Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. == Həyatı == 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur.Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. === Təhsili === İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. == Ailəsi == Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur. 2 övladı vardır: Çiftçioğlu Aydolu Atsız, Maya Atsız.
Buğra Gülsoy
Behiç Buğra Gülsoy (22 fevral 1982, Ankara) — Türkiyə aktyoru. == Bioqrafiya == 22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı.İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün (türk. Hepimiz Birimiz İçin) adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm (türk. Güneşi Gördüm) filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı. Günəşi Gördümün ardından Atv-də yayımlanan Unudulmaz (türk.
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. == Həyatı == Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
Tarık Buğra
Tarık Buğra və ya Süleyman Tarık Buğra türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb. == Həyatı == Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar.
Harun Buğra xan
Harun Buğra xan(X əsr – 992) — Qaraxanlı hökmdarı. == Həyatı == Əbdülkərim Satuk Buğra xanın nəvəsi, Xanzadə Süleyman xanın oğlu olub şahzadəliyində qardaşı Əbül-Həsən Əli Arslan xan tərəfindən dövlətin qərb qismlərini idarə etməklə vəzifələndirildi. O, Mavəraünnəhri ilk fəth edən Qaraxanlı hökmdarı olaraq şöhrət qazanmışdır. Samanilərin içində olduğu qarışıqlıqlar dolayısıyla bir qism müxalif Samani komandanlarının da dəstəyini qazanara1 990-cı ildə İsficabı zəbt etdi. İki il sonra Samanilərin paytaxtı Buxaraya girdi (May 992). Samani əmiri Nuh ibn Mənsur şəhəri tərk etmək məcburiyyətində qaldı. Bu hərəkəti, samanilərin Xorasan valisi Əbu Əli Simcuri tərəfindən dəstəklənmişdi. Hətta onunla daha İsficabın zəbti sırasında, Ceyhun çayı sərhəd-sınır olmaq üzrə Samani dövlətini təqsim etmə xüsusunda gizli bir andlaşma da aparmışdı. Beləcə Xorasan Əbu Əlinin, Maveraünnəhr də Harun Buğra xanın idarəsinə keçəcəkdi. Ancaq Harun Buxaraya girdikdən sonra Əbu Əlini bir ordu komandanı kimi gördü və daha öncəki anlaşmaya yanaşmadı.
Məhəmməd Əli Buğra
Məhəmməd Əli Buğra (urdu محمد علی بوگرہ, benq. মোহাম্মদ আলী বগুড়া; 19 oktyabr 1909[…] – 23 yanvar 1963, Dəkkə) — Pakistan İslam Respublikasının 3-cü baş naziri. Kalkutta Universitetində Başçılıq Kollecində təhsil aldıqdan sonra, siyasi karyerasına Müsəlman Birliyi platformasında başlamış və 1940-cı illərdə o vaxtkı Baş nazir H. S. Suhrawardy'nın Benqal əyalət kabinetinə qatıldı. Hindistanın bölünməsi nəticəsində 1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Xarici İşlər Nazirliyinə karyera diplomu ilə qatıldı və qısa müddətə Pakistanın Birmada (1948), Kanadada (1949-52) səfiri kimi çalışdı və iki dəfə ABŞ-də xidmət etdi. 1953-cü ildə ABŞ-dəki Pakistandakı xidmətlərindən geri çağrıldıqdan sonra o, general-qubernator Malik Qulam tərəfindən təsdiqlənmiş görüşdə Sir Khwaja Nazimuddin'i Baş nazir vəzifəsinə təyin etdi. Onun xarici siyasəti Sovet İttifaqı ilə münasibətləri aşağı salmaqla Pakistan və ABŞ arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsini ciddi şəkildə davam etdirdi. Hindistanla sülh əldə etmək üçün daha güclü bir hərbi qüvvəyə təkan verdi və Çin ilə münasibətləri prioritetləşdirmək üçün fərdi təşəbbüslər etdi. Cəbhədə 1956-cı ildə Pakistanı federal parlament respublikası halına gətirən konstitusiyanın əsasını qoyan məşhur siyasi düsturu uğurla təklif etdi. Məşhur təşəbbüslərinə baxmayaraq, o, 1959-cu ilə qədər işlədiyi Pakistanın ABŞ-dəki səfiri vəzifəsinə yenidən təyin olunan Baş Qubernator İskəndər Mirzəyə dəstəyini itirdi. 1962-ci ildə prezident Əyyub Xanın administrasiyasına, 1963-cü ildə vəfat edənə qədər Pakistanın Xarici İşlər Naziri olaraq qatıldı.
