Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hilmar Örn Hilmarsson
Hilmar Örn Hilmarsson — İslandiyalı musiqiçi, incəsənət və din xadimi. Asatru Assosiasiyasının baş rahibi. Bir çox musiqi qrupu ilə işləmişdir. Elektronik musiqinin öncülərindəndir. == İlk illəri == 1958-ci ildə Reykyavikdə doğulmuşdur. 1972-ci ildə gitarist İohannes Helqason, bassist Birgir Ottoson və müğənni Qudmundur Eyjolfsson ilə Fatima qrupunda iştirak etmiş, zərb alətləri ifa etmişdir. Siqtriqqur Baldursson və Elin Reynisdottirin də bu qrupa qoşulmasından sonra qrup Frostrosir adını almışdır. Qrup daha sonra adını yenə dəyişərək Þeyr kimi tanınmağa başlamışdı. Hilmar çıxdıqdan sonra qrup da dağılmışdı. == Karierası == 1984-cü ildə Byork ilə birlikdə The Elgar Sisters qrupunda iştirak etmiş, bəzi mahnılar yazmışdır.
Hilmi Cem İntəpə
Hilmi Cem İntəpə (türk. Hilmi Cem İntepe; 19 may 1992, Muğla ili) — Türkiyə aktyoru.
Hilmi Ziya Ülkən
Hilmi Ziya Ülkən (3 oktyabr 1901, Konstantinopol – 5 iyun 1974, İstanbul) – Türkiyənin görkəmli filosofu, sosioloqu. == Həyatı == Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Hilmi Ziya Ülkənin düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının — professor Mehmet Ziya Ülkənin (1870–1951) mühüm rolu vardır. Mütəfəkkir yaradıcılığa müxtəlif liseylərdə müəllimlik etməklə başlamışdır. Alim Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa şəhər liseylərində 1933-cü ilə qədər işləmiş, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. O, elə həmin dövrdən də elmi fəaliyyətə başlamışdır. Tədqiqat işi ilə əlaqədar bir il Berlində çalışan alim 1933-cü ildə qayıdaraq İstanbul Universitetinə müəllim təyin edilmişdir. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. 1962-ci ildə 147 nəfər müəllimdən biri kimi Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilir. Lakin mütəfəkkir vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.
Hilmilli
Xilmilli, Hilmilli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Keçmişdə Qozluçay da adlandırılmışrdır. Oykonim xil (xıl//hil Azərbaycan dilinin dialektlərində "dəstə, sürü, qrup" mənalarında işlənir) və milli (etn.) komponentlərindən düzəlib, "milli tayfası" mənasındadır. Görünür, millilər bu kəndin ilk sakinləri olmuşlar. Ərazidə onların adlarını əks etdirən mineral bulaq da var. Kənd Hilmilli variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Qozluçayın sahilində, dağətəyi ərazidə qərar tutur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1681 nəfər əhali yaşayır. == Din == Kənddə "Molokan ruhani-xristian" dini icması fəaliyyət göstərir.
Hilmənd
Hilmənd vilayəti (puşt. هلمند), Hillmənd və ya Hilmən, qədim dövrlərdə Hirmənd və Hitumənd — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Ərazisi == == İnzibati-ərazi bölgüsü == Sahəsi 58.584 km², əhalisi isə 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 835.8 min nəfər, inzibati mərkəzi Ləşgər Gah şəhəridir. Əhalisi puştunlardan (vilayətdə yaşayan ən iri puştun tayfaları: Barakzayi, Nurzayi, Alokzayi və Eşaqzayi tayfalarıdır), həmçinin bəluclardan (əsasən vilayətin cənub hissəsində məskunlaşıblar) və həzaralardan ibarətdir.
