Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Fətulla
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur. 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar.
Fətulla Fətullayev
Fətulla Qəni oğlu Fətullayev — Sosialist Əməyi Qəhrəmanı 1908-ci il sentyabrın 29-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1947-1965-ci illərdə Bico kəndinin M.Əzizbəyov adına kolxozunda kolxozçu və briqadir işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi pensiyaya çıxmışdır. Bico kəndində vəfat etmişdir.
Fətulla Hüseynov
Fətulla Əli oğlu Hüseynov (21 dekabr 1937, Traubenfeld – 14 iyun 2004, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik. Fətulla Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbərlərindən biri olmuşdur. == Həyatı == === Erkən illəri === Fətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb. === Qarabağ müharibəsində iştirakı === 1993-cü ildə Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib.
Fətulla Rzabəyli
Fətulla Rzabəyli (1885, Bakı – 10 oktyabr 1968, Bakı) — professor (1950), Əməkdar elm xadimi (1960). == Həyatı == Fətulla Rzabəyli 1911-ci ildə Novorossiysk Universitetini bitirmiş və 1913-cü ildən həmin universitetdə işləmişdir. o vətənə qayıdaraq müxtəlif vəzifələrdə də işləmişdir. 1930-cu ildə Azərbaycan Dövlət tibb institutu Azərbaycan Dövlət Universitetindən ayrılaraq yaradılanda "Biologiya" kafedrasını yaradaraq 1930–33-cü illərdə "Biologiya" kafedrasının müdiri olmuşdur. Bu kafedraya sonradan 1946–1964-cü illərdə də başçılıq etmişdir. 1950-ci ildə professor, 1960-cı ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Ailəsi == Fətulla bəy Rüxsarə xanım Vəkilova ilə ailə qurmuşdu. Zülfiqar, Davud adlı oğlanları, Gülrux, Törə adlı qızları var. == İstinadlar == == Mənbə == Respublika qəzeti. 26 may 2010-cu il.
Fətulla Siracov
Həbibulla Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həbibulla Hüseynov
Hüseynov Həbibulla Eynulla oğlu (10 oktyabr 1910, اردبیل – 16 aprel 1945, Kalininqrad vilayəti) — Cənubi Azərbaycandan olan Qızıl Ordu polkovniki və Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra). Ərdəbildən Bakı şəhərinə mühacirət edən Hüseynov burada yükləyici və montajçı olaraq işləmişdir. Komsomol xətti ilə 1928-ci ildə Qırmızı Ordu sıralarına qatılmış və artilleriya zabiti olmuşdur. O, Böyük təmizləmə zamanı həbs edilmiş və İran casusu olmaqda ittiham edilmişdir. Aylar sonra azad edilmiş və zenit artilleriya batalyonunun komandanı olmuş, İkinci Dünya Müharibəsində bu vəzifədə xidmət etmişdir. XIII atıcı diviziyanın bir hissəsi olan bölməsi almanların başlatdığı Barbarossa əməliyyatından sonra Belarusiyanın qərbində mühasirəyə düşmüş, lakin Hüseynov sağ qalanlara rəhbərlik edərək mühasirəni yarmağı bacarmışdır. Onun batalyonu sonradan yenidən təşkil edilmiş və Kalinin ilə Rybinskin hava hücumundan müdafiəsində iştirak etmişdir. 1942-ci ilin iyununda Hüseynov zanit artilleriya batalyonunun komandanı kimi İvanovonun müdafiəsinə qatılmışdır. 1942-ci ilin oktyabrında o, zenit artilleriya alayının komandanı olmuş və iki ay sonra I Mühafizə ordusunun tərkibinə köçürülmüşdür. Onun alayı Tatsinskaya hücumuna qatılmış və bu hücumda 24-cü tank korpusu tərkibində çıxış etmişdir.
Həbibulla Məmmədbəyli
Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan astronomu, professor. == Həyatı == Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu 1912-ci il dekabrın 1-də Bakının Şağan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Cəfərqulu bəy Şağan kəndinin kəndxudası olmuşdur. Beş oğul və iki qız atası olmuşdur. Anası Bəyim xanım da bəy ailəsində doğulmuşdur. Cəfərqulu bəy 1937-ci repressiya qurbanı olmuşdur. 1956-cı ildə bəraət qazanmışdır. Harada dəfn olunduğu bilinmir. O, vaxtlar xalq düşməni oğlu olmasına baxmayaraq Bakıda orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinə daxil olmuş və oranı bitirmişdir. Ali təhsili aldıqdan sonra Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoqoji İnstitutunda dərs demişdir.
