Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Josh Dubovie
Coş Dubovi (27 noyabr 1990) - ingilis müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "That Sounds Good to Me" mahnısı ilə təmsil etmişdir amma ən son yeri tutub.
Karlos Gosn
Karlos Qon (port. Carlos Ghosn; fr. Carlos Ghosn; əsl adı Karlus Qüsn; ərəb. كارلوس غصن‎, ALA-LC transkripsiyası: Kārlūs Ghuṣn; 9 mart 1954[…]) — Braziliya-Fransa-Livanlı bir iş adamıdır. O indi, Fransada olan Reno və eyni zamanda Yaponiyanın Nissan şirkətlərinin baş aparıcı müdiri (BAM ya CEO) və başqanıdır. Onun adı Nissan şirkətinə girəndan sonra dillərə düşdü. O Yaponiyanın ən böyük şirkətlərinin biri sayılan Nissanın aparıcılığın ələ alandan sonra nəhayət dərəcəli başarılara əl tapıb və o şirkəti yerə yıxılmaqdan qurtardı. Karlos, Forçun (Fortune) Asia versiyası olan dərgisi tərəfindən "2003-cü İlin Adamı" seçilib və indi başqa işlərinin yanında, Alkoa (Alcoa), Sony və IBM şirkətlərində bord üysidir. O Nissanın baş aparıcı müdirlüyünü əlində saxlayaraq 2005-ci ildə Renonun baş aparıcı müdirü oldu və Lüis Şuvatzer mükafatını qazandı.
Pamela Kosh
Pamela Kosh (ing. Pamela Kosh; 1 oktyabr 1928, Kent qraflığı – 4 may 2022) – İngilis xarakter aktyoru.
Qoşa
Qoşa — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kəndin belə adlandırılması onun coğrafi mövqeyi ilə əlaqədardır. Kənd qarşı-qarşıya duran iki təpədə yerləşməsinə görə belə adlandırılmış­dır. Bir sıra tədqiqatlara əsasən, toponimi­yada qoşa say mənasını daşıyaraq, "iki" deməkdir. Onun işlənməsi coğrafi obyektin səciyyəsinin konkretləşməsinə xidmət edir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağlıq ərazidə yerləşir. Kənd əhalisi əsasən maldarlıqla və kartofçuluqla məşğul olur. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qoşa kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Qoş
Qoş (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qoş (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində kənd.
Qoşa Qışlaq
Qoşaqışlaq (Əzizbəyov)
Qoşa nağara
Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir. Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir. Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib. Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.
Qoşa nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarında. Məs.: Dilçilik: problemlər və mülahizələr.
Qoşa ulduz
Qarşılıqlı qravitasiya qüvvəsi ilə bir-birinə bağlı olan və ümumi kütlə mərkəzi ətrafında hərlənən iki ulduzun əmələ gətirdiyi sistem- qoşa ulduz adlanır. Sistem ikidən çox ulduzdan da ibarət ola bilər. 3-10 ulduzdan ibarət fiziki rabitədə olan sistemə misilli ulduzlar deyilir. Qarşılıqlı cazibə qüvvələri ilə bir-birinə bağlı olan və fəzada vahid obyekt kimi hərəkət edən 10-dan artıq ulduzdan ibarət qrup ulduz topaları və ulduz assosiasiyaları adlanır. Əlbəttə, göy sferasında bir-birinin yaxınlığında görünən ulduzların hamısı qoşa, misilli və ya topa hesab etmək olmaz. Ulduzlar əslində bir-birlərindən çox uzaq məsafələrdə ola bilərlər və onların yalnız göy sferasına proyeksiyaları yaxın görünə bilər. Bu cür qoşa, optik qoşa adlanır. Qoşa ulduzlar vizual, spektral və tutulan-qoşa olurlar. Ulduz fiziki qoşadırsa, yəni qravitasiya qüvvəsi ilə əlaqədar olan qoşa sistemdən ibarətdirsə, belə sistemin ulduzları ümumi kütlə mərkəzi ətrafında Kepler qanunları ilə hərəkət edirlər. Odur ki, Keplerin dəqiqləşdirilmiş üçüncü qanunu vasitəsilə qoşa sistemin ulduzlarının kütləsini tapmaq olur.
