Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buassiye tovlu qulağı
Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir. == Çiçək == Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir. == Meyvə == Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır. == Çiçəkləməsi == Aprel-İyul (Avqust) == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər. == Yaşayış mühiti == Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.
Böyük-Muğanlı
Böyük Muğanlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Böyük Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 35 ailə yaşayırdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir.Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azad çaydır.
Böyük Alatəmir
Böyük Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Böyük Alatəmir Qax rayonunun Qaxingiloy inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qaxingiloy kəndindən çıxmış ailələr vaxtilə Alatəmir adlı şəxsə məxsus torpaq sahəsindəki binə yerində saldığına görə belə adlanmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 718 nəfər əhali yaşayır.
Böyük Alfred
Böyük Alfred (849[…], Vantedj[d], Uesseks krallığı[d] – təq. 26 oktyabr 899, Uinçester, Uesseks krallığı[d]) — 871–899-cu illər arasında Uesseks kralı. == Həyatı == Alfred vikinqlərə qarşı mübarizə aparmışdır. O, "Böyük" ləqəbi ilə ünvanlandırılan tək ingilis kralıdır. Hakimiyyəti dövründə təhsilə təşviq etmişdir və krallığın hüquq sistemini inkişaf etdirmişdir.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km².3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Böyük Aral
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.
Böyük Arıxvəli
Böyük Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir. «Arıxlar tayfasından olan Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki, bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz əksini tapır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.
Böyük Ayaks
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Böyük Ayrım
Böyük Ayrım — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində yerləşir. == Tarixi == Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların eymur (eymir, imir) tayfa adının fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır. 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391, 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Böyük Azərbaycan
Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur. Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır. Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir. Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır. Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir. == Azərbaycanın islamaqədərki tarixi-siyasi coğrafiyası == Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.
Böyük Ağayev
Böyük Məmməd oğlu Ağayev (10 dekabr 1907, Şuşa – 18 oktyabr 1965, Bakı) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR səhiyyə naziri (1958–1963), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru (1963–1965). == Həyatı == Böyük Məmməd oğlu Ağayev 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 14 yaşında olarkən Şuşa Müəllimlər Seminariyasına daxil olmuş və beş ildən sonra Şamaxı qəzasının kənd məktəblərindən birində müəllimliyə başlamışdır. Sonralar o, Şirvan dairə xalq maarif şöbəsinin müfəttişi, Qutqaşen rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində işləmişdir. Elə həmin illərdə qiyabi şəkildə ali pedaqoji təhsil alaraq 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, 1942-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutununun Müalicə-profilaktika fakültəsini bitirmişdir.Təhsilini bitirdikdən sonra Böyük Ağayev Göyçay sanatoriya-epidemioloji stansiyasında həkim-malyarioloq vəzifəsində işləmiş, Kürdəmirdə tropik stansiyanın müdiri olmuşdur. 1948–1953-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi, 1953-cü ilin aprel ayından Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1958-ci ilin yanvar ayından isə Azərbaycan SSR səhiyyə naziri vəzifələrində işləmişdir. 1963-cü ilin may ayından həyatının sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur.1942-ci ildən ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilən Böyük Ağayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. O, 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni (1961) və SSRİ medalları ilə təltif edilmişdir.Böyük Ağayev 1965-ci ildə Bakıda vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Агаев Беюк Мамед оглы" (rus).
Böyük Bahama
Böyük Bahama (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir. == Tarixi == Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi.
