Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elyane Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb. Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Əczaçı
Əczaçılıq fakültələrində 5 illik lisenziya təhsilini müvəffəqiyyətlə tamamlayan, dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə səriştəli insanlara əczaçı deyilir. Əczaçılıq Farmakognoziyası fakültələri (bitki-heyvan əczaçılıq xammalına aiddir), Farmakologiya (dərmanların bədənə təsirini araşdırır), Əczaçılıq toksikologiyası (dərmanlar da daxil olmaqla bütün xenobiotiklərin bədənə təsirini araşdırır), Əczaçılıq texnologiyası (dərmanların istehsal üsullarına aiddir), Əczaçılıq kimya (dərman xammalının sintezi, analiz və dərman təsiri mexanizminin kimyəvi müayinəsinə əlavə olaraq dərman xammalının quruluşu və effektivliyi arasındakı əlaqə ilə bağlıdır) və digər peşə elmləri üzrə təhsil verir. Bu peşə sahibləri əczaçılıq (aptek) edə bilərlər; Əczaçılıq sənayesində Ar-Ge, istehsal, keyfiyyətə nəzarət, lisenziyalaşdırma, marketinq kimi bölmələr işləyə bilər, xəstəxana apteklərinə cavabdeh müdirlik edə bilər, eyni zamanda ictimai qurumlar və ya əczaçılıq anbarlarında peşəsini icra edə bilərlər. Sintetik, yarı sintetik və ya bioloji mənşəli əczaçılıq xammalı əldə etmək, fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini araşdırmaq, qiymətləndirmək, yüksək keyfiyyətli dərman istehsal etmək və dərmanların saxlanması və istifadəsi kimi mövzularda təlim və tədqiqatlar aparır. Həkimlərin təyin etdiyi dərmanları sifarişçiyə satır, lazımi dərmanlar hazırlayır və dərmanların laboratoriyada inkişafı və təhlili ilə bağlı araşdırmalar aparır. Xəstəyə resept dərmanlarının istifadəsi barədə məlumat verir. Onun formulalarına uyğun olaraq hazırlanması lazım olan dərmanların hazırlayır və ya hazırlanmasına nəzarət edir. Tibbi və ya digər məqsədlər üçün istifadə edilən toksinlər və zəhərli maddələr hazırlayır və qaydalara uyğun olaraq paylayır, pozulmalara qarşı tədbir görür. Xüsusi zəhərli maddələr olan reseptlərin qeydlərini aparır və baytarlıq dərmanları kimi vasitələrdən istifadə etməyi məsləhət görür. Laboratoriyada tədqiqat işləri aparır.
Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır: Heyvanlar, quşlar haqqında; Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında; Yer adları haqqında; Tayfa, el, xalq, nəsil haqqında; Səma cisimləri haqqında; Tarixi şəxsiyyətlər haqqında; Nizami mövzuları haqqında; Ailə məişət məsələləri haqqında. . Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir. Folklorun digər janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda — salnamə, xronika, cünk və əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə — dildə-ağızda dolaşa-dolaşa müasir dövrə qədər gəlib çatmışdır. 70ci illərdə bu şifahi xalq ədəbiyyatının əsasını qoymuşdu.
Mulan (əfsanə)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Məhəmmədəli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Paul Cézanne
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Çezare Borcia
Çezare (Sezar) Borcia (tam adı kat. Cèsar de Borja i Catanei — Sezar de Borja-i-Katanei, ispandilli yazılışda isp. César Borgia — Sesar Borxa, italyan yazılışında it. Cesare Borgia — Çezare Borca; 13 sentyabr 1475, Subyako[d], Papa dövləti – 12 mart 1507, Viana[d], Navarra krallığı) — intibah dövrünün önəmli siyasətçilərindən biri, Papa VI Aleksandrın oğlu, kardinal. Nikolo Makiavellinin "Şahzadə" əsərində, "The Borgias" teleserialında, "Assassin`s Creed: Brotherhood" kompüter oyununda onun obrazına rast gələ bilərik. Bəzi mənbələrə görə, İsa Məsihin portretini çəkən rəssamlar məhz Çezare Borciyanın sifət cizgilərindən ilhamlanıblar.
