Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dispersiya analizi
Dispersiya analizi bir və ya bir neçə asılı göstəricilər ilə bir və ya bir neçə asılı olmayan parametrlər arasında münasibətin analizinə xidmət edir. Bu yoxlama üsulu prosesin giriş parametri və çıxış göstəriciləri arasında mövcud olan asılılığın aşkar edilməsi üçün zəmin yaradır. Ona riyazi statistikada çox vaxt struktur yoxlanması da deyilir. Dispersiya analizi eksperimentlərin planlanmasının əsası sayılır. Dispersiya analizi təsadüfi metrik dəyişənlərin müxtəlif qruplardakı (həmçinin siniflərdə) riyazi gözləməsinin fərqlənməsini yoxlayır. Yoxlama üsulu ilə qruplar arasında yaranan dispersiya ilə qrup daxili dispersiya arasındakı fərqin böyük olub-olmaması dəqiqləşdirilir. Bunun sayəsində qrupların bölünməsinin əhəmiyyətli və ya əhəmiyyətsiz olmasını görmək olur. Əgər qruplar arasındakı fərq böyük olarsa, onda ehtimal olunur ki, onlara müxtəlif qanunauyğunluqlar təsir edir. Digər tərəfdən nəzarət qrupunun eksperiment qrupu ilə identik olması aydınlaşdırılır. Dispersiya analizinin növü faktorların sayı ilə müəyyən edilir.
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılmasıAnaliz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; == Şirkət səviyyəsində analiz == Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir.Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. == Üsullar == Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə,bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisəMaliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.Məsəl üçün, bir qrup maddələr xalis gəlirin faizi kimi ifadə edilə bilər. Müəyyən bir müddət ərzində eyni göstəricinin mütənasib dəyişiklikləri faizlə ifadə edildikdə, bunu horizontal analiz adlandırırlar.Şaquli və yaxud ümumi ölçülü təhlil bəyanatdakı bütün maddələri bəzi əsas dəyərin faizi kimi "ümumi ölçüyə" endirir və bu da müxtəlif ölçülü digər şirkətlərlə müqayisə olunmağa kömək edir.
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Radiokarbon analizi
Radiokarbon tarixləşdirmə üsulu - karbonun radioaktiv izotopu olan radiokarbonun xüsusiyyətlərini istifadə edərək obyektin yaşının müəyyən edən, izotop yaş təyinində işlədilən üsul. Bu üsul 1940-cı ilin sonlarında Uillard Libbi tərəfindən kəşf edilib və az bir müddətdə arxeoloqlar üçün standart alətə çevrilib. İlk dəfə Libbi (Libby, 1949) tərəfindən nisbətən cavan obyektlərin yaşını təyin etmək üçün təklif olunmuşdur. Karbonun C14 izotopunun parçalanmasına əsaslanır. C14 atmosferin üst təbəqələrində kosmik şüaların neytronlarının atmosfer azotun nüvəsinə təsiri nəticəsində yaranır: N14+nC14+p. C14 oksidləşib CO2 formasına keçir və atmosferin aktiv olmayan CO2 ilə qarışır. Atmosfer CO2 ilə okeanın CO2 arasında gedən mübadilə nəticəsində C14 həll olmuş karbonatlar və bikarbonatlarla qarışır. Canlılar atmosferdən aktiv olmayan CO2 ilə birlikdə C14 də mənimsəyir. Bitkilər və heyvanlar məhv olandan sonra, yaxud dəniz dibinə karbonatlar çökəndə atmosferdən artıq C14 mənimsənilmir, əksinə, toplanmış C14 miqdarı radioaktiv parçalanma nəticəsində azalmağa başlayır. Tədqiq olunan obyektlərdəki C14 konsentrasiyasını (miqdarını) onlara uyğun müasir obyektlərdəki miqdarla müqa¬yisə etməklə tədqiq olunan obyektin izotop yaşı təyin edilir.
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada,n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.