Böyük Bandunq
Böyük Bandunq metropol sahəsi (ind. Kawasan metropolitan Bandung Raya) — Bandunq və Qərbi Yavanı əhatə edən metropol. 2014-cü ildə əhali 8,5 milyon idi və Niderland Ost-Hindi dövründə Mərkəzi Prianda Rezidenturası rəhbərliyinin əvvəlki hissələrindən və şəhərlərindən ibarət idi. Bandunqun Kertacati Beynəlxalq Hava Limanı, Aerotropol ( infrastruktur və iqtisadiyyatın multimodal "hava limanı şəhəri" ticarət nüvəsi kimi xidmət edən hər hansı hava limanında mərkəzləşmiş bir metropol subregionudur.) və Patimban Beynəlxalq Dəniz Portu arasında şəhər ərazilərində davamlı inkişaf səbəbiylə Qərbi Yava əyalət hökuməti və Regional Planlaşdırma İdarəsi yeni təyin olunmuş ümumi sahəsi 5500 km2 -dən çox olan və 11 milyondan çox əhalisi olan Bandunq Metropol sahəsi üçün bir plan hazırlayıb yayımladı.Yeni metropol sahəsinə Subanq inzibati ərazisi və Macalenqka inzibati ərazisinin hissələriylə bütün Sumedanq inzibati ərazisi daxildir və Cirebon metropolitan sahəsini əhatə edir. Birlikdə iki metro sahəsi 14 milyondan çox insanı əhatə edir. == Məkan == Bandunq Qərbi Yava əyalətinin mərkəzi-qərb hissəsində dağlıq plato ərazisində yerləşir və İndoneziyada metropollar içində üçüncü ən yüksək əhalisinə malikdir. == Qərbi Yava şəhər dəhlizi == Bandunq metropol sahəsi Ciancur şəhəri yaxınlığında Böyük Cakarta ("Cabodetabek") metropolunun şərq kənarından 20 km-dən az olan məsafədən başlayır Cakartanın genişləndirilmiş metropolunun Purvakarta inzibati ərazisi ilə şimal sərhədində yerləşən Cabodetabekcur-Ciranqkarta məntəqəsi ilə bitişikdir.Bantendəki Seranq inzibati ərazisindən Böyük Bandunqa metropoluna uzanan şəhər dəhlizi 44 milyondan çox insana ev sahibliyi edir. == Təyinat == Bandunq Metropol sahəsi rəsmi Bandunq inzibati ərazisi və Qərbi Bandunq inzibati ərazisi (2007-ci ilədək Bandunq inzibati ərazisinin tərkibində olmuşdur), Bandunq və Cimahi şəhərlərini əhatə edən metropol olaraq müəyyən edilib.
Böyük Belt
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Böyük Beqiçev
Böyük Beqiçev — ada Xatanqa körfəzinin Laptevlər dənizinə çıxış nöqtəsində qərarlaşır. İnzibati cəhətdən Yakutiyanın Anabar rayonu ərazisində yerləşir. Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adadan qərbdə 7 km enə malik Pioner boğazı ilə ayrılmış Kiçik Beqiçev adası yerləşir. 14 km şimalda isə Preobrajeniya adası yerləşir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır.
Böyük Bermamıt
Böyük Bermamıt (устар. Бермамыт, Бермамут, карач. — Уллу-Бурмабут) — Böyük Qafqaz sisteminin (Şimali Qafqaz bölgəsi) şimal yamacındakı Qayalı silsiləsində dağ zirvəsi. Qaraçay-Çərkəz Respublikasının, Maloqaraçayevsk rayonunda, Xasaut kəndindən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 2592.3 m yüksəklikdədir. == Adı == XIX əsrin sonlarında Rusiya imperiyasının cənubunun ətraflı xəritələrindən birində -"Qafqaz bölgəsinin beş verstli xəritəsin"də, həmçinin D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." (1913) əsərində, dağın adı "Böyük" və ya "Kiçik" izah edilmədən yalnız Bermamıt kimi göstərilmişdir. Aleksandr Selivanovun Böyük Sovet Ensiklopediyasındakı "Terek vilayəti" (1903) məqaləsində oronim başqa cür - Bermamut olaraq göstərilmişdir. Burmabut qaraçayca "bükülmüş uçurum" mənasını verir. == Ümumi məlumat == Böyük Bermamıt, Kuma və Malka çayı hövzələrinin yuxarı su hövzəsində yerləşən Qayalı silsiləsinin dağlarından biridir. Böyük Bermamıt dağının dəniz səviyyəsindən hündürlüyü, 1983-cü il ölçülərinə görə 2592,3 m-dir.