Çezare Cennari
Çezare Cennari (12 dekabr 1637 – 11 fevral 1688, Boloniya) — Barokko dövrünün italyan rəssamı idi. Onun "Müqəddəs Mariya Maqdalena" əsəri Pinacoteca Civica di Cento adlı qalereyada yerləşir. Daha sonraki işlərində Çezare "Guercinesque" idiomlarından əl çəkərək, onun əvəzinə Sent Ceyms və Sen Jermen saray aksentinə keçdi. O, Çento şəhərində, Erkole Cennarinin ailəsində anadan olmuşdur. O, "Qverçino" ləqəbli dayısı Covanni Françesko Barbyerinin Bolonyadakı studiyasında təhsil almışdır. Çezarenin əmisi Benedetto Cennari və onun qardaşı II Benedetto Cennari (1633–1715) həmçinin Qverçinonun əhatəsində rəssam kimi fəaliyyət göstərirdilər. Çezare və kiçik Benedetto Qverçinonun studiyasının varisləri idilər. O, Françeska Ripa ilə evlənmişdir və Canfrançesko və Filippo adlı iki oğlu var idi. Onun şagirdlərinin arasında Erkole Qaetano Bertuzzini qeyd etmək olar. Hobbes, James R. Picture collector's manual adapted to the professional man, and the amateur.
Çezare Lombrozo
Çezare Lombrozo (it. Marco Ezechia Lombroso) - kriminologiya və cinayət hüququnda antropoloji istiqamətin əsasını qoyan və əsas ideyasını anadangəlmə cinayətkar olduğunu təşkil edən italyan həbsxana həkim-psixiatrı. Lombrozo 1835-ci il 6 noyabr tarixində Veronada varlı yəhudi ailəsində anadan olmuşdur. O, Paduya, Vyana, Parisdə olan universitetlərdə ədəbiyyat, linqvistika və arxeologiyanı öyrənsə də, sonradan öz planlarını dəyişərək 1859-cu ildə orduda cərrah kimi fəaliyyət göstərməyə başlayır. 1866-cı ildə Paviyada dəvət olunmuş rektor təyin olunsa da, 1871-ci ildə Pezaroda yerləşən psixiatriya xəstəxanasına rəhbərlik etmişdir. Lombrozo 1876-cı ildə Turin universitetinin məhkəmə tibbi və ictimai gigiyena şöbəsinin professoru təyin olunur. Həmin ildə o özünün daha vacib və nüfuzlu işi hesab edilən L Uomo delinquente (Cinayətkar insan) əsərini yazmışdır. O, 1909-cu ildə Turində vəfat etmişdir. 1863-cü ildə Lombrozo özünün Dahilik və Dəlilik kitabını nəşr etdirir. O, bu kitabda dahi insanlarla dəlilər arasında paralel şəkildə müqayisələr aparmışdır.
Çezare Maldini
Çezare Maldini (it. Cesare Maldini ;5 fevral 1932, Triest – 3 aprel 2016, Milan) — İtaliyalı futbolçu və futbol məşqçisi . O, 1950–1960-cı illərdə İtaliya millisində və "Milan" klubunda müdafiəçi kimi çıxış edib. Futbolçu Paolo Maldininin atası, futbolçular Kristian və Daniel Maldininin babası . Maldini doğma Triest şəhərində futbol oynamağa başlayıb. O, 18 yaşında yerli "Triestina" klubunun gənclər komandasının heyətinə qoşulur. 1953-cü ildə bu klubun əsas komandasında debüt edir və çempionatın sonuna qədər bir oyunda meydana çıxır. Növbəti mövsümdə o, A Seriyasında 34 oyunun 31-də oynayaraq "Triestina"nın əsas heyət oyunçusuna çevrilir. Mərkəz müdafiəçisi mövqeyində oynayan Maldini mövqeni düzgün seçməyi və təkbətək mübarizələrdə inamlı oynamağı bacaran oyunçu kimi özünü təsdiqləyir. Bundan əlavə, lazım gəlsə müdafiənin cinahında, hətta yarımmüdafiədə də oynaya bilirdi.
