Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Ablej
Ablej (fr. Ableiges) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 972 nəfər (2000). Bələdiyyə Paris şəhərinin 37 km şimal-qərbində, Serji belediyyənin 8 km şimal-qərbdə yerləşir.
Abbe refraktometri
Abbe Refraktometr- maye və bərk mühitlərin sınma əmsalını ölçmək üçün vizual optik cihazdır. Onun fəaliyyəti işığın kiçik sınma əmsalı n 1 mühitdən böyük sınma əmsalı n 2 mühitə yayılması zamanı tədqiq olunan qeyri-şəffaf mühit halında tam daxili əks olunma, ya da şəffaf mühitlər halında (tədqiq olunan və məlum) müstəvi ayrılma hüdud sınma bcağının ölçülməsinə əsaslanır. Hər iki üsulda sınma qanunu istifadə olunur. n1 sin i 1 = n 2 sin i 2 (i1 düşmə bucağı, i 2 sınma bucağı). Abbe refraktometr iki düzbucaqlı şüa prizmadan sınma əmsallı n2 = 1,7 (natriumun sarı xətti ʎd = 589,3 nm) üçün prizması cilalanmış hipotenuz tərəfli və tutqunlaşdırılmış hipotenuz tərəfli köməkçi açılan prizmadan 2, müşahidə borusu, hesablama şkalası, xüsusi kompensatordan 6 ibarətdir. Tədqiq olunan mayelər prizmanın hipotenuz tərəfləri arasındakı aralıqda (0,1 mm ətrafında) yerləşdirilir. Bərk şəffaf nümunələr bir cilalanmış müstəvi tərəfə malik olmalıdır, yan tərəflərdən biri isə cilalanmış tərəfə perpendikulyar olmalıdır. Nümunələrə cilalanmış tərəflə ölçü prizmasının hipotenuz tərəfinə sıxlırlar (açılmış köməkçi prizmalar zamanı), onlar arasındakı aralığa (deşiyə( isə sınma əmsalı nə olan immersiya mayesinin damcıları daxil edilir ki, onun n1 < nə < n2 (adətən nə= 1,66 olan monobromnaftalin) şərti ödənilsin. Şəffaf maye mühitlərinin ölçülməsində işıq, mühitin ayrılması sərhəddində köməkçi prizmanın kiçik katetindən keçərək istiqamətlənir (keçən işıqda ölçmə), qeyri-şəffaf mühit halında isə prizmasıının tutqun tərəfi onun böyük kateti (əks olunan işıqda ölçmə) işıqlandırılır. Borunun görmə sahəsində işıqlı və tutqun sahələrin ayrılma xəttlərinin çarpaz birləşməsində şkalada bilavasitə n-nin qiyməti hesablanır.
Abbe ədədi
Abbe ədədi – optik şüaların dispersiyasını xarakterizə edən kəmiyyətdir. Abbe ədədi ʋ ilə işarə olunur. ʋ-nin ədədi qiymətləri şüşənin tərkibindən asılıdır. Kiçik dispersialı optik şüşələr üçüm 60-70-dən (məsələn: silikat, kron), böyük dispersiyalı şüşələr üçün 20-40-a dək (məsələn: ağır flint) dəyişir. Abbe ədədi optik sistemlərin hesablanması üçün lazımlıdır. Bu kəmiyyət optik şüşələrin bütün kataloqlarında verilir. == İstinadlar == Depman İ.Y. "Ernst Abbe (1840-1905)" "Природа", 1940. №1 Пудоровский А.И., "Теория оптических приборов", т.1, 2 изд., М.-Л., 1948.
