Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağ ciyər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Ciyər parçalanması
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Ciyər paşteti
Paştet (alm. Раstеtе‎) 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Qara ciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Ağ ciyər adenomatozu
Ağ ciyər adenomatozu – qoyunlarda, bəzən keçilərdə və s. heyvanlarda ləng inkişaf edən infeksion xəstəlik. Ağ ciyərdə şiş əmələ gəlməsi ilə xarakterizə olunur. İlk dəfə 1825-ci ildə Cənubi Afrikada təsvir edilmiş, 1894-cü ildə isə Ağ ciyər adenomatozu adı ilə Böyük Britaniyada qeydə alınmışdır. Avstraliyadan başqa bütün qitələrdə məlumdur. Yoluxma mənbəyi xəstə heyvanlardır. İnkubasiya dövrü bir neçə ildir, çox vaxt 4–9 ay çəkir. Diaqnoz klinik əlamətlərə görə qoyulur məsələn tənəffüs zamanı fitə bənzər səslərin çıxması, burundan çoxlu ifrazatın axması və s. laboratoriya üsulu və patoloji anatomik yarma ilə təsdiq olunur. Müalicəsi işlənilməmişdir.
Ağ ciyər emfizeması
Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin adı yunan sözündən götürülüb ( q.yun. ἐμφυσάω - emphysao ) - irəli və geriyə üfürmək deməkdir. Ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur. Bu xəstəlik, xronik destruktiv bronxit və bronxial astma ilə birlikdə hazırda ağciyərlərin xronik obstruktiv xəstəliklərinin tərkibindən biridir. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur. Ağciyər emfizeması ağciyərlərin kəskin və xroniki xəstəlikləri - bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır. Eləcə də zərərli ekoloji mühit, tozlu istehsalat şəraiti, anadangəlmə meyllik (leykosit mənşəli proteolitik fermentlərin təsiri, a1-antitripsinin çatışmazlığı) xəstəliyin inkişafını asanlaşdıran risk amilləri sırasına daxildir.
Ağ ciyər qanaxması
Ağ ciyər qanaxması, heyvanlarda – əsasən, idman atları və ov itlərində təsadüf edilən xəstəlikdir. Uzaq məsafələrə qaçış zamanı ağ ciyərlərin həddindən artıq gərginləşməsi, ağ ciyər pnevmoniyası və emfizemasının ağırlaşması, döş qəfəsi nahiyəsinin travması, dərin yaralar, itlərdə vərəm ağırlaşmalarıdır. Öskürək zamanı burun dəliklərindən güclənən xırda köpüklü qanlı mayenin axması, ağ ciyər nahiyəsində xırda qovuqcuqlu yaş xırıltı. Diaqnozu klinik əlamətlərə əsasən qoyulur. Heyvanı mülayim sərin yerdə saxlamaq. Öskürəyi pektusin, yaxud dioninlə sakitləşdirmək. Bərk qanaxma zamanı qanın özlülüyünü və laxtalanmasını artıran dərmanlar (kalsium-xlorid, K vitamini) vermək lazımdır. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Qara ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Kiyev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az-əbcəd. کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir. "Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir. Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur.
Ağ Ciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Kiyev Knyazlığı
Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — Qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulmuş dövləti. Şərqi slavyanlar üç qola bölünür: ruslar, beloruslar və ukrainlər. Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. IX əsrdə Şərq slavyanlarının erkən feodal dövləti olan Kiyev dövləti yarandı. Şərq slavyanlarının erkən feodal dövləti halında birləşməsinə onlarən arasında inkişaf etməkdə olan ticarət əlaqələri də çox kömək edirdi. Məsələn, şərq slavyanlarının torpaqlarını və vilayətlərini öz ətrafında birləşdirən Kiyev dövlətinin nəinki xarici, eləcə də daxili ticarətinin ən mühüm yolu varyaqlardan yunanlara gedən böyük yol idi. Kiyevlə Novqorodun birləşməsi ilə Kiyev dövlətinin yaranması başa çatdı. 862-ci ildə Oleqin başçılıq etdiyi drujinaların Novqoroddan Kiyevə yürüşü nəticəsində varyaqlardan yunanlara gedən yol boyu dövlətin bu iki mühüm mərkəzi birləşdirildi. Kiyev knyazı şərq slavyanlarının torpaqlarında dayaq məntəqələri yaratmağa, onlardan xərac toplamağa və yürüşlərdə onların iştirakını tələb etməyə başladı, lakin şərq slavyanlarının çoxu hələ Kiyevə bağlı deyildi.