Həbibulla Odabaş
Həbibulla Odabaş — (1891 və ya 11 fevral 1881, Korbek[d], Tavriya quberniyası[d] – 1937, SSRİ) — krım tatar yazıçı, filoloq, pedaqoq. Əsərlərini Timurcan və Çatır-Tavlı təxəllüsləri ilə çap etdirib. == Haqqında == Həbibulla Əbdürrəşid oğlu Odabaş 1891-ci ildə Aluşta yaxınlığındakı Korbek kəndində anadan olub. Orta təhsilini Krımda aldıqdan sonra İstanbulda ali təhsil alıb. Burada təhsil aldığı dövr ərzində ilk dəfə öz şeirlərini və "Altın yarık" (Qızıl parıltı) poemasını çap etdirir. 1917-ci ildə Krıma geri dönərək 1920-ci ilə qədər "Yaşıl ada" jurnalı sonradan isə "Bilgi" jurnalını nəşr etdirir. 1921-ci ildən 1928-ci ilə qədər Krım Pedaqoji İnstitutunda və Tatar Pedaqoji Texnikumunda dərs deyir. Müəllimlik fəaliyyəti ilə yanaşı krım tatar məktəblərində üçün ana dili və ədəbiyyat dərslərini keçmək üçün bir neçə dərsliyi də tərtib edir. 1925-ci ildə Tavrida tarix, arxeologiya və etnoqrafiya Cəmiyyətinə üzv seçilir. 1925-ci ildə Simferopolda çap edilən "Okub işleri" jurnalında öz pedaqoji, mədəni maarif mövzulu, yazılarını, şeir və hekayələrini yazır.
Həbibulla Əmirxanov
Həbibulla Əmirxanov İbrahim oğlu (d.7 may 1907-ci il, Dağıstan - ö. 1986-cı il ) — azərbaycanlı alim, fizika-riyaziyyat elmlər doktoru (1942), professor, Azərbaycan EA-nın həqiqi üzvü (1949), SSRİ EA -nın müxbir üzvü (1972). == Həyatı == Həbibulla İbrahim oğlu Əmirxanov 7 may 1907-ci ildə Dağıstanın Korod kəndində anadan olmuşdur. 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Həbibulla Əmirxanov universiteti bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Fizika kafedrasında işə başlamışdır. O, həmçinin SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsinin fizika sektorunda çalışmışdır. Həbibulla Əmirxanov 1935-ci ildə yaradılmış SSRİ EA-nın Azər­baycan filialının fizika sektorunun rəh­bə­ri vəzifəsini icra etmişdir. 1945-1950-ci illərdə isə Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun ilk direktoru kimi fəaliyyət göstərmişdir. 1950-ci ildə Dağıstana köçən Həbibulla Əmirxanov SSRİ EA Dağıstan filialı Rəyasət Heyətinin sədri olaraq çalışmış, həmçinin SSRİ EA Fizika İnstitutu Dağıstan filialının direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı, o, Azərbaycan Sənaye İnstitutunun fizika kafed­rasının müdiri kimi fəaliyyət göstərmişdir.
Həbubulla Şahtaxtinski
Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974). == Həyatı == Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir.
Həmdulla Abdullayev
Həmdulla Aslan oğlu Abdullayev (19 mart 1994; Bəhrəmtəpə, İmişli rayonu — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə K. Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmdulla Aslanov
Həmdulla Aslanov (tam adı:Həmdulla İsrafil oğlu Aslanov; 16 fevral 1950, Şamaxı rayonu) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsinin müdiri. [1] [2] == Həyatı == Aslanov Həmdulla İsrafil oğlu, Funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsi üzrə mütəxəssis, 16 fevral 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur.1957-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində birinci sinifə getmiş, 1967-ci ildə rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan SSR Elmər Akademiyasının Riyaziyyat və Mexanika institutnun aspiranturasına daxil olmuş, 1975-ci ildə aspiranturanı bitirmiş və 23 iyun 1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımov və professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə "Bəzi öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması (01.01.01)" mövzusunda namizədlik, 1996-cı ildə "Hilbert fəzasında xüsusi törəməli operator-diferensial tənliklər üçün, həllolunma, tamlıq və spektrin asimptotikası" mövzusunda doktorluq dissertasi müdafiə etmişdir. O, əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978–1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri işləmişdir. 1988-ci ildə Dağlıq Qarabağda baş verən qanlı hadisələrlə əlaqədar olaraq Stepanakert Pedaqoji İnstitutu öz fəaliyyətini dayandırmış və o, həmin ildə Çingiz İldırım adına Azərbaycan Politexnik insitutunun "Ali riyaziyyat" kafedrasına dosent vəziəsinə keçirilmişdir. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının professoru vəzifəsinə seçilmişdir. Professor Həmidulla Aslanov 170-elmi, tədris-metodiki, elmi-populyar məqalələrin, tədris proqramlarının və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik disserasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər doktranta elmi rəhbərlik edir.2006-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçidir.2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Funksional analiz" şöbəsinin müdiridir.
