Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəvəzləh (Sərdəşt)
Gəvəzləh (fars. گوزله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Gəvən
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.
Gəzəz
Gəzəz (fars. گزاز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Boz gəvən
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Düzyarpaq gəvən
Düzyarpaq gəvən (lat. Astragalus strictilobus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Gəvək dağı
Gəvək dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Keçəbudaq gəvən
Tüklü gəvən (lat. Astragalus piletocladus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Odlu gəvən
== Ümumi yayılması == Azərbaycan == Azərbaycanda yayılması == Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. == Statusu == Azərbaycanın endem bitkisidir.VU C2a(ı). == Bitdiyi yer == Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür. Çiçək oxları yarpağa bərabər, yaxud onlardan qısa, yumşaq, azçiçəklidir. Paxlası saplaqlı, ellipsvarı, uzunsov, ucu şiş, arxası azca şırımlı, üzəri yumşaq ağ tüklü, buruncuğu 1,5 mm-ə qədər əyilmiş, bizvarıdır. Birinci dəfə Abşeron yarımadasından təsvir edilmişdir.
Qılıncvarı gəvən
Sıxyarpaq gəvən
Sıxyarpaq gəvən (lat. Astragalus pycnophyllus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Orta Asiya, Qafqaz, İran və Türkiyədə təbii şəraitdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-50 (80) sm, ağımtıl-boz tükcüklü koldur. Qalın gövdələri (4-8 sm) yerin səthinə yaxın yerləşir. Yarpaqları oval, yarpaqcıqların miqdarı 10-80 ədəddir. Açıq-sarı çiçəklərinin diametri 2-3 sm, uzunluğu 8-10 sm, çiçək tacı qayıqcıq, mərkəzi hissəsi bir az daralmışdır. == Ekologiyası == Orta və yuxarı dağ zolaqlarında, quru, daşlı sahələrdə, çox vaxt 1650 m hündürlükdə, bəzi yerlərdə isə daha yuxarı ərazilərdə bitir. == Azərbaycanda yayılması == Lerik və Lənkəranda dar arealda yayılmışdır. == İstifadəsi == Bitkilər qatran-ağac yapışqanı ilə zəngindir və çeynənən saqqızın xammalıdır.
Sıxyarpaqlı gəvən

Tikanlı gəvən
Tikanlı gəvən (lat. Astragalus euoplus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Yarpağı tökülən, 20 sm hündürlüyündə, yastıq əmələ gətirən sıx budaqlı, yarpaqları tikanlı, bütün hissələri nazik, zəif tüklərlə örtülü koldur. Yarpaqlatlıqları 8–12 mm uzunluqda olub, pər-dəşəkilli, saplağının yarısına qədər bitişik, xətli-lanset formadadır. Yarpaq-cıqlarıları 6-9 cüt, ellipsvarı, yaxud uzunsov-yumurtavarı olub, 10 mm uzunluqdadır, ucları itidir. Yuxarıdan çılpaq, aşağıdan seyrək, yaxud sıx tüklüdür. Çiçəkləri yarpaqların qoltuğunda 2-3 ədəd qısa salxım əmələ gətirir. Çiçəkaltlıqları düz pərdəşəkillidir və 13 mm-ə qədər uzunluqdadır. Kasacığı 10–16 mm uzunluqda olub, boruvarı, qalın, qısa, ağ tüklüdür.
Tükcüklüçiçək gəvən
Tükcüklüçiçək gəvən (lat. Astragalus dasyanthus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı, yatmış, düzqalxan və ya azca qalxan olub, uzunluğu 40 sm-dir. Yarpaqları növbəli, cüt olmayan lələkyarpaqlı, saplaqlı, uzunluğu 12-20 sm olmaqla, 12-14 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları demək olar ki, oturaq, uzunsov-oval və ya uzunsov-neştərşəkilli, uzunluğu 15-20 mm, eni isə 6 mm-dir. Yalançı zoğu neştərşəkilli və itiucludur. Hamaşçiçəkləri sıx, başcıqlı, adətən 15-20 mm, açıq sarı, kəpənəkçiçək taclı olmaqla, zəngvari kasacığı vardır. Bitkinin çiçək tacının bütün hissəciklərində ağımtıl və ya sarımtıl tükcüklər vardır. Yuxarı və orta dağlıq ərazilərində, bozqır zonalarda və pöhrəliklərdə yayılmışdır.
Tüklü gəvən
Tüklü gəvən (lat. Astragalus piletocladus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Xırdabaşlıqlı gəvən
Zalım gəvən
Zalım gəvən (lat. Astragalus insidiosus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Azərbaycanda təbii halda bitir. == Botaniki təsviri == Yarpağını tökən koldur. Kolları qısa budaqlıdır. Yarpağı seyrək tüklü, azca əyilmiş, 2-3,5 sm uzunluqda olub, tikanlıdır. Yarpaqcıqların miqdarı 3-4 cüt olub, xətvari, 8–16 mm uzunluqda, 1–2 mm enindədir. Tikanların ucu şişdir. Birillik budaqların üzərindəki yarpaqların qoltuğunda 3 çiçəkdən ibarət, başcıq formalı çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı xətvarı, 7- uzunluğunda olur.
Zarlı gəvən
Zarlı gəvən (lat. Astragalus membranaceus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Zeytunyarpaq gəvən
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. == Botaniki təsviri == 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. == Ekologiyası == Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. == İstifadəsi == Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir. == Ədəbiyyat == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh.
Çoxyarpaqcıqlı gəvən
Astracantha multifoliolata (lat. Astracantha multifoliolata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü.
Çılpaq gəvən
Şax gəvən
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Qılıncvari gəvən
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz dağlarında yayılmışdır. == Botaniki təsviri == 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Əvəz Abdullayev
Əvəz Abdullayev (vokalçı) — Azərbaycanın əməkdar artisti. Əvəz Abdullayev (alim) — Azərbaycan alimi.
Əvəz Cəbiyev
Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır. == Həyatı == Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında [[Bakı] şəhərində vəfat edib. == Təhsili == Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. == Karyerası == 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Əvəz-Əvəzə (1925)
== Məzmun == Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. == Film haqqında == Film ilk Azərbaycan detektiv filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin === Rollarda === Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski K.Vyaznova Pavel Velski — Pavel Dobrov == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Əvəz-əvəzə (film, 1925)