Əbdülhəmid ağa Cavanşir

Əbdülhəmid ağa Cavanşir (tam adı: Cavanşir Həmid ağa oğlu Əbdülhəmid ağa d.07.09.1897, Şuşa -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis.

Əbdülhəmid ağa Cavanşir
Əbdülhəmid ağa Həmid ağa oğlu Cavanşir
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat yeri Bakı, Azərbaycan SSR
Fəaliyyəti mühəndis

Əbdülhəmid ağa Həmid ağa oğlu 7 sentyabr 1897-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1918-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir.[1]

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında təhsilini başa vurmasına 1 il qaldığı göstərilirdi.

Universiteti bitirəndən sonra Gəncə şəhərində Zaqafqaziya Maşınsınaqdançıxarma Stansiyasında direktor vəzifəsində çalışmışdı. Sürgünə göndərilmişdi.

Əbdülhəmid ağanın Kamal ağa adlı oğlu var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 277