Qoşe xəstəliyi
Qoşe xəstəliyi (ing. Gaucherˋs dis.) – lizosomal hidrolazanın genetik defekti nəticəsində lipid toplanmasının pozulmasıdır. Qlükoserebrozidlərin baş beyində (əqli inkişafdanqalma), sümüklərdə toplanması baş verir. Sümüklərdə (osteonekrozla bağlı) və bel fəqərələrində (OP bağlı sınıqla) ağrı olur, bəzən sümük krizi baş verir. Hepatosplenomeqaliya, ağciyərlərin zədələnməsi baş verir.
Robert Bosch GmbH
Robert Bosch GmbH (ümumi halda Bosch) — elektronika və mühəndislik firması. Şirkət 1886-cı ildə Almaniyanın Ştutqart şəhərində yaradılmışdır. Dünyanın ən böyük avtomobil hissələri istehsalçısıdır.
Mxitar Qoş
Mxitar Qoş (1130, təq. 1120 və ya 1120-ci illər, Gəncə – 1213, Qoşavəng monastırı) — Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biridir. Mxitar Qoş külli miqdarda pritşaların, təmsillərin, məşhur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı (Gəncəli Xosrovun şəhid olması) əsərinin müəlllifidir. Mxitar Qoş Gəncə şəhərində doğulmuş, öz doğma şəhərini şəhərlərin anası, metropoliya adlandırmışdır. Qoş təxəllüslü məşhur hüquqşünas Mxitar təhsilini əvvəlcə vardapet Tovuzlu Yovhannesdən almış, sonra isə Kilikiyada oxumuşdur. Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq, kilsə mərasimləri məsələlərində, eləcə də kilsə qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Qafqaz Albaniyası maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbinin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşu monastırı)da adlandırırlar. Vardan Areveltsi və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar haqqında əlimizdə olan məlumatların əksəriyətini Vanakanın yetirməsi, Qoşu özünün mənəvi babası adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.
Qanunnamə (Qoş)
Qanunnamə – müəllifi Qafqaz Alban tarixçisi Mxitar Qoş olan və Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən sayılan əsər. Qanunnamədə o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır. Lakin erməni müəllifləri birmənalı olaraq Qanunnaməni erməni cəmiyyətinə aid edirlər. Vaxtilə Z. M. Bünyadov Qoşun bu əsərinin başlığı barədə belə bir qənaətə gəlir ki, bu əsər əlyazmahalında "Datastanaqirk" – Qanunnamə adı ilə tanınır; naşirlər onun adına "Xayots" – erməni sözünü əlavə edərək yeni ad yaratmışlar: "Darastanaqrik Xayots" yəni Erməni Qanunnaməsi. Buna, habelə Qoşun öz qanunnaməsini alban kilsəsinin alicənab başçısı ,Qafqaz Albaniyasının katalikosu III Stepanosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də Qanunnamənin Roma imperiyası və Qafqaz Albaniyasının kilsə kanonları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun Qanunnamə əsəri qədim erməni dilində(qrabar) yazılmış alban ədəbiyyatı abidəsidir. Ziya Bünyadovun çıxardığı nəticəni təkzib etməyə çalışan A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olub ki, Qoşun əlyazması Mxitar Qoşun Qanunnaməsi kimi tanınıb və V. Bastamyans (Qoşu nəşr edən) əsərin adındakı erməni (xayots) sözünü mətnə sonradan …düzgün olmayaraq əlavə edib. Mxitar Qoşun Qanunnaməsi yalnız albanlar üçün nəzərdə tutulmuşdu vəbu heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi ermənilərin özlərinin hüquqşqnqslıqla bağlı qədim kitabları var:VIII əsrdə Odznetsinin yazdığı "Erməni kononları kitabı"(Kononaqirk), XIII əsrdə Smbat Sparapet tərəfindən yaradılmış Qanunnamə. Smbat Sparapetin istifadə etdiyi əsas mənbələrdən biri də Qoşun Qanunnaməsidir. Məlum olduğu kimi erməni tarxşünaslarının hamısı Mxitar Qoşun Qanunnaməsini özlərininki sayırlar .
