Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. Həcc– İslam dinin sütunlarından biri.
Hacı Baxşı məscidi
Hacı Baxşı məscidi və ya Şah Abbas məscidi — Bakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir. Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır: Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır. Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi. Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər. Mənbə Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi. Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir.
Elçin Hacı
Elçin Hacı — (Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur. 2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib.
George Haci
George Haci (rum. Gheorghe Hagi; 5 fevral 1965) — rumın futbol yarımmüdafiəçisi; XX əsrin ən yaxşı rumın futbolçusu. 2001-ci ildən məşqçi kimi fəaliyyət göstərir. George Haci 5 fevral 1965-ci ildə Rumıniyada Konstansa vilayətinin Seçele kəndində anadan olmuşdur. Onun özündən böyük Elena və Sultan adında iki bacısı var. 6 yaşında ikən anası Çirata ona həyatını dəyişdirəcək və heç vaxt unutmayacağı bir hədiyyə verir nu futbol topu idi. Hacini ilk kəşf edən "Farul" (Konstansa) klubunun gənclərdən ibarət heyətini çalışdıran İosif Bukossi olmuşdur. Sonradan Hacinin futbolçu olmasında onun böyük əməyi vardır. Haci ilk rəsmi matçına 11 yaşında çıxmışdır. 1979/1980 mövsümündə lisenziyalı olaraq "Farul" (Konstansa) komandasının oyunçusu olub.
Hacı Mirmehdizadə
Hacı Mükərrəm oğlu Mirmehdizadə (1 yanvar 1968, Dondarlı, Qubadlı rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşünas; SSRİ yunan-roma güləşçisi. SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018). Hacı Mirmehdizadə 1968-ci il yanvarın 1-də Qubadlı rayonun Dondarlı kəndində anadan olub. 1985-ci ildə Dondarlı kəndi orta məktəbini bitirib , həmin il Bakıdakı Maliyyə kredit Texnikumuna qəbul olub. Uşaqlıqdan güləş idmanı ilə məşğul olan Hacı Mirmehdizadə Ukraynada keçirilən SSSR yunan-roma güləşi üzrə 1-ci yerə çıxıb. Orta məktəbdə oxuduğu illərdə bir neçə dəfə rayon çempionu, iki dəfə respublika çempionu olub. Yunan-roma güləşi üzrə (klassik güləş) idman ustasıdır. 1986-ci ildə hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Cercik şəhərində desant hissəsində qulluq edir, 2 ay sonra xidmətini Əfqanıstan Respublikasında davam etdirir. Burada ağır döyüşlərdə 2 dəfə yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə 3 dəfə Qırmızı Ulduz ordeni ilə, “İgidliyə görə” medalı və Mərkəzi Komitənin adından fəxri fərmanla, həmçinin Əfqanıstan rəhbərliyinin adından medalla təltif olunur.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
Hacı Muxan
Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Kəndin ilk adı Hacı Mumuxan olmuşdur. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır.
Hacı Məmmədov
Hacı Məmmədov (tarzən) — Azərbaycan tarzəni. Hacı Məmmədov (cinayətkar) — Azərbaycanda cinayətkar qrupun başçısı.
Hacı Nuran
Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim. 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur. 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hacı Qara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
Hacı Qəhrəmanlı
Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır. Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib.
Hacı Rüstəmov
Hacı Rüstəmov – Azərbaycan futbolçusu. Hacı Rüstəmov Rafiq oğlu 28 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 18 nömrəli tam orta məktəbdə tamamlamışdır. Hələ uşaq vaxtlarından futbola maraq salmış və 2005-ci ildən başlayaraq müxtəlif klubların müxtəlif yaş qruplarında oynamışdır. Həmçinin həmin müddətlər ərzində digər idman növlərinə(Şahmat və basketbol) maraq göstərmişdir. 2014-cu ildə Bakı Humanitar Kollecinin "Turizm işinin təşkili" ixtisasına qəbul olub təhsilini 2017-ci ildə başa vurub. Daha sonra 2020-ci il Azərbaycan Kooperasiya Universitetinin "Turizm işinin təşkili" ixtisasına daxil olub. 2020- ci il 29 sentiyabrda 2-ci Qarabağ müharibəsinə yollanaraq futbol karyerasına bir müddətlik ara vermişdir. O, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa və Laçın döyüşlərində iştirak edərək 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. 2021-2022-ci illərdə Şamaxı futbol klubunun əvəzedici heyətində öz karyerasını davam etdirdi.
