Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
HALE
HALE, "High Altitude Long Endurance" sözlərinin qısaldılmış versiyası olub yüksək hündürlükdə uzun müddət ərzində uçuş qabiliyyətinə sahib olan PUA-ları çeşidləmək üçün istifadə edilir. HALE tipli PUA-lar müxtəlif formalarda ola bilər. Şar kimi hava axınına buraxıla biləcək şəkildəki kimi, RQ-4 Global Hawk kimi itələmə təmin edən mühərrikləri də ola bilər.
Bulbophyllum exile
Bulbophyllum exile (lat. Bulbophyllum exile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Trifolium exile
Trifolium gracilentum (lat. Trifolium gracilentum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Trifolium gracilentum f. exile
Trifolium gracilentum (lat. Trifolium gracilentum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Trifolium gracilentum var. exile
Trifolium gracilentum (lat. Trifolium gracilentum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri. Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Xəyalə Abdulla
Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015). 2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb. 2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl, 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb. 2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb. 2013 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır. Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb. FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb. Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.
Xəyalə Manaflı
Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı. Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir. 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır. 1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub. 1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub.
Xəyalə Murad
Xəyalə Murad (Xəyalə Məmmədli; 25 noyabr 1986, Sumqayıt) — yazıçı, redaktor, tarixçi, publisist, "Sürətli oxu" təlimçisi (kouç) 1986-cı il 25 noyabr tarixində Sumqayıt şəhərində mühəndis ailəsində dünyaya gəlib. İlk qələm təcrübəsi on yaşından başlayır. İlk şerini on, ilk hekayəsini on dörd yaşında yazmış Xəyalə Murad hələ orta məktəbdə təhsil alarkən bir çox yazıçıların pyeslərinin səhnələşdirilməsində yaxından iştirak edib. 2004-cü ildə Sumqayıt şəhəri N.Tusi adına 12 saylı orta məktəbi fərqlənmə ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illər Sumqayıt şəhərində yerləşən müxtəlif kompüter mərkəzlərində müəllimə kimi fəaliyyət göstərib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.az saytında redaktor vəzifəsində çalışıb. Hazırda isə 2017-ci ilin iyun ayından etibarən Qadin.Net saytının baş redaktorudur. 2021-ci ildə Rusiyanın Tolyatti Dövlət Universitetinin (Тольяттинский государственный университет) Tarix fakültəsinə qəbul olub. 2014-cü ildən öz təcrübəsinin əsasında hazırladığı layihə ilə "Sürətli oxu" (скорочтение, Speed reading) təlimçisi (Коуч coach) kimi müxtəlif universitetlərdə, gənclər evlərində təlimlər verir, insanların mütaliə sevgisini artırmağa çalışır.
Xəyalə Quliyeva
Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı. Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri Azərbaycanın tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq məktəbi yaxşı qiymətlərlə bitirmişdir. Eyni zamanda qarmon ifaçılığı üzrə musiqi məktəbini də yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərində də öz istedadı ilə fərqlənən Xəyalə tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunur. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.
Xəyalə İsgəndərova
Xəyalə İlqar qızı İsgəndərova (türk. Hayale Isgenderova; doğ. 20 oktyabr 1988, Bakı ) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qadınlar arasında beynəlxalq usta (2009). 2006-cı ildə qadınlar arasında Azərbaycan çempionatında qızıl, 2007 və 2008-ci illərdə isə bürünc medal qazanıb. 2015-ci ildə qadınlar arasında Türkiyə çempionatında gümüş, 2014 və 2016-cı illərdə isə bürünc medal qazanıb. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinın Şarja şəhərində keçirilmiş beynəlxalq "Sharjah Cup" turnirinin qalibi olub. Müxtəlif illərdə qadınlardan ibarət Azərbaycan və Türkiyə yığma komandalarının heyətində Şahmat Olimpiadalarının (2006–2016) və Avropa çempionatlarının (2007–2009, 2015–2017) iştirakçısı olub. Türkiyə vətəndaşı ilə ailə həyatı qurub və 2013-cü ildən bu ölkəni təmsil etməyə başlayıb. Gino Di Felice. Chess International Titleholders, 1950-2016.
Halə
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Əhali coğrafiyası
Əhali coğrafiyası - iqtisadi coğrafiyanın əhalinin tərkibini, yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi.
