Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgey Respublikası

Adıgey dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey ədəbiyyatı
Adıgey ədəbiyyatı — adıge dilində yaradılmış ədəbi əsərlər kompleksi. == Tarixi == Adıgelərin xalq poeziyası (Nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. Adıge əlifbası Oktyabr inqilabından sonra yaranmışdır. Yazılı ədəbiyyat sovet dövründə inkişaf etmişdir. Adıge ədəbiyyatının banisi xalq şairi Suq Teuçej olmuşdur. Bədii nəsr Tembot Keraşevin adı ilə bağlıdır. Əhməd Xatkov, Sovet İttifaqı Qəhrəmanı Hüseyn Andruxayev və Murad Paranukun şeirlərində, Dmitri Kostanov, Əsgər Yevtıx, Yusif Tlusten və başqalarının hekayə, povest və romanlarında sosializm quruculuğu, xalqlar dostluğu mövzuları əsas yer tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ж. Ф. Бовикина, Дмитрий Кэстан, Адыгейский научно-исследовательский институт экономики, языка, литературы и истории. Вопросы истории адыгейской советской литературы. — Адыгейский науч.-иссл.
Vladimirovskoe (Adıgey)
Vladimirovskoe (adıq Владимировскэр) — Adıge Respublikasının Qiaqin rayonunda kənd. Kənd Kelermesskoe inzibati mərkəzinə tabedir. Qiaqin rayonunun cənub hissəsində, Ulka çayının sağ sahilində yerləşir. Kelermesskoe kənd yaşayış məntəqəsinin mərkəzindən 5 km cənub-şərqdə, rayon mərkəzi Qiaqin şəhərindən 15 km cənub-şərqdə və Maykop şəhərindən 23 km şimal-şərqdə yerləşir. Kəndin sahəsi 0,69 km2-dir ki, bu da kənd yaşayış məntəqəsi ərazisinin 0,51%-ni təşkil edir. Kənd Zəkuban maili düzənliyində, düzənlikdən dağətəyi zonaya keçiddə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 208 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğru meyilli olub və təpəli və dalğalı yüksəklikləri ilə diqqəti cəlb edir. Çay dərələri ilə ərazi kəsilib. Kənd ərazisində ən yüksək nöqtə dəniz səviyyəsindən 208 metrdir.
Adıgeya
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgeysk
Adıgeysk (adıgeycə, rus. Адыгейск) – Rusiyada bir şəhərdir.
Adıgeylər
Adıgeylər, adıgelər və ya Qərbi çərkəzlər — Adıq xalqının subetnik qrupu, əsasən Rusiyada yaşayırlar. == Etnogenez == Etnogenezində gəlmə skiflər, sarmatlar, alanlar və başqa tayfalar iştirak etsə də, adıgelərin əcdadları başqa adıq xalqlarının əcdadları kimi şimal-qərbi Qafqazın avtoxton əhalisidir. == İqtisadiyyat == Əkinçilik, heyvandarlıq və bağçılıqla məşğul olurlar. Qismən sənaye müəssisələrində işləyirlər. == Din == Dindarları müsəlmandır.
Adıgeysk şəhər dairəsi
Adıgeysk şəhər dairəsi (adıq Джаджэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Adıgeysk şəhəridir. == Coğrafiyası == Adıgey Respublikasının şimal-qərb hissəsində, Krasnodar su anbarının cənub sahilində yerləşir. Qərb, şimal və şərqdən şəhər dairəsi Teuçejsk rayonunun torpaqları ilə əhatə olunur. Güneydə Krasnodar diyarının Qoryaçı Klyuç şəhər dairəsi ilə həmsərhəddir. Şəhər dairəsinin sahəsi 32.40 km²-dir. Vahid bələdiyyə olaraq Adıgeysk şəhərinə dörd şəhərdaxili dairə daxildir - Adıgeysk şəhərinin şərq və qərb dairələri, həmçinin Qatlukay kəndi və Psekups ferması. Respublikanın düzənlik zonasında yerləşir. Nisbi yüksəkliklərdə kəskin dəyişiklik olmadan ərazi əsasən düzdür. Şəhər dairəsinin cənub-qərbinə, dağlar tədricən yüksəlməyə başlayır.
Adıge-Xabl
Adıge-Xabl (abq. Адыгьа-ХӀабльа, kab.-çərk. Адыгэ Хьэблэ, qaraç.-balk. Адыге-Хабль, noq. Адыге-Хабль) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Adıge-Xabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Adıge-Xabl rayonunun şərq hissəsində, Kiçik Zelençuk çayının sağ sahilində yerləşir. Çerkessk şəhərindən 12 km şimal-qərbdə, P217 şossesi üzərində yerləşir. Kənd yaşayış məntəqəsinin sahəsi 11,75 km²-dir. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənub-qərbdə İkon-Xalq, şimal-qərbdə Adil Xalq, şimalda Erken Xalq və Erken-Şaxar.
