Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Four
Four — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın dördüncü studiya albomu. 17 noyabr 2014-cü ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.
Four Roses
Four Roses — Kentukki ştatının Lourensberq şəhərində istehsal olunan burbon viskisi brendi. Onun istehsal olunduğu zavod 1910-cu ildə tikilib və Old Prentice Distillery adı ilə ABŞ-ın Tarixi Yerlərinin Milli Reyestrinə salınıb. Şirkətin yaşlandırma və qablaşdırma əməliyyatları üçün nəzərdə tutulmuş anbarı Kentukki ştatının Koks-Krik şəhərindədir. Brend və onun məhsulları şirkətin 19-cu əsrin sonlarında yarandığı gündən bəri, xüsusən də firmanın 21-ci əsrin əvvəllərində Yaponiyanın Kirin Brewery Company şirkəti tərəfindən satın alınmasından sonra təkamül keçirmiş və dəyişmişdir. == Tarixi == Brendin mənşəyi ilə bağlı şərhlər bir-biri ilə ziddiyyət təşkil edir. Four Roses-in sahibi Kirin Breveri brendin qurucusu kimi Pol Cons-un adını çəkir. Şirkət brendin adının 1888-ci ildə Cons tərəfindən ticarət nişanı olaraq qeydə alındığını və onun hələ 1860-cı illərdə istehsal olunduğunu və satıldığını iddia edib. Başqa bir şərhdə isə təsisçinin Rufus Metyuson Rouz (ing. Rufus Mathewson Rose) olduğu və brendin, ehtimal ki, Rufus Rouz, qardaşı Origen Rouz və iki oğlunun şərəfinə adlandırıldığı güman edilir. Şirkətin saytında isə Rouz soyadlı heç kimin adı çəkilmir.
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tədqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tədqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961[…], XV arondisman) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi. 8 yanvar 2024-cü il tarixində istefa verib.
Henri Corc
Henri Corc (ing. Henry George; 2 sentyabr 1839[…], Filadelfiya, Pensilvaniya – 29 oktyabr 1897[…], Nyu-York, Nyu-York ştatı) — Burjua radikalizmi və ya sol libertarizm kimi təsnif edilən Amerikalı siyasi iqtisadçı, publisist və siyasətçi. Corcizmin banisi. == Bioqrafiyası == Henri Corc Filadelfiya şəhərində ən kasıb orta sinif ailəsində anadan olub. Ailənin 10 uşağının ikincisi idi. 14 yaşındaykən Corc üçün məktəb dayanmış və 15 yaşında, 1855-ci ilin aprelində, "Hindoo" gəmisində kabin oğlanı olaraq Melburn və Kalkuttaya üzərək dənizə getmişdi. 14 aylıq səyahətdən sonra Filadelfiyaya qayıtdı və burada şagird çilingəri kimi işə başladı. Bir müddət sonra qızıl mədənlərində pul qazanmaq fikri ilə Kaliforniyaya köçdü, lakin uğursuz oldu və çap işinə qayıtmaq məcburiyyətində qaldı. Bir çapçı kimi çalışdıqdan sonra Henri Corc tezliklə özünü jurnalistikada sınamağa qərar verdi. Günlərinin sonuna qədər bu ərazidə qaldı, redaktor və qəzet sahibi kimi ömrünü başa vurdu.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Flor-de-Lis
Flor-de-Lis — Portuqal musiqi qrupu. 2004-cü ildə yaranıb. 2009 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı "Todas as ruas do amor" (Azərbaycanca:"Sevginin bütün küçələri" ) mahnısı ilə təmsil etmişdir. I yarımfinalda ilk onluğa daxil olaraq finala keçmişdir. Finalda isə 57 xalla 15-ci olmuşdur.
Flor-du-Sertao
Flor-du-Sertao (port. Flor do Sertão) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 1625 nəfərdir. Ərazisi 58,708 кm²-dir. Əhalinin sıxlığı 27,7 nəfər/кm²-dir. Bələdiyyə 29 sentyabr 1995-ci ildə yaradılmışdır.
