Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teymur Əmrah
Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; 8 oktyabr 1971, Kirovabad) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirova olmuşlar. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir.
Əmrah Abışov
Əmrah Aslanov
Əmrah Aslanov (1 iyun 1920 — 19 aprel 1982) — "Qızıl Ordu"nun baş serjantı, 28-ci qvardiya süvari alayının istehkamçısı (mina təmizləyən). Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri olub. Əmrah Aslanov 1 iyun 1920-ci ildə Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi. 1939-cu ildə "Qızıl Ordu"nun sıralarına qoşulub. 102-ci atıcı alayda xidmət edib. 1941-ci ilin iyun ayından Böyük Vətən müharibəsində iştirak edib. Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. 20 mart 1944-cü ildə Vitebsk şəhərindən cənubda 18 ədəd minanı təmizləmiş və tankları minalanmış sahədən keçirtmişdir.
Əmrah Bayramov
Əmrah Cəfərli
Əmrah Dadaşov
Əmrah Nemət oğlu Dadaşov - Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru. 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir 1960-1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib Namizədlik dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı». 1986-cı il. Doktorluq dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». 2004-cü il 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir Kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edir Magistraturada 2 problem üzrə kurs oxuyur 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir. «К вопросу об изучении остатков древних злаковых растений периода палеометалла Азербайджана», - Bakı Universitetinin Xəbərləri, 2003, №2 «Обзор скотоводческой экономики периода палеометалла», - Bakı Universitetinin Xəbərləri, 2003, №3. «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана».- Bakı Universitetinin Xəbərləri, 2003, №4. «Древнейшие земледельческие орудия в историографии Азербайджана» - Tarix və onun problemləri», 2003, №2 «Основные археологические источники по изучению древнего скотоводческого хозяйства Азербайджана» . – Bakı Universitetinin Xəbərləri, 2004, №1 «О проблемах возникновения ранних форм производства» - Bakı Universitetinin Xəbərləri, 2006, №4 Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Baku, 1991.
Əmrah Hüseynli
Əmrah Həmidov
Əmrah Mamedov
Əmrah Rüstəmli
Əmrah Rəcəbov
Əmrah Rəcəbov (11 dekabr 2000, Gəncə – 8 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir. Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır. Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir. Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur.
Əmrah Səfərli
Əmrah Çingiz oğlu Səfərli (2 aprel 1998, Göbəktala, İmişli rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Səfərli 2 aprel 1998-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. İmişli rayon Yalavac kənd tam orta məktəbdə təhsil almışdır. Əmrah Səfərli bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdi. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əmrah Xəlilzadə
Əmrah Yüzbəyov
Əmrah Çəlikəl
Əmrah Çəlikəl (türk: Emrah Işık Çelikel) — "Qarabağ" futbol klubunun direktoru. Əmrah Çəlikəl 1976-cı ildə Ankarada anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib. Evlidir. 2 övladı var. 2004-cü ildən "Qarabağ" futbol klubunun direktorudur.
Əmrah (müğənni)
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
Əmrah İpək
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
Əmrah İsmayılov
Əmrah Əkbərov
Əmrah Əliyev
Əmrah Əmrahov
Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı – 18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru. 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kürdəxanı kənd məktəbinin 1-ci sinfində bir neçə ay oxuduqdan sonra göz həkimləri ona oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda "Azərbaycan pioneri" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-il bu qəzetdə çalışıb. Əbədi işçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru.
Aşıq Əmrah
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Ərzurumlu Əmrah
Ərzurumlu Əmrah (1775 – 1854, Toqat ili) — Doğu Anadolu və Azərbaycanda məşhur olan bir şair, el ədəbiyyatımızın görkəmli nümayəndələrindən. Əmrah Ərzurumlu Tənbura kəndində dünyaya gəlmişdir. Doğum ili müəyyənləşdirilməyib. Müxtəlif nəşrlərdə doğum ili 1777, 1781, 1815 və 1820-ci illər kimi göstərilir. Ölüm tarixi daha dəqiqdir. Əmrah 1860-cı ildə Niksarda vəfat etmişdir. Heca vəznində, xalq şeiri biçimlərimizdə inciləryaratmış Əmrahm Əruz vəznində yazdığı əsərləri — qəzəlləri, müxəmməs və mürebbeləri də var. Bəzən Əızurumlu Əmrahla XVII əsrdə Van gölü ətrafinda Ercizdə yaşamış Əmrah adlı el şairinin şerlərini dəyişik salırlar.
Aşıq Əmrah Gülməmmədov
Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq. == Həyatı == Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur. Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur. Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur. Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi.
Emrah Çinik
Emrah Çinik, (Avqust 30, 1977; Bursa, Türkiyə) Türk saç əkimi cərrahıdır. == Həyatı və karyerası == 1977-ci ildə Bursada atası Mehmet, anası Samie, derzi valideynlərin övladı olaraq dünyaya gəlmişdir. 1996-cı ildə Uludağ Universitetinin tibb fakutesini qazanmış ve 2002 – ci ildə məzun olmuşdur. Bursadakı ali təhsilini tamamladıqdan sonra 2 illik məcburi xidmət üçün Kırıkkaleyə getmişdir. Məcburi xidməti başa vurduqdan sonra o Medikal Estetik həkimi kimi fəaliyyətə başlamışdır. 2007–ci ildə o İstanbula gəlmiş və Cosmedica Saç Əkimi və Plastik Cərrahiyə Mərkəzini açmışdır. 2008–ci ildə Medikal Park Xəstəxanalr qrupunun Sultanqazi şöbəsində Medikal Estetika və Saç əkimi şöbəsinin direktoru kimi işləməyə başlamışdır. Cosmedica klinika həmin xəstəxanın saç əkimi departmanı olaraq fəaliyyət göstərirdi. 2010-cu ildə o Medicana Beynəlxalq Xəstəxanasında Sultanqazidə olduğu kimi Medikal Estetik həkimi və Saç əkimi cərrahı kimi fəaliyyətə başlamışdır. 2011-ci ildə o Medikal Park Xəstəxanalar qrupunun Bahçelievlər şöbəsində öncəki təcrübələrində olduğu kimi eyni sahə - saç əkimi - üzrə işləməyə başlamışdır.
Emrah İpek
Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. == Həyatı == Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb.
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Hərrac
Auksion — alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar (strinqlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və strinqlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclar, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır. == Etimologiyası == Uşakovun lüğəti latın dilindən sözün Latın mənşəli olduğunu göstərir lat. auctio — vurma deməkdir. Müasir izahlı lüğətdə ("Böyük Sovet Ensiklopediyası" tərəfindən nəşr edilmişdir) lat.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Herman
Herman — ad. Herman Hesse — alman-isveçrə yazıçısı, şairi və rəssamı Herman Qmayner — Avstriyalı filantropist və Sos Uşaq kəndlərinin yaradıcısı Herman Obert — Almaniya mühəndisi və alimi.