SWOT analizi
SWOT analizi— şəxs və ya təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı Güclü (ing. Strengths), Zəif (ing. Weaknesses) tərəfləri, İmkanları (ing. Opportunities) və Təhdidləri (ing. Threats) müəyyən etməyə kömək etmək üçün istifadə edilən strateji planlaşdırma və strateji idarəetmə texnikası. SWOT analizi ilk dəfə Albert Humphrey tərəfindən 1960–1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox şirkətlər güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər. == Xüsusiyyətləri == SWOT təhlili qısaltmanın dörd elementinə diqqət yetirir və şirkətlərə strategiya, fəaliyyət və ya təşəbbüsə təsir edən qüvvələri müəyyən etməyə imkan verir. Bu müsbət və mənfi elementləri bilmək şirkətlərə planın hansı hissələrinin tanınması lazım olduğunu daha effektiv şəkildə çatdırmağa kömək edə bilər. SWOT təhlili tərtib edərkən, insanlar müqayisə üçün hər bir təsir edən elementi yan-yana sadalamaq üçün dörd sütuna bölünmüş cədvəl yaradırlar.
Vektor analizi
Vektor analizi - Riyazi analiz metodlarını vektorlara, ümumiyyətlə iki və ya üç ölçülü məkanda yayan riyaziyyatın bir qolu.
Ayrılan qazların analizi
Ayrılan qazların analizi – nümunənin isidilməsi və ya parçalanması nəticəsində yaranan qazların termiki analizatorlarda tədqiqidir. == Termiki analizatorlarda nümunənin isidilməsi və ya parçalanması ilə yaranan qazların analizi == Ayrılan qazların analizi – termiki analiz üsullarından biridir. Termiki analiz üsulları ilə eyni vaxtda yaranan qazları tədqiq edərkən tədqiq olunan nümunə haqqında ən tam məlumat əldə edilə bilər. === Sinxron termiki analiz (STA) alətləri === Sinxron termiki analiz (STA) alətləri temperaturun proqramlaşdırılmış artımı şəraitində bir nümunəni öyrənmək üçün bir neçə üsuldan bir anda istifadə etməyə imkan verir, məsələn, termoqravimetriya analizi (TGA) və differensial termiki analiz (DTA) və ya TGA və differensial skaner kalorimetriya (DSC) ilə kombinasiyada (birlikdə). Bu tədqiqatların məqsədi nümunənin, baş verən proseslərin başlanğıc mərhələsində və ara mərhələlərdə, eləcə də onun qalığının öyrənilməsidir. Amma nümunənin isidilməsi zamanı ayrılan uçucu maddələr analitiklərin nəzərindən kənarda qalır. Uçucu maddələrin öyrənilməsi olmadan baş verən proseslərin və onların fiziki-kimyəvi təbiəti haqda məlumatın tam və dəqiq əldə edilməsi mümkün deyil. === Ayrılan qazların analizi üçün sistemlər === ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi uçucu maddələrin öyrənilməsinin mümkünlüyünü əlavə edir, bununla nümunənin parçalanma mərhələlərinin ardıcıl olaraq ayrılmasını əldə etməyə imkan verir və alınan maddələrin kimyəvi identifikasiyasını təmin edir. İQ Furye spektroskopiya metodu inert və simmetrik iki atomlu molekulları olan qazlar istisna olmaqla, hər hansı bir qazı aşkar etmək üçün istifadə olunur. O, izomerləri ayırmaq və kompleks qarışıqlarda qazları müəyyən etmək üçün istifadə edilə bilər.
Lazer impuls analizi
Lazer impuls analizi - maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur - yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Qan ləkəsi analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Qan sıçrama analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.
Təbliğat Analizi İnstitutu
Təbliğat Analizi İnstitutu (ing. Institute for Propaganda Analysis; abbr. IPA) — ABŞ-də 1937-1942 illərdə ictimaiyyətə propaqanda və onu müəyyənləşdirmək yolları haqqında təhsil vermək məqsədi ilə fəaliyəət göstərən qurum. == Tarixi == 1937-ci ilin martın 29-da Bostonda yerləşən Universitet Klubunda Edvard Filaynın təşəbbüsü ilə "demokratiya üçün təhsil" mövzusu ilə bağlı görüş keçirilib. Alfred Adler, Liman Brayson, Edvard Berneys, Klayd R. Miller və s. bu görüşə qatılanlar arasında olmuşlar. Berneys hesab edirdi ki, bu görüşdən "heç nə alınmadı". Eyni zamanda, görüşdən ilhamlanan Miller Ceyms Mendenholnan birgə növbəti həftə ərzində "təhsil, ictimai fikir və propaqanda araşdırmaları üçün institutunun" layihəsinin qaralamanı hazırlayırdı. İkinci görüş Nyu York şəhərində keçirilib. Orda, Miller hzazırladığı layihəsi üçün Filaynın Good Will Fund-dan 10000 dollar alıb.:129,30 Beləliklə, Kolumbiya Universitetinin Müəllimlər Kollecinin professoru olan Miller Təbliğat Analizi İnstitutu Nyu York şəhərdində 1937-ci ilin oktyabr ayında təsis edib.