Rojer de Flor
Rojer de Flor (it. Ruggero da Fiore) — başda Siciliya krallığı və Bizans İmperiyası olmaqla, Aralıq dənizi və Anadolu torpaqlarında fəaliyyət göstərmiş kondottiyeri. Bir il boyunca Malta kontu olmuşdur. Siciliya krallığının Brindizi şəhərində italyan bir zadəganın və şahin ovçusu, cənubi İtaliyanın Hohenştaufen sülaləsinin xidmətində olan Richard von Blumun (Blum almanca gül deməkdir) ikinci oğlu kimi anadan olmuşdur. 8 yaşında ikən qalera ilə dəniz səyahətinə göndərilmişdir. Məbəd cəngavərlərinə mənsub olan Rojer de Flor qalera kapitanı olmuşdur. Daha sonra şəxsi mənafeyini daha üstün tutduğundan üzvlükdən atılmış və bundan sonra dəniz quldurluğuna başlamışdır. Bizans imperatoru II Andronik Paleoloq Avropa torpaqlarında Osmanlı İmperiyasının irəliləyişinin qarşısını almaq üçün Rojer de Flordan kömək istəmişdir. Bunun bir nəticəsi kimi Rojer de Flor Katalan kampaniyası adlı muzdlu əsgərlərdən ibarət ordu ilə Konstantinopola gəlmiş və imperator tərəfindən qarşılanmışdır. Amma kiçik uğurlar əldə edən Katalan kampaniyası Konstantinopol və digər Bizans torpaqlarında talançılıqla məşğul olmuşdur.
Sen-Flur (rayon)
Sen-Flur (fr. Saint-Flour) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Sen-Flur. Rayon əhalisi 2006-cı ildə 39 225 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 16 nəf / km². Rayon sahəsi — 2511 km².
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. == Coğrafiyası == Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Konstaninensku Corc
Konstaninensku Corc ( bəzən Konstaninsko, rum. George (Gogu) Constantinescu; 4 oktyabr 1881, Krayova – 11 dekabr 1965) — Rumıniyalı alim, mühəndis və ixtiraçıdır. O, 130-dan çox rəsmi qeydiyyatdan keçmiş ixtira sahibidir. Davamlı mexanikanın bir hissəsi olan "Səs dalğalarının nəzəriyyəsi" (ing. theory of sonics) yaradıcısıdır və nəticədə titrəmələr vasitəsilə mexaniki enerjinin ötürülməsini təsvir edə bilmişdi. Rumıniya Akademiyasının fəxri üzvü. == Bioqrafiya == Corc Konstaninensku Krayovʼda Mihai Bravu bağına yaxın ərazidə "Həkim evi"də doğulmuşdur. Uşaqlıq dövründə atasının, həmçinin Corc (1844-cü il təvəllüdlü), riyaziyyat və texnika elmləri professoru olub və Sorbonne Universitetində riyaziyyat sahəsində ixtisaslaşmış bir şəxs olaraq, ona təsiri böyük olmuşdur. 1912-ci ildə kiçik Konstaninensku İngiltərəyə köçdü. O , 1965-ci il dekabr ayının 11-dən 12-ə keçən gecə Koniston yaxınlığında Oxen House’da öz evində dünyasını dəyişdi.
Four Seasons Hotel Baku
"Four Seasons Hotel Baku" — Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir. 2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan, 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir. Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur.