Satıq Buğra xan
Satıq Buğra xan (ərəb. صَتُق بُغرا خان‎; Satuq Bughra Khán, Uyğur: سۇلتان سۇتۇق بۇغراخان) — Qaraxanlıların 920-958-ci illər arasındakı hökmdarı, 932-ci ildə İslamı qəbul edərək, tarixdəki ilk müsəlman Türk xaqanı. Türk topluluğunun toplu halda İslama keçməsinə yol açmışdır. Qaraxanlı hökmdarı Satıq Buğra xanın dövründə İslam rəsmi din elan edilib. Buna görə türk tarixi üçün əhəmiyyətlidir və haqqında Satıq Buğra xan dastanında danışılır. == Hayatı == === Müsəlmanlığı qəbul etməsi === 920-ci ildə doğulub. Atası Qaraxanlı hökmdarı Bazir Arslan xan idi. Atasının ölümündən sonra əmisi və ögey atası Oğulcaq xanın himayəsində böyüdü. Satıq Buğra on iki yaşlarında olarkən Mavəraünnəhr və Xorasan bölgəsinə hakim olan müsəlman Samani dövləti şahzadələri arasında anlaşılmazlıq çıxdı. Bunlardan Nasir ibn Əhməd, Oğulcaq xanın ölkəsinə sığındı.
III Məhəmməd Buğra xan
Məhəmməd bin İbrahim xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1156. ildə atası II İbrahim Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Harun Buğra xan
Harun bin Süleyman xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1075. ildə əmisi oğlu Ömər Toğrul xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Məhəmməd Buğra xan
Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1055. ildə qardaşı Süleyman Arslan xanı öldürdükdən sonra hakimiyyətə gəlmişdir. == Həyatı == === Saray çevrilişi === Məhəmməd Buğra xanın həyat yoldaşı Xanısı xatun oğlu Xanzadə İbrahim xanı taxta çıxarmaq üçün böyük bir şənlikdə Məhəmməd Buğra xanı, ögey oğlu Xanzadə Hüseyn xanı və Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub bir neçə xanzadəni zəhərlədi. Bəzi Xanzadələr içərisində Xanzadə Mahmud xanda olmaqla başqa şəhərlərə qaçdılar, İbrahim Buğra xan taxta çıxdıqdan sonra adamlarına ölkənin hər bir qarışını axtarıb onları edam eləmələri göstərişini verdi. Bəzi Xanzadələr canlarını qutarıb başqa ölkələrə qaçdılar. == Ailəsi == === Oğulları === Xanzadə Hüseyn xan Qaraxani Xanzadə İbrahim Buğra xan Qaraxani === Nəvələri === Xanzadə Mahmud Qaşqarlı– Xanzadə Hüseyn xan Qaraxaninin oğlu.
II İbrahim Buğra xan
İbrahim bin Əhməd xan Qaraxani (1128 – 1158) — Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1130. ildə atası Əhməd Arslan xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyətini gücləndirmək və ara müharibələri bitirmək məqsədilə Qaraxitaylar dövlətindən kömək aldı və onların vasalına çevrildi. Qaraxitaylar dövləti, Balasaqunu işğal etdikdən sonra paytaxt Qaşqar şəhəri oldu. Qaraxitaylara üsyan edən Qarluqların üsyanını yatırtmaq üçün onu göndərdilər. 1158. ildə öldürülən II İbrahim Buğra xanın yerinə oğlu III Məhəmməd Buğra xan ve sonra da nəvəsi II Yusif Tamğaç xan keçdi.