Abel Aqanbekyan
Abel Aqanbekyan və ya Abel Aqanbeqyan (erm. Աբել Գյոզի Աղանբեկյան, rus. Абел Гезевич Аганбегян; 8 oktyabr 1932, Tiflis) — Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri. Abel Aqanbekyan 8 oktyabr 1932–ci ildə Tbilisidə anadan olmuşdur. 1955-ci ildə Moskva dövlət iqtisadiyyat institutunu bitirmiş, Moskvada müxtəlif elmi vəzifələrdə çalışmışdır. "Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1989–2002–ci illər ərzində, Rusiya hökuməti nəzdində Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == Aqanbekyan 1980–ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Abel Aqanbekyan erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Aqanbekyan, 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".
Ablı (Ərdəbil)
Ablı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Gəncgah kəndistanında, bölgənin mərkəzindən 10 km qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun üstündədir.
Auqust Alle
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair. == Bioqrafiyası == Auqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir.
Abel Makaşvili
Abel Makaşvili (gürc. აბელ მაყაშვილი) və ya Avel Makayev (rus. Авель Макаев) — rus, gürcü və azərbaycanlı hərbçi, Rusiya İmperator Ordusunun general-mayoru. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə hərbi məktəbinin direktoru. == Erkən illəri == Abel Makaşvili 1860-cı il iyunun 6-da anadan olub. O, gürcü zadəgan nəslindən çıxmışdı. Ümumi təhsilini Yelizavetqrad hərbi progimnaziyasında alıb. == Hərbi karyerasının başlanğıcı == 11 avqust 1877-ci ildə hərbi xidmətə başlamışdır. Kazan piyada yunker məktəbini bitirdikdən sonra, 1880-ci il noyabrın 30-da praporşik kimi 164-cü Zaqatala piyada alayına göndәrilib. 17 dekabr 1881-ci ildə podporuçik, 17 dekabr 1885-ci ildə poruçik, 15 mart 1890-cı ildə isə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. == Həyatı == Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur. 1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. 15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Abel cəmi
λ = {λ0, λ1, λ2, …} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 olduğunda, əgər λn = n şərti ödənərsə, Abel cəmi metodu əldə edilə bilir. Burada f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − n x ) = ∑ n = 0 ∞ a n z n , {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-nx)=\sum _{n=0}^{\infty }a_{n}z^{n},} Burada z = exp(−x) bərabərliyi mövcud olur. Beləliklə, x müsbət həqiqi ədədlərdən 0-a yaxınlaşdığında ƒ(x)-in limiti z 1-ə aşağıdan yaxınlaşdığında ƒ(z)-nin limitinə bərabər olur. Bu halda Abel cəmi A(s)s A ( s ) = lim z → 1 − ∑ n = 0 ∞ a n z n {\displaystyle A(s)=\lim _{z\rightarrow 1^{-}}\sum _{n=0}^{\infty }a_{n}z^{n}} şəklində təyin edilir. Abel cəmi Sezaro cəmi ilə uyumludur, ancaq ondan daha qüvvətli üsul hesab olunur. Ck(s)-nin təyin edildiyi bütün nöqtələrdə A(s) = Ck(s) bərabərliyi mövcud olur.
Abel mükafatı
Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir.Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb. Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir.Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.
Abel ortalamaları
λ = {λ0, λ1, λ2, ...} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 şərti ödənərsə, f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − λ n x ) {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-\lambda _{n}x)} cəmi bütün x müsbət həqiqi ədədlər üçün yığıla bilirsə Abel ortalaması Aλ aşağıdakı şəkildə ifadə edilə bilər: A λ ( s ) = lim x → 0 + f ( x ) {\displaystyle A_{\lambda }(s)=\lim _{x\rightarrow 0^{+}}f(x)} Bu növ ardıcılıqlar ümümi olaraq Dirixlet silsilələri adlandırılır.