Blood on the Dance Floor
Blood on the Dance Floor – Maykl Ceksonun remikslər albomu olan Blood on the Dance Floor: HIStory in the Mix albomundan olan ilk sinql. Mahnı həmçinin Mayklın 1991-ci ildə çıxardığı Dangerous albomuna da daxil edilmişdi. Mahnı Ceksonu bıçaqla cızmağa təhrik edən Susie adlı yırtıcı bir qadın haqqındadır. Kompozisiya funk – rock elementləi ilə zəngin bir şəkildə tərtib edilmişdir. Bəzi tədqiqatçılar "Blood on the Dance Floor"u Dangerous albomunda olan versiya ilə də müqyisə edirlər. Digərləri isə mahnıda aqressiv səsi və vokal tərzi, həmçinin lirik yorumu xüsusi vurğulayırlar. Mahnı klipinin Top of the Popsda premyerasından sonra daha böyük nüfuz qazanmış və sevilmişdir. "Blood on the Dance Floor" Blood on the Dance Floor: HIStory in the Mix albomundan HIStory World Tourda ifa edilən yeganə mahnıdır. Mahnı xüsusilə Şimali Avropa ölkələrində çox sevilmiş və hit paradlarda birinci yerə qədər yüksəlmişdir. "Blood on the Dance Floor" mahnısının klipinin rejissoru Vinsent Patersondur.
Confessions on a Dance Floor
Confessions on a Dance Floor Madonnanın onuncu studiya albomu. 11 noyabr 2005 ildə Warner Bros. Records tərəfindən buraxıldı.Bu albom onun ötən studiya albomu American Life(2003) dan tam bir gediş idi.
Flüor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Hayim Cohn
Pinşas Rosen (ivr. ‏חיים הרמן כהן‏‎; 11 mart 1911, Lübek – 10 aprel 2002, Qüds) — İsrailli siyasətçi və 3-cü ədliyyə naziri. == Həyatı == Haim Cohn 1911-ci ildə Almaniyanın Lübek şəhərində dindar ailədə anadan olub. Hamburqdakı Dünya Aqudat İsrail bir şöbəsinin sədri idi. 18 yaşında İngilis Fələstin mandatına Qüdsdəki Mercaz HaRava oxumaq üçün gəldi, burada ravvin İbrahim İshaq Kukun rəhbərliyi altında təhsil aldı. Meya Şearimdə bir Hazzan idi. Frankfurt Universitetində hüquq təhsili almaq üçün Almaniyaya qayıtdı. Almaniyada nasistliyin artması səbəbindən 1933-cü ildə Fələstinə köç etdi. Hüquq elmləri doktoru dərəcəsi almışdı. 1936-cı ildə vəkil kimi təsdiqləndi və növbəti il Qüdsdə bir ofis açdı.
III Corc
III Georq (alm. Georg III‎, ing. George William Frederick, George III; 24 may (4 iyun) 1738[…] – 29 yanvar 1820[…], Vindzor sarayı, Vindzor[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1760–1820), II Georqun oğlu. III Georqun uzun hakimiyyəti (59 il — II Elizabet və Viktoriyanın hakimiyyətindən sonrakı üçüncü ən uzun müddət) dünyada inqilabi hadisələrlə əlamətdar oldu: Amerika koloniyalarının Britaniya tacından ayrılması və ABŞ-nin yaranması, Fransa İnqilabı və Napoleon müharibələri. Georq, eyni zamanda 1811-ci ildən bəri onun regentliyi zamanı ağır bir ruhi xəstəliyin qurbanı olaraq tarixə düşdü. == Titulları == 1801-ci ildə İrlandiya Krallığı ləğv edildi və vahid ölkə Böyük Britaniya Krallığının deyil, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının (İngilis Birləşmiş Krallıq) kralı kimi tanındı; eyni ildə, III Georq, Amyen sülhünün şərtlərinə əsasən, III Eduard dövründən bütün İngilis və sonra isə Britaniya kralları tərəfindən istifadə edilən formal "Fransa kralı" rəsmi adından imtina etdi. 1814-cü ildə (Georq artıq son dərəcə xəstə idi və nizamın qüvvəyə minməsi halında) Hanover statusu seçicidən krallığa qaldırıldı, müvafiq olaraq III Georq həmin il Hannoverin ilk kralı oldu. == Mənşəyi == II Georqun nəvəsi, 1751-ci ildə atası həyatda olarkən vəfat edən Uels şahzadəsi Frederik Lyuisin böyük oğludur. Bundan sonra, 12 yaşlı şahzadə Georqun özü Uels Şahzadəsi oldu və 1760-cı ildə babasının ölümündən sonra taxta çıxdı. Hannover sülaləsinin Böyük Britaniyada anadan olmuş ilk monarxı olmuşdur; Atası, babası və böyük babasından fərqli olaraq ingilis ana dili idi.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. == Karyerası == Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born — İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Melissa Corc
Melissa Süzan Corc (ing. Melissa Suzanne George; 6 avqust 1976, Pert) — Avstraliya-ABŞ aktrisası.
