Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Həsib
Əl-Həsib (ər. الحسيب) — Allahın adlarından biri.
Mirzə Həsib Qüdsi
Mirzə Həsib Qüdsi (1828, Bakı – 1908, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Həsib Qüdsi 1828-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə aldıqdan sonra Tehran şəhərinə yollanaraq mükəmməl dini və dünyəvi təhsil almışdır. Bakıya qayıtdıqdan sonra isə mədrəsə açmış və ömrünü dini alimlərin yetişməsinə sərf etmişdir. Bu böyük alim və şair 1908-ci ildə Bakıda vəfat etmişdir. Təəssüf ki, bir çox din alimləri və Əhli-Beyt (ə) şairləri kimi Mirzə Həsib Qüdsinin də həyat və fəaliyyəti barədə məlumat yox dərəcəsindədir. Zəngin irsə malik olan şairin şerləri mütəmadi olaraq o dövrün mətbuat orqanlarında: "Məktəb", "Şərqi Rus", "Həyat", "İrşad", "Dəbistan", "Tazə həyat", "Füyuzat" və başqalarında çap edilmiş, divanı isə 1883 və 1887-ci illərdə Təbrizdə, 1901-ci ildə isə Bakıda nəşr edilmişdir. Sovet imperiyası dövründə isə şairin divanı mərhum Əliəbbas Müznib tərəfindən tərtib edilsə də çap edilməmişdir. Bu kitab ancaq müstəqillik dönəmində Sona Xəyal və Mustafa Mailoğlu tərəfindən transfonelimerasiya edilərək nəşrə hazırlanmış və 2004-cü ildə nəşr edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi şair zəngin və çox şaxəli ədəbi irsə malikdir.
Həbib
Həbib — Azərbaycanlı kişi adı. Həbib Bayramov — Tarzən. Azərbaycanın xalq artisti (1983). Həbib Elqaniyan — Tehran yəhudi Cəmiyyətinin prezidenti Həbib İbrahimov — Sədərək rayonu İcra hakimiyyətinin başçısı Həbib İsrafilov — Geologiya elmləri doktoru, professor Həbib Şirinov — iqtisad elmləri doktoru, professor. Həbib Qaramani — XV əsr xəlvəti şeyxlərindən biri. Həbib bəy Səlimov — general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Həbib Rəhimoğlu — Ermənistanın əməkdar jurnalisti. Həbib İsmayılov — Azərbaycan kino rejissoru.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). == Həyatı == Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963).Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi.
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Həbib Abdullayev
Həbib Məhəmmədoviç Abdullaev (18 iyul (31), 1912, Fərqanə vilayəti, Aravan kəndi - 20 iyun 1962, Daşkənd) - Sovet Özbəkistan geoloqu, akademik (1947-ci ildən) və Özbəkistan SSR Elmlər Akademiyasının prezidenti (1956-1962). SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). == Həyatı == Həbib Abdullayev 1936-cı ildə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetini bitirib. Daha sonra Moskva Geologiya Kəşfiyyat İnstitutunda və Orta Asiya Politexnik İnstitutunda dərs demişdir. Abdullayevin əsas əsərləri petrologiya və filiz yataqlarına həsr edilmişdir. Yer qabığındakı əsas mineralların əmələ gəlməsi və paylanması qanunlarına dair bir nəzəriyyəsi mövcuddur. 1936-1939-cu illərdə Moskva Dövlət Geolologiya İnstitutunda mühazirələr oxuyur. 1941-ci ildə Sənaye şöbəsinin müdiri işləmişdir. 1942-1948-ci illərdə Xalq Komissarları Sovetinin sədr müavini təyin edilmişdir. 1943-cü ildə Müxbir Üzv seçilmişdir.
Həbib Babayev
Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur.
Həbib Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur.Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur.Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur. == Ailəsi == Həbib Bayramov Tükəzban İsmayılovanın həyat yoldaşı, İlhamə Quliyevanın ögey atası olmuşdur.
Həbib Cəbiyev
Həbib Cəbiyev (tam adı:Həbib Pirican oğlu Cəbiyev; sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub.Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib.Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt " Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21- 27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi").Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır. Bu, onun gələcək həyatının inqilaba həsr olunmasına təkan verir. Həbib Cəbiyev həmin gündən açıq mübarizəyə başlayır və inqilabçı olur. Rusiyada baş vermiş fevral inqilabı geniş xalq kütlələrini hərəkətə gətirdi.