Abel çoxhədliləri
Abel çoxhədlisi çoxhədli ardıcıllığının bir formasıdır.n-ci həddə bağlı forma aşağıda verilmişdir. p n ( x ) = x ( x − a n ) n − 1 . {\displaystyle p_{n}(x)=x(x-an)^{n-1}.} Bu ardıcıllıq adını Norveçli riyaziyyatçı olan Nils Henrik Abelin adından almışdır. . == Misallar == a=1 əmsalı üçün və n-in qiymətinin dəyişməsi əsasında aşağıdakı nümunələri almaq olar. p 0 ( x ) = 1 ; {\displaystyle p_{0}(x)=1;} p 1 ( x ) = x ; {\displaystyle p_{1}(x)=x;} p 2 ( x ) = − 2 x + x 2 ; {\displaystyle p_{2}(x)=-2x+x^{2};} p 3 ( x ) = 9 x − 6 x 2 + x 3 ; {\displaystyle p_{3}(x)=9x-6x^{2}+x^{3};} p 4 ( x ) = − 64 x + 48 x 2 − 12 x 3 + x 4 ; {\displaystyle p_{4}(x)=-64x+48x^{2}-12x^{3}+x^{4};} a=2, əmsalı və n-in dəyişməsində çoxhədli p 0 ( x ) = 1 ; {\displaystyle p_{0}(x)=1;} p 1 ( x ) = x ; {\displaystyle p_{1}(x)=x;} p 2 ( x ) = − 4 x + x 2 ; {\displaystyle p_{2}(x)=-4x+x^{2};} p 3 ( x ) = 36 x − 12 x 2 + x 3 ; {\displaystyle p_{3}(x)=36x-12x^{2}+x^{3};} p 4 ( x ) = − 512 x + 192 x 2 − 24 x 3 + x 4 ; {\displaystyle p_{4}(x)=-512x+192x^{2}-24x^{3}+x^{4};} p 5 ( x ) = 10000 x − 4000 x 2 + 600 x 3 − 40 x 4 + x 5 ; {\displaystyle p_{5}(x)=10000x-4000x^{2}+600x^{3}-40x^{4}+x^{5};} p 6 ( x ) = − 248832 x + 103680 x 2 − 17280 x 3 + 1440 x 4 − 60 x 5 + x 6 ; {\displaystyle p_{6}(x)=-248832x+103680x^{2}-17280x^{3}+1440x^{4}-60x^{5}+x^{6};} == İstinadlar == Rota, Gian-Carlo. "All Polynomials of Binomial Type Are Represented by Abel Polynomials". Annali della Scuola Normale Superiore di Pisa - Classe di Scienze Sér. 4. 25 (3–4). 1997: 731–738.
C.Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
Diana Abla
Diana Abla (d. 29 iyul 1995) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Abla, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Ernst Abbe
Ernst Karl Abbe (d. 23 yanvar 1840, Eisenach - ö. 14 yanvar 1905, Jena) alman fiziki və sənayeçisi. 1861-ci ildən başlayaraq Göttingen Universitetində nəzəri fizika professoru və rəsədxana idarəçiliyi edən Ernst Abbe, Karl Zeiss ilə birgə fəaliyyət göstərirdi. (1875), Karl Zeiss vəfat edəndən sonra, optik cihazlar istehsal edən şirkətin rəhbərliyini üstünə götürdü. Mikroskopun klassik qaydasını ortaya atdı. Qırılma qanunları vasitəsilə mikroskopun seçmə gücünü hesabladı (1877). Abbe sinuslar bağlantısını ortaya qoydu.