IV Məhəmməd Buğra xan
Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1205. ildə atası II Yusif Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. II Yusif Tamğaç xan 1205. ildə vəfat edəndə oğlu Məhəmməd Buğra xan Qaraxitaylı Kür xanın yanında əsir kimi tutulurdu. Nayman hökümdarı Kuçluk xan tərəfindən azad edilib 1207. ildə Qaşqar şəhərinə göndərildi. Amma Qaşqar şəhərinə çatmamış şəhərin bəyləri tərəfidən 1211. ildə öldürüldü. Bu hadisəni öyrənən Nayman hökümdarı Kuçluk xan Qaşqar şəhərinə daxil olub böyük qətliam törətdi.
I İbrahim Buğra xan
İbrahim bin Məhəmməd xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1057. ildə anası Xanısı xatın sarayda çevriliş edir, II Məhəmməd Buğra xan və ögey oğlu Hüseyn xanı zəhərliyir sonra oğlu İbrahim Buğra xanı hakimiyyətə gətirir.
Musa Baytaş Buğra xan
Musa Baytaş Buğra xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 955. ildə atası Satıq Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövlətinin ərazisində İslam dininin yayılmasını dəvam elətdirdi. == Ailəsi == === Oğulları === Xanzadə Əli xan Qaraxani === Nəvələri === Xanzadə Nəsr bin Əli xan– Xanzadə Əli xan Qaraxaninin oğlu. Xanzadə Əhməd xan – Xanzadə Əli xan Qaraxaninin oğlu. Xanzadə Mənsur Arslan xan – Xanzadə Əli xan Qaraxaninin oğlu.
Buğda
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Tuğra
Tuğra (ərəb. طغراء‎) — Gerb, dövlət nişanı. Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanəsi. == Tarixi == Tuğra (və ya təğma) xətti (monqol mənşəli sözdür) – Bu xətt növünü monqolların quş toteminə və simurq kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab etmək olar. Toğrul bəyin hakimiyyəti dövründə tuğra xətti xəttatların diqqətini cəlb etməyə başlamışdır. Özünəməxsus üslub və elementlərlə yazılan tuğra xətti özündə əfsanəvi quşların qanadlarını əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif tuğra növləri yaranmış və görünüşünü daha da gözəlləşdirən elementlər əlavə olunmuşdur. Tuğradan daha çox hökmdarların möhür və adlarının yazılmasında istifadə olunmuşdur. Bəziləri bu xətti "asılı xətlər", "turə", "hilalvari" və "qərğan" da adlandırmışlar. == Osmanlı sultanlarının tuğraları == == Xarici keçidlər == TUĞRA NƏDİR?
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Buğda yarması
Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir. Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Suğra Bağırzadə
Suğra Sadiq qızı Bağırzadə (10 fevral 1947, Bakı) — Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti (2008), "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı. == Həyatı == Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində 7 saylı tam orta məktəbdə orta təhsil almışdır. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" mahnısı olmuşdur. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Cücələrim" mahnısı Artek pioner düşərgəsində buraxılan "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valına daxil edilib. 12 yaşında istedadlı qız "Azərbaycanfilm" kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. 8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın "Yollar və küçələrlə" qısametrajlı filmində baş rolda çəkilmişdir. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan "Ulduz" filmində Yetər roluna dəvət olunub. Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdır. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirmiş və bir çox filmlərdə yadda qalan obrazlar yaratmışdır.
Təkdənli buğda
Triticum monococcum (lat. Triticum monococcum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Statusu == Çox nadir növdür. == Yayılması == Şuşakənd, Topxana ətrafında və Laçın, Şuşa, İsmayıllı, Yardımlı rayonlarında rast gəlir. Azərbaycandan kənarda – Krım, Ermənistan, Balkan yarımadası və Ön Asiya. == Bitdiyi yer == Quru, çınqıllı, gilli, qumlu yamaclar, az münbit torpaqlarda. == Ehtiyatı == Azdır. Tək-tək, bəzən qrup halında rast gələn sahələri məlumdur. == Çoxalması == Toxumla çoxalır. == Ehtiyatının dəyişilməsi səbəbləri == Ərazidən təsərrüfat üşün istifadə etdikdə asanlıqla yox ola bilər.