Böyük Bolqarıstan
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Böyük Britaniya
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Böyük Budda
Tyantan Budda və ya daha çox məşhur olan Böyük Budda (çin dilində 天壇大佛) — böyük brünc rəngdə olan Buddanın statuyasıdır. Lantau adasında Po Lin monastrı yaxınlığında Honkonqda yerləşən bu statuya buddistlərin əsas sitayiş yeri olduğundan bu dinə sitayiş edən xalqların nümayəndələri bura daha çox gəlir. Böyük Budda insan və təbiət arasındakı əlaqəni, hormoniyanı simvolizə edir. Buddistlərin əsas dini mərkəzi olan Honkonqda yerləşir. Gözəl və qeyri-adi arxitekturaya malik olan Böyük Budda dünya turistlərin də diqqətini cəlb edib və bu səbəbdən ilbəil buraya gələn turistləri sayı artır. == Ümumi məlumat == Statuetin hündürlüyü 34 m, çəkisi isə 250 tondur. Ən hündür budda olan Böyük Budda 2007-ci ildə brüncdən hazırlanmışdır (ən hündürü Tayvanda Qaoskyunededi). Ən hündür hissəsinə qalxmaq üçün gələnlər 268 pilləkan qalxmalıdılar. Bununla yanaşı avtomobil yoluda vardır. Böyük Budda şimala, digərləri isə cənuba baxır.
Böyük Bulaq
Böyük Bulaq (Qoşaçay) Böyükbulaq (Marağa) Böyük bulaq — Laçın rayonunda bulaq.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Böyük Bəhmənli
Böyük Bəhmənli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Böyük Bəhmənli Füzüli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Quruçayın (Arazın qolu) sahilində, düzənlikdədir. 1917-ci ildə Böyük Bəyimanlı Şəklində qeydə alınmışdır. Etnotoponimdir. Bəhmənlilər Qarabağ xanlığının həyatında muhum rol oynamış Cavanşirlərin bir qoludur. Böyük sözü kəndin adına onu eyniadlı oykonimdən fərqləndirmək üçün əlavə edilmişdir. == Tarixi == Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur. Ötən əsrin ortalarında kolxozlaşmanın vüsət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb.
Böyük Oyun
Böyük oyun — (ing. The Great Game), həmçinin Kölgələr Turniri olaraq da adlandırılır ( rus. Турниры теней, Turniri Teney) — XIX əsrdən başlayaraq strateji bölgələrin böyük güclər tərəfindən paylaşılma mübarizəsini təsvir etmək üçün istifadə edilən addır. Böyük Oyun (Neftçi - Xəzər Lənkəran) — Neftçi PFK və Xəzər-Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisidir.
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Boydak Holding
"Boydak Holding" — Türkiyənin şirkətlər qrupu. Rəhbəri tanınmış iş adamı Mustafa Boydakdır. 1957-ci ildə qurulan "Boydak Holding" şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir. Türkiyənin "İstikbal", "Bellona" və "Mondi" kimi tanınmış mebel markaları məhz "Boydak Holding" şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun illik gəliri 7 milyard dollardır.
Vladimir Boysa
Vladimir Boysa və ya Vladimer Boysa (4 iyul 1981, Rustavi) ― Gürcüstan keçmiş peşəkar basketbolçusu. O, 2013-cü ildən Gürcüstan Basketbol Federasiyasının vitse-prezidentidir. == Peşəkar karyerası == Boysa karyerasının ən uğurlu illərini Sloveniyanın "Olimpiya" klubunda keçirmişdir, orada o, dörd mövsüm oynadı. Klubda keçirdiyi son mövsümündə Boysa Avroliqada çıxış etdi və onun orta statistikası 15,8 xala və 6,3 ribaunda bərabər idi. Mövsüm ərzində "Makkabi Tel Əvivə" qarşı 28 xal toplamağı bacardı və bu, yarışmada qazandığı ən yüksək xal oldu. Daha sonra İtaliyaya köçdü və 2005-ci ildə "Siena" klubuna qatıldı."Aris Saloniki" ilə Yunanıstandakı mövsümü boyu ölkənin basketbol liqasında ortalama 4.1 xal və 2.5 ribaund nəticələrini göstərdi.Gürcü oyunçu həm də İspaniya Liqasında oyun təcrübəsinə malikdir, belə ki o, 2008-09 mövsümündə "Menorka" klubunda oynayırdı və oyun vaxtının hər 18 dəqiqəsində orta hesabla 4 xal və 2 ribaund qazanırdı. 2009-cu ilin fevral ayında o, klubdan ayrıldı.2010-cu ildə baksetbolçu "Olimpiya"ya qayıtdı və burada bir mövsüm keçirtdi.2012-ci ildə karyerasının son ili ərzində Boysa yenidən Yunanıstana gəldi və "Panionios"a keçdi. Son klubu Gürcüstan Superliqasında çıxış edən paytaxt klubu "Armiya" idi. 2013-cü ilin əvvəlində klubdan ayrıldı və təqaüdə çıxmağa qərar verdi. == Milli komanda == Vladimir Boysa Gürcüstan milli basketbol komandasının şərəfini qorumuşdur.