Hilmənd vilayəti
Hilmənd vilayəti (puşt. هلمند), Hillmənd və ya Hilmən, qədim dövrlərdə Hirmənd və Hitumənd — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Ərazisi == == İnzibati-ərazi bölgüsü == Sahəsi 58.584 km², əhalisi isə 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 835.8 min nəfər, inzibati mərkəzi Ləşgər Gah şəhəridir. Əhalisi puştunlardan (vilayətdə yaşayan ən iri puştun tayfaları: Barakzayi, Nurzayi, Alokzayi və Eşaqzayi tayfalarıdır), həmçinin bəluclardan (əsasən vilayətin cənub hissəsində məskunlaşıblar) və həzaralardan ibarətdir.
Hüseyn Hilmi Paşa
Hüseyn Hilmi Paşa (1855, Mitilini – 1922, Vyana) — II Əbdülhəmid və V Mehmed Rəşad səltənətlərində 2 dəfə — ümumlikdə 10 ay 6 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
II Abbas Hilmi Paşa
II Abbas Hilmi Paşa (14 iyul 1874[…], İsgəndəriyyə – 19 dekabr 1944, Cenevrə) — Misirin son xədivi. == Həyatı == 14 iyul 1874-cü ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı Tofiq Paşa, anası isə Əhməd Tosun Paşa soyundan Əminə İlhamidir. İlk təhsilini İsgəndəriyyədə aldıqdan sonra qardaşı Mehmed Əli ilə birlikdə Vyanaya göndərildi. Burada ikən atasının ölüm xəbərini aldı və Osmanlı dövləti tərəfindən Misir xədivi elan edildi (7 yanvar 1892). Osmanlı hökuməti bu əsnada Avropadakı təmsilçilərinə teleqraf yollayaraq yeni xədiv üzərindəki nüfuzunu göstərmək məqsədilə, Abbas Hilminin Misirə gedərkən öncə İstanbula gələcəyini, daha sonra burada ona təsis edilən xüsusi gəmiylə İsgəndəriyyəyə yollanacağını bildirdi. Ancaq Abbas Hilmi Paşa bir bəhanə taparaq İstanbula getməkdən boyun qaçırdı və Avstriya imperatoru Frans İosif tərəfindən ona hədiyyə olunan gəmiylə Qahirəyə yola düşdü. Abbas Hilmi Paşanın çox gənc olması və təcrübəsizliyi səbəbilə Osmanlı hökuməti illərlə Misirdə fövqəladə təmsilçisini saxlamağa davam etdi və bölgədə məşhurlaşan Qazi Əhməd Muxtar Paşanı xədiv müşaviri təyin etdi. Bununla onlar xədivi, Misir üzərində böyük nüfuz sahibi olan İngiltərənin təzyiqindən uzaq tutmağa çalışdılar. Xədivliyinin ilk illərində ingilis ağalığına və ordudakı ingilis təsirinə müxalif olan Abbas Hilmi Paşa bu səbəblə Qahirədəki İngiltərə konsulu və təmsilçiləriylə anlaşmazlıq yaşadı.
I Abbas Hilmi Paşa
I Abbas Hilmi Paşa və ya Kavalalı Hilmi Paşa (d. 1 iyul 1812 - ö. 13 iyul 1854) — Osmanlıların Misir və Sudan hakimi. == Həyatı == 1 iyul 1812-ci ildə Ciddədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu Tosun Paşa, anası isə xanımı Bamba xanımdır. Babasının yaşlı olması səbəbilə Misirin idarəsini əmisi İbrahim Paşa ələ almış, ancaq bir neçə ay sonra o da vəfat etmiş, nəticədə Abbas Hilmi Paşa Misir hakimiyyətinə gətirilmişdir (10 noyabr 1848). Gənclik illəriylə bağlı yetərli məlumat yoxdur. Səltənəti əlinə aldıqdan sonra qəbul etdiyi ilk fərmanla anası Bamba xanımı Misirin Validə Paşası elan etdi. Bu, Misir tarxində bir ilk idi və Misirdəki Osmanlı mədəniyyətinə olan rəğbəti göstərirdi. Misirdəki səltənətinin ilk illərində Avropanın təsiriylə başlayan reformasiya hərəkatına qarşı çıxdı və xüsusilə babasının zamanında açılan bəzi müəssisələr və məktəblər bağlandı.