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Bura Azərbaycandır
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Bura Azərbaycandır!
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri.Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi.Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Büsra
Büsra (ərəb. بصرى‎) — Suriyanın cənubində yerləşən şəhər.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Məhəmməd Əmin Bugra
Məhəmməd Əmin Buğra (həmçinin Muḥammad Amīn Bughra; uyğ. مۇھەممەد ئىمىن بۇغرا, محمد أمين بغرا, Муххамад Эмин Бугро; çin. 穆罕默德·伊敏 pinyin Mùhǎnmòdé·Yīmǐn; həmçinin Türkiyə ləhcəsində Mehmet Emin Buğra; 1901–1965) — Şərqi Türkistan İslam Respublikasının yaradıcılarından və liderlərindən biri, Şərqi Türkistan İstiqlaliyyət hərəkatı nümayəndəsi. Məhəmməd Əmin Buğra cədiçilik hərəkatının görkəmli liderindən biridir. == Həyatı == 1937-ci ilin yazında Cənubi Sincanda yenidən üsyan başladı. Uyğurların bu üsyanı qaldırmasına sıra amillər təsir etmişdir. Türk müsəlmanlarını sakitləşdirmək üçün Şen Şitsai onları arasından müstəqillik tərəfdarı olmayan bəzi nüfuzlu liderləri, o cümlədən Hacı Niyazi Xocanı və Kumul üsyanının başqa bir lideri (20 fevral 1931 - 30 noyabr 1931) Yulbars Xanı Qaşqar və Urumçidə vəzifələrə təyin etmişdi. Eyni zamanda, İslamın təməl prinsiplərinə hücum edən təhsil islahatları və cənuba yayılmış ateist təbliğat proqramı yerli əhalini Şen hökümətindən daha da uzaqlaşdırırdı. Qaşqarda varlı bir müsəlman, Turfan üsyanının keçmiş lideri (1932), Şenin təyin etdiyi şəxslərdən biri olan Mahmud Sijan, hökumətə qarşı çıxışların əsas rəhbəri oldu. Bu vaxt Sərdar Məhəmməd Haşim Xanın rəhbərliyi altında Əfqanıstanda, Şərqi Türkistan İslam Respublikasının (ilk Şərqi Türkistan Cümhuriyyəti olaraq bilinən ŞTİR) sürgündəki liderlərindən biri Məhəmməd Əmin Buğra 1935-ci ildə Yaponiya səfirinə "Yaponiya protektoratı altında, silah-sursat və maliyyə ilə Tokionun təmin edəcəyi "Şərqi Türkistan Cümhuriyyəti" qurulması barədə ətraflı bir plan təklif edərək" müraciət etmişdi.