Al Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010).Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Əl-Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010).Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Əl-Beyda
əl-Beyda — xəzərlərin paytaxt şəhəri. Tədqiqatçılar onu İtil şəhəri ilə eyniləşdirirlər.
Əyn-Bəyda
Əyn-Bəyda (Umm-el-Buaqi)
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Qulalı
Qulalı (Şəmşəddin)
Ata Boyla xaqan
Ata Boyla xaqan — Türgiş xaqanlığının bilinən son hökmdarı. 759-cu ildə Çin sarayına səfir göndərmişdi.
Toyda Görüş (1970)
== Məzmun == Film-konsertdə müğənni Mirzə Babayev telefonla tanışlarını toya dəvət edir və toya gələn müğənni qonaqlar mahnılar ifa edirlər. == Film haqqında == 1970-ci ildə çəkilmış olan bu filmdə, Flora Kərimova "Toy olsun, bayram olsun" (bəstəkar: Oqtay Kazımi) kompozisiyasını ifa etmişdi. Sonralar onun siyasi baxışlarına görə lent yazılarının böyük əksəriyyəti kimi bu fraqment də filmdən kəsilib məhv edilmişdir. Titrlərdə filmin heyətinin peşələri göstərilməyib.
Əyn-Bəyda (Uarqla)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şərqdə, vilayətdən təxminən 563 kilometr (350 mil) cənub-şərqdə yerləşir. ölkənin paytaxtı Əlcəzair . Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metr (453 ft)r yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,7 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Arçman bulağı
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Hindistan qulanı
Hindistan qulanı (lat. Equus hemionus khur) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulan növünə aid olan bir yarımnöv. == Populyasiya == 1958–1960-cı illərdə Hindistan qulanı müxtəlif infeksion xəstəliklərin qubanı olmuşdur. 1961-ci ildə populyasiyanın ümumi sayı 870 başa qədər azalmışdı. Bundan sonra Hindistan qulanının sayında artım müşahidə edilmişdir. 2009-cu ildə bu yarımnövə daxil olan heyvanların sayı 4038 baş, 2015-ci ildə isə 4800 başa qədər artmışdı. Təbiəti qoruyan beynəlxalq ittifaqın məlumatına görə yarımnöv hələdə təhlükədə olan kimi nqeyd edilir. Ancaq populyasiya ancaq kiçik bir ərazidə yayılmışdır.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30-40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri - Naxçıvan, 2008.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi. Bulaq XIX əsrin sonunda inşa edilib. Bulaq adını yerləşdiyi məhəllənin adından almışdır.Bulaq üç yol ayrıcında yerləşir.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == İlk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su qıtlığından əsgərlər gündəlik ehtiyacları üçün qardan su mənbəyi kimi istifadə edirdilər.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == İlk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su qıtlığından əsgərlər gündəlik ehtiyacları üçün qardan su mənbəyi kimi istifadə edirdilər.
Böyük Azau buzlağı
Böyük Azau və ya Baksan — Elbrus dağının cənub yamacında, eləcə də Xotuitau silsiləsinin şərq yamacında yerləşən buzlaq. Xotuitau silsiləsi Elbrus dağını Böyük Qafqaz silsiləsi ilə birləşdirir. Böyük Azau buzlağından şərqdə Kiçik Azau buzlağı yerləşir. Hər iki buzlaq Baksan və ya Azau dərəsinə aiddir. Ümumən bu bölgədə 23 buzlaq mövcuddur. Bunlardan 17 buzlaq böyük olub birinci kateqoriyaya daxildir. Buzlaq əsas 4 qoldan ibarətdir. Bunlardan ikisi öz başlanğıcını Elbrus dağından götürür, digəri Xoti-Tau dağından, sonuncu qol isə öz başlağıcını buzlağı sağdan əhatə edən dağlardan götürür. Bundan əlavə buzlağa müxtəlif tərəflərdən buz axınları birləşir. Bu xüsusiyyətə görə Böyük Azau İsveçrənin Mer-de-Qlas və Aleç buzlaqlarını xatırladır.