Kavalalı İbrahim Hilmi Paşa
Kavalalı İbrahim Hilmi Paşa və ya İbrahim İlhami Paşa (d. 3 yanvar 1836 - ö. 9 sentyabr 1860) — Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın böyük oğlu. == Həyatı == 3 yanvar 1836-cı ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlıların Misir və Sudan hakimi Abbas Hilmi Paşa, anası isə onun xanımlarından Mehvəş xanımdır. 1849-cu ildə möhtəşəm bir mərasimlə sünnət edildi. 1854-cü ilin martında İstanbuldan göndərilən bir elçi Osmanlı sultanı Əbdülməcidin, 10 yaşlı qızı Münirə Sultanı Misir hakiminin oğluyla nişanlamaq istədiyi bildirdi. Verilən bu qərardan məmnun olduğunu bildirən atası Abbas Hilmi Paşa dərhal hazırlıqlara başladı. Cütlüyün həmin ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Paphiopedilum hilmarii
Paphiopedilum vietnamense (lat. Paphiopedilum vietnamense) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Süleyman Hilmi Tunahan
Süleyman Hilmi Tunahan (1888 – 16 sentyabr 1959, Üsküdar, İstanbul ili) — Türkiyənin XX əsrdə yetişdirdiyi görkəmli müsəlman alimlərindən. Süleyman Hilmi Tunahan 1888-ci ildə Bolqarıstanın Silistrə vilayətinin Fərhadlar kəndində anadan olub. Atası dövrünün pedaqoqlarından Hafiz Osman Əfəndidir. Soy-kökü Fateh Sultan Mehmed Xanın "Dunay xanı" kimi təyin etdiyi və öz bacısı ilə evləndirdiyi İdris bəyə gedib çıxır. Atası Osman Əfəndi təhsilini İstanbulda başa vurduqdan sonra Silistrəyə qayıdaraq, tanınmış Satırlı mədrəsəsində uzun illər boyu müəllimlik etmişdir. S. H. Tunahan ilk təhsilini Silistrədəki Satırlı mədrəsəsində alır. Daha sonra isə təhsilini davam etdirmək üçün İstanbula gələrək, Fateh mədrəsəsinə daxil olur. Süleyman Tunahanın müəllimləri arasında dövrün tanınmış alimlərindən Bafralı Əhməd Həmdi Əfəndi də vardı. Fateh mədrəsəsində təfsir, hədis, fiqh, məntiq və digər elmlərə yiyələnən Tunahan 1916-cı ildə Əhməd Həmdi Əfəndidən icazət (diplom) alır. Bundan sonra ali təhsil almaq üçün Süleymaniyyə məscidinin nəzdindəki mədrəsələrdən olan Mədrəsə əl-Mütəxassisində təfsir və hədis elmlərinə daha dərindən yiyələnən Tunahan 1919-cu ildə sözügedən mədrəsənin İslam hüququ (Fiqh) fakültəsini bitirir.
Ömər Hilmi Əfəndi
Ömər Hilmi Əfəndi (2 mart 1886, Konstantinopol – 6 aprel 1935, İsgəndəriyyə) — 35-ci Osmanlı sultanı V Mehmedin ikinci oğlu, Osmanlı şahzadəsi. Ömər Hilmi Əfəndi 2 mart 1886-cı ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Mihrəngiz xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Ömər Hilmi Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin Əfəndi və Nəcməddin Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. Qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, atasının vəfatının ardından Dolmabağça sarayından ayrıldı və ailəsiylə birlikdə Nişantaşındakı köşkə köçürüldü. Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və anası Mihrəngiz xanım, qızı Əminə və oğlu Namiqlə birlikdə əvvəlcə Budapeştə, daha sonra İsveçrəyə, ardından Nitsaya getdi. 38 yaşında sürgünə gedən Ömər Hilmi Əfəndi ömrünün geri qalan 11 ilini Nitsada keçirdi. Bu illər ərzində qızı Əminə Mukbilə Sultanı əmisi V Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin nəvəsi Əli Vasib Əfəndi ilə evləndirdi.