Həbib Elqaniyan
Həbib Elqaniyan, Hacı Həbibulla Elqaniyan kimidə tanınan (9 may 1909 - 9 may 1979)- Tehran yəhudi Cəmiyyətinin prezidenti vəzifəsində çıxış edən və 1970-ci illərdə İran yəhudi icmasının simvolik rəhbəri kimi xidmət edən görkəmli İran yəhudi iş adamı idi O, "Korrupsiya", "İsrail və sionizm ilə əlaqə" və "Allahın düşmənləri ilə dostluq", ittihamı ilə İran İslam İnqilabından sonra İslam inqilabi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib və edam edildi. Həbib Elqaniyan, 1958-ci ildə Tehranda Plasko adlı plastik şirkətin yardmışdır.
Həbib Fərşbaf
== Həyatı == Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaradıcılarından olan Həbib Fərşbaf istedadlı şair, nasir, həm də müəllimdir. 1944-cü ildə Təbrizin ustad Şəhriyarın da doğulduğu məşhur Bağmeşə məhəlləsində dünyaya gələn Həbib Fərşbaf (Fərşbaf – Xalça toxuyan mənasındadır) ibtidai təhsilini “Mümtaz” mədrəsəsində alır,orta təhsilini isə daha sonra yazıldığı “Siqətilislam” dəbiristanında əla qiymətlərlə başa vurur.Fars dilində oxuyub təhsil almaq məcburiyyəti qarşısında qalan Həbibin qəlbində elə məktəb illərindən ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor qaynaqlarına güclü sevgi oyanır. İlk müəllimləri olmuş Əlipur, Firidun Qərəçorlu onun həyat idealına çevrilir və o, müəllim olmaq qərarına gəlir.”Siqətilislam” dəbiristanında orta təhsilini başa vuran Həbib müəllimlik diplomunu alır və Qaradağ bölgəsinin ucqar kəndlərində pedaqoji fəaliyyətə başlayır. == Fəaliyyəti == Uzun illər müəllim kimi fəaliyyət göstərən Fərşbaf fars dilini tədris etməsinə baxmayaraq tədris keçdiyi körpə uşaqlarda Azərbaycan türkcəsinə sevgi hissi oyadır.Əməkçi ailəsində dünyaya gələn və həyatın çətinliklərinə dözməyə lap uşaq yaşlarından alışan gənc müəllim ucqar kəndlərdə bir sıra ciddi sınaqlara, rejimin yaratdığı çətinliklərə tuş gəlir. Lakin bu çətinliklərə sinə gərir, yolundan dönmür, heç vəchlə sevdiyi peşəsindən əl çəkmir. Qaradağlı uşaqlara, oğlan və qızlara savad verməklə bərabər, bölgənin folklor, ağız ədəbiyyatı nümunələrini toplayır və bu zəngin irsin Təbrizdə çap olunmasına səy göstərir. Həmçinin bütün bunlardan tədris prosesində də istifadə edir, şagirdlərinin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, sağlam ruhda böyüyərək xalqına faydalı bir insan olaraq böyüməsi, əsl vətəndaş kimi formalaşması qayğısına qalır.O, gündüzlər qurduğu siniflərdə dərs deyir, gecələrsə evində savadsız kəndlilərə M.Ə.Sabirin “Hophopnamə”sini, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün,Səməd Behrənginin və b. əsərlərini oxuyur, onların “gözünü açır”.İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış yazıçı-şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən Həbib Fərşbaf hazırda Təbrizin Dəvəçi və Şengilan məktəblərində pedaqoji fəaliyyətini davam etdirir. Yazarın bu günədək “Qaradağ kəndlərində”, “Dan yeri”, “Uşaq bağçası”, “Bir sevgi – bir ömür” kitabları çap olunmuşdur. Nəzm və nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən, götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə və olaylardır.
Həbib Fətəliyev
Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir.Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.Həbib Fətəliyev 20 aprel 1999-cu ildə Bakıda vəfat etmişdir.
Həbib Həsənov
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir."Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür. == Yaradıcılığı == H. Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir.