Botulizm toksini
Botulizm toksini — hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Boyaka
Boyaka(isp. Boyacá) — Kolumbiya departamentlərindən biri, ölkənin mərkəzində yerləşir. İnzibati mərkəzi - Tunxa şəhəridir. == Tarixi == 1819-cu ildə indiki departamentin ərazisində, İspaniyanın müstəqilliyi uğrunda, Boyaka çayı yaxınlığında həlledici döyüş baş verdi. Həmin hadisələr nəticəsində Boyaka departamenti qeyri-rəsmi olaraq "Azadlıq torpağı" adlanır. Departamentin ərazisində El Infiernito kimi tanınan, Monkira arxeoloji parkı, tam anlamıyla "kiçik cəhənnəm" və ölkənin ən böyük gölü Tota yerləşir.
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.Bandaların böyük bir qismi, məsələn, xaşxaşilər, tuqilər, Çin triadaları, yapon yakudzası, irland mafiyası, Panço Vilyanın dəstəsi, ölü dovşanlar, Vəhşi Qərbin bandaları, Baueri oğlanları, italyan mafiyası, yəhudi mafiyası və rus mafiyası kimi mafiya ailələri əsrlərdir ki, mövcuddur.
Baydar
Baydar Xan, həmçinin Peta kimi tanınır,Cığatay xanın altıncı oğlu idi. O, 1235–1241-ci illərdə qardaşı oğlu Büri ilə Avropaya yürüş etmişdir. O, Polşaya təyin edilmiş monqol ordusuna Kadan və ehtimal ki, Orda xanla birlikdə komandanlıq etdi. Baydar çoxlu polyakları, rusları, almanları və moraviyalıları məğlub etmişdir. 13 fevral 1241-ci ildə monqollar şaxtalı Vistuladan keçmişdilər. Sandomierz şəhəri alınmışdı və talan edilmişdir. Daha qərbdə, Martın 18-də Orda və Baydar Chmielnik döyüşündə hersoq V Boleslavın (döyüşdə iştirak etmədiyi) komandanlığı altında Polşa ordusu ilə qarşılaşmış, Polyakları ağır məğlubiyyətə uğratmışlar və Boleslav qoşunlarının bir hissəsi ilə Moraviyaya qaçmışdır. Martın 22-də monqollar Krakov qarşısında dayandılar, sakinlərinin çoxu artıq qaçmışdı. Palm bazar günü monqollar şəhəri yandırdılar və qalan insanların çoxunu əsir götürdülər. Daha da qərbə doğru irəliləyən Orda və Baydar Opolenin şərqinə çatdılar və burada II Mieszkonun ordusunu geri çəkilməyə məcbur etdilər.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Bobla
Bobla — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 134 nəfərdir. == Tarixi == Bobla Lerik rayonunun Dəstər inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisindəki Bobla türbəsi pir hesab edilir. Kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə (Şək.) komponentlərindən düzəlmiş bu oykonim "pir yeri" mənasındadır.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 Aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Adil Qulami
Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005). == Həyatı == Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan - Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur. 2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.
Aşıq Gülabı
Vəliyev Gülabı Məmməd oğlu (5 sentyabr 1950, Böyük Muğanlı, Marneuli rayonu – 8 iyun 2012, Bakı) — gürcüstanlı aşıq. == Həyatı == Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Borçalı mahalının Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, O təhsil aldığı Azərbaycan Politexnik İnstitutunada təhsilini ataraq Borçalıya qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır. O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir. Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi. Onu tamaşaçılara ən çox sevdirən isə Onun məlahətli səsi idi.
Gülalı Qəhrəmanov
Gülalı Aydın oğlu Qəhrəmanov (17 fevral 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gülalı Qəhrəmanov 1986-cı il fevralın 17-də Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gülalı Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülalı Qəhrəmanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Gülalı Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Gülağa Aslanlı
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Aslanov
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Cabbarov
Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir. == Həyatı == Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir. == İdman və əmək fəaliyyəti == Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur. 1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur.