Fransua Rable
Fransua Rable (1494 və ya 1493, Şinon[d] – 9 aprel 1553, Paris) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Klark Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
Lez-Abre
Lez-Abre (fr. Les Abrets) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38001. Kommunanın 2012-ci il üçün əhalisi 3607 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 261 ilə 434 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Nils Abel
Nils Henrik Abel (norv. Niels Henrik Abel; 5 avqust 1802[…] – 6 aprel 1829[…]) – Norveç riyaziyyatçısı. == Həyatı == Nils Abel pastor ailəsində doğulmuşdur, Kristianiya (indiki Oslo) universitetində təhsil almışdır, Təhslini fəlsəfə elmləri namizədi dərəcəsi ilə bitimişdir. 1822–1823-cü illərin qışında differensial tınliklərin inteqrallanmasına dair böyük elmi iş həyata keçirmiş və bu işinə görə mükafat olaraq ona ölkə xaricində təhsilin davam etdirmık üçün dövlət təqaüdü ayrılmışdır. İlk əvvəl o Berlinə yollanır və 1825-ci ilin sentyabrından 1826-cı ilin fevarlına qədər burada yaşayır. Burada o Avqust Krelemlə tanış olur və Kremel istedadlı norveçlini "Journal fur reine u. angewandte Mathematik" jurnalına işə düzəldir. Onun işi xüsusilə elliptik funksiyalar nəzəriyyəsinə dair idi. Nils Abel Karl Qustav Yakobi ilə bu sahəni nəzəçarpacaq dərəcədə inkişaf etdidir. 1826-cı ilin fevralında Abel İtaliyaya yollanır və bir neçə ayı Venesiyada keçirir.
Norman Abel
Norman Abel (ing. Norman Abeles; 15 aprel 1928, Vyana) — Avstriya əsilli ABŞ psixoloqu. == Həyatı == Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur.Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir. Abel bir sıra aparıcı peşəkar psixologiya nəşrlərinin redaktoru olmuşdur.
Otenio Abel
Otenio Lotar Frans Anton Lui Abel (alm. Othenio Lothar Franz Anton Louis Abel‎; 20 iyun 1875[…], Vyana – 4 iyul 1946[…]) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur. == Həyatı == Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.
Rudolf Abel
Rudolf İvanoviç Abel (rus. Рудо́льф Ива́нович А́бель; əsl adı Vilyam Henrixoviç Fişer; rus. Вилья́м Ге́нрихович Фи́шер, ing. William August Fisher; 11 iyul 1903, Nyukasl-apon-Tayn, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 15 noyabr 1971, Moskva, RSFSR, SSRİ) — SSRİ kəşfiyyatçısı, polkovnik. O, 1948-ci ildən ABŞ-də fəaliyyət göstərmiş, 1957-ci ildə həbs olunmuşdur. Abel 10 fevral 1962-ci ildə SSRİ üzərində vurulmuş ABŞ kəşfiyyat təyyarəsinin pilotu Frensis Geri Pauers və 1961-ci ilin avqustunda Şərqi Berlində casusluğa görə həbs edilən amerikalı iqtisadiyyat tələbəsi Frederik Prayorla dəyişdirilmişdir. == Təltif və mükafatlar == Vilyam Fişer "SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində görkəmli xidmətlərinə görə" aşağıdakılarla mükafatlandırılmışdır: üç "Qırmızı bayraq" ordeni "Lenin" ordeni – İkinci Dünya müharibəsi illərindəki fəaliyyətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni çoxlu medallar. == İstinadlar == == Əlavə ədəbiyyat == Николай Долгополов. Абель-Фишер. ЖЗЛ, выпуск 1513, Москва, Молодая гвардия, 2011 ISBN 978-5-235-03448-8 Владимир Карпов (составитель).
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Bolid
Bolid (yun. βολίδος; βολίς — nizə) — parlaq meteor. Bollidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxarır. Ən parlaq bollid gündüzdə görünür. Bollidin uçuşu zamanı bəzən yer səthinə meteroit düşür.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Batori (ailə)
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. == Mənşəyi == Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Bodiam qəsri
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır. Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur. Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdirQəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər. == Tarixi == III Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi. 1377-ci ildə Fransadan qayıdan Robert Nollesə və Edvard Delinqricə 1385-ci ildə İngiltərə kralı II Riçard La-Manş tərəfdən fransızların hücum təhlükəsinə görə həmin ərazilərdə möhkəmləndirmə işləri aparmağa icazə verdi..