Adıge Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıge bayrağı
Adıge bayrağı (adıq Адыгэ Быракъ) — gerbi ilə birlikdə Rusiya Federasiyası Adıgey Respublikasının rəsmi dövlət simvollarından biridir. 25 mart 1992-ci ildə "Adıgey Respublikasının Dövlət Bayrağı haqqında" 2 saylı Adıgey Respublikası Qanunu ilə təsdiq edilmişdir. Adıgey Respublikasının 1 avqust 2013-cü il tarixli 231 nömrəli "Bayramlar və yaddaqalan tarixlər haqqında" Adıgey Respublikası Qanununun 3-cü maddəsində dəyişiklik edilməsi haqqında "Qanunu ilə 25 aprel tarixi Adıgey Respublikasının Dövlət Bayrağı Günü olaraq təsbit edildi. == Təsviri == Adıgey Respublikasının milli bayrağı, on iki qızıl ulduzu və yuxarıya doğru işarə edən üç qızıl çarpaz oxu əks etdirən düzbucaqlı yaşıl kətan parçadır. Bayrağın uzunluğunun eninə nisbəti 2: 1-dir. 24 mart 1992-ci il tarixli qanununa əsasən parçanın rəngi tünd yaşıl rəngdə idi. == Simvolların əsaslandırılması == 12 ulduz 12 Adıge (Çərkəz) tayfasını və 3 oxu 3 ən qədim Adıge knyaz ailəsini ifadə edir. Üç çarpaz ox onların birliyini göstərir. Yaşıl rəng, meşələrlə əhatə olunan respublikanın həyatını, əbədiliyini və təbii xüsusiyyətlərindən birini simvollaşdırır. Müasir dövrdə, akuamarin rəngi İslam dini ilə əlaqəli yaşıl rəngə dəyişdirildi.
Adıge coğrafiyası
Adıge Respublikasnın ərazisinin şimal hissəsi zəif dalğavarı Kubanboyu maili düzənliyindən, cənub hissəsi Böyük Qafqazın dağətəyi (hündürlüyü 300 m-ə qədər) və yamac (ən hündür nöqtəsi 3238 m, Çuquş dağı) hissələrindən ibarətdir. Adgenin sahəsi — 7790 kv.km, sərhədlərinin uzunluğu — 900 km, şimaldan cəbuba ölkə ərazisi — 208 km uzanır. Qərbdən şərqə isə — 165 km-dir. Adıge Respublikası Moskva vaxtı saat qurşağında yerləşir: UTC+3. == Ümumi məlumat == Neft, qaz, müxtəlif tikinti materialları və fosforit yataqları, həmçinin Masesta tipli müalicəvi mineral su bulaqları var. Respublikanın dağlıq hissələrində az miqdarda qızıl yataqları mövcuddur. İqlimi mülayim kontinental, isti və rütubətlidir. Orta temperatur yanvarda –2,4˚C, iyulda 22,2˚C-dir. İllik yağıntı təqribən 700 mm. İlin 180 günü şaxtasız olur.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıge iqtisadiyyatı
Adıge Respublikası - Rusiya Federasiyasınin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir. == Ümumi məlumat == Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, k.t. 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i k.t.-da çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adam başına düşən pul gəliri isə 45% azdır. Adıgenin enerji ehtiyatları tələbatının 50%- dən azını təmin edir. Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir.
Adıge musiqisi
Adıge musiqisi— Adıgeya ərazisində formalaşmış musiqi. == Tarixi == Adıge musiqisində müxtəlif xarakterli və məzmunlu mahnılar, rəqs musiqisi əsas yer tutur. Xalq mahnıları, başlıca olaraq, diatonik səs sırasına əsaslanır. Kamıl (nəfəs aləti), şiçepşin (kamanlı alət), pxaçiç (zərb aləti) əsas musiqi alətləridir. XIX əsrdən qarmon geniş yayılmışdır. Oktyabr inqilabından sonra musiqi folkloru öyrənilir. Peşəkar musiqi, əsasən, mahnı janrı sahəsində inkişaf etmişdir.
Abxaz-adıqey dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Abxaz-adıge xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. == Ümumi məlumat == Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Adıge-Xabl rayonu
Adıge-Xabl rayonu (abq. Адыгьа-ХӀабльа район, kab.-çərk. Адыгэ-Хьэблэ район / Адыгэ-Хьэблэ куей, qaraç.-balk. Адыге-Хабль район, noq. Адыге-Хабль район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Adıge-Xabl auludur. == Coğrafiyası == Adıge-Xabl rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 323,37 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:cənubda Xabez və Abazin rayonları, qərbdə Krasnodar diyarının Otradnenski rayonu, şimalda Stavropol diyarının Koçubeevski rayonu, şərqdə Prikuban rayonu, həmçinin Noqay rayonu. Noqay rayonu Adıge-Xabl rayonunu iki hissəyə bölür.
