Məhəmməd Abdulhəmidov

Məhəmməd Abdulhəmidov (16 noyabr 1986, Mahaçqala) — RusiyanıAzərbaycanı təmsil edən boksçu.[1]

Məhəmməd Abdulhəmidov
Şəxsi məlumatlar
Tam adı Məhəmməd Əzizoviç Abdulhəmidov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 16 noyabr 1986(1986-11-16) (37 yaş)
Doğum yeri
İdman növü Boks

Məhəmməd Abdulhəmidov 2008-ci ilin noyabrında İngiltərənin Liverpul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Turnirin 1/8 final mərhələsində Məhəmməd Abdulhəmidov İspaniya nümayəndəsi Fransisco Torrijosa məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.[2]

2010-cu ildə Məhəmməd Abdulhəmidov Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. Məhəmməd Abdulhəmidov 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Turnirin 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Deçlan Geragi üzərində 10:2 hesabı ilə qələbə qazanan Məhəmməd Abdulhəmidov turnirin 1/4 final mərhələsində Almaniya nümayəndəsi Ronni Bebliya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[3]

Məhəmməd Abdulhəmidov 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu.[4] Bununla da Məhəmməd Abdulhəmidov 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[5] 56 Kq. turnirində çıxış edən Məhəmməd Abdulhəmidov olimpiadada avqustun 1-də mübarizə apardı.[5] Təsnifat mərhələsindən azad olan Məhəmməd Abdulhəmidov olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Satoşi Şimizu ilə üz-üzə gəldi.[5] Referilər tərəfindən verilən qalmaqallı qərara əsasən Məhəmməd Abdulhəmidov rəqibi üzərində 22:18 hesabı ilə qələbə qazansa da, bir gün sonra bu nəticə ləğv edildi.[5] Avqustun 2-də AIBA London Olimpiadasının 1/8 final mərhələsin çərçivəsində Məhəmməd Abdulhəmidov və Satoşi Şimizu arasında baş tutan görüşün nəticəsinin ləğv edilməsi, Satoşi Şimizunun isə qalib elan edilməsi barədə bəyanat verdi. Bəyanata əsasən Məhəmməd Abdulhəmidov üçüncü raundda altı dəfə yerə yıxılıb. Qaydalara əsasən, referilər ən azı üç belə halı nəzərə almalıdırlar. AIBA qaydalarına əsasən, bu zaman referi döyüşü dayandırmalı və rəqibin qələbə qazandığı qərarı verməlidir. Həmin hadisə daha sonradan məşhur "Azərbaycan idmanı rəsmilərinə London Olimpiadasının 2 qızıl medalı üçün $10 milyon pul ödədi" hadisəsinin əsası idi.

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya Rusiya
1
2008
Avropa Çempionatı İngiltərə İngiltərə
PAT
Azərbaycan Azərbaycan
2
2010
Avropa Çempionatı Rusiya Rusiya
5.
3
2012
Avropa Olimpiya Təsnifat Turniri Türkiyə Türkiyə
2.
4
2012
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
PAT
  1. Olympedia.org. "Məhəmməd ABDULHƏMİDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2008 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2010 Europen Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Amateur-boxing.strefa.pl idman portalı. "2012 Europen Olympic Qualifying Tournaments — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. 1 2 3 4 Olympedia.org. "2012 Summer Olympics / Boxing / Bantamweight (56 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.