Şarl Bodler
Şarl Pyer Bodler ( fr. Charles Pierre Baudelaire; 9 aprel 1821[…], Paris – 31 avqust 1867[…], Paris) — fransız şair və tənqidçi, Fransa və dünya ədəbiyyatının klassiki, yazıçısı və tərcüməçisi; bütün sonrakı Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi. 1857-ci ildə özü tərəfindən nəşr olunan "Pislik çiçəkləri" şeirlər kolleksiyası onun işində ən məşhur və əhəmiyyətli mövqeyə çevrildi. == Bioqrafiyası == Şarl Pyer Bodler 9 aprel 1821-ci ildə Paris şəhərində anadan olmuşdur. Atası Fransua Bodler, Napoleon dövründə senator olmuşdur, kölələr, Böyük İnqilabın bir iştirakçısı idi. Oğlunun anadan olduğu ildə 62 yaşına çatdı və həyat yoldaşı yalnız 27 yaşında idi. Fransua Bodler bir sənətkardır və oğlunun erkən yaşdan bəri rəssamlıq sevgisinə aşılayırdı - muzeylər və qalereyalar aparıb, rəssamlarla tanış edib, onu atelyeye aparırdı. 11 yaşında olduqda Şarl , ailəsi ilə Lion şəhərinə köçdü və daha sonra Lion kral Kollecinə köçürülmüş bir internat evinə göndərildi. Uşaq şiddətli melankoliya əlamətlərinə məruz qalıb və təəccüblü, tənbəllik və tam yayınma ilə müəllimlərin tədqiqinə məruz qalmışdı. Ancaq Bodler ədəbiyyata və şeirə cazibəsi artıq burada özünü bildirirdi.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Boie
Henrix Boye (alm. Heinrich Boie‎;4 may 1794 – 4 sentyabr 1827, Boqor, Qərbi Yava) — Alman zooloqu.
Bodbe monastırı
Bodbe monastırı — Gürcüstanın Kaxeti ölkəsindəki Siqnaxi şəhərindən 2 km məsafədə yerləşən provoslav monastırı. Orada Gürcüstanın din marifçisi, apastol səviyyəli Müqəddəs Nino dəfn olunub. Nino 347-ci ildə – 35 illik apastol fəaliyyətindən sonra ömrünün 67-ci ilində orada dünyasını dəyişmişdir. Kilsə bayramı 14 yanvar tarixində keçirilir və ənənəvi olaraq bayrama çoxlu zəvvar gəlir. ==== Monastırın tarixi ==== Müqəddəs Nina ölümündən bir qədər əvvəl getdiyi və bir müddət fəaliyyət göstərdiyi Bodbe adlanan yerdə dəfn olunmuşdur. Az sonra çar Mirianın göstərişi ilə müqəddəs Ninanın qəbri üzərində gürcülərin özlərinə hami və ən müqəddəs hesab etdikləri müqəddəs Georginin şərəfinə kilsə inşa edildi. Kilsənin yaxınlığında isə monastır tikildi. Sonra monastır xalqın mariflənməsi üçün əsil mədəni mərkəzə və Bodbi yeparxiyasının mərkəzinə çevrildi. Amma ki müqəddəs Nina monastırının əsil çiçəklənmə dövrü XV əsrə təsadüf edir. Bu dövrdə Kaxetiya çarları həmişə monastıra hədiyyələr verirdilər və hətta tacqoyma mərasimləri üçün buranı seçmişdilər.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölü
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Jan Boden
Jan Boden (1530, Anje, Fransa krallığı – 1596[…], Lan, Fransa krallığı) — fransız siyasi mütəfəkkürü və hüquqşünası. "Tarixin asan öyrənilməsinin metodu", "Dövlət haqqında altı kitab" adlı əsərlərində o tarixi prosesin gedişini, eyni zamanda müxtəlif coğrafi və iqlim şərtlərində dövlət institutlarının yaranmasını və qurulmasını nəzərdən keçirmişdir. Boden siyasi fikir tarixində ilk dəfə suverenliyi dövltin ən vacib əlaməti kimi dəyərləndirişdir. Onun iddiasına görə suverenlik, və ya qanunları yaradıb həyata keçirmək hüququ, müəyyən edilmiş şəkildə dövlətə aiddir. Dövlət həm öz ölkəsi daxilində, həm də xarici ölkələrlə münasibətdə ali siyasi hakimiyyətin sahibidir. Suveren hakimiyyətin daşıyıcından yuxarda ancaq allah və təbiətin qanunları vardır. Suverenlik qanunların adil olub-olmamasından deyil, onların gücündən və yaradılması imkanlarından asılıdır. Boden suverenliyin beş fərqli cəhətini ayırırdı. Bunlardan birincisi istisnasız hər təbəə və dövlət idarəsinə ünvanlanmış qanunların çıxarılmasıdır. İkincisi – hərb və sülh məsələlərin həlli.
