Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Higher Ground (Rasmussen mahnısı)
Higher Ground (azərb. Yüksək torpaq‎) — Danimarkanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Rasmussen "Higher Ground" mahnısı ilə Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Niklas Arn və Karl Euren tərəfindən bəstələnmişdir.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Siti Qraund
City Ground İngiltərədə, Vest Bridgford, Nottinghamsşire'da, Trent çayı sahilinə qurulmuş bir stadiondur. 1898-ci ildən bəri Nottingem Forest klubuna ev sahibliyi etməkdədir və 30.602 nəfərlik bir tutumu vardır. Stadion Avro 96 matçlarının oynandığı stadionlardan biri olmuşdur. Eyni zamanda bu stadion Forestin qonşu və əzəli rəqiblərindən Notts County'nin stadionu olan Meadov Lane'ə yalnız 300 metr uzaqlıqdadır (İngiltərədə peşəkar stadionların bir-birinə ən yaxın olanları bu stadionlardır).
Breaking Bad
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Breaking News
Breaking News – Maykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş, mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır. == Fon == Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster" və "Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır. == Çıxarılması == 5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi. "Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi. 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı.
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. == Xassələri == Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b. Parıltısı almazı, şüşəli. Sərtliyi 9.
Pilot (Breaking Bad)
"Pilot" (DVD və Blu-Ray buraxılışlarında "Breaking Bad" adlanır) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in pilot epizodu. Epizodun ssenari müəllifi və rejissoru teleserialın yaradıcısı olan Vins Qilliqandır. Epizod ilk dəfə 20 yanvar 2008-ci ildə AMC telekanalında efirə buraxılmışdır. Epizodda kimya müəllimi Volter Vayt (Brayan Krenston) sağalmaz ağciyər xərçənginə tutulduğunu öyrənir. O, bunu gizli saxlayır və arvadı Skayler (Anna Qann) və oğlu balaca Volterə (Ar Cey Mitt) bu haqda heç nə danışmır. O, ömrünün qalan son illərini ailəsinin gələcəyi üçün pul yığmağa həsr etməyi seçir. Volt qaynı DEA agenti Henk Şreyder (Din Norris) ilə birlikdə narkotikə qarşı əməliyyat tədbiri həyata keçirərkən keçmiş tələbəsi Cessi Pinkmanı (Aaron Pol) görür. Bu fürsətdən yararlanan Volt şantaj yolu ilə Cessini RV-də metamfetamin bişirməkdə onun şəriki olmağa məcbur edir. Teleserialın pilot epizodu "60-cı Praytaym Emmi" mükafatlarında bir çox mükafata namizədlik qazandı. Baş qəhrəmanı canlandıran Brayan Krenston "Dram Serialında Görkəmli Baş Aktyor" nominasiyasında "Praymtaym Emmi" mükafatına layiq görüldü.
Jizel Froynd
Jizel Froynd — alman əsilli Fransa fotoqrafı. == Həyatı == Alman əsilli fransız fotoqraf Jizel Froynd 1908-ci ildə Berlin ətrafında yerləşən Şöneberq ərazisində, yəhudi ailəsində doğulub. 20 yaşı olanda yaxşı oxuduğuna görə atası Yulius Froynd ona "Leyka" markalı fotoaparat bağışladı. Frankfurtda universitetdə oxuduğu vaxtlarda Jizel sosialist hərəkatına qoşulur. Foto sənəti isə sosial işin bir parçası idi - fotoaparatdan küçədəki nümayişləri fotolentə almaq üçün istifadə edirdi. 1933-cü il - artıq Hitler hakimiyyətə gəldi. Jizel ölkəni tərk edib, Parisə köçdü. Burada kitab mağazasının sahibəsi Adrienna Monye ilə tanış oldu və onun köməyi ilə foto sənəti haqda dissertasiyasını kitab kimi nəşr etdirdi. Jizelin məşhur yazıçı Ceyms Coysla tanışlığı da həmin il başladı. 1935-ci ildə Jizel Froynd Parisdə mədəniyyətin mühafizəsi məqsədilə keçirilən konqresdə iştirak edir.
Karl Froynd
Karl Froynd (ing. Karl Freund) — Almaniya və ABŞ rejissorudur. 1906-cı ildən etibarən Berlin şəhərində ilk rejissorluq peşəsində çalışmış, 1929-cu ildə isə ABŞ-yə köçərək kinooperator kimi çalışmışdır. Karl Froynd ömrünün axırına kimi burada yaşamışdır.
Redinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. == Bioqrafiya == İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Froynd
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. == Bioqrafiya == İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
Dey-treydinq
Dey-treydinq (ing. Day-Trading) — əməliyyat günü ərzində açıq mövqeləri ertəsi günə köçürmədən birjada spekulyativ ticarət. Gündüz ticarəti termini, yalnız gün içi əməliyyatların istifadə olunduğu, qiymətli kağızların saxlanma müddətinin bir neçə dəqiqədən bir neçə saata qədər olduğu strategiyanı ifadə edir. Bir çox treyder eyni anda bir neçə strategiyadan istifadə edə bilər ki, bunlardan biri də gün içi əməliyyatlardır. Başlanğıcda bir günlük ticarət yalnız maliyyə şirkətləri və peşəkar spekulyantlar tərəfindən istifadə olunurdu. Bu ticarət bankların və investisiya firmalarının işçiləri tərəfindən həyata keçirildi. Bununla birlikdə, elektron ticarət və marja ticarətinin yayılması ilə bu fəaliyyət növü, qeyri-peşəkar ticarətçilər arasında populyarlaşır. Ümumiyyətlə, marjinal ticarəti əməliyyatların rentabelliyini artırmaq üçün istifadə olunur ki, bu da risklərin artmasına səbəb olur. Gün içi ticarət fundamental təhlildən çox texniki analizə güvənməyə meyllidir. 1996-cı ildən bəri Birləşmiş Ştatlarda fiziki şəxslər üçün gündəlik ticarətə icazə verilir.
Cenifer Breninq
Cenifer Breninq (alm. Jenifer Brening‎; d. 15 dekabr, 1996, Berlin, Almaniya) — Almaniya müğənnisi və reper. O, Cessika Muskat ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O, daha öncə Almaniyanın The Winner Is ... və Deutschland sucht den Superstar musiqi yarışmalarında da iştirak etmişdir.
Otis Reddinq
Otis Rey Reddinq-kiçik (ing. Otis Ray Redding, Jr.; 9 sentyabr 1941[…] – 10 dekabr 1967[…], Madison) — amerikalı müğənni və mahnı müəllifi, prodüser və aranjimançı. 26 yaşında təyyarə qəzasında dünyasını dəyişən Reddinq soul musiqisinin klassiki kimi tanınır. Onun kəskin sosial çalarları ilə "(Sittin' On) The Dock of the Bay" mahnısı sənətçinin ölümündən sonra Billboard Hot 100- də birinci olub. Böyük uğur dalğasında ABŞ hit-paradında musiqiçinin aşağıdakı bəstələri peyda oldu: “Ürəyimdəki ağrı”, “Sevgim bu qədər güclüdür”, “Mən səni çoxdan sevirəm”, “Cənab. Yazıq". 2008-ci ildə Rolling Stone jurnalı Otis Reddinqi müharibədən sonrakı dövrün 8-ci ən böyük müğənnisi adlandırmışdır və onun " Try a Little Tenderness" mahnısı Rolling Stone-un bütün zamanların 500 ən böyük mahnısı siyahısında 204-cü yerdədir.
ANT Group
APA Group
APA Group — Azərbaycanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan media holdinq. Əvvəlki adı ilə “APA Holdinq” 3 oktyabr 2012-ci il-də yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. == Fəaliyyəti == Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir. 3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir. 2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb. == Tərkibi == “APA Group”a aşağıdakı qurumlar daxildir: “Azəri-Press Agentliyi” MMC - APA “Online News Agency|Online Nyus Agency” MMC - ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı “Kulis.az” internet dərgisi "APA Mark" MMC APA TV == Rəhbərlik == Prezidenti: Vüsalə Mahirqızı == Həmçinin bax == Global Media Group Gündəlik Teleqraf (media qrup) Səs Media Qrupu Yeni Çağ (media qrup) Yeni Müsavat (media qrup) Modern Media Qrupu Day (media-şirkət) == İstinadlar == == Mənbə == “APA Holding” MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti “APA Holding”in təqdimatı keçirilib == Xarici keçidlər == apaholding.az — APA Group rəsmi saytı APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?
ATEF Group
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
BESIX Group
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
BT group
British Telecommuncations (azərb. "Britiş Telekommunikeyşnzs") (BT Group, dünyanın ən böyük telerabitə şirkətlərindən biridir. Baş qərargahı İngiltərənin paytaxtı Londonda yerləşən şirkət 170-dən çox ölkədə xidmətlərini icra edir. == Tarixi == 1980-ci ildə Böyük Britaniyada rabitə xidmətlərini təklif edən "Post Office Telecommunications" dövlət şirkətinin özəlləşməsi ilə yaranıb.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır. Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi.