Corc Floyd
Corc Floyd (14 oktyabr 1973, Feyetvill[d], Şimali Karolina – 25 may 2020, Minneapolis, Minnesota, ABŞ) — repçi, basketbolçu. == Həyatı == Corc Floyd ABŞın Şimali Karolina ştatının Fayetteville şəhərində anadan olmuşdur. Floyd Texas ştatında Houston şəhər mərkəzinin cənubunda qaradərililərin sıx yaşadığı Uçüncü Bölgədə böyüyüb. Məşhur müğənni Beyonsun də doğulub böyüdüyü bu məhəllədə həm də blyuz musiqisinin önəmli nümayəndələri yetişib. Floydun ölümündən sonra məlum olan faktlardan biri də budur ki, 1990-cı illərdə o, hip-hop tərzinin yaradıcısı, məşhur hyustonlu DJ Screw ilə birlikdə çalışıb. 20-ci əsr boyu davam edən irqi problemlər Üçüncü Bölgədə də kəskin hiss olunub, son illərdə isə bura qanqster müharibələriylə, evsizlik probleminin yaratdığı gərginliklərlə məşhurlaşıb. Boyu 2 metrdən çox olan Floyd hələ gənc yaşlarından idmana maraq göstərməyə başlayıb, basketbol və Amerika futbolu üzrə xüsusi qabiliyyət nümayiş etdirib. Məktəb illərində Floyd basketbol və futbol yarışlarında iştirak etmişdir. Daha sonra "Screwed Up Click" adlı hip-hop musiqi qrupunda çıxış etmişdir. "Big Floyd" ləqəbi ilə tanınmışdır.
Litium flüor
Litium flüor (LiF) - litium və flüorun ikili kimyəvi birləşməsidir, flüorid turşununlitium duzu. == Fiziki xassələri == Normal şəraitdə litium flüor ağ tozdur və ya kub sisteminin şəffaf rəngsiz kristallarıdır, hüceyrə parametrləri a = 0,40279 nm, Z = 4.Suda zəif həll olunur (0 °C-də 0,120 q / 100 ml), Temperatur artdıqca həllolma bir qədər artır(25 °C-də 0,134 q/100 ml; 35 °C-də 0,1357 q/100 ml).Standart şəraitdə istilik keçiriciliyi 4,01 Vt /(m K), == Alınması == Litium floridin zəif həll olmasından istifadə edərək, mübadilə reaksiyaları ilə almaq olar: L i C l + N H 4 F → L i F ↓ + N H 4 C l {\displaystyle {\mathsf {LiCl+NH_{4}F\ {\xrightarrow {\ }}\ LiF\downarrow +NH_{4}Cl}}} Litium hidroksid və flüorid turşunun qarşılıqlı təsiri ilə də əldə edilə bilər: L i O H + H F → L i F ↓ + H 2 O {\displaystyle {\mathsf {LiOH+HF\ {\xrightarrow {\ }}\ LiF\downarrow +H_{2}O}}} == Kimyəvi xassələri == Flüorid turşusunun qatı məhlullarında həll olunur: L i F + H F → L i H F 2 {\displaystyle {\mathsf {LiF+HF\ {\xrightarrow {\ }}\ LiHF_{2}}}} L i F + H 2 S O 4 → L i H S O 4 + H F ↑ {\displaystyle {\mathsf {LiF+H_{2}SO_{4}\ {\xrightarrow {\ }}\ LiHSO_{4}+HF\uparrow }}} L i F + H N O 3 → L i N O 3 + H F ↑ {\displaystyle {\mathsf {LiF+HNO_{3}\ {\xrightarrow {\ }}\ LiNO_{3}+HF\uparrow }}} Qatı qüvvətli turşularda həll olunur: 