Jodie Stuhmke
Jodie Stuhmke (d. 21 noyabr 1980) — Avstraliyanı təmsil edən su poloçusu. Jodie Stuhmke, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Jodie Stuhmke, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Kalium yodid
Kalium yodid (kalium yodid) qeyri-üzvi bir birləşmədir, kimyəvi formulu KI olan hidroiodik turşunun kalium duzudur. İşıqda sarıya çevrilən rəngsiz kristal duzdur. Yod ionlarının mənbəyi kimi geniş istifadə olunur. Natrium yodiddən daha az higroskopikdir. Tibbdə dərman, kənd təsərrüfatında gübrə olaraq, eyni zamanda fotoqrafiya və analitik kimyada da istifadə olunur. == Fiziki xüsusiyyətləri == Kub sistemli rəngsiz kristallardır (a = 0,7066 нм, z = 4, F m 3 ¯ m {\displaystyle Fm{\bar {3}}m} ). Sıxlığı 3,115 q/sm3-dır. Bu birləşmə 681 ° C ərimə nöqtəsinə malikdir. qaynama nöqtəsi 1324 ° C-dir. 100 q suda: 127,8 q (0 ° C), 144,5 q (20 ° C), 209 q (100 ° C)-də həll olur.
Konstantin Bodin
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
Boduen de Kurtene
İvan Aleksandroviç Boduen de Kurtene və ya Yan Nesislav İqnati Boduen de Kurtene (pol. Jan Niecisław Ignacy Baudouin de Courtenay; 13 mart 1845[…] və ya 13 mart 1846, Varşava – 3 noyabr 1929[…], Varşava, Polşa və ya Varşava) – rus və polyak dilçisi. == Həyatı == İvan Aleksandroviç Boduen de Kurtene 13 mart 1845-ci ildə Varşavadan 25 km şimalda yerləşən Radzımində - Polşanın Rusiyanın tərkibinə daxil olan ərazisində anadan olmuşdur. İ.A.Boduen de Kurtene kral VI Lüdovik nəslinə aid fransız aristokrat mənsəbinə mənsubdur. Fransada Boduenlər nəsli 1730-cu ildə sona yetsə də, onun üzvlərindən bəziləri XVIII əsrin başlangıcında Polşaya köçüb orada məskunlaşmışlar. O, Varşavada gimnaziyada oxuduğu illərdə riyazi qabiliyyətinə görə müəllimlərin diqqətini özünə cəlb etmişdi. 1866-cı ildə Varşava Baş məktəbini bitirdikdən sonra Rus Xalq Maarifçilik Nazirliyinin xüsusi təqaüdçüsü kimi Praqa, Yena, Berlin və Laypsiq şəhərlərində ezamiyyətdə olur. Yenada A.Şlayxerin mühazirələrini dinləmiş, Berlində sanskrit dili mütəxəssis A.Veberin tələbəsi olmuşdu. Sankt-Peterburqda İ.İ.Sreznevskinin rəhbərliyi altında çalışsa da, onun dilçi deyil, filoloq olması üzündən ondan lazımınca faydalana bilməmişdi. İ.A.Boduen de Kurtene sanskrit və zend dilləri üzrə mütəxəssis K.A.Kossovoçin mühazirələrində də iştirak etmişdir.