Broun (vulkan)
Broun piki — Antarktidanın Balleni adaları qrupuna daxil olan Struc adasında yerləşən vulkan. Vulkan Viktoriya Torpağı sahilindən bir qədər aralıda yerləşir. Ada ilk dəfə 1839-cu ildə aşkarlanmışdır. Adanı Con Balleni ekspedisiyanı maliyyələşdirən tacir Braunun şərəfinə adlandırmışdır. Zirvənin ikinci adı olan «Rassel piki» Ceyms Klark Rossun ekspedisiyası ilə bağlıdır. Vulkanın aktivliyi barədə son məlumat ABŞ aviasiyasına aiddir. Son zamanlar avtivlik müşahiə edilmir. Vulkan faktiki araşdırılmamışdır.
Broun ağacı
Broun ağacı — 1990-ci illərdə populyar olan kompüter incəsənətinin formasıdır. Broun ağacı ağacabənzər strukturların riyazi modelidir. Broun ağacının kompüterdə düzəldilməsi üçün əvvəllər saatlarla vaxt sərf edilirdi, lakin bir neçə saniyədə Borun ağacını düzəltmək mümkün oldu. Broun ağacı əsas üç faktordan asılı olaraq müxtəlif formaya malik olur.
Broun hərəkəti
Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti hərəkət heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir. == Broun hərəkətinin kəşfi == Broun hərəkəti ilk dəfə 1827-ci ildə İngilis botaniki və ya "Botaniklər knyazı" ləqəbi ilə tanınan Robert Broun tərəfindən kəşf edilmişdir. Robert Broun hərəkətini ilk dəfə bitkilərin tozcuğunda tapmışdır. Robert bu hərəkəti mikroskop altında "Clarkia pulchella" bitkisinin çiçək tozunda müşahidə etmişdir.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Evsen Group
Hyve Group
Hyve Group, keçmiş adı ilə ITE Group — beynəlxalq sərgi və konfransların təşkilatçısı olan şirkətlər qrupu. Qrup hər il 14 ölkədə 130-dan çox ticarət sərgisi və konfransı təşkil edir və dünyanın 17 ofisində 1200-dən çox işçi çalışır. Şirkətin əsas devizi, müştəriləri üçün yüksək təcrübə və investisyanın qaytarılmasını təmin edən, məzmuna əsaslanan, mütləq iştirak gərəkdirən tədbirlərdən ibarət dünyanın aparıcı portfoliosu ilə təmin etməkdir. London fond birjasında siyahıya alınmışdır.
Redinq Muzeyi
Redinq Muzeyi — İngiltərənin Berkşir qraflığının Redinq şəhərində tarixi muzey. Muzey Redinqin tarixini təsvir edən qalereyaları, qazıntılar zamanı aşkar edilmiş artefaktları və digər kolleksiyaları ehtiva edir. == Tarixi == Muzeyin fasadı 1875-ci ildə Alfred Uaterhous tərəfindən layihələndirilsə də, bina 1786–1897-ci illər arasında bir neçə mərhələyə tikilmişdir. 1879-cu ildə kitabxana və muzeyin yerləşdiyi yeni qanadın təməli qoyuldu və muzey 1883-cü ildə açıldı. 1897-ci ildə muzey daha da genişləndi və yeni qalereyalar əlavə edildi. Muzey 1989-cu ildə təmir üçün bağlandı və 1993-cü ildən 2000-ci ilə qədər mərhələlərlə açıldı. == Qalereyaları == === Oxu qalereyası === Qalereyada VI-cı əsr, Saksonların yaşadəğı dövrə aid eksponatlar nümayiş etdirilir. Redinq Abbatlığına xüsusi diqqət yetirilir. === Silçester qalereyası === Qalereyada yaxınlıqdakı Silçester şəhərində aparılan qazıntılardan əldə edilən çoxlu arxeoloji tapıntılar, eləcə də Roma şəhərinin həyatına dair izahlı modellər və digər məlumatlar nümayiş etdirilir. Qalereyaya bürünc Silçester Qartalı daxildir.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. == Etimologiyası == Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrunt
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qroznı-Citi
«Qroznı-Citi» — Qroznı şəhərinin mərkəzində, Əhməd Kadırov prospekti boyunca, Sunja çayının sdahilində yerləşən çoxmərtəbəli binalar kompleksi. == Planlaşdırma == Kompleksin ümumi sahəsi 4,5 hektardır. Yeddi çoxmərtəbəli bina (yaşayış binaları, otel, ofis və iş mərkəzi) var: biri 40 mərtəbəli, biri 30 mərtəbəli, üçü 28 mərtəbəli və ikisi 18 mərtəbəli. Yaşayış binalarındakı mənzillərin ümumi sayı 700-dür. Bir mənzilin faydalılıq sahəsi 68 ilə 280 m² arasındadır. Fenix yaşayış binasının ilk iki mərtəbəsində ticarət mərkəzi yerləşir. Yaşayış binalarının yanında, 303 otaqlı 28 mərtəbəli beşulduzlu otel və ümumi sahəsi 34.000 m² olan 30 mərtəbəli ofis və iş mərkəzi tikilmişdir. Otelin damında vertolyot meydançasıvardır. Oteldə bir üzgüçülük hovuzu, spa mərkəzi, idman zalı, 3 restoran, 32-ci mərtəbədəki şəffaf günbəzin altındakı kafe və ticarət köşkləri yer alır. Göydələnlərin hər birinin altında ümumi tutumu təxminən 3000 maşın olan iki yeraltı dayanacaqlar var.