İbrahim Hilmi Paşa
İbrahim Hilmi Paşa (1747, Konstantinopol, Osmanlı imperiyası – 1825) — III Səlim və IV Mustafa səltənətlərində ümumilikdə 8 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Çelebizâde Âsım, Târih, İstanbul 1282, I, 119-121, 211-212, 231, 300; Câbi Said, Târih (haz. M. A. Beyhan), Ankara 2000, s. 111, 114, 122, 138; İmam Mehmed Efendi, Cerîde, Süleymaniye Ktp., Zühdü Bey, TY, nr. 453, vr. 31b, 33a, 34a-b; Abdülfettah Şefkat Bağdâdî, Zeyl-i Hadîka (Hadîkatü’l-vüzerâ içinde), s. 13-15 (azil ve tayin tarih ve sıraları sıhhatli değildir); Vâsıf, Târih, İÜ Ktp., TY, nr. 6013, vr. 149a, 287b; Yayla İmâmı Risâlesi: Târîh-i Vekāyi-i Selimiyye (haz. Fahri Ç. Derin, TED, III, [1973] içinde), s.
Höykür Hilmarsson
Höykür Hilmarsson (isl. Haukur Hilmarsson; 22 iyul 1986, İslandiya – 24 fevral 2018, Əfrin) — İslandiya siyasi fəalı. O, İslandiyada məcburi köçkünlərin hüquqları uğrunda hərəkatın yaradılmasında mühüm rol oynamışdır. Hilmarsson 2009-cu ildə İslandiyada baş tutmuş maliyyə böhranı etirazları zamanı İslandiya parlamentinin damına qalxmış və "Bónus" supermarketlər şəbəkəsinin bayrağını binanın bayraq dirəyinə qaldırmış, bununla da məşhurlaşmışdır. İki həftə sonra onun həbs edilməsi etirazçılar izdihamının Reykyavik şəhərinin mərkəzindəki İslandiya polisinin qərargahına basqın etmək cəhdi ilə nəticələnmiş, Höykür sonradan sərbəst buraxılmışdır. == Vəfatı == Höykür 2017-ci ildə Suriyaya getmiş və YPG ilə birlikdə Beynəlxalq Azadlıq Batalyonunun İnternasional Həmrəylik üçün İnqilabçı Birlik adlı anarxist ittifaqa qoşulmuşdur. Elə həmin il Rəqqə kampaniyasında iştirak etmişdir. 6 mart 2018-ci ildə Türkiyə mediası Höykürün 24 fevralda Afrində Türkiyənin aviazərbəsi nəticəsində həlak olduğunu bildirmişdir. 2021-ci ilin fevral ayına kimi onun cəsədi götürülməmişdi. == Şəxsi həyatı == Höykür islandiyalı fəal və yazıçı Yeva Hauksdottirin oğlu idi.
Hilmi Durgun
Hilmi Durgun (1981, Antalya ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hilmi Durgun 1981-ci ildə Antalya ilində anadan olub. Süleyman Dəmirəl Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində çalışıb. Uzun illərdir MHP üzvüdür. MHP Antalya il şöbəsinin sədr müavini və sədri vəzifələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
Mahmud Abbas Hilmi
Mahmud Abbas Hilmi (ərəb. محمود عباس حلمي‎) - Misir Hərbi Hava Qüvvələrinin pilotu. 1964-cü ilin 19 yanvar tarixində Misir Hərbi Hava Qüvvələrinə məxsus Yak-11 təyyərsi ilə İsrail ərazisinə daxil olmuş və bu ölkənin ərazisində yerləşən aerodrom eniş etmişdir. Hilmi siyasi sığınacaq almaq məqsədi ilə Misir ordusuna məxsus təyyarəni İsrailə qaçıran ilk şəxs kimi tarixə düşüb. İlkin dindirmələr zamanı Misirdə yaşamaq istəmədiyi və hökumətə müxalif olan qiyamçı hərbçilərdən biri olduğu üçün bu addımı atdığını ifadə etmişdir. Bir müddət İsraildə yaşadıqdan sonra İsrailin Argentinadakı səfirliyinin köməkliyi ilə Argentinaya qaçırılıb və saxta ad-soyadla burada yaşayıb. Hilmi Argentinada olduğu dövrdə ailəsi ilə əlaqə saxlamağa cəhd göstərmiş və pilotun Argentinada olduğunu bilən Misir kəşfiyyatı Hilmiyə ailəsi ilə əlaqə saxlamaqda köməklik göstərmək bəhanəsi ilə pilotu Misirə qaçırmışdır. Pilot 1966-cı ilin 11 may tarixində Misirin paytaxtı Qahirə şəhərində vətənə xəyanət ittihamı əsasında edam edilib. == Həyatı == Mahmud Abbas Hilmi 1938-ci ildə Misirin paytaxtı Qahirə şəhərində anadan olub. Ailədə özündən başqa iki bacısı və bir yaşlı anası vardı.