Həmdulla Cəfərov
Həmdulla Yunis oğlu Cəfərov (d. 15 iyun 1962; Quba, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Həmdulla Cəfərov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Həmdulla Mehrabov
Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru. Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. 1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu‎) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975). Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur. "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
Yədulla Bayandur
Yədulla Ələkbər xan oğlu Bayandur (1913, Tehran - 1942, Ənzəli) — İranın Hərbi-Dəniz qüvvələrinin zabiti. == Həyatı == Yədulla Ələkbər xan oğlu Bayandur 1913-cü ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Hərbi-Dəniz qüvvələrinin məktəbində oxumuşdu. Məktəbi leytenant rütbəsi ilə tamamlayaraq Xəzər dənizində xidmətə başlamışdı. Vəzifəsində yüksələrək gəmi komandiri olmuşdu. Almaniya təyyarələri tez-tez İran səmasında görünür, bəzi yerləri bombalayırdılar. 1942-ci ildə baş verən belə hücumların birində Yədulla Bayandurun gəmisi sıradan çıxarıldı. Özü isə əbədi gözlərini yumdu.
Yədulla Səmədi
Yədulla Səmədi (1951, Marağa, Şərqi Azərbaycan ostanı – 25 sentyabr 2018, Şiraz) — İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru. == Həyatı və fəaliyyəti == Yədulla Səmədi 1952-ci ildə Marağa şəhərində dünyaya gəlib. Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr edilib. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən "Avtobus" filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir. Avtobus filmindən 3 il sonra çəkilən "Savalan" filminin hekayəsi də İran Azərbaycanında baş verən hadisələrə əsaslanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur. Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər. Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi "Dəli Domrul" və "Saray" filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub. "Saray" filminin musiqisini məşhur günenyli sənətkar Aşıq Çingiz Mehdipur bəstələyib.
Zəbbulla Əliyev
Zəbbulla Əliyev (tam adı: Əliyev Zəbbulla Xeyrulla oğlu; 6 mart 1946, Sabirabad – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1946-cı il 6 mart tarixində Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Beş uşaq atası idi. Uşaqlar 38 №-li məktəbdə təhsil, alır. Vüqar, Leyla, Sevinc, İzzət. Kiçik oğlu Rauf ruhi xəstədir. Zəbbulla Əliyev XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də vəfat etmişdir. Anadan olduğu kənddə dəfn edilib.
Zəkulla Bayramlı
Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi. == Həyatı == Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. == Təhsili == 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb. 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib. 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub. 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. == Elmi-pedaqoji fəaliyyəti == 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib. 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.
Fətulla Həsənov
Fətulla Sabir oğlu Həsənov — 1-ci Qarabağ müharibəsi şəhidi == Həyatı == Həsənov Fətulla Sabir oğlu 1960-cı il fevralın 13-də Gəncə şəhərində anadan olmuşdur. O, 42 saylı orta məktəbi bitirmişdir. Fətulla Milli Ordu yaranan ilk günlərdən əsgərliyə getmişdir. Şücaətinə görə bir dəfə məzuniyyət verilmişdir. Bir həftəliyə ciyərparaları olan Pərvanə və Pərvin ilə görüşmüşdür, lakin Fətullanın bir həftəlik məzuniyyəti bir gecədən artıq çəkməmiş, tələsik cəbhəyə qayıtmışdı. Fətulla Həsənov ermənilərə qarşı nifrət hissi ilə yaşayırdı. O, Çaykənd, Tərtər, Ağdərə bölgələrində gedən ağır döyüşlərdə fəal iştirak etmişdi. Xidmət etdiyi 703 saylı hərbi hissədə özünə böyük hörmət qazanmışdı. Fətulla Sabir oğlu Həsənov 1994-cü il yanvarın 7-də Ağdərə bölgəsində düşmən tərəfindən diri-diri yandırılaraq şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Aşıq Fətulla Göyçəli
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur. 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar.