Kiyev Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev funikulyoru
Kiyev funikulyoru — funikulyor Yuxarı Kiyev ilə Kiyev şəhərini əlaqələndirir. Odessa funikulyorundan sonra Ukrayna ərazisində ikinci funikulyordur. 20 may 1905-ci ildə funikulyorun mexaniki qurğuların sınağı həysta keçirilir. Artıq növbəti gün sərnişinlərin daşınmasına başlanılır. İlk əvvəllər funikulyor hazırkı funikulyordan 40 metr qısa olmuşdur. 1928-ci ilin yayında kanatlardan birini dəyişərkən vaqon aşağıdakı vaqonla toqquşmuşdur. 1929-cu il təmiri zamanı Kiyev funikulyoru 40 metr uzadılmışdır. 1980-ci ilin ortalarında funikulyorda yeni təmirlər gedir. 2008-ci ildə funikulyorun təmiri ilə bağlı tender elan edilir. Maliyyə çatışmamazlığı səbəbindən illik təmirlə kifayətlənməli olurlar.
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.
Kiyev teleqülləsi
Kiyev teleqülləsi (ukr. Київська телевежа) — Kiyevdə yerləşən 385 metr hündürlükdə metal şaquli yüksəksəviyyəli tikilidir. Bu dünyanın ən yüksək qapalı quruluşudur. Qüllə, V. N. Şimanovskinin adına İnstitutunun layihəsi ilə köhnə yəhudi qəbiristanlığının ərazisində tikilmişdir. Televiziya qülləsinin tikintisi 1968-ci ildən 1973-cü ilə qədər davam etdi. Qüllənin metal konstruksiyalarının kütləsi 2,7 min ton təşkil edir — ekskavator 35 kubmetr həcmli bir kəmər ilə çəkinin dartılmasını təmin edir. Qüllə tamamilə müxtəlif diametrli polad borulardan ibarətdir. Qüllənin alt hissəsi (bazası) prizmatik qəfəs hissəsini dəstəkləyən dörd meyilli dəstəkdən ibarətdir. Qüllənin mərkəzi hissəsində 4 metr diametrli şaquli boru var. Bu, bir lift mili kimi xidmət edir.
Kiyev vilayəti
Kiyev vilayəti (ukr. Київська область) — Ukraynanın şimalında yerləşən vilayət.
Kiyev voyvodalığı
Kiyev voyvodalığı (pol. Województwo kijowskie, ukr. Київське воєводство) 1471-1569-cu illərdə Böyük Litva Hersoqluğunun bir hissəsi və 1569-dan 1793-cü ilədək Polşa-Litva İttifaqının inzibati və yerli idarəetmə vahidi idi. 1471-ci ildə Kiyev knyazlığından sonra qurulan monarxiyadır. Liderin adı Voyvoda olub. Birinci voyvodası Martynas Goštautas (1471-1475), axırıncı voyvodası isə Antoni Protazy Potocki (1791-1793) olmuşdur. 1812-ci il statistikasına görə ərazisi 200.000 km² (77,220 sq mi), əhalisi isə 500.000 nəfər olmuşdur.
Kiyev şəhəri
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az-əbcəd. کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir. "Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir. Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur.
Kiyev Madonnası
Kiyev Madonnası (ukr. Мадонна Київська) — 2022-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması zamanı hücumdan qorunmaq üçün Kiyev metrosuna sığınan uşağı əmizdirən qadının simvolik təsviri. Jurnalist Andraş Földesin çəkdiyi fotoşəkil internetdə məşhurlaşmışdır. Bu, həm humanitar böhranın, həm də ədalətsiz müharibənin illüstrasiyasına çevrilmişdir. Təsvir İtaliyanın Munyano-di-Napoli kommunasında yerləşən katolik kilsəsində nümayiş etdirilən, müqavimət və ümidin bədii simvoluna çevrilən ikona üçün ilham mənbəyi olmuşdur. Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərində Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Kiyev şəhərinin bombalanması zamanı hücumdan qorunmaq üçün Kiyev metrosunun tunellərinə sığınan 27 yaşlı Tatyana Blijniyakın üç aylıq qızı Mariçikanı əmizdirdiyi görüntüsü Macarıstan jurnalisti Andraş Földesin diqqətini çəkmişdir və o, bunu kortəbii şəkildə lentə alınmışdır. Qadın əri və uşağı ilə birlikdə 25 fevral 2022-ci ildən metroya sığınmışdır. Onlar 26 fevralda təxliyə edilməli olsalar da, döyüşlər səbəbindən sığındıqları tuneldən çıxa bilməmişdilər. Foto viral olmuş və hətta Vatikanın rəsmi saytı tərəfindən paylaşılmışdır. Onu görənlər arasında Dneprdən olan ukraynalı rəssam Marina Solomennikova da olmuşdur.