2 L i F + C a O → 600 o C L i 2 O + C a F 2 {\displaystyle {\mathsf {2\ LiF+CaO\ {\xrightarrow {600^{o}C}}\ Li_{2}O+CaF_{2}}}} 2 L i F + C a ( O H ) 2 → 2 L i O H + C a F 2 ↓ {\displaystyle {\mathsf {2\ LiF+Ca(OH)_{2}\ {\xrightarrow {\ }}\ 2\ LiOH+CaF_{2}\downarrow }}} == Tətbiqi == Litium flüorid çox yüksək şəffaflığa malikdir ultrabənövşəyidən infraqırmızı spektral diapazona qədər (0,12 ... 6 mikron), buna görə də o, ultrabənövşəyi (vakuum ultrabənövşəyi daxil olmaqla hansınınki şəffaflığı bütün digər optik materiallardan üstündür) və infraqırmızı optikada istifadə olunur.Bundan əlavə, termolüminessent dozimetriya ilə radiasiya dozalarını ölçmək üçün istifadə olunur. Yüksək ərimə istiliyi olduğundan (1044 kJ/kq) istilik enerjisinin saxlanması üçün istifadə olunur. Əridikdə həcmini 22% artırır. Maye litium flüoridin təsirindən metallar tez zamanda korroziyaya uğrayır. == Toksikliyi == Litium flüorid zəhərlidir. Havada maksimum icazə verilən konsentrasiya 1 mq/m³ təşkil edir. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., — М.—Л.: Химия, 1966.
Con Loud
Con Loud (2 noyabr 1844, Ueymut[d], Massaçusets – 10 avqust 1916, Ueymut[d], Massaçusets) — Amerikalı ixtiraçı, ilk şarik qələminin ixtirası ilə məşhurdur. == Həyatı == Con Loud 1844-cü ildə Massaçusets ştatının Veymut şəhərində Con Uayt Loud və Sarah Humfri Blançardın ailəsində anadan olmuşdur. O, Veymutda məktəbə getdi, Weymouth Liseyini bitirdi və sonra Harvard Kollecinə daxil oldu və 1866-cı il sinfində hüquq fakültəsini bitirdi. 2 fevral 1872-ci ildə Suffolk County Barına təyin edildi. Daha sonra Jewell, Gaston və Field-də hüquq məktəbinə getdi, lakin daha sonra atasının bankçılıq peşəsinə qoşulmağa qərar verdi. 1871-ci ildə atasının yanına getdi və İttifaq Milli Bankında kassanın köməkçisi kimi işləməyə başladı. 1874-cü ildə atasının ölümündən sonra Loud kassir vəzifəsini tutdu və bu vəzifəni 1895-ci ildə səhhətinə görə istefaya gedənə qədər tutdu. == İxtirası == 1888-ci il oktyabrın 30-da amerikalı bank işçisi Con Loud " taxta, kobud qablaşdırma kağızı və başqaları kimi kobud səthlərə " yaza bilən qələm üçün patent aldı. Patentdə o qeyd etdi: Mənim ixtiram, digər məqsədlərlə yanaşı, taxta, kobud bükmə kağızı və adi qələmdən istifadə edilə bilməyən digər məhsullar kimi kobud səthlərdə işarələmə üçün xüsusilə faydalı olan təkmilləşdirilmiş rezervuar və ya fontan qələmdən ibarətdir. İçindəki mürəkkəb bir sıra kiçik toplarla dəstəklənən "işarələmə kürəsi" ilə səthə verilirdi.
