DƏNİZÇİ
DƏRBAN
OBASTAN VİKİ
Dər
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Dər türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.
Dər yaşayış yeri
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Dəyirman dərəsi yaşayış yeri
Dəyirman dərəsi yaşayış yeri — Yuxarı Yaycı kəndindən şərqdə Ağbulağın yaxınlığında yerləşir. Burada dağ çayının sağ sahilində qaya parçalarından tikilmiş dördkünc formalı bina qalıqları və boru şəklində yonulmuş iri qaya parçalarına rastlanmışdır. Yerli əhalinin məlumatına görə burada vaxtilə dəyirman olmuşdur. Lakin hazırda о tamamilə dağıdılmışdır. Yaşayış yerindən Erkən Orta əsrlərə aid bir neçə keramika parçası aşkar olunmuşdur. Yaşayış yerini III–X əsrlərə aid etmək olar.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elnarə Dərziyeva
Elnarə Dərziyeva (12 aprel 1980, Tovuz) — Əməkdar jurnalist, Lider TV-nin xəbərlər departamentinin prodüser və redaktoru. == Həyatı == 1980-ci il mayın 12-də Tovuz rayonunda anadan olmuşdur. 1986-cı ildə A. S. Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin Radio və televiziya jurnalistikası ixtisasını bitirmişdir. == Fəaliyyəti == Elnarə Dərziyeva 1998-ci ildə jurnalistika fəaliyyətinə başlamışdır. Əsasən sosial və kriminal sahədəki araşdırmaları ilə fərqlənib. 1998-ci ildə mart ayının 5-dən etibarən, "Bu gün" qəzetində jurnalist kimi çalışmışdır. Daha sonra 4 il müxtəlif qazetlərdə: "Elçi", "Faktor", "Bu gün", "Yeni Avrasiya", qəzetlərində öz yazıları ilə tanınıb. 2001-ci ildə "Lider" televiziyasında işə qəbul olur və ilk olaraq "Üç bucaq" verilişi, daha sonra "Kriminform" verilişində müxbir kimi fəaliyyət göstərib.
Elnur Dəryagir
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. == Etimologiya == Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. == Hipotez == Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Gomur (Dərələyəz)
Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi qeyd edilmişdir. Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı formalarında göstərilmişdir. Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" — Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediya. Komediyanın orta əsr feodal ideologiyasına, xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş komediya 1851-ci ildə Qafqaz qəzetində çap olunmuşdur. Müəllifin tərcüməsində rus səhnəsindəki ilk əsər həmin il Sankt-Peterburqda baş tutdu, 1852-ci ildə pyes Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda nümayiş olundu. Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir. Qeyd olunur ki, M. F. Axundovun yaradıcılığında Aleksis Jordanın elmi fəaliyyəti və bitkilərin təsnifatına etdiyi düzəlişlər barədə həqiqi məlumatlar verilir. == Süjet == Süjet 1848-ci ildə Qarabağda baş verir. Fransız botanist, Kral Akademiyasının üzvü Müsyö Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O burda Təklə-Muğanlı Hətəmxan ağanın mülkündə qalır.
Heterotip dərələr
Heterotip dərələr (rus. гетеротипные долины, ing. heterotypic valleys) — yun. heteros-başqa və tupos-görünüş, nümunə, tip ayrı-ayrı hissələri mənşəcə fərqlənən tektonik, erozion və s. və yaxud geoloji strukturlarla müxtəlif münasibətdə olan, morfoloji cəhətdən qeyri-yekcins dərələr.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. == Tarixi == Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi.
Hüseyn Dərya
Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Azərbaycan repçisi və aktyor. Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur. Hip hop karyerası 2000-ci ildən başlayıb. === Yaradıcılığı === === Ölümü === Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb. 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb.
II Maymun (Dərbənd əmiri)
II Maymun — Dərbəndin son əmiri. == Hakimiyyəti == Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Əmirliyə qayıdışı == Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.
II Məhəmməd (Dərbənd əmiri)
II Məhəmməd - Dərbənd Haşimiləri sülaləsindən olan 7ci müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə doqquzuncudur. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. Cəmi 10 ay, 18 gün hakimiyyətdə qaldı. Dekabrda qardaşı Maymunun bir qulamı tərəfindən Cihad qapısı yaxınlığında öldürüldü.
II Mənsur (Dərbənd əmiri)
II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı. == Üsyan == 24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı. == Sürgün və ikinci hakimiyyət == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi.
II dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
I Pyotrun evi (Dərbənd)
I Pyotrun Evi və ya I Pyotrun sığınacağı — Çar I Pyotrun 1722-ci ildə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı Dərbənd şəhərində gecələdiyi yer. Bu mədəni və tarixi kompleks, bir pavilyon-sütun, Böyük Pyotr qazıntılarının qalıqları, Rusiya imperatorunun abidəsi və bir muzey binasını özündə birləşdirən memarlıq kompozisiyasıdır. 2015-ci ildə qazma daxmanın olduğu yerdə muzey kompleksi açıldı; muzeyin əsas sərgisi, imperatorun Dərbənddə olduğu müddətdə qaldığı evin qalıqlarıdır. Muzey kompleksinin ümumi sahəsi 1900 kvadratmetrdir. Muzey kompleksinə 23 avqust 1722-ci ildə I Pyotrun Xəzəryanı bölgələrə hərbi kampaniyası zamanı qaldığı qazma evdən başqa, 1870-ci illərdə qazma evin üzərində qurulmuş pavilyon-sütun; M. Antokolskinin modelinə görə hazırlanan I Pyotrun abidəsi; muzey binası (memar Eldar Abdullaeyv) daxildir. Kompleksdə mühazirələr, təhsil proqramları və ustad dərsləri keçirilir. Üstəlik muzeyin qarşısındakı meydanda konsertlər, şoular, yaradıcılıq gecələri baş tutur. == Tarixi == 1722-ci ildə, Xəzər sahilinə yürüş zamanı, I Pyotr yay istisindən sığınmaq üçün xüsusi olaraq tikilmiş torpaq daxmada gecələyir. Dəniz sahilindən təxminən 100 m qərbdə və Şimal Qala Divarından 50 m cənubda yerləşən məntəqə iki kiçik otaqdan ibarət idi. Çar Dərbənddə üç gün qaldı və ordu və donanma ilə birlikdə Bakıya getdi.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kavus mirzə Dərbəndi
Kavus Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Bürhan Əlinin bacısı oğlu idi. İlk işi Şabran şəhərini ələ keçirmək oldu. Şəhərdən 12 kilometr aralıda isə Aras xan Rumlunun ordusuna məğlub oldu və öldürülərək başı Qəzvinə göndərildi.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Kommuna (Dərbənd)
Kommuna - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 866 nəfər azərbaycanlı yaşamaqda idi. Əhalisi şiə məzhəbində etiqad edir.

Значение слова в других словарях