Adıge Dövlət Universiteti
Adıge Dövlət Universiteti (rus. Адыгейский государственный университет, АГУ) — Rusiya Federasiyasına bağlı Adıge Respublikasının Maykop şəhərində yerləşən universitet. Respublikada aparıcı təhsil və tədqiqat mərkəzidir. == Tarixi == Adıge Dövlət Universiteti 1940-cı ildə ilk olaraq Maykop Müəllimlər İnstitutu kimi yaradılmışdır. 1952-ci ildə Adıge Pedaqoji İnstitutuna çevrilmiş, 1993-cü ildən isə müasir addan istifadə olunur. Universitet 2 institut, 10 fakültə və 52 şöbədən ibarətdir. Burada aşağıdakı ixtisaslar və istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir: riyaziyyat, fizika, iqtisadiyyat, pedaqogika, filologiya və mədəniyyət, hüquqşünaslıq, tarix və s. Universitetəqədər hazırlıq şöbəsinin, Pedaqoji Kollecin və Respublika Fizika-Riyaziyyat Məktəbinin, eləcə də aspiranturanın köməyi ilə təmin edilir. Universitetdə Təkmilləşdirmə İnstitutu, aspirantura (16 ixtisas üzrə) və doktorantura fəaliyyət göstərir. Universitetdə humanitar və texniki kollec (Maykop), peşə təhsili mərkəzi, Rusiya Elmlər Akademiyasının Kabardin-Balkar Elmi Mərkəzinin Dağ Ərazilərinin Ekologiya İnstitutunun şöbəsi var.
Adıge Muxtar Vilayəti
Adıge Muxtar Vilayəti (rus. Адыге́йская автоно́мная о́бласть) — Rusiya SFSR-nin Krasnodar ölkəsi tərkibində muxtar vilayət. == Tarixi == 27 iyul 1922-ci il tarixində təşkil edilmişdir. == Coğrafiyası == Şimali Qafqazda, Laba və Kuban çaylarının sol sahilində yerləşirdi. Sahili 7,8 min kilometr2 idi. == İnzibati bölgüsü == 6 rayonu, 1 şəhəri, 6 şəhər tipli qəsəbəsi var idi. Mərkəzi Maykop şəhəri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Основные административно-территориальные преобразования на Кубани (1793—1985 гг.). Краснодар: Краснодарское кн. изд-во.
Krasnoqvardeysk rayonu (Adıge)
Krasnoqvardeysk rayonu (adıq Кощхьабл район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Krasnoqvardeysk kəndidir. == Coğrafiyası == Krasnoqvardeysk rayonu, Adıgey Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 752.52 km²-dir. Bura 7 kənd yaşayış məntəqəsi daxildir. Aşağıdakı rayonlarla həmsərhəddir: şərqdə Şovqenovsk rayonu, cənubda Beloreçensk rayonu, qərbdə Teuçejsk rayonu və şimalda Ust-Labinski rayonu Rayon respublikanın düzənlik zonasında yerləşir. Torpaq zəif parçalanmışdır və azacıq təpəlidir, yüksəkliyin cənub-şərqdən şimal-qərbdə Krasnodar su anbarına qədər ümumi azalması müşahidə olunur. Bölgənin torpaq örtüyündə, yuyulmuş qara torpaqlar üstünlük təşkil edir. Bölgənin əsas su yolu Laba və Kuban çaylarıdır. Bölgə ərazisindəki digər çaylar (sol qollar) - Psenaf, Qiaqa, Psençuk və s.
Edigey
Yedigey (d. 1352 – ö. 1419) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
Adigen bələdiyyəsi
Adigeni (gürc. ადიგენის მუნიციპალიტეტი) — Gürcüstanın cənubundaki Samsxe-Cavaxeti bölgəsində yerləşir. Ərazisi təxminən 799,6 km2-dir. 2014-cü ildən etibarən 16,462 nəfər əhalisi var.