Qoş (Karbi)
Qoş — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında işlənən qoş sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir.
Qoş (Qaraqoyunlu)
Qoş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Sumyajit Qoş
Sumyajit Qoş (10 may 1993) — Hindistanı təmsil edən stolüstü tennisçi. Sumyajit Qoş Hindistanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Sumyajit Qoş Hindistanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Qoh Mehro
Kuh lahru - İranın Herzgan əyalətində yerləşən kənddir. 1995- ilin statistik məlumatlarına əsasən kəndin əhalisi 121 nəfər (31 ev) təşkil etmişdir.
Qoşa minarəli baştağ
Qoşa minarəli baştağ — XII əsrdə Möminə xatın türbəsinin qarşısında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və Atabəylər memarlıq kompleksinə giriş rolunu oynayan qoşa minarəli baştağ. XIX əsrin sonlarınadək qalan (1882-ci ildə sökdürülmüşdür) abidənin üstündə çoxlu kitabələr olmuşdur. Bu kitabələri X. M. Fren və N. V. Xanıkov tədqiq etmişdir. Ancaq bu kitabələr bizədək gəlib çatmamışdır. Ona görə də X. Frenin və N. Xanıkovun həmin kitabələr haqqında tədqiqatı onlar haqqında məlumat verən yeganə mənbələr kimi çox qiymətlidirlər. N. V. Xanıkovun məlumatından aydın olur ki, qoşa minarəli baştağn inşası 1187-ci ildə, Möminə xatın türbəsinin inşasından 1 il sonra başa çatmışdır. Abidənin portalının yuxarı hissəsində belə bir kitabə olmuşdur: "Böyük, adil, alim, hökmdar Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun qəbrini nurlandırsın". Bu kitabədə Atabəy Məhəmməd Cahan Pəhləvanın ölümü haqqında konkret söz deyilməsə də, orada yazılan "Allah onun qəbrini nurlandırsın" fikrinə əsasən Atabəy Məhəmməd Cahan Pəhləvanın qoşa minarəli baştağın inşası başa çatarkən öldüyü bəlli olur. Məhz buna görə də Ə. Ələsgərzadə qoşa minarəli baştağın kitabələrini təhlil edərkən onun özünün də Möminə xatın türbəsinin sərdabəsində dəfn edilməsi fikrinə gəlmişdir. Möminə xatın türbəsinin qarşısında olan qoşa minarəli baştağ Atabəy Məhəmməd Cahan Pəhləvanın əmri ilə onun mütəvəllisi Nurəddin tərəfindən inşa etdirilmişdir.
Qoşa qala qapıları
Qoşa qala qapıları və ya Şamaxı qapısı – Bakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir. Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir. 1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır. Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir.
Qoşa qanad (almanax)
Qoşa qanad almanax
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Bosch
Robert Bosch GmbH (ümumi halda Bosch) — elektronika və mühəndislik firması. Şirkət 1886-cı ildə Almaniyanın Ştutqart şəhərində yaradılmışdır. Dünyanın ən böyük avtomobil hissələri istehsalçısıdır.
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Qoşa qızl kolçedan yatağı
Qoşa yer-ay planeti
Qoşa yer-ay planeti– Ayın kosmosa gedildikdən sonra görə bildiyimiz digər üzü, bizə görünən tərəfi kimi deyildir. Ən böyük fərq, bizə baxan üzündəki kimi çox geniş qaranlıq sahələrin olmamasıdır. Ancaq buna baxmayaraq, görülməyən üzündə krater sayı daha çoxdur. Bunun səbəbi hələlik bilinmir. Günəşi bir ulduz, onun ətrafında dönən doqquz planeti və bu planetlərin peyklərini, asteroid və quyruqlu ulduzlardan mütəşəkkil sistem adlandırsaq da günəş sisteminin böyüklüyünü tam ifadə etmiş olmarıq. Bu mükəmməl sistem içərisində Ayın da özünəməxsus yeri var. Ay Yerin peyki sayılır. Digər planetlərin də ətrafında dönən peyklər mövcuddur. Ancaq bu peyklər planetlərə nisbətən çox kiçikdirlər. Ayın diametri və çevrəsi Yerdən dörd dəfə kiçikdir.