Xərc-fayda analizi
Xərc-fayda analizi (XFA) (ing. benefit–cost analysis / cost–benefit analysis / CBA) — qərar qəbul edərkən istifadə olunan iqtisadi qiymətləndirmə metodu və pul vahidi ilə müəyyən bir layihə və ya siyasətlə əlaqəli üstünlükləri (faydaları) və çatışmazlıqlarını (xərclərini) müəyyən etməyə imkan verir.. XFA-nın iki əsas tətbiqi vardır: İnvestisiyanın (və ya qərarın) əsaslı olub olmadığını müəyyənləşdirmək, faydalarının xərclərindən çox olub olmadığını və - nə qədər olduğunu müəyyənləşdirmək. İnvestisiyaların (və ya qərarların) müqayisəsi üçün hər bir variantın ümumi gözlənilən dəyərini və ümumi gözlənilən mənfəətləri ilə müqayisə etmək üçün əsas təmin etmək.XFA maya səmərəliliyi təhlili ilə əlaqədardır. XFA-də fayda və xərclər pul ifadəsində ifadə olunur və pulun vaxt dəyəri üçün düzəldilir; zaman ərzində bütün fayda və xərc axınları, fərqli dövrlərdə çəkilməsindən asılı olmayaraq ümumi cari dəyəri ilə ifadə olunur. Bununla əlaqəli digər metodlar arasında maliyyət faydası analizi, risk-fayda təhlili, iqtisadi təsir analizi, maliyyə təsiri analizi və investisiya gəliri (SROI) analizi yer alır. Xərc-fayda təhlili, təşkilatlar tərəfindən müəyyən bir siyasətin məqsədəuyğunluğunu qiymətləndirmək üçün tez-tez istifadə olunur. Hər hansı bir alternativin və status-kvonun hesabı daxil olmaqla gözlənilən fayda və xərclər balansının təhlili. XFA, bir siyasətin faydalarının digər alternativlərə nisbətən maliyyətlərindən (və nə qədər) çox olub olmadığını proqnozlaşdırmağa kömək edir. Bu, alternativ siyasətlərin xərc-fayda nisbəti baxımından sıralanmasına imkan verir.
Sosial şəbəkə analizi
Sosial şəbəkə analizi — şəbəkələrdən və qraf nəzəriyyəsindən istifadə etməklə sosial strukturların tədqiqi prosesi. O şəbəkə strukturlarını qovşaqlar (fərdi aktyorlar, insanlar və ya şəbəkə daxilindəki əşyalar) və onları birləşdirən bağlar, uclar və ya əlaqələr (əlaqələr və ya qarşılıqlı əlaqələr) baxımından xarakterizə edir. Sosial şəbəkələrin təhlili vasitəsilə tez-tez vizuallaşdırılan sosial strukturlara sosial media şəbəkələri, memin yayılması, məlumat dövriyyəsi, dostluq və tanışlıq şəbəkələri, biznes şəbəkələri, bilik şəbəkələri, çətin iş əlaqələri, əməkdaşlıq qrafikləri, qohumluq, xəstəliklərin ötürülməsi və cinsi əlaqələr daxildir. Bu şəbəkələr tez-tez qovşaqların nöqtələr, bağlantıların isə xətlər kimi göstərildiyi sosioqramlar vasitəsilə vizuallaşdırılır. Bu vizuallaşdırmalar, maraq atributlarını əks etdirmək üçün onların qovşaqlarının və uclarının vizual təsvirini dəyişdirərək şəbəkələri keyfiyyətcə qiymətləndirmək üçün vasitə təmin edir.Sosial şəbəkələrin təhlili müasir sosiologiyada əsas texnika kimi meydana çıxıb. O, həmçinin