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki. Mildrid Ceyn Hill — "Good Morning to All" ( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən Silent Hill Kennet Hill — Avstraliya botaniki.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cü ildə yaradılmışdır. == Toponimikası == Hil oykonimi, sadə. Qusar rayonunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Deportasiya. III Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. II Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. IV Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VII Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. VI Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Deportasiya. V Film (film)
Deportasiya — 7 filmdən ibarət qısametrajlı sənədli televiziya filmi. == Məzmun == Film ermənilərin dəfələrlə etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıları öz yurd-yuvalarından deportasiya etmələrindən bəhs edir. Silsilə filmin birinci hissəsində professor Yaqub Mahmudov faktlar açıqlayaraq ermənilərin azərilər yaşayan torpaqlara sonradan köçürülməsini izah edir. 1-ci film, 28,5 dəqiqə, 2-ci film 30 dəqiqə, 3-cü film 29 dəqiqə, 4-cü film 23 dəqiqə, 5-ci film 28 dəqiqə, 6-cı film 41 dəqiqə, 7-ci film 22 dəqqiqədir. == Film haqqında == Filmin leytmotivi xalq şairi Məmməd Arazın şerləri əsasında tərtib olunmuşdur.
Hil-hil oyunu
Hil-hil oyunu — Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən, özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir. Bu barədə dəqiq fikir demək çətindir. Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun. Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir.
3 bacı. Film haqqında film (film, 2014)
3 bacı. Film haqqında film tammetrajlı sənədli filmi rejissor Səyavuş Hüseynli tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Soy prodakşn"nda istehsal edilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. == Məzmun == Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Filmdə serialın baş rol ifaçıları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva və Əkbər Əlizadə tamaşaçıları çəkiliş yerləri ilə tanış edirlər, çəkiliş məkanlarında baş verən maraqlı məqamlar ilə bağlı öz xatirələrini bölüşürlər. Həmçinin, serialın digər aktyor heyəti, serialın üzərində iki ildir ki, çalışan heyət üzvləri öz fikir və xatirələrini dilə gətirirlər. Dilarə Əliyeva çəkiliş üçün qurulmuş qızların evini, Maarifin evini, Ülviyyə Əliyeva restoran və kafeni, blokdakı lifti, Tünzalə Əliyeva şirniyyat dükanını, Əkbər Əlizadə isə binanın həyətini tamaşaçılara göstərirlər.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Film bəstəkarı
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Film mükafatları
Film mükafatları və ya Kinopriz — filmlərə, onların yaradıcılarına və müxtəlif nominasiyalar üzrə aktyorlara verilən mükafatlar.
Film studiyası
Film studiyası, kinostudiya və ya kino studiyası — özlərinə məxsus olan studiya obyektlərinə və ya kinolar çəkmək üçün istifadə edilən obyektlərə malik olan və kino istehsalı ilə məşğul olan şirkət tərəfindən idarə olunan böyük əyləncə, kino və ya kinoteatr şirkətidir. Əyləncə sənayesindəki əksər şirkətlər heç vaxt öz studiyalarına malik olmamışdırlar, lakin onlar əksər hallarda başqa şirkətlərdən yerləri icarəyə götürərək istifadə etmişdirlər. Dünyanın ən böyük kinostudiyası Çinin Zhejiang əyalətində yerləşən Hengdian World Studios kinostudiyasıdır.