Qroznı Fəhləsi
Qroznı fəhləsi — Çeçenistan Respublikasının tarixi, elmi və təhsilli, mədəni və maarifləndirici rusdilli qəzeti. 1917-ci ilin mart ayından Qroznıda nəşr olunur. Bölgədəki ən qədim çap nəşri sayılır. == Tarixi == === Qəzetin yaradılması === Qəzetin ilk sayı 1917-ci ilin martında "Yoldaş" adı ilə nəşr olunub. 1918-ci ildə qəzet "Qroznı Dairəsi Fəhlə və Hərbi Deputatlar Şurasının İzvestiyası" adlandırılıb. 1920-ci illərin əvvəllərində qəzetə "Qırmızı üsyançı" adı verilib. 1921-ci ildə Qroznının əsas qəzeti yenidən adını dəyişib, o vaxtdan etibarən "Qırmızı Əmək" adını alıb. Bu zaman nəşr zəhmətkeşlərin gündəlik qəzeti olaraq ad qazanmışdı.. Daha sonra qəzet, Qroznı Şəhər İcraiyyə Komitəsinin və Qafqaztrudarmiya Siyasi İdarəsinin gündəlik orqanı oldu. Sonradan qəzet Qroznı Şəhər İcraiyyə Komitəsinin və Süvari Ordusunun Siyasi İdarəsinin gündəlik orqanı və Qrozni Şəhər İcraiyyə Komitəsi və Süvari İdarəsinin gündəlik qəzeti kimi dərc edildi.
Qroznı döyüşü
Qroznı döyüşü — 1996-cı ilin avqustunda baş vermiş döyüş. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri və şəhərdə yerləşən Çeçen milisləri şəhərin böyük hissəsinə nəzarəti itirir. Bundan sonra Rusiya Federasiyası ilə tanınmayan Çeçen İçkeriya Respublikasının nümayəndələri arasında Xasavyurt müqaviləsi bağlanır. Bu Birinci Çeçenistan müharibəsinə son qoyur. == Üsyançıların sayı == Əməliyyatın əvvəlində ayrı-ayrı qruplarda Qroznıya sızan üsyançıların sayı təxminən 1,5—2 min nəfər olur. Döyüşlər zamanı şəhərə yerli sakinlərin qayıtması və əvvəllər federal qoşunların tərəfində olanların üsyançıların tərəfinə keçməsi ilə onların sayı tədricən artır. Nəticədə Aslan Masxadovun Qroznıda nəzarət etdiyi çeçen birləşmələrinin sayı avqustun ikinci yarısına qədər 6-7 min nəfərə çatır. Ümumi rəhbərliyi həyata keçirən Aslan Masxadov bu əməliyyatın "bütün dünyaya və hər şeydən əvvəl Rusiyaya separatçıların döyüş potensialını göstərmək üçün" edildiyini bildirir. Xəttab dəstəsi ilə birlikdə hücumda iştirak etdi. == Federal qüvvələrinin sayı == Rusiya tərəfi say üstünlüyünə (daxili qoşunların 6 min hərbçisi), zirehli texnika və artilleriya üstünlüyünə və mütləq hava üstünlüyünə malik olur.
Qroznı rayonu
Qroznı rayonu (çeç. Соьлжа-ГӀалин кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qroznı şəhəridir (bununla belə rayonun tərkibinə daxil deyildir). Qroznı rayonunun rəhbərliyi Tolstoy-Yurt kəndində yerləşir. == Coğrafiya == Rayon Çeçenistan Respublikasının mərkəzi hissəsində yerləşir. Şimalda Naurski və Şelkovski rayonları, şərqdə — Qudermes rayonu, cənub-şərqdə — Şali rayonu, cənubda — Urus-Martan rayonu ilə həmsərhəddir. Cənub-qərbdə Axçoy-Martano və Sunjenski rayonları, şimal-qərbdən Nadterek rayonu ilə sərhədə sahibdir. Rayonun mərkəzində onun tərkib hissəsi olmayan Qroznı şəhər rayonu yerləşir. Rayon şərqdə Arqun şəhəri ilə həmsərhəddir. Çeçen düzünliyində yerləşir.