Edigey dastanı
"Edigey" – özündə canlı tarixi əks etdirən dastandır və onun Krım-tatarlarına, başqırdlara, qazaxlara, qaraqalpaqlara, noqaylara, özbəklərə, baraba tatarlarına, dağlı altaylara və s. bir çox türk xalqlarına aid variantı mövcuddur. "Edigey" ilk olaraq 1820-ci ildə "Сибирский вестник"də Q. İ. Spasski tərəfindən nəşr olunmuşdur. Daha sonralar Ç. Vəlixanov, V. V. Radlov, S.Cığatay və başqaları tərəfindən dastanın 30-a yaxın mətni nəşr edilmişdir. XIV əsrin sonu XV əsrin əvvəllərində baş verən hadisələri özündə bədii şəkildə əks etdirən dastanda Toxtamış xanla Edigey arasında gedən mübarizədən bəhs olunur. Azərbaycanda "Edigey" dastanının noqay və Anadoludan toplanmış rumeli variantları Qumru Şəhriyar tərəfindən tərcümə olunaraq "Dədə Qorqud" dərgisində (Bakı, 2017 (1), (2); 2018 (1) nəşr edilmişdir. == Qaynaqlar == 1. В. М.Жирмунский. Избранные труды. Тюркский героический эпос. Издательство "Наука", Ленинградское отделение, Ленинград, 1974 2. Qəhramanlıq salnaməsi – "Edigey" dastanı (noqay variantı) – I (noqaycadan tərcümə edəni Q. Şəhriyar).
Adıgün
Adıgün — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Adıgün- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcücə yazılış forması Adıqen. Mesxet türklərinin məskun olduqları kəndlərdən biri olmuşdur. Əhalisi II Dünya müharibəsi illərində Orta Asiyaya sürgün edilmiş və yerində gürcülər yerləşdirilmişdir. Hazırda Gürcüstanın Adıgen rayonunun mərkəzidir. Qıpçaqların Eti tayfasının adından və türk dillərində kün "tayfa", "el" sözlərindəndir.
Apogey
Apogey – Ayın və ya Yerin süni peykinin orbitinin Yerdən ən uzaq nöqtəsidir. Ayın apogeyi 406700 km-dir. .
Avdıbəy
Avdıbəy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə yerləşir. == Toponimi == Yerli tələffüz forması Əvdibəy. Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.V.1939-cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur. == Tarixi == 1939-cu ildə kənd ermənicə Tsaxkaşen, 1967-ci ildə Tsaxkabert adlandırılmışdır. Toponimin iki cür izahı verilə bilər. Kəndin adı Avdibəy şəxs adındandır.
Yedigey
Yedigey (d. 1352 – ö. 1419) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
İdigən
İdigən xaqan - Uyğurların üçüncü xaqanıdır. Taxta çıxarkən adını Tarxan Bögü xaqan olaraq dəyişdirdi. Daha sonra isə Alp Külük Bögü xaqan adını qəbul etdi. Tam titulu isə Tenqridə Qut Bolmuş İl Tutmuş Alp Külüg Bilgə Xaqandır. Atasının ölümündən sonra taxta çıxan İdigən xaqan Çində vətəndaş müharibəsi çıxması ehtimalına qarşı hücumlara hazırlıq görməyə başladı. 762-765-ci illər ərzində Çində imperatora üsyanı yatırmağa kömək edən İdigən, Daninq şahzadəsi, əslən Uyğur olan Puqu Xuanyenin qızı Quantsin ilə evləndi. 763-cü ildə Tenqriçilik dinini tərk edib Manilik dini qəbul edən İdigən, dörd Maniheist rahib müşaiyətində dövlətin rəsmi dinini Maniheizm elan etdi. 768-ci ildə İdigən imperatora göndərdiyi səfirlərlə Çində Maniheist dini mərkəzlərinin açılmasını istəyirdi, imperator istəməsə də 771-ci ildə buna məcbur oldu. 765-ci ildə qaynatası Puqu Xuanyenin çağırışı üzərinə Tan sülaləsinə qarşı Tibetlilər və Uyğurların birgə yürüşü başladı. Puqu Xuanyenin ölümündən sonra isə Uyğurlar çinlilərlə sülh bağlayıb Tibetə hücum etdilər.
Afiney
Navkratiyalı Afiney (Ἀθηναῖος Ναυκρατίτης, lat. Athenaeus; təq. 170 – ən tezi 223) — Misirdə yaşamış qədim yunan yazıçısı. O, nəhəng həcmi (15 kitab) və əsasən qorunub saxlanılmış "Müdriklər bayramı" adlı ədəbi məcmuəsi ilə tanınır. Afineyin həyatının təfərrüatları məlum deyil. "Suda"ya görə, o, Mark Avrelinin dövründə yaşayırdı, lakin "Müdriklərin bayramı" əsərində onun varisi Kommoda nifrət edən hissələr Afiney hər ikisindən çox sağ qaldığını göstərir. Afiney qorunub saxlanılmamış öz yazılarını xatırladır: onlardan biri Suriya padşahlarına, digəri Fratta balığına həsr edilmişdir.