aşağıdakı sahələrdə əhəmiyyətli populyarlıq qazanıb: antropologiya, biologiya, demoqrafiya, kommunikasiya tədqiqatları, iqtisadiyyat, coğrafiya, tarix, informasiya elmi, təşkilati araşdırmalar, politologiya, ictimai səhiyyə, sosial psixologiya, inkişaf tədqiqatları, sosiolinqvistika və informatika, təhsil və distant təhsil tədqiqatı. Hal-hazırda istehlakçı alət kimi mövcuddur.Sosial şəbəkə analizinin üstünlükləri ikiqatdır. O çoxlu əlaqəli verilənləri emal edə və ümumi əlaqəli şəbəkə strukturunu təsvir edə bilər. == Həmçinin bax == Aktor-şəbəkə nəzəriyyəsi Dostluq paradoksu Sosiologiyada riyazi metodlar Netokratiya Kiçik dünya təcrübəsi Sosial şəbəkə Sosial şəbəkə xidmətləri == İstinadlar == === Əlavə ədəbiyyat === Introduction to Stochastic Actor-Based Models for Network Dynamics – Snijders et al.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Analiz
Аnaliz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur.,Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Аnaliz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Aktivasiyalı analiz
Aktivasiyalı analiz (radioaktivasiyalı analiz) — maddənin element və izotop tərkibinin nüvə-fiziki təyini üsülu; analiz edilən nümunədə təyin edilən elementin izotoplarının nüvə hissəcikləri və ya yüksək enerjili γ-şüalanma ilə nüvə reaksiyası (aktivasiya) nəticəsində əmələ gələn radionuklidlərin aktivliyinin ölçülməsinə əsaslanır. Aktivasiyalı analizi 1936-cı ildə G.Xeveşi və X.Levi təklif etmişlər. Alınan radionuklidlərin təsnifatlaşdırılması şüalanmanın tipinə, onun enerjisinə, intensivliyinə, radionuklidlərin yarımparçalanma dövrünə görə aparılır. Bunun üçün adətən qamma-spektro metrlər və yüksək ötürücülü yarımkeçirici detektorlar, nadir hallarda ssintilyasiyalı detektorlar istifadə edilir. Miqdari analiz alınan radionuklidin aktivliyinin qatılığın geniş diapazonunda təyin olunan elementin miqdarına nisbətinə əsaslanır. Qatılığın müqayisəli (nümunələr istifadə edilməklə) və etalonsuz nisbi hesablanma üsulu tətbiq edilir. Radioaktiv şüalanmanın yüksək nüfuzetmə qabiliyyəti nümunənin dağılmadan analiz edilməsinə imkan verir. Aktivasiyalı Analizin ən geniş yayılmış variantı neytron-aktivasiyalı analizdir (NAA). Aktivasiya üçün nüvə reaktorunun istilik və epiistilik neytronları və ya neytronların (məsələn, Cf252) radio izotoplu mənbəyi, həmçinin neytron generatorlarının sürətli neytronları istifadə edilir. Reaktorlu neytron-aktivasiyalı analiz analitik kimyanın inkişafında böyük rol oynamışdır; ondan istifadə etməklə elektronika üçün yüksək təmiz materialların, atom energetikası uçün isə xüsusi konstruksiyalı materialların alınmasının texnologiyası işlənib hazırlanmışdır.