Hacı Rəhim
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir. Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar. 1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur. Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Hacı Salayev
Salayev Hacı Hacı Baba oğlu (28 iyun 1968, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı. Salayev Hacı Hacı Baba oğlu 28 iyun 1968-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini bitirib. 2002-ci ildə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib. 1985-ci ilin iyun ayında "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib. 1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub. 1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi).
Hacı Sultanəli
Hacı Sultanəli (tam adı: Hacı Sultanəli Haşım oğlu; 1851, Balaxanı, Bakı qəzası – 1921) — xeyriyyəçi. Hacı Sultanəli 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bakıda Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi 1904–1910-cu illərdə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına tikilib. O, 1921-ci ildə ürək infarktı nəticəsində dünyasını dəyişib. Hacı Sultanəli Ləhş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Hacı Səədi
Səədi Hacı Həsən oğlu (?, Göyçay - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə Türkiyədə İstanbul Universitetinin tibb fakültəsinin son kursunda oxuyarkən maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmağa məcbur olmuş və Azərbaycana qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün yenidən İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Hacı Xanməmmədov
Hacı Dadaş oğlu Xanməmmədov (15 iyun 1918, Dərbənd, Dağıstan vilayəti – 7 aprel 2005, Bakı) — Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), dosent (1981), Azərbaycan SSR xalq artisti (1988), professor (1988), "Şöhrət" ordeni laureatı (1998) Hacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır. 1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir. 1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi. 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov "Koroğlu" operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış "Gözəl Pəri" mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün "Qəhrəmani" əsərini bəstələyir. 1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Hacı Xələfbəyov
Süleyman Xələfbəyov (azərb. Süleyman Həsənqulu oğlu Xələfbəyov‎; d.1858, Füzuli r. Dördçinar k. - ö.7 iyul 1930) — Repressiya qurbanı. 1858-ci ildə Karyagin (indiki Füzuli) rayonunun Dördçinar kəndində bəy nəslində anadan olmuş, Xələfbəyov (Hacı) Süleyman Həsənqulu oğlu (nədənsə, cinayət işində təhrifə yol verilərək "Hacı" dini titulu onun öz adı, özünün əsl adı isə, atasının adı kimi göstrilərək səhvə yol verilmiş və şəxsiyyəti yanlış olaraq Xələfbəyov Hacı Süleyman oğlu kimi göstərilmişdir). Ona görə də onun barəsindəki cinayət işini arxivdən tapmaq uzun illər mümkün olmamışdır. Yalnız 2019-cu ilin dekabr ayında belə bir təhrifə yol verildiyini bilməklə,işin Azərbaycan Respublikasının DTX-nın arxivində tapılması mümkün olmuş və onun başına nələrin gəldiyi müəyyən edilmişdir. Bu günə kimi onun nəyə görə həbs olunması və sonrakı taleyhi barədə ailəsinin heç bir xəbəri olmamış, yalnız oradan-buradan eşitmişlər ki, Nargin adasına aparılıb güllələnmişdir. İndiyə kimi dəfn olunduğu yer də məlum deyildir. Həbs olunarkən Süleyman Xələfbəyovun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı- Nabat, 60 yaşında (1870-ci il); həyat yoldaşı – Səməngül, 35 yaşında (1895-ci il); Oğulları: Kərim-24 yaşında, Rəhim- 12 yaşında, Məmməd-6 yaşında və Əmir-3 yaşında.