Corc Floyd etirazları
Corc Floyd etirazları - ABŞ-də afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq 2020-ci il mayın 26-da başlayaraq keçirilən etiraz aksiyalarıdır. Etirazlarla əlaqədar mayın 31-də ölkənin 25 böyük şəhərində komendant saatı elan edilib. Komendant saatı Los-Anceles və Beverli-Hills (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Luisvill (Kentukki ştatı), Minneapolis və Sent-Pol (Minnesota ştatı), Reçester (Nyu-York ştatı), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pittsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənubi Karolina ştatı), Neşvill (Tennesi ştatı), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq olunub. Minnesota, Corciya, Ohayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Texas ştatlarında, o cümlədən paytaxtın Kolumbiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün ABŞ Milli Qvardiyasının əsgərləri səfərbər edilib. == Səbəbi == Mayın 25-də Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib. Hadisəni törədən polis əməkdaşları işdən uzaqlaşdırılıb.
Flüor tərkibli monomerlər
Aromatik poliamidlərin sintezində istifadə olunan monomerlər Tere- və izoftar turşularından alınan aromatik poliamidlər alifatik poliamidlərdən (məsələn, poliamid-6 və -6,6) daha yüksək ərimə temperaturuna malik olması ilə fərqlənir: bir qayda olaraq bu göstərici 573 K-dən yüksək olur. Belə ki, tereftal turşusunun N,N-difenil-p- fenilendiaminlə kondensləşməsi zamanı ərimə temperaturu 663 K olan lifəmələgətirən polimer alınır. Tereftal turşusu ilə pepetazindən alınan lifəmələgətirən polimerin ərimə temperaturu 623-673 K-dir. Tereftal turşusundan alınan poliamidlər izoftal turşusu əsasında poliamidlərlə müqayisədə daha yüksək ərimə temperaturuna malikdir. Məsələn, 2,5-dimetilpiperazinin (trans-forma) vakumda tereftal turşusu ilə qarşılıqlı təsirdən parçalanma temperaturu 673 K-dən yüksək olan lifəmələgətirən polimer alınır. İzoftal turşusu əsasında hazırlanmış analoji polimer 588 K ərimə temperaturuna malikdir. Tereftal turşusu ilə 4,4-diaminditsikloheksilmetandan sintez olunmuş lifəmələgətirən polimer 648 K-də əriyir. İzoftal turşusunun müvafiq polimerinin ərimə temperaturu 473 K-ə bərabərdir. Aromatik dikarbon turşuları ilə piperazinlərdən polimerlərin alınmasında müvafiq turşulardan və yaxud onların törəmələrindən: efirlər, anhidridlər, xloranhidridlər, amidlərdən istifadə olunur. Tsikloalifatik diaminlərdən poliamidlər sintez etmək üçün turşulardan, aromatik diaminlərdən sintez üçün isə turşuların xloranhidridlərindən istifadə edilir.
Kripton (II)flüor
== Giriş == Kripton (II) flüor (KrF2), nadir qazlardan olan kriptonun flüor ilə birləşməsindən yaranan kimyəvi birləşmədir. Bu maddə yüksək oksidləşmə qabiliyyətinə malikdir və əsasən laborator tədqiqatlarda və bəzi sənaye tətbiqlərində istifadə olunur. Kripton difluorid nadir hallarda rast gəlinən birləşmələrdən biridir və digər nadir qaz flüoridlərinə nisbətən daha stabil və reaktivdir. == Tarixçə == Kripton (II) flüor ilk dəfə 1963-cü ildə Neil Bartlett tərəfindən sintez edilmişdir. Bartlett, nadir qazların kimyəvi reaktivliyini sübut etmək üçün bu birləşməni yaratmışdır. Onun tədqiqatları nadir qazların inert olmadığı və müəyyən şəraitdə kimyəvi reaksiyaya girə biləcəyini göstərmişdir. == Kimyəvi Tərkibi və Xüsusiyyətləri == Kripton (II) flüor molekulyar formulu KrF2 olan birləşmədir. Onun molekulyar kütləsi 121.795 q/mol-dur. Bu birləşmə ortogonal kristallik quruluşa malikdir və linear koordinasiya həndəsəsinə sahibdir. Kripton difluorid qatı halında sabitdir, lakin yüksək temperaturda parçalanmağa meyllidir.