Bibliometrik analiz
Bibliometrik analiz - iki başlıca elementə əsaslanır: nəşrlər tədqiqat məhsullarının əsas indikatoru kimi və nəşrlərdən əldə olunan istinadlar elmi fəaliyyətin qiymətləndirilməsi üçün əsas vasitə kimi. Statistik biblioqrafiya adlanan erkən bibliometrik araşdırmalar elmin inkişafının araşdırılması, daha sonralar isə kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq olunurdu. Məsələn, bibliometriyanın ilk tədqiqatçıları sayılan F.J.Kol və N.İls 1543-1860-cı illərdə nəşr olunan ədəbiyyata əsasən, Avropa ölkələrində anatomiya sahəsində aparılan araşdırmaları tədqiq etmişlər. Verilmiş istiqamətdə elmi aktivliyin qiymətləndirilməsi üçün əsas vahid olaraq elmi əsərləri götürməklə gələcək bibliometrik tədqiqatların əsasını qoymuşlar. 10 il sonra P.L.K.Qros və E.M.Qros (Gros and Gros) öz kitabxana kolleksiyalarının idarə olunması üçün obyektiv metod kimi jurnalların istinad analizini həyata keçirən ilk alimlər olmuşlar. Tədqiqatçılar "Journal of Chemical Society" jurnalının 1926 cildindən 3663 ədəbiyyat siyahısında göstərilən istinadları çıxararaq ən çox istinad olunan jurnalları təyin etmişlər. Bu cür yanaşma ilə tədqiqatçılar istinad analizinin həm kitabxana kolleksiyasının idarə olunması, həm də tədqiqatın qiymətləndirilməsində vacibliyini sübut etmişlər. == Bibliometriyanın riyazi əsasları == Bredfordun yayılma qanunu hər müəllif üçün məqalələrin tezliyi haqqında Lotka qanunu, mətnlərdə sözlərin işlənmə tezliyi haqqında Zipf qanunu və Praysın elmdə eksponensial artım qanunu ilə birlikdə bibliometriyanın riyazi əsaslarını formalaşdırır. Bununla yanaşı qlobal və bir istiqamətli istinad indeksinin, yəni Qarfildin Elmi İstinad İndeksinin yaradılması bibliometrik üsulların və istinad analiizinin əsas aspekti olan tədqiqatların idarə olunması və qiymətləndirilməsi sahəsinə keçidi təmin etdi. Bibliometriya və tədqiqatın qiymətləndirilməsində əsas vasitə verilənlər bazaları, qlobal və genişmiqyaslı analizi təmin edən istinad indeksləri hesab olunurdu.
Bioloji analiz
Bioloji analiz – sututarın üzvi çirklənmə dərəcəsinin təyinidir. Bu müayinə suyun keyfiyyətinin biogöstərici orqanizmlərin çirklənmənin səviyyəsinə verdikləri cavab reaksiyasına əsasən qiymətləndirilməsini nəzərdə tutur və su ekosistemlərininin qorunmasına xidmət edir. Suyun sanitar-bakterioloji göstəriciləri, onun içmək üçün yararlığı xüsusi mütəxəssislər, əsasən həkimlər tərəfindən müəyyən edilir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Harmonik analiz
Harmonik analiz — funksiyaların və yaxud siqnalların əsas dalğalarının superpozisiyası kimi təqdim edilməsi, Furye seriyası və Furye çevrilmələri anlayışlarının öyrənilməsi və ümumiləşdirilməsi ilə məşğul olan riyaziyyatın bir sahəsidir (yəni Furye analizinin genişləndirilmiş formasıdır). Son iki əsr müddətində o, ədədlər nəzəriyyəsi, təmsilçilik nəzəriyyəsi, siqnalların işlənməsi, kvant mexanikası, gelgit analizi və nevrologiya kimi müxtəlif sahələrdə tətbiqləri ilə geniş bir mövzuya çevrildi. "Harmonika" termini qədim yunanca "harmonikos" sözündən yaranmışdır, mənası "musiqidə mahir olan" deməkdir. Fiziki öz dəyər məsələlərində musiqi notlarının harmonikasının tezlikləri kimi tezlikləri bir-birinin tam ədədi olan dalğaları nəzərdə tutmağa başlamış, buna baxmayaraq, bu termin ilkin mənasından kənarda ümumiləşdirilmişdir. Rn-də klassik Fourier çevrilməsi hələ də davam edən tədqiqat sahəsidir, xüsusən olaraq temperli paylamalar kimi daha ümumi obyektlərdə Furye çevrilməsi ilə bağlıdır. Məsələn, biz f paylanmasına bəzi tələblər irəli sürsək, bu tələbləri f-nin Furye çevrilməsi baxımından tərcümə etməyə cəhd edə bilərik. Bunun nümunə olaraq Paley–Viener teoremini göstərə bilərik. Paley-Viener teoremi dərhal nəzərdə tutur ki, əgər f yığcam dəstəyin sıfırdan fərqli paylanmasıdırsa (bunlara yığcam dəstəyin funksiyaları daxildir), onda onun Furye çevrilməsi heç vaxt yığcam şəkildə dəstəklənmir (yəni, siqnal bir sahədə məhduddursa, o, digər sahədə qeyri-məhduddur.). Bu, harmonik analiz şəraitində qeyri-müəyyənlik prinsipinin çox sadə formasıdır. Furye seriyası harmonik analiz və funksional analiz arasında əlaqəni təmin edən Hilbert sahəsi konteksində çox rahat şəkildə öyrənilə bilər.