Biblida (Buqro)
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal - hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Büşra Yılmaz
Büşra Yılmaz (türk. Büşra Yılmaz; 1996, Tokat) – Türkiyə qadın romançısı. == Karyera == Kiçik yaşlarından bəri yazmağa marağı olan Büşra Yılmaz, əlində hal-hazırda "Ölümə Pıçıldayan Adam" kimi əsəri olmasına baxmayaraq, əyləncəyə ehtiyacı olduğu bir dönəmdə internetdən 4N1K adlı əsərini bölüm-bölüm yazmağa və birbaşa oxuyucuya təqdim etməyə başladı. Gələn böyük maraqdan sonra, çap üçün Epsilon nəşriyyatı ile razılaşdı. Kitab satışa çıxan kimi "çox satanlar" siyahısına ilk sıradan girdi və ilk həftə 100 mindən çox satıldı. Elele Avon Qadın Mükafatları (2016) tərəfindən "İlin Yazarı" mükafatına layiq görüldü. İmza günlərində yaşanan gərginlikdən sonra o, Fabrika Yapım-dan işini filmə çevirmək təklifini qəbul etdi və bu təklif "4N1K-2: 12-dən sonra" üçün davam etdi. Çıxarılan iki filmdən sonra ekranlarda "4N1K İlk Sevgi" adı ilə Fox TV seriyalı kimi yayımlanmağa başladı. Birinci sezondan sonra serial rəqəmsal olaraq "4N1K Yeni Başlanğıclar" adı ilə davam etdi. 4N1K ilə çox ziddiyyətli bir fantastikaya sahib olan "Ölümə Pıçıldayan Adam" və onun davamı olan "Kibrit Çöpü Məzarlığı" da Epsilon Nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Dalğa (Buqro)
"Dalğa" (fr. La Vague) — fransız akademik rəssam Vilyam Buqronun 1896-cı ildə yağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsərdə dəniz sahilində qumun üstündə oturmuş qız təsvir edilmişdir. Qızın fonunda böyük mavi dalğa görünməkdədir. Sağ tərəfdən təsvir edilmiş qız başını sağ tərəfə çevirmişdir. Onun üzündə yüngül gülüş sezilməkdədir.
Kupidon (Buqro)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Nimfalar (Buqro)
Nimfalar (ing. The Nymphaeum) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. Yağlı boya ilə kətan üzərində işlənmiş əsər 1878-ci ildə Parisdə tamamlanmşdır. Əsərdə gölməçədə çimən və əylənən mifik qəhrəmanlar - nimfalar təsvir edilmişdir. Buqro digər oxşar mövzulu əsərlərindən fərqli olaraq bu əsərdə tünd rəngli boyalara üstünlük vermişdir.
Oreadalar (Buqro)
Oreadalar (fr. Les Oréades) - tanınmış rəssam Vilyam Buqro tərəfindən 1902 - ci ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.Oreadalar dağ və mağara (mağara oreadalarından ən məşhuru Exodur) nimfalarıdırlar. Onlar adətən şən qrup şəklində qaban və ya quş ovlayarkən, ya da özlərinə sevgili axtararkən təsvir edilirlər. Diananın çağırışı ilə onlar heyranedici şənlik təşkil edirlər. Salonun 1902 – ci il kataloqunda Buqronun çəkdiyi "Oreadalar" əsərinin izahı aşağıdakı kimi verilmişdir: "Kölgələr dağılır; günəş parıldamağa başlayır, dağların zirvəsi çəhrayı rəng alır. Bu zaman bütün gecəni meşənin qaranlıq kölgələri arasında keçirən nimfalar dəstəsi meşədən çıxaraq çaya tərəf irəliləyir, suda şənlənir və səmaya qalxırlar. Onları faunlar təəccüb içində izləyirlər. Beləcə yenidən öz real mahiyyətinə qovuşan tanrılar ruhani məkanı doldururlar." Bu əsərlə Buqro özünün akademik rəssamlıq sahəsindəki bacarığını və ideallarını göstərmişdir. Bu uçan qadın fiqurları ilə Buqro tam cəsarətlə yaradıcı və şairanə baxışlarını sərgiləməklə bərabər eyni zamanda alatoran fon əsasında qadınların gözəlliyini də qabartmışdır.
Rəqs (Buqro)
Rəqs (fr. La Danse, ing. The Dance) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1856-cı ildə işlənmiş rəsm əsəri. əsər hazırda Parisdəki Orse muzeyində saxlanmaqdadır. == Sərgilərdə == Salon, Paris, Fransa, 1857 == Ədəbiyyat == Vendryes Ch., Catalogue illustré des oeuvres de William Bouguereau, Paris, 1885 Vachon M., William Bouguereau, Paris, 1900 Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du Musée du Louvre et du Musée d’Orsay, Paris, 1986 Compin Isabelle — Lacambre Geneviève [coordination]- Roquebert Anne, Musée d’Orsay.