Çezare Paveze
Çezare Paveze (it. Cesare Pavese; 9 sentyabr 1908[…] – 27 avqust 1950[…], Turin, İtaliya) — XX əsr İtaliya ədəbiyyatının ən tanınmış simalarından biri. O, məmur ailəsində böyüyüb, uşaqlıdan ədəbiyyata olan həvəsi sonralar onu Torino Universitetinin ədəbiyyat fakultəsində təhsil almağa sövq edir. Burada təhsilini başa vurduqdan sonra müxtəlif təhsil ocaqlarında dil və ədəbiyyatdan dərs deyir. Bu dövrdə ingilis və Amerika ədəbiyyatıyla bağlı yazıları La Kultura dərgisində yayımlanır. Daha sonra yaxın bir dostunun açdığı nəşriyyatda çalışmağa başlayır, şeirlər yazır. 1935-ci ildə anti-faşist fəaliyyətinə görə həbs edilir, bir il həbsdə yatır. Həbsxana dövrü Həbs romanının yaranmasına səbəb olur. 1950-cı ildə yazdığı Tənha qadınlar arasında romanı İtaliyanın ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülür. Pavezenin şəxsi həyatı uğursuzluqlarla zəngindir.
Əfsanə Hüseynova
Əfsanə Məmmədova
Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi. Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Əfsanə Nəcmabadi
Əfsanə Nəcmabadi (fars. افسانه نجم‌آبادی‎; 1946[…], İran) — İranəsilli ABŞ tarixçisi, gender nəzəriyyəçisi, arxivşünası və pedaqoqu. O, Harvard Universitetində tarix və qadın, gender və cinsiyyət tədqiqatları üzrə Frensis Li Higinson professorudur. Əfsanə Nəcmabadi 29 dekabr 1946-cı ildə İranda anadan olmuşdur. O, Tehran Universitetində tələbə olmuş və 1966-cı ildə Redkliff Kollecinə keçmişdir. Nəcmabadi 1968-ci ildə Harvard Universitetinin Redkliff Kollecində fizika üzrə bakalavr dərəcəsini və 1970-ci ildə Harvard Universitetində fizika üzrə magistr dərəcəsini almışdır. Bunun ardınca ilk olaraq Amerika Birləşmiş Ştatlarında, sonra isə İranda akademik maraqları ictimai fəallıqla birləşdirərək sosial tədqiqatlar aparmışdır. O, 1984-cü ildə Birləşmiş Krallığın Mançester Universitetində sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1991-ci ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləmişdir. Nəcmabadi hücumu tənqid etdiyinə görə Eduard Səidə sərt şəkildə qarşı və onun fikrini "siyasi qətlin ritorik ekvivalenti" kimi təsvir etmişdir.
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Eldar Qarayev (əczaçı)
Məhəmməd Əli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Rüstəm Əliyev (əczaçı)
Rüstəm Əliyev (25 may 1917, Füzuli — 2 iyun 1966, Bakı) — Azərbaycan əczaçısı. Əczaçılıq elmləri doktoru (1952), professor (1954). 1941-ci ildə Moskva Əczaçılıq İnstitutunu bitirmişdir. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində dərmanların texnologiyası kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, respublikanın dərman sərvətlərinin öyrənilməsinə һəsr edilmişdir. Əczaçılıqda işlədilən küncut yağı, qarğıdalı saçağının və zirinc yarpağının ekstraktlarını, gilabı və İstisu tabletlərini təklif etmişdir. Bakı əczaçılıq məktəbi R. Əliyevin adını daşıyır. Azərbaycan dilində əczaçılığa aid ilk dərsliyin müəllifidir. 1956–1966-cı illərdə Azərbaycan SSR Əczaçılar Cəmiјyyəti İdarə heyətinin sədri olmuşdur.
Türk əfsanə sözlüyü
Beytül-əhzan (kitab)
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Müsnəd Əbu Əvanə
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.