Çor
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
FLOPS
FLOPS (həmçinin flops, flop/s) (ing. FLoating-point Operations Per Seconddən akronim, flops kimi tələffüz edilir) — kompüterlərin sürətini qiymətləndirmək üçün istifadə edilən ölçü vahidi. Hesablama sisteminin bir saniyədə neçə əməliyyat həyata keçirmə göstəricisidir. == Mənbə == TOP500 Рейтинг суперкомпьютеров TOP500 (ing.) The Performance Database Server Большая база данных производительности вычислительных систем (ing.) Roy Longbottom’s PC Benchmark Collection Arxivləşdirilib 2008-03-26 at the Wayback Machine Подборка тестовых программ для ПК (включая LINPACK) и результатов испытаний (ing.) История суперкомпьютеров (англ.
Floks
Phlox L.-cinsin adı yunancadan "alov" kimi tərcümə olunur. Məlum olan 60 növdən gülçülükdə 40 növündən geniş stifadə olunur. Bitkinin bəzi yabanı növlərinin çiçəkləri al-qırmızı rəngdədir. Drummond floksu (Ph.drummondii) hündürlüyü 45 sm-ə çatan, gövdəsi yapışqan budaqlı, lansetvari yarpaqlı, sıx salxımlara yığılmış, müxtəlif rəngli çiçəkləri olan bitkidir. Çiçəklərin formasına və rənginə görə fərqlənən çoxlu miqdarda mədəni forması vardır. Yabanı halda drummond floksu Texasda bitir. Gülçülükdə bitki 1835-ci ildən istifadə olunur. Bitki rütubəti sevmədiyi üçün toxumları torpağa əkərkən ləkləri polietilen pərdə ilə örtmək lazımdır. Bitkilərin daha şaxəli olması üçün böyüyən cücərtilərin başlarını qopardırlar. Floksun uzun müddət çiçəkləməsi üçün solmuş çiçəkləri qırmaq lazımdır.
Flora
Flora — Azərbaycanda çox işlədilən qadın adı. Flora Kərimova — Azərbaycanın məşhur estrada və opera müğənnisi, Azərbaycanın xalq artisti (1992). Flora Xəlilzadə — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Flora Qasımova — Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Flora Purim — Flora Əhmədova — Flora Əlimirzəyeva-Mustafayeva — Digər Flora (mifologiya) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Flora (botanika) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon Flora və Zefir — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri.
Folar
Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir. Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.
Kloun
Kloun (ing. clown) və ya təlxək — komik tamaşanın üsullarından istifadə edən sirk, estrada teatr artisti. İlk dəfə e.ə. 1600-cü illlərdə meydana çıxan klounluq peşəsi bu gün dünyanın bir çox yerində sənət sahəsi kimi qəbul edilir, əyləncə və uşaq oyunları ilə birlikdə işlənir. Bəzi mənbələrə görə XVIII əsrə qədər klounlar saraylarda yaşayırdılar. Klounlar sifətində komik ifadə olan sənətkarlardır. Bunu təmin etmək üçün, rəngli və şişirdilmiş pariklər, müxtəlif üslubda makiyajlar, qeyri-adi iri ayaqqabılar və qəribə kostyumlardan istifadə edilir. Amerikalı sosioloq Peter Lüdviq Berger bu məsələ ilə bağlı olaraq belə demişdir: "Bu məzhəkə və komik davranışların, din və sehrbazıq kimi, insan cəmiyyətinin bəzi mühüm ehtiyaclarını yerinə yetirməsi məntiqli görünür".