Avdıbəy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd.[2] Rayon mərkəzindən 20 km məsafədə yerləşir.
kənd | |
Avdıbəy | |
---|---|
40°47′55″ şm. e. 44°06′26″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Pəmbək mahalı |
Rayon | Hamamlı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.750 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Yerli tələffüz forması Əvdibəy. Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.V.1939-cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur.[3]
1939-cu ildə kənd ermənicə Tsaxkaşen, 1967-ci ildə Tsaxkabert adlandırılmışdır. Toponimin iki cür izahı verilə bilər.
Türk dillərindəki bək sözü 1283-cü ilə aid mənbədə Dağlıq Qarabağda Petrosabak (Petros şəxs adından və bək "təpə" sözündən)[4], XIV əsrdən[5] mə'lum olan Gədəbəy (türk dillərində gədə "qaravul", "gözətçi", "keşikçi" və bək "təpə" sözlərindən), XIX əsrdə Şimali Qafqazda Kazbek, Xurqabək dağı[6][7] oronimlərində, habelə Dağlıq Qarabağda Qoçbək, Ermənistanda Pəmbək dağ adlarında əksini tapmışdır.
XIX əsrin 70-ci illərindən sonra əhalisi qarışıq kəndlərdən idi. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918–1919-cu illərdə azərbaycanlılar qovulmuşdur. Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır[8].XX əsrin əvvəllərində (1905–1906) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.