Qoşa Qızıl kolçedan yatağı
Qoşa Qızıl yatağı (Tovuz)
Qoşa qızıl yatağı – XX əsrin 50-ci illərinə aid, Tovuz rayonunda yerləşən Qoşa qızıl yatağı. Tovuz ərazisində bir çox filiz, qeyri-filiz, tikinti materialları kimi geniş istifadə olunan faydalı qazıntı yataqları vardır. Tovuz rayonunun və ümumiyyətlə Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas çay hövzələrinin allüvial çöküntülərində müəyyən edilmiş səpinti qızıl ehtiyatına aid məlumatlar hələ XX əsrin 50-ci illərində toplanmışdır. Tovuz rayonu ərazisində axan çaylardan Tovuz çayın və Zəyəmçayın çöküntülərində də qızıl olması müəyyən edilmişdir. Tovuzçayın hövzəsində olan qum yataqlarında (Günəşli, Öysüzlü, Tovuz) qızıl az miqdarda müəyyən edilmişdir. Zəyəmçay hövzəsi Kiçik Qafqazın səpinti qızıl yataqları üçün çox perspektivli sayılır. Əsrikçayda mis-sink filizləri təzahürü var. Əsriçay hövzəsində 220 metrə qədər qazılmış quyu vasitəsi ilə pirit-xalkoperit-sfalerit filizləri müəyyən olunmuşdur. Yuxarı Öysüzlü kəndində Ağdağ seolit yatağı və böyük miqdarda sement xammalı vardır. Yuxarı Öysüzlü əhəng daşı yatağı, Tovuz gil yatağı, qum-çınqıl yatağı və Hacallı tuf yataqları rayonun faydalı qazıntılarına aiddir.
.goog
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
GOTO
GOTO - (azərb. GOTO deyimi‎, ing. GOTO statement, rus. оператор GOTO) — Fortran, BASIC və başqa proqramlaşdırma dillərində: idarəetməni proqramın başqa bir hissəsinə ötürən idarəedici deyim. Məsələn, BASIC dilindəki aşağıdakı proqram 1000 dəfə “Hello” kəlməsini çap edir: 10 LET X=0 20 PRINT “HELLO” 30 LET X=X+1 40 IF X<1000 THEN GO TO 20 Proqramlaşdırmanın bir çox nəzəriyyəçiləri və praktikləri proqramlarda GOTO deyimindən istifadə etməməyi məsləhət görürlər, bəzi proqlamlaşdırma dillərində isə (məsələn, Modula-2) belə deyim ümumiyyətlə yoxdur. Bu ona görə edilir ki, GOTO deyimi bir tərəfdən proqramın daha əyani olan bloklu quruluşunu pozur, digər tərəfdən kompilyatorun optimal kod generasiya etməsini çətinləşdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
GPSS
GPSS — Ümumi məqsədli simulyasiya dili(ing. General Purpose Simulation System) 1961ު-ci illərdə Geoffrey Gordon tərəfindən yaradılmış, ümumi məqsədli diskret zamanlı simulyasiya proqramlaşdırma dilidir. Dil əsas olaraq proqramlaşdırma bilməyən analizçilər üçün, trafik və növbə sistemlərini modellşdirmək üçün yaradılıb. Dildə 53 blokdan istifadə olunur. Aşağıdakı nümunə GPSS proqramından götürülüb və proqramın əsas məqsədini özündə ehtiva edir. Nümunədə bərbər dükanının bir günü modelləşdirilib. Müştərilər dükana daxil olur, əgər bərbər məşğuldursa (hər hansı bir müştəri xidmət alır) sırada gözləyir. Bu sistemdə xidmət(FCFS-first come-first served) ilk gələn – ilk xidmət olunur prinsipi ilə göstərilir. Müştəriyə xidmət olunduqdan sonra o sistemi tərk edir. Burdakı məqsəd gələn müştəri sayından və xidmət sürətindən asılı olaraq müştərilərin sırada gözləmə müddətlərinin tapılmasıdır.
