Əmrah Hüseynli (12 oktyabr 1994, Cəlilabad – 26 oktyabr 2020, Çanaqçı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Əmrah Hüseynli | |
---|---|
Əmrah Namiq oğlu Hüseynli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1994(1994-10-12) |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020(2020-10-26) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | Heydər Əliyev adına AAHM |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2017–2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2021 2021 2021 2021 |
Əmrah Hüseynli 1994-cü il oktyabrın 12-də Cəlilabad şəhərində anadan olub.[1] 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.2017-ci ildə hərbi məktəbi "Taktiki kəşfiyyat qoşunları komandiri" ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Xüsusi Təyinatlı Qüvvələrin təməl komando kurslarını keçmiş və xüsusi təyinatlı qüvvələrdə xidmətə başlamışdır.
Əmrah Hüseynli 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Hüseynli oktyabrın 26-da Çanaqçı istiqamətində şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06..2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.