Fətulla Həsənov (şəhid)
Fətulla Sabir oğlu Həsənov — 1-ci Qarabağ müharibəsi şəhidi == Həyatı == Həsənov Fətulla Sabir oğlu 1960-cı il fevralın 13-də Gəncə şəhərində anadan olmuşdur. O, 42 saylı orta məktəbi bitirmişdir. Fətulla Milli Ordu yaranan ilk günlərdən əsgərliyə getmişdir. Şücaətinə görə bir dəfə məzuniyyət verilmişdir. Bir həftəliyə ciyərparaları olan Pərvanə və Pərvin ilə görüşmüşdür, lakin Fətullanın bir həftəlik məzuniyyəti bir gecədən artıq çəkməmiş, tələsik cəbhəyə qayıtmışdı. Fətulla Həsənov ermənilərə qarşı nifrət hissi ilə yaşayırdı. O, Çaykənd, Tərtər, Ağdərə bölgələrində gedən ağır döyüşlərdə fəal iştirak etmişdi. Xidmət etdiyi 703 saylı hərbi hissədə özünə böyük hörmət qazanmışdı. Fətulla Sabir oğlu Həsənov 1994-cü il yanvarın 7-də Ağdərə bölgəsində düşmən tərəfindən diri-diri yandırılaraq şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Fətulla bəy Kərimbəyov
Fətulla bəy Kərbəlayı Abbas bəy oğlu Kərimbəyov — Kiyev universitetinin məzunu, notarius, sahibkar. == Həyatı == Fətulla bəy Kərimbəyov 1869-cu ildə Cəbrayıl qəzasının Kərimbəyli kəndində anadan olmuşdu. Qarğabazar kəndindəki rus-tatar məktəbinin 3-cü sinifini, Cəbrayıl kəndindəki məktəbin 5-ci sinifini, Şuşa şəhəri real məktəbin 7-ci sinifini bitirmişdi. Bakıda gimnaziyada oxuyandan sonra Kiyev şəhərinə yollanıb universitetə qəbul olur. Universiteti tamamlayandan sonra Bakı şəhərinə dönmüşdü. Uzun illər şəhər notariusunun rəisi vəzifəsində çalışmışdı. Bakı şəhərində 40 mənzillik üçmərtəbəli, 60 mənzillik ikimərtəbəli evlər tikdirmişdi. 60 mənzilli ev köhnə Ketsxoveli küçəsindəki Şəhər polisi ilə üzbəüz olan binadır. Fətulla bəy repressiya illərində Stavrapol şəhərinə köçmüşdü. Orda vəfat edib.
Herullar
Herullar (lat. Heruli)—German əsilli bir tayfa. Tato hakimiyyətinin əsas hadisəsi lanqobardlarla herullar arasında baş vermiş müharibə idi. 490-cı ildə lanqobardlar artıq xristian idilər və digər qonşu xalqlar kimi herulların hakimiyyəti altında idilər. 494-cü ildə lanqobardlarla herullar arasında müharibə başverdi. Nəticə etibarı ilə herullar məğlub oldular, Herul kralı Rodulf kömək üçün İtaliyaya – onu oğulluğa götürən (silah üzrə oğlu) ostqotların kralı Teodorixin yanına qaçdı, ondan kömək alaraq yenidən öz mülkiyyətinə qayıtdı. Lakin bu müharibədən sonra lanqobardlar herullara vergi verməyi dayandırdılar. Bundan sonra lanqobardlar Feld (sahə) adlandırdıqları Norik düzənliyinə köçdülər. Bu zaman ərzində onlar sülh şəraitində yaşayırdılar. 508-ci ildə yenidən müharibə başlandı.
Nebula
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Bulbophyllum herbula
Bulbophyllum herbula (lat. Bulbophyllum herbula) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Heybullah Əsdiyev
Heybullah Məzahir oğlu Əsdiyev (14 oktyabr 1993; Qaysa, Balakən rayonu - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cümhuriyyəti Baş Nazirinin Avrasiya məsələləri üzrə müşaviri. == Həyatı == Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Terminalia chebula
Terminalia chebula (lat. Terminalia chebula) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. Dərman məqsədilə ağacın meyvələrindən istifadə olunur.