Hacı (ad)
Hacı — Azərbaycanlı və türk kişi adı və titul. Hacı titulu Həcc ziyarətində olan şəxslərə verilir. Hacı İsmayılov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Hacı bəy Sultanov — rus ordusunun polkovniki, Aşqabadın general-qubernatoru Hacı Xanməmmədov — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967) Hacı Məmmədov Hacı Məmmədov (tarzən) — Tarzən Hacı Məmmədov (cinayətkar) — cinayətkar. Hacı Quliyev — Hacı Əhmədov — Hacı-Murad Cussati Hacı-Ömər Alborti Hacı Ağa Ələsgər Hacı Rüstəmov Hacı Sabancı Hacı Tahir Abbasov Hacı İbrahimov Bu titulu olan tanınmış şəxslər Hacı Abbas xan Külali — Xorasan qiyamının iştirakçısı. Hacı Baba Avşar — Həkim Hacı Mirzə Əliqulu Yusifzadə — xəttat, həkim, şair, alim. Hacı Məhəmməd Nəqi — Memar. Hacı Rza Sərraf Təbrizi — qəzəl və mərsiyə yazan şair Hacı Surxay Məmmədli — ilahiyyatçı, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Şahin — "Məşhədi Dadaş" məscidində imam-camaat Hacı Əlisəfa Yaqubov — Sosialist Əməyi qəhrəmanı Məscidlər Hacı Cavad məscidi — Bakıda, Ç. Mustafayev küçəsində yerləşən məscid. Hacı Səfəralı məscidi — Hacı Sultanəli məscidi (Bakı) — Bakı şəhərində yerləşən məscid. Hacı Rəhim Əfəndi məscidi Digər Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Carçı
Carçı (agah edən)
Haxıs
Haxıs — İrəvan quberniyasının Eçmiadzin qəzasında, Vedibasar mahalının Vedi rayonunda kənd. 1590-cı ilə aid türkcə mənbədə kəndin adı "Heks" kimidir. 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində Haxs kimdir. Ehtimal ki, türk dillərində haxıs, haxış "dəstə", "alay", "yığın" (Azərbaycan dilində yallının bir növü olan "haxışda" oyunun adında olduğu kimi") sözündəndir. 1593-cü ilə aid mənbədə Gəncə vilayətində Ahiştabad (əsli Ahiştaabad) sancağının adı qeyd olunur 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1945-ci ildə kənd ermənicə Tsorap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə kəndin adı "Hekis" kimidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Yamçı
Yamçı (fars. یامچی‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanında şəhər. Təbrizdən 130 kilometr şimal-qərbdə yerləşir və Mərənd şəhərilə 55 kilometr məsafəsi var. Yamçı əhalisinin dili Şərqi Azərbaycan şəhərləri kimi, Azərbaycan Türkcəsidir. Əhalisi 9,320 (2006–cı il əhali sayına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının iyirmi dördüncu böyük şəhəri sayılır.
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. Və yaxud da razılıq əlaməti olaraq verilən cavab.
Şaxtı
Şaxtı — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Axtı
Axtı kəndi (ləzg. Ахцагь , Ахцегь ), Dağıstanda Axtı rayonunun inzibati mərkəzi və "Axtı kənd sovetinin " yaşayış məntəqəsidir. Dağıstanın əsas tarixi və mədəni mərkəzlərindən biridir. Axtı kəndi, Dağıstan Respublikasının cənubunda, Axtıçayın Samurçaya töküldüyü vadidə yerləşib boz daşlardan ibarət dağlarla əhatə olunmuşdur: Qestinkil 2788 m, Uxindağ 1870 m, Şalbuzdağ 4142 m, Yarusadağ 3584 m. Axtı şimaldan Samur silsiləsi, cənub-qərbdə Helmets-Axtın silsiləsi, cənub-şərqdən Şalbuzdağdan uzanan yan silsilələrə bitişir. Axtıda iqlim mülayim kontinentaldır. Günəş və ultrabənövşəyi radiasiyanın artması ilə xarakterizə olunur. Atmosfer təzyiqi demək olar ki, daim 675 mm civə sütunu səviyyəsində saxlayır ki, bu da kəndin yerləşdiyi dəniz səviyyəsindən 1000 m hündürlük üçün normaya uyğundur. Orta illik yağıntının miqdarı 399 mm-dir. Yaz isti, quru, mülayim istilik xarakterikdir.
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.
Batçı (Xoy)
Batçı (fars. بطچي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (15 ailə).
Baxdı xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Baxtı Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Baxşı Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903, Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 14 sentyabr 1985, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Böyük Haxis
Böyük Haxis - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır.
Cahid Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahit Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Carçı (Marağa)
Carçı — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 13 km şimal-qərbdədir.
Carçı (Zəncan)
Carçı — İranın Zəncan ostanında kənd.. Zəncan şəhristanının Ətraf kəndistanında, Zəncan şəhərindən 12 km şimaldadır.Bunab mikrorayonunda yerləşir. 2006-cı ilin əhali siyahıyalınmasında əhalisi 39 nəfər idi.7 ailədən ibarətdir.
Carçı Film
"Carçı film" — Azərbaycanda yaradıcılıq birliyi. Bədii və sənədli filmlər istehsal edir. İctimai Televiziyanın nəzdində yaradılmışdır. 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Dalan (film, 2012) (tammetrajlı bədii televiziya filmi) Daşdan tikilmiş şəhər (film, 2008) Döngələr (2012) Qovğalı kəndinin gecələri (film, 2008) (qısametrajlı bədii televiziya filmi) Səhərə inan...
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Efemerid vaxtı
Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.