Həbib Məmmədəliyev
Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor == Həyatı və təshili == Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir. === Vəfatı === 14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Həbib Nurmaqomedov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib.ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi. Bütün üç mərhələdə Rusiya yekdilliklə qərar verərək üstünlük qazanmışdı..
Həbib Nurməhəmmədov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib.ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi. Bütün üç mərhələdə Rusiya yekdilliklə qərar verərək üstünlük qazanmışdı..
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Həbib Rzayev
Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru. == Həyatı == Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Həbib Rzayev 1961-1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970-1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975-1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır. == Mükafatları == Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası (Bakı–2002) Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.
Həbib Rəhimoğlu
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir."Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür. == Yaradıcılığı == H. Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir.
Həbib Sahir
Həbib Sahir (az.-əbcəd هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. == Həyatı == Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub.
Həbib Zərbəliyev
Həbib Zərbəliyev (24 sentyabr 1953, Xurşud, Salyan rayonu) — Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru == Həyatı == Həbib 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər. Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir. 1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir.
Həbib İsmayılov
Həbib İsmayılov Ələkbər oğlu (21 fevral 1906 – 31 dekabr 1966) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960). == Həyatı == Həbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvan şəhərində anadan olub. Ailəsi ilə birlikdə əvvəllər Nehrəm kəndində yaşayıb. Həmin kənddə kənd təsərrüfastı ilə məşğul olan atası və babası, Naxçıvana köçdükdən sonra dəmirçiliklə məşğul olublar. Maddi vəziyyətə görə İsmayılovlar ailəsi 1910-cu ildə Tiflis şəhərinə köçür. Həbib İsmayılov orta məktəbə Tiflis şəhərində gedib. == Teatrdakı fəaliyyəti == Həbib İsmayılov Tiflisdə yaşadığı müddətdə "Yeni fikir" qəzetində korrektor köməkçisi vəzifəsində işləyib. Həmçinin paralel olaraq Tiflis şəhərindəki Azərbacan teatrının səhnəsində uşaq rollarını ifa edib. Bir müddət sonra İsmayılovlar ailəsi Bakıya köçüb və Həbib İsmayılov 1924-1927-ci illərdə Fəhlə fakültəsində təhsil alıb. Eyni zamanda dram dərnəyində səhnə fəlaiyyətini davam etdirib.
Həbib İsrafilov
Həbib Yusif oğlu İsrafilov — geologiya elmləri doktoru, professor. == Həyatı == Həbib İsrafilov 1915-ci ildə anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsini bitirib, 1956-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həbib İsrafilov əmək fəaliyyətinə «Buzovnaneft» NQÇİ-də mühəndis işləməklə başlayıb və tez bir zamanda Bakı Su Kəməri İdarəsinin müdir müavini təyin edilib. Həbib İsrafilov 1945-1952-ci illərdə Azərbaycan Geologiya İdarəsində çalışaraq mühəndisdən hidrogeoloji ekspedisiya rəisinə qədər yol keçmişdir. O, 1952-ci ildən BDU-nun Hidrogeologiya və mühəndisi geologiya kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Həbib İsrafilov 1963-1976-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Hidrogeologiya kafedrasında müəllimlik etmişdir. O, qrunt təzyiqli, çayyataqaltı suların əmələgəlmə şəraitlərini, onların səth sulan və hidrotexniki qurğularla qarşılıqlı əlaqələrini, qrunt sulan rejimlərinin əmələ gəlməsinə antropogen təsirin rolunu, həmçinin qrunt suların səviyyə və keyfiyyət rejimlərini tədqiq etmiş, bunların əsasında rejimin genetik tipləri müəyyən edilmiş, Kür-Araz düzənliyini hidrogeoloji rayonlaşdırmaq mümkün olmuşdur. Hidrogeologiya kafedrası18 elmlər namizədi hazırlamış, 6 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, 200 məqalə, 3 monoqrafiyanın müəllifidir.
Hesab
Hesab — riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional ədədlər) və onlar üzərində aparılan sadə hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) öyrənən bölməsidir.
Heşin
Heşin (Ermənistan)
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40-50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.
Heşin (Ermənistan)
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə Heşin kəndi eyni kəndlərdir. == Toponimi == Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş sözünə, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == 1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).