Ghost
Ghost — 2008-ci ildə İsveçdə yaradılan metal qrupu. "Ghost" (ABŞ adı ilə Ghost B. C.) 2008-ci ildə İsveçin Linköping şəhərində qurulmuş Qremmi mükafatlı heavy/doom metal qrupudur. 2010-cu ildə 3 mahnıdan ibarət demo ilə birlikdə "Elizabeth" adlı sinql və çıxış (ilk) albomları olan Opus Eponymous'u yayımlamışdır. Həmin il İsveçin Grammis mükafatlarına namizəd göstərilən albom müsbət rəylər almış və qrupun məşhurluğunu daha da artırmışdır. Infestissumam adlı ikinci albomlarını 2013-cü ildə yayımlayan qrup İsveç çartlarında zirvədə yer almış və sözügedən albom ilə həmin il İsveçin Grammis mükafatlarının Ən Yaxşı Hard Rock/Metal kateqoriyasını qazanmışdır. Qrup 2015-ildə artıq sayca üçüncü olan Meliora albomunu yayımlamış və bu albomdan olan Cirice sinqlı ilə "58-ci Qremmi Mükafatları"nda Ən Yaxşı Metal performansını qazanmışdır. Ghost səhnədə teatrikal və artistik performansları ilə tanınmaqdadır. Qrup 6 üzvdən ibarətdir və üzvlərdən yalnız biri fərqli görünüşü ilə anti-Papa personajına malik Papa Emeritus ləqəbli vokalistdir. Digər 5 üzv isə Nameless Ghouls (Adsız Pis Ruhlar) adlanır və pentaqramdakı (5 guşəli ulduz) 5 elementi təmsil edir və pentaqrama görə hava, od, su, torpaq və ruh elementləri ilə bir-birindən seçilirlər. Qrup bu vaxta qədər heç bir müsahibə, konsert və digər qatıldığı yerlərdə maskalarını çıxartmamış və özləri haqda heç bir məlumat verməmişdir.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Got7
Got7 (koreyaca: 갓세븐) JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupudur. Qrup yeddi üzvdən ibarətdir: Cey B, Mark, Cekson Van, Cinyounq, Younqce, BamBam və Yugyom. Got7, 2014-cü ilin yanvarında Gaon Music Chart-da ikinci, Billboard’s World Albums Chart-da bir nömrəyə yüksələn ilk albumları olan EPGot It? debüt etdilər. Qrup, həmçinin tez-tez martial arts tricking və küçə rəqsləri elementlərini ehtiva edən canlı çıxışları ilə də diqqət çəkdi. 2014-cü ilin sonlarında Got7 Sony Music Entertainment Japan ilə müqavilə bağladı və Yapon dilində debüt sinqlı “Around The World”-u çıxartmaq üçün Yaponiya bazarına çıxdı. Onlar bir ay sonra Cənubi Koreyaya qayıdıb, ölkənin hit-paradlarına başçılıq edən ilk tammetrajlı studiya albomu olan Identify çıxartdılar. 2015-ci ildə Got7, “Just Right” və “Mad” EP’lərini çıxartdırlar, bununla da, kommersiya baxımından “Just Right” ən uğurlu sinqlları oldu. 2016-cı ildə onlar, Oricon Albums Chart-a üçüncü olaraq daxil olan, tammetrajlı studiya albumu Moriagatteyo ilə Yaponiya bazarına yönəldilər. Onların beşinci Koreya albumu EP Flight Log: Departure və ikinci tammetrajlı studiya albumları Flight Log: Turbulence hər ikisi də siyahılarda lider idi və 2017-ci ildə Flight Log seriyasının sonuncu EP Flight Log: Arrival-ı onların ilk 300.000-dən çox nüsxə satan albumu oldu.
HOST
H. O. S. T (Hava Od Su Torpaq) — Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Bosa nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Bost (kommuna)
Bost (fr. Bost) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03033. 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 111 nəfər (15-64 yaş) arasında 98 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 88.3%, 1999-cu ildə 70.7%) idi. Fəal olan 98 nəfərdən 95 nəfər (48 kişi və 47 qadın) işləyir, 3 qadın işsizdir. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.