Modal analiz
Modal analiz — ölçmə texnologiyasında maşın sistemlərinin məxsusi tezlik halını təyin etmək üçün tətbiq olunan sınaq-analitik üsuldur. Bu üsul məcburi mexaniki yırğalanmaların ölçülməsi və analizi əsasında sınaq yolu ilə maşınların dinamiki xassələrinin araşdırılmasında geniş tətbiq edilir. == Mahiyyəti == Hesabi modal analizi, strukturu və model parametrləri əvvəlcədən məlum xətti əvəzləyici modelə əsaslanır. Modelin yaradılmasında həndəsəsi sadə olan cismlərdən: tir, dairəvi lövhə, dördbücaqlı lövhənin məxsusi tezliyi və yırğalanma forması əsas götürülür. Kompleks maşın sistemi bu sadə elementlərdən istifadə olunaraq modelləşdirilir və sistemin kütlə, sərtlik və titrəməsöndürmə matrisaları yaradılır. Məxsusi çevrəvi tezliklər, modal titrəməsöndürmə və məxsusi vektorlar kimi modal parametrlər analitik və ya ədədi üsulla həll olunaraq təyin edilir. Modal sözü də məxsusi vektorun ingilis dilində mənasını ifadə edir. Sınaq yolu ilə aparılan modal analizində modal kəmiyyətlər maşının yırğalanması zamanı ölçülən kəmiyyətlər əsasında tapılır. Bu halda xətti sistemin bütün xassələrinin ötürmə funksiyasında nəzərə alındığı hesab olunur. Belə ki, bu üsul iki hissəyə bölünür: Ötürücü funksiyanın ölçülməsi, Ötürücü funksiyanı qiymətləndirilməsi.Ötürücü funksiyanın təyin edilməsi üçün maşının seçilmiş yerinə impuls çəkici ilə zərbə endirilərək sistem məcburi həyacanlandırılır.
Qravimetrik analiz
Qravimetrik analiz (çəki analizi) – analitik kimyada müəyyən tərkibli təyin olunan komponentin kütləsinin dəyişməsinə əsaslanan miqdari analiz metodudur. Qravimetrik analizdə alınmış XaRb çöküntüsü üçün aX+bR=XaRb tipli reaksiya istifadə olunur. Çəki analizinin aparılması zamanı təyin olunan komponent və ya maddənin tərkib hissəsi (element, ion) göstərilən reaksiya üzrə reaksiyaya daxil olur və ayrılaraq çəkilir. Reaksiya üzrə alınmış forma qravimetrik forma adlanır (əvvəllər çəki forması adlanırdı). Alınan maddənin tərkibi dəqiq məlum olmalıdır. Yəni tərkib hər hansı bir kimyəvi formula tabe olmalıdır və tərkibində kənar qarışıqlar olmamalıdır. Qravimetrik analizdə müxtəlif qeyri-üzvi və üzvi kimyəvi birləşmələr istifadə olunur. Belə ki, məsələn, 1,2,3- benzotriazol mis, gümüş, sink və s. metalların qravimetrik təyinində istifadə olunur. Qravimetrik analiz (çəki analizi) öz inkişafının pik nöqtəsinə 1950-ci illərdə çatmışdı.
Riyazi analiz
Riyazi analiz — riyaziyyatın bir bölməsi olub, differensiallaşdırma, inteqral, ölçü cəbri, limit, silsilə və analitik funksiyaları özündə birləşdirir. Analizin özəyi sonsuz ardıcıllığın limitidir. Əsas mövzuları həmçinin inteqral və differensial hesabı əhatə edir. Riyazi analiz XVIII əsrdə yaranmış, lakin onun tam əsaslandırılması ancaq XIX əsrin sonunda Auqusto Koşinin yaratdığı limit nəzəriyyəsinin köməyi ilə baş vermişdir.
Sistemli analiz
Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır. Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir. == Sistemli analizin tərifi == O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır. Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir. Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
Statistik analiz
Statistik analz - riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.