Əmrah Şahid oğlu Əkbərov (21 fevral 1998, Livədirqə, Lerik rayonu – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, Vətən Müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı" ordeni laureatı.
Əmrah Əkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Əmi |
Doğum tarixi | 21 fevral 1998 |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 2020 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Şahid Həmidov |
Anası | Dürdanə Əkbərova |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 iyun-2020 oktyabr |
Rütbəsi | Leytenant |
Vəzifəsi | Baş Kəşfiyyatçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Əmrah Əkbərov 1998-ci il Fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub.[1] 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirir. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.2016-cı ildə həmin liseyi bitirmişdir.
Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur.2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmət etməyə başlamışdır.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Əmrah Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmrah Əkbərov oktyabr 12-də Hadrut döyüşləri zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[6]