Arseni Cioyev
Arseni Cioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Arseni Cioyev 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi. Arseni Cioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseni Cioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseni Cioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseni Cioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Kiyev konservatoriyası
P. İ. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyası, qeyri-rəsmi — Kiyev konservatoriyası, ukr. Національна музична академія України імені П. І. Чайковського (Київська консерваторія) — Ukraynanın ən yüksək dövlət musiqi təhsili müəssisəsi, IV dərəcəli akkreditasiya, Ukraynanın və dünyanın musiqi universitetləri arasında aparıcı yer tutur. Konservatoriya 1913-cü il noyabrın 3-də Rus Musiqi Cəmiyyətinin Kiyev bölməsinin musiqi məktəbinin bazasında yaradılmışdır. Məktəbin bazasında konservatoriya təşkil etmək üçün 1913-cü ilə qədər üç dəfə cəhd edilmiş, lakin yalnız sonuncu cəhd (sənədləri A. Vinoqradski və V. Puxalski hazırlamışlar) uğurlu olmuşdur. İlk direktor Vladimir Puxalski (Kiyev Musiqi Məktəbinin direktoru) idi, Sakse-Altenburqlu Yelena Georgiyevna (Rusiya İmperator Musiqi Cəmiyyətinin sədri, Əlahəzrət Şahzadə) bir il müddətinə Kiyev Konservatoriyasının direktoru olmasını xahiş etdi. 1914-cü ilin iyununda direktor seçkiləri keçirildi və V.V.Puxalski 16 səs aldı (mümkün 16 səsdən), lakin iştirak etməkdən imtina etdi və iştirak edənlərdən məktəbin 1894-cü il məzunu, indi konservatoriyanın professoru olan Reinhold Gliere-ni təsdiq etməyi xahiş etdi ( yalnız iki səs toplayan). 1924-cü ilə qədər konservatoriya yenidən təşkil edilməmişdir. 1925-ci ildə kiçik siniflər ayrıca təhsil müəssisəsinə — musiqi texnikumuna, yuxarı siniflər isə N. V. Lısenko adına Musiqi və Dram İnstitutunun tərkibinə daxil edildi. 1938-ci il aprelin 17-də 25 illik yubileyi ilə əlaqədar və Sovet Ukraynasında musiqi kadrlarının hazırlanması sahəsində müstəsna xidmətlərinə görə konservatoriya Lenin ordeni ilə təltif edilmişdir. 1940-cı ildə konservatoriya P. İ. Çaykovskinin adını daşıyır və o, P. İ. Çaykovski adına Kiyev Dövlət Konservatoriyası kimi tanınır.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Cirən
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cizyə
Cizyə — ərəbcədən götürülən sözdür. Quranda bu haqda belə deyilir: "Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun." (Tövbə surəsi / 29 ) Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir. Yəni fəth edilən ərazidə qeyri müsəlmanlardan kollektiv olaraq alınırdı. Cizyəni ağılca,bədəncə sağlam və yetişkin kişilər ödəyirdi. Qocalardan, qadınlardan, uşaqlardan, xəstələrdən müharibədə iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. Korlar, şikəst olanlardan yalnız varlılar cizyə ödəyirdi. Kasıblar və dilənçilər cizyə ödəməzdi, yoxsul rahiblər də ödəməzdi.
