəmilev gizli yaradılmış "Krım tatar gənclərinin ittifaqı" (KTGİ) təşkilatında tarixi şöbəyə başçılıq edir. Təşkilat bir neçə ay fəaliyyət göstərir və SSRİ "DTK"-si (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən repressiyaya məruz qalır. Təşkilatın rəhbərləri Marat Ömərov və Səid Həmzə Ömərov həbs edilərək, 3 və 4 il olmaqla ciddi rejimli əmək-islah kolonunda cəzaya məhkum edilirlər.
Qaytabaşı bəy Əbdülhəmidi
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. == Kökəni == Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür. Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdirƏbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir. Əbdülhəmid bəy, Şərif bəyin ikinci həyat yoldaşı Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanımdan olan VII-ci övladı idi. Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah Rəisi olmuşdur. Lakin 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnmişdir.
Sultan Əbdülhəmidə sui-qəsd
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi. == Zəmin == Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Corisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi. == Hadisə == 80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.