Ailə TV
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır.Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Ailə folkloru
Ailə folkloru— Ailə folkloru, folklorun, ənənəvi mədəniyyətin vahid ailə qrupu daxilində öyrənilməsi və istifadəsi ilə məşğul olan folklor bölməsidir. Buraya ailə üzvləri tərəfindən hazırlanan əl işləri və ya ailə hadisələrini xatırlatmaq üçün qorunub saxlanılan xatirə əşyaları, ailə fotoları, fotoalbomlar, gələcək nəsillər üçün sertifikatlar, məktublar, jurnallar, qeydlər və s. daxildir. Ailə haqqında kəlamlar və real hadisələrdən doğan hekayələr ümumi olaraq, ailə kimliyini qorumaq üçün bir vasitə olaraq təkrarlanır. Ailə adətləri yerinə yetirilir, dəyişdirilir, bəzən isə unudulur, yaxud yenidən yaradılır. Ailə folkloru regional, etnik, dini və ya müəyyən peşə qrupları daxilində yaranır. 1958-ci ildə tarixçi Modi Boutraytın "ailə dastanı"nı yazıya köçürmək — "sənədləşdirmək" çağırışına, folklorşünaslar öz ailələrində yazıya alınan hekayə və ənənələrə bağlı açıqlamalarla cavab verdilər. 1970-ci illərdə onlar ailə qrupunun müəyyənedici elementi hesab olunmağa başladılar. L. Karen Baldvinin nəşr etdirmədiyi dissertasiyası (1975) ailə folklorunun nəzəri əsaslarını qoydu:"… ailə yalnız bir folklor qrupu deyil, eyni zamanda hər kəsin aid olduğu ilk folklor qrupudur". Ailə folklorunun öyrənilməsi şəcərə, yaxud ailə tarixindən fərqlidir.
Ailə hüququ
Ailə hüququ — hüquq elminin bir qolu. Hər bir hüquq sahəsi kimi ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Ailə münaqişələri
Ailə münaqişələri — cəmiyyətin ən aktual məsələlərindən biridir. Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Hər adamın öz həyat məkanı vardır, bu digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür; "ev", "ailə". Bura insanların yaşadıqları yerdir, yalnız burada onlar özünü yaxşı hiss edir. Ailə, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Ailə münasibətlərinin idealı çətin əldə edilir və müasir ailədə "münaqişələrə" səbəb olur. Kişilərin əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya işləməməsindən asılı olmayaraq əsas odur ki, evdə həmişə rahatlıq və səliqə olsun, qadının peşəkar fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır. İndiyə qədər ailələrdə o cümlədən azərbaycanlı ailələrində əməyin ənənəvi bölgüsü aparılır.