Dinamo Kiyev FK
Dinamo (Kiyev) - Ukraynanın Kiyev şəhərini təmsil edən, Ukrayna premyer liqdasının daimi iştirakçısı olan futbol klubudur. Ukraynanın ən titullu futbol klubudur. SSRİ-nin bütün futbol üzrə çempionatlarında iştirak etmiş 2 klubdan biridir (Moskva "Dinamo"su ilə birlikdə). SSRİ-nin ən titullu klubudur.İlk dəfə SSRİ çempionu olmuş qeyri-Moskva klubudur. İki dəfə Kuboklar kubokunu (1975,1986), bir dəfə isə UEFA Superkubokunu (1986) qazanmışdır. İlk dəfə Avropada mükafat qazanmış SSRİ klubudur. 15 dəfə Ukrayna çempionu olmuş, 12 dəfə Ukrayna kubokunun, 8 dədə Ukrayna superkubokunun sahibidir. 1927-ci ildə 13 may tarixində yaradılmışdır.İlk rəsmi oyununu "Beliy Cerkov" şəhərində, həmn şəhərin yığmasına qarşı keçirmişdir. Növbəti oyun 17 iyun 1928-ci ildə Odessa Dinamosuna qarşı keçirmişdir (2-2). Ümumittifaq idman cəmiyyəti kimi isə Dinamo 1923-ci ildə Feliks Djerzinskinin təşəbbüsü ilə yaradılmışdır.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Cibəl
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir. Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1018 nəfərdir. Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Siyər
Siyer-i Nəbi; (ərəbcə ː Sira ən-Nəbəviyyə ), qısaca sirah. Ənənəvi İslam ədəbiyyatında Məhəmmədin tərcümeyi-hallarına verilən addır. Quran və hədislərlə yanaşı, Məhəmmədin həyatı və İslamın ilk dövrləri haqqında ən çox tarixi məlumatların mənbəyidir. Məhəmmədin həyatı və ilk İslam tarixi ilə bağlı ən diqqət çəkən məsələ, məlumatların, şifahi hekayə mədəniyyətinin nizamsız məhsulu kimi meydana çıxması və təfərrüatların əsrlər boyu artan tərəqqisidir. Hekayələr Məhəmmədin həyatından 150-200 illik fasilədən sonra toplanır, çeşidlənir, düzülür və bioqrafik mətnlərə çevrilir. Bu rəvayətlər qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və öz daxilində ziddiyyətlər ehtiva edir. Hekayələr zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır. Hədis və sira mənbələrində Məhəmmədin həyatı ilə heç bir əlaqəsi olmayan əhvalatların bəzi dəyişikliklər edilərək Məhəmmədin hekayətinə əlavə olunabilər. Sami Ezzib, Xeybərin fəthi və Qureyza qırğını kimi mövzuların yəhudilərin müqəddəs kitabında yer aldığını, lakin bu mənbəyə görə yəhudilərin qeyri-yəhudiləri qətlə yetirdikləri məlumatını verir. Rəvayət (Qıssa) çi ənənəyə əsaslanır əsərlərdən başqa İslamın ilkin tarixi, tarix baxımından nə vaxt meydana çıxdığı, hansı coğrafiyada doğulub dünyaya yayıldığı bu gün də qeyri-müəyyən olaraq qalır.
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. Viyen kend mesciti 1883-cü ilde Qedirov Qedir terefinden insa etdirilib. O, Qum sheherinde oxuyarken öz heyatyani sahesini mescit tikmek üçün kend camaatina verib. Eyni zamanda muxtelif imkanli shexslerden de pul toplayib uzun merhele ile tikintini bitirib. Hal-hazirda mescit temir edilib ve Medeniyyet Nazirliyi terefden qorunur 2700-dən artıq əhalisi olan kəndin gencleri yayda esasen Rusiyaya islemeye gedir. Qısda ise geri gelirler. Azyaslilar uzun illerdir ki, berbad günde olan mektebde tehsil alir. Buna regmen, bu mekteb hekim, muellim, polis, jurnalist ve diger onemli saheler üçün kadrlar hazirlaya bilib. Bu işde Fexri ve Natevan muellimin böyük rolu var.
Xiyav
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Cilvə
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Heydər Əliyev parkı (Kiyev)
Heydər Əliyev parkı — Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Ukraynanın Kiyev şəhərində salınmış park. Park Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində 2013-cü il aprelin 25-də açılmışdır. Parkın giriş hissəsində Heydər Əliyevin heykəli ucaldılmışdır. Heydər Əliyev parkı 2013-cü il aprelin 25-də Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılıb. Prezident İlham Əliyev Ukraynaya səfəri zamanı ümummilli Heydər Əliyev parkında olaraq, Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən kompozisiya elementləri yüksək peşəkarlıqla işlənib. Burada işıqlandırmadan tutmuş nadir "Şeyx Səfi" xalısının surətinədək hər şey fərdi sifariş əsasında Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanıb. Parkın inşaat kompozisiyası Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, "Şeyx Səfi" xalısının maketləri əsasında qurulub. Parkın landşaft kompozisiyası isə dövlətimizin coğrafi şəraitinin və florasının müxtəlif elementləri ilə tamamlanır. Parkda aparılan yaşıllaşdırma işləri zamanı əsasən Azərbaycan florasına məxsus nadir ağaclara və bitkilərə üstünlük verilmişdir.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.