Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi.
[Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı.
Qara ciyər – insan və heyvan bədəninin öd hasil edən və maddələr mübadiləsi ilə bağlı bir sıra mühüm prosesləri törədən daxili orqanı; bağır.
◊ Ciyər dolusu – dərindən.
Göyçək ciyər dolusu nəfəs alıb köksünü ötürdü.
Ciyər eləmək – ürək eləmək, ürəklənmək, cəsarət etmək.
Səd parə könül, xövf eləmə tiri-bəladən; Mərdanə bu meydanə qədəm qoy, ciyər eylə.
Ciyəri dağlanmaq – bax ciyəri yanmaq.
Ciyəri qana dönmək – bərk mütəəssir olmaq, ürəyi qan olmaq.
Ciyərim qanə dönüb, dərdü bəla gördüm əcəb.
Ciyəri odlanmaq – 1) bax ciyəri (od tutub) yanmaq;
2) susuzluqdan yanmaq.
Ciyəri (od tutub) yanmaq – bərk mütəəssir olmaq, acımaq.
Zakirinəm, ey bivəfa dilbərim; Qoy baxsın üzünə həsrət gözlərim; İntizar çəkməkdən yanır ciyərim.
Qulu kişi bərk ufuldadı. Elə bil ciyəri od tutub yandı.
Ciyərin yansın! – qarğış ifadəsi.
[Telli:] Məni qınayan, ciyərin yansın!
Ciyərinə od düşmək – bax ciyəri (od tutub) yanmaq (odlanmaq).
Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hammal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam.
Ciyərini çıxardaram! – hədə, qorxu ifadəsi.
Ciyərini dağlamaq (yandırmaq) – bax ürəyini yandırmaq (“ürək”də).
[Düşmən başçısı] Qazan xandan hayıf almaq, [xanın] ciyərini dağlamaq istəyirdi.
Ciyərini kabab eləmək (etmək) – bax ciyərini dağlamaq.
Ciyərinin başı sökülmək – ürəkdən acımaq, halına yanmaq, bərk mütəəssir olmaq. Xəstə uşağı gördüm, ciyərimin başı söküldü.