Əmrah Yusif oğlu Cəfərli (22 yanvar 1997; Şirinsu, Lənkəran, Azərbaycan — 15 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Əmrah Cəfərli | |
---|---|
Əmrah Yusif oğlu Cəfərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirinsu, Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lənkəran |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2021 |
Əmrah Cəfərli 22 yanvar, 1997-ci ildə Lənkəran rayonunun Şirinquyu kəndində dünyaya gəlib. Əmrah ailəsinin ikinci övladı olub. O, Hərbi Komissarlığın nəzdindəki sürücülük məktəbini bitirmişdi. Yük maşını sürücüsü idi.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əmrah Cəfərli Hadrutun azad edilməsində savaşıb. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Lənkəranda dəfn edilib.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]