Ailə sosiologiyası
=== Ailə sosiologiyasının meydana gəlməsi və inkişaf mərhələləri === Uzun müddət ailəni müxtəlif aspektlərdən təhlil edən tədqiqatlar aparılsa da bu sahənin sosiologiyanın əsas tədqiqat obyektlərindən birinə çevrilməsi XIX əsrdə baş vermişdir. Ailə sosiologiyasının inkişafını Thomas və Wilcox 3 mərhələyə bölürlər. Sosial problemlərin tədqiq olunduğu mərhələ (1800-1900); Amerika düşüncə tərzinə Avropalıların təsiri dövrü (1900-1950); Pozitivist və humanist konsepsiyalardan fəlsəfi ayrılıqların başladığı mərhələ (1950-ci illər və sonrası dövr)Başqa bir tədqiqatda isə, ailə sosiologiyasının inkişaf mərhələləri dörd dövrlə müəyyən olunmuşdur: Sosial Darvinizm (1860-1890); Sosial islahatçılıq (1890 -1920); Elmi tədqiqatlar mərhələsi (1920 -1950); Ailə tədqiqatları sahəsində sistematik formalaşdırma mərhələsi (1950-ci illər və sonrakı dövr).Ailə mövzusunda ilkin sosioloji tədqiqatlar Kont və Proudhon ilə başlamışdır. Lakin bununla belə ailə sosiologiyasının bünövrəsi fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur. Fr.Le-Ple cəmiyyəti müşahidə edərkən cəmiyyətin özəyi və sadə modeli kimi ailəni qəbul edirdi. Onun fikirləri Kontun ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi. O, hesab edirdi ki, xarici mühit insanların iqtisadi həyatını müəyyən edir, eyni zamanda ictimai proseslərə təsir edən ailə formasını diktə edir. Le Ple, ailə tədqiqatlarının empirik metodu kimi ailə büdcəsinin təhlilini seçmişdir. O, ailə haqqında qələmə aldığı hər monoqrafiyasında ailənin büdcəsinin təhlilini aparır, ailə dinamikasının sosial-iqtisadi proseslərə təsirini öyrənirdi.
Ailə tərbiyəsi
Ailə tərbiyəsi — ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiri. == Vəzifələri == Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi, adətən, ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. Ailə tərbiyəsi böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır. == Sosialist ideologiyada == Azərbaycan sovet mənbələrinə görə, antaqonist sinifli formasiyalarda ailə tərbiyəsi sinfi xarakter daşıyır, dinin və mühafizəkar ənənələrin təsirinə məruz qalır. Ailə tərbiyəsinin məzmun, vasitə və metodlarında burjua cəmiyyəti və ailə-məişət münasibətlərindəki antaqonizmi əks etdirən dərin ziddiyyətlər meydana çıxır. Hakim sinif uşaqlarının çoxunda ailə tərbiyəsi prosesində eqoizm, varlanmaq ehtirası inkişaf edir ki, bu da uşaqlarla böyüklər arasında dərin münaqişələrə səbəb olur, çox vaxt uşaqlarda valideynlərinə qarşı nifrət doğurur. Proletar ailələrində fəhlələrin sinfi şüurlu artdıqca inqilabi ideyalar ailə tərbiyəsində daha dərindən nüfuz edir. Elmi sosializm ideyalarının təsir gücləndikcə kollektivizm, proletar beynəlmiləlçiliyi, istismarçılara nifrət, ictimai fəallıq və zülmə qarşı mübarizə tərbiyəsi başlıca əhəmiyyət kəsb edir; bu, zəhmətkeş uşaqları mütilik ruhunda tərbiyə etməyə çalışan hakim ideologiyaya qarşı ardıcıl mübarizədə həyata keçirilir.Sosializm cəmiyyətində azad tərbiyənin məqsədi şəxsiyyətin hərtərəfli – əqli, əxlaqi, estetik, fiziki inkişafının bünövrəsini qoymaq, uşaqları əməyə alışdırmaq, onların sosialist birgəyaşayış qaydalarını başa düşmələrinə və bu qaydalara əməl etmələrinə yardım göstərmək, müstəqil yaradıcılıq fəaliyyətinə marağını inkişaf etdirməkdir.
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. == Haqqında == Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Bodilər
Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır. Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər). == Həyat tərzi == Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər.Qarğıdalı, qəhvə və kalış kimi bitkilər becərməyə üstünlük verirlər. Köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə qəbilə də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar. Qəbilənin nümayəndələri kol-kosdan, ağac budaqları və təzəkdən hazırlanmış evlərdə yaşayırlar.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.