Göynük qalası
Göynük qalası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda arxeoloji abidə. == Haqqında == Qala Culfa rayonunun Göynük kəndindən şərqdə, hündür təpənin üzərində arxeoloji abidə. Abidə S. H. Aşurov tərəfindən qeydə alınmışdır. Təpənin yuxarı hissəsi dördkünc formalı divarla əhatə olunmuşdur. Divarlar yanlarda iri qaya parçalarından hörülmüşdür. Qalanın içərisində dördkünc formalı binanın qalıqları vardır. AMEA Naxçıvan bölməsinin arxeoloji ekspedisiyasının apardığı araşdırmalar zamanı xeyli yerüstü material toplanmışdır. Başlıca olaraq gil qabların parçalarından ibarət olan yerüstü materiallar arasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı keramika nümunələri də vardır. Aşkar olunmuş arxeoloji materiallara əsasən Göynük qalasını e.ə. 3–1 minilliklərə aid edilir.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Bondaj
Bondaj (Azərbaycan dilində Əsarət) cinsi partnyorun razılığına əsasən estetik, erotik və/yaxud duyğusal məqsədlər üçün bağlanmasından və/və yaxud da məhdudlaşdırılmasından ibarət olan BDSM növüdür. Bir partnyor digərini simlər, qandallar, göz bağları, yaxalıqlar, yapışqan lentlər, tıxaclar, pranqalar və digər fiziki məhdudlaşdırıcılardan istifadə edərək bağlayır. Əsarət əsasən, lakin hər zaman yox, cinsi tətbiqdir. Bu, sadomazoxizm və ya dominantlıq və tabelik kimi digər BDSM tətbiqləri ilə əlaqəli ola və ya olmaya bilər. Aktiv partnyorun öz partnyorunu bağlamasının müştərək səbəbi hərəkətləri məhdudlaşdırılmış partnyorun tabe olma vəziyyətindən asılı olaraq nəzarət hissinin və gücün müvəqqəti ötürülməsi yolu ilə həzz almağa çalışmasıdır. Sadomazoxist insanlar üçün bondaj əsasən bağlanan tərəfdaşın digər sadomazoxist davranışlar üçün daha əlçatan olan bir məqsəd üçün bir vasitə kimi istifadə olunur. Bununla belə, bondaj təkbaşına da istifadə edilə bilər, burada hərəkətləri məhdudlaşdırılmış partnyor özünü çarəsiz və hərəkətsiz hiss edərək bundan Cinsi həzz alır, aktiv partnyor isə bağlı partnyorunu qarşısında görməkdən məmnunluq və vizual həzz alır.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Boyama
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur. == Tarix == The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar. 1960-cı illərdə boyama kitablarının “Qızıl vaxtı” başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi. 1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi “Anatomik boyama kitabı”nı (orijinal adı “The Anatomy Coloring Book”) və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar. == Faydalı xüsusiyyətləri == Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Təkeşiyi məscidi
Təkeşiyi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində XVIII əsrə aid tarixi-memarlıq abidəsi. Təkeşiyi məscidinin adının mənası "şiə təkyəsi" deməkdir. Karvansarası olmuşdur. Naxışlı uca sütunları sıradan çıxdığından adi sütunlarla əvəz edilmişdir. Şəbəkəli pəncərələri var. Məscidin giriş qapısının sağ və sol tərəfində iki ədəd mərmərdən hazırlanmış sənduqə tipli qəbirüstü xatirə abidəsi hörülmüşdür. Sənduqələrin yan haşiyələrində Qurandan ayə (2-255), üst tərəfində mürəkkəb kompozisiyalı xalça ornamentləri həkk olunmuşdur. Bərpa və yenidənqurma işləri aparılır. Xalq arasında Yəhya bəy məscidi adı ilə də tanınır. Məscidin şərqdən giriş qapısının baş tərəfində nəstəliq xətti ilə şeirlə yazılmış kitabə qoyulmuşdur.
Ələkrəm Hümbətov
Ələkrəm Ələkbər oğlu Hümbətov (1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. == Həyatı == Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Artemisia tilesii
Artemisia tilesii (lat. Artemisia tilesii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.