Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.[2][3][4]
kənd | |
Hacı Muxan | |
---|---|
40°28′37″ şm. e. 45°02′15″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Kəvər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.000 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin ilk adı Hacı Mumuxan olmuşdur[5]. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir[5]. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[6].
Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır. Kəndin əsasını qoymuş Hacı Muğan şəxs adıdır.[7]
Kənddə 1876-cı ildə 437 nəfər, 1886-cı ildə 610 nəfər, 1897-ci ildə 882 nəfər, 1904-cü ildə 1034 nəfər, 1914-cü ildə 1080 nəfər, 1916-cı ildə 1255 nəfər yalnız azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur[9]. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşlər. Artıq kəndə Kəvər (Kamo) və Qaranlıq (Martuni) rayonlarındakı kəndlərdən köçürülən ermənilər yerləşdirilmişdir.1918-ci ilin əvvəllərində kəndin əhalisnin bir hissəsi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə burada 100 nəfər azərbaycanlı, 339 erməni, 1926-cı ildə 115 nəfər azərbayeanlı, 682 nəfər erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 1064 erməni yaşamışdır[8]. 1948–1953-cü illərdə azərbaycanlılar zorla kənddən köçürülmüşdür. XX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. İndi kənddə yalnız ermənilər yaşayır.