Əhali iqtisadiyyatı
Əhali iqtisadiyyatı — demoqrafik proseslərin iqtisadiyyata təsirini araşdıran demoqrafiyanın bir qolu. İqtisadi demoqrafiya əvvəlcə həm sosial-iqtisadi şəraitin demoqrafik proseslərə təsirini, həm də demoqrafik amilin sosial-iqtisadi dinamikaya təsirini nəzərə alırdı. Hələ 1970-ci illərdə iqtisadi demoqrafiya, istehsal və istehlak prosesi ilə əlaqədar olaraq əhalinin yaş-cins quruluşunu araşdıran demoqrafik elmin bir hissəsi kimi başa düşülürdü . Bununla birlikdə, tədricən ilk istiqamət (tez-tez birbaşa təsir adlanır) "təmiz" demoqrafiyanın tədqiqat obyektinə çevrildi, iqtisadi demoqrafiyanın üstünlüyü isə demoqrafik proseslərin iqtisadi qiymətləndirilməsi (əks təsir) oldu. İqtisadi demoqrafiya “demoqrafiya” termininin yalnız XIX əsrdə tətbiq olunduğunu nəzərə alsaq, nisbətən gənc bir elmdir. 1940-cı illərdə xarici elm adamları (əvvəlcə Amerikalı demoqraf S. Volfbayn) tərəfindən aparılan tədqiqatlar, sözdə iş dövrü cədvəllərinin və ya əhalinin iqtisadi fəaliyyət cədvəllərinin ortaya çıxmasına səbəb oldu. Fransız sosioloq Alfred Sovi ("üçüncü dünya" konsepsiyasının müəllifi) 1960-cı illərdə. çox ibtidai metodlarla da olsa nəslin "gəlirliliyini" tədqiq etdi. 1960-cı illərin əvvəllərində. Macar alimi E. Valkoviç iqtisadi yaş piramidalarının çox qiymətli metodu inkişaf etdirdi.
Əhali sıxlığı
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر‎) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.
Rəy Əl Əhali (qəzet)
"Rəy Əl Əhali" (qəzet) — gündəlik, ictimai, siyasi qəzet. Qəzetin ilk sayı 1959-cu il sentyabrın 6-sı ərəb dilində dərc edilib. Digər nömrələri isə həftəlik olaraq dörd səhifədə Kərkük Bələdiyyə mətbəəsində çap edilib. Bir müddət Kərkükdən kənarda Səlahəddin mətbəəsində çap edilib. Qəzetin təsisçisi Siddiq Bulukini, baş yazarı isə vəkil Mehmet Mərdan Qələmçi idi. İlk sayında dərc edilmiş “Əhdafuna”, yəni “Məqsədimiz” sərlövhəli məqalədə: ifadəsi ilə demokratiya anlayışını ortaya qoyurdu. Qəzetin kin, nifrət dolu məqalələri cəmiyyətdə toplumlar arasında bir-birinə pislik etməyə qədər gedib çıxan anlaşılmazlıq və uyğunsuzluq yaratmağa yönəlmişdi. Nəşrin təsisçisi tərəfindən reallaşdırılan bu ayrı-seçkilik yolunu təhlükəli hesab edən məsul redaktor Qələmçi vəzifəsindən ayrıldı, onun yerinə isə süleymaniyyəli vəkil Siddiq Abdullah Muxtar təyin edildi. Bu şəxs də qısa müddət sonra ağır və məsuliyyətli işi tərk etdikdən sonra onun əvəzinə təqaüddə olan kifrili bölgə üzrə dövlətin rəsmi səlahiyyətli rəhbəri, vəkil Nazim Vandavi bu vəzifəyə təyin edilib. Daha sonra qəzetin bu işini süleymaniyyəli vəkil Mahmud Tofiq aparıb, lakin qəzetin sahibi Siddiq Əli Bulukininin naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə 1963-cü il fevralın 8-i “Rəy Əl Əhali”nin rəsmi şəkildə fəaliyyəti dayandırılıb.
Türkiyə-Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Türkiyə–Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Əhali prinsipi haqqında esse
Populyasiya haqqında esse - kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır. Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.
Əhali sayına görə ölkələrin siyahısı
Bu, əhalisinə görə ölkələrin siyahısıdır. Qeyd: Bütün asılı ərazilər italiklə göstərilmişdir.
Əhali sıxlığına görə ölkələr siyahısı
Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırırlar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3–4 uşaq düşür. İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir.
Əhali sıxlığına görə ölkələrin siyahısı
Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırırlar. Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3–4 uşaq düşür. İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) — bütün dünyada reproduktiv və ana sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş BMT agentliyi. Onun fəaliyyətinə milli səhiyyə strategiyaları və protokollarının işlənib hazırlanması, doğuma nəzarət imkanlarının artırılması, uşaq nikahına, gender zorakılığına, mamalıq fistulasına və qadın sünnətinə qarşı aparıcı kampaniyalar daxildir. UNFPA 4 coğrafi region üzrə 144-dən çox ölkədə proqramları dəstəkləyir: Ərəb dövlətləri, Avropa, Asiya və Sakit Okean, Latın Amerikası, Karib dənizi və Afrika. İşçilərin təxminən dörddə üçü bu sahədə çalışır. O, Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə yönəlmiş BMT agentlikləri və proqramlarının toplusu olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun təsisçi üzvüdür. == Mənşəyi == 1966-cı ilin dekabrında 12 dövlət başçısı BMT-ni əhali məsələləri ilə məşğul olmağa çağıran bəyanat verdi. Baş katib 1967-ci ildə əhali üçün etibar fondu yaratdı. Agentlik 1969-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Fondunun rəhbərliyi altında Əhali Fəaliyyətləri üzrə Birləşmiş Millətlər Fondu kimi fəaliyyətə başlamışdır. 1971-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının səlahiyyətinə verildi. Onun adı 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Əhali Fonduna çevrildi.