Film sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Film turizmi
Film turizmi — film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növü. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur. İngiltərədə Harri Potter filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artım əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.
Gürcüstan-Film
Gürcüstan-film (gürc. «ქართული ფილმი») — Tbilisi şəhərində bədii filmlərin istehsalı ilə məşğul olan dünyanın ən qədim kinostudiyalarından biri. Kinostudiya 1921-ci ildə yaradılmışdır. 1923-cü ildən "Gürcü Saxkinmretsvi" (Qoskinprom), 1953-cü ildən indiki adı ilə adlandırılmışdır. 1930-cu ildən bədii filmlərlə yanaşı cizgi filmlərinin istehsalı ilə də məşğul olmağa başlamışdır. Kinostudiyada çəkilən filimlər ümumittifaq və beynəlxalq kino festivallarının (Kann Film Festivalı) mükafatlarını qazanmışdır. Hazırda kinostudiyaya Direktorlar Şurasının sədri Arçil Menaqarişvili rəhbərlik edir. Gürcüstan-film kinostudiyasında hazırkı dövrə qədər 800 bədii, televiziya üçün hazırlanmış və qısametrajlı filmlər, 600 sənədli filmlər və 300 çizgi filmləri çəkilmişdir. == Tarixi == Gürcü filmlərinin istehsalı tarixi 1908-ci ildən başlayır. İlk çəkilən filmlər sənədli filmlər olub.
Haray (film)
Haray (film, 1989) —
Himizu (film)
Himizu (ヒミズ) — Minoru Furuyanın eyniadlı manqası əsasında 2011-ci ildə çəkilmiş dram filmi. Rejissor — Sion Sono. Himizu sözü yapon dilində köstəbəklərin bir növü kimi tərcümə olunur. Film 68-cı Venesiya Film Festivalının baş mükafatına nominasiya olunmuşdu. Film baş mükafatı qazana bilməsə də, nümayiş etdirdikləri ifaya görə Söta Sometani və Fumi Nikaydo Marçello Mastroyanni adına Ən Yaxşı Yeni Cavan Aktyor və Aktrisası mükafatına layiq oldular. == Rollarrda == Söta Sometani — Yuiçi Sumida Fumi Nikaydo — Keyko Shazava Mequmi Kaqurazaka Asuka Kurosava Denden Mitsuru Fukikoşi Tetsu Vatanabe Makiko Vatanabe Ken Mitsuişi Cun Murakami Yosuke Kubozuka — Teruhiko Yuriko Yoşitaka — Miki Takahiro Nişicima — You Anne Suzuki — Ofisiant qız == İstehsal == === Gedişat === 2011-ci ilin 11 martında Senday zəlzələ və tsunamisi baş verdikdə rejissor Sion Sono artıq filmin ssenarisini yazmışdı. Fəlakətdən sonra o, ssenarini hadisəyə adaptasiya etmək üçün yenidən yazmaq qərarına gəldi. === Kastinq === Baş rolların ifaçılarının adları 10 iyun 2011-də açıqlandı. Baş rolu Söta Sometani ifa edir. Onun qəhrəmanı, 15 yaşlı məktəbli Sumida atasının ona qarşı törətdiyi zorakılıqdan əzab çəkir.
Hostel (film)
Hostel
Kavalkada (film)
Kavalkada (ing. Cavalcade) — rejissor Frenk Lloyd tərəfindən 1933-cü ildə çəkilmiş dram filmi. Filmin ssenarisi Noel Kauardın eyni adlı əsəri əsasında Recinald Berkli və Sonya Levien tərəfindən yazılmışdır. == Məzmunu == Filmdə London sakinləri Ceyn və Robert Marryotun gözündə ingilis tarixinin 1899-cu ilin Yeni İl ərəfisindən, 1933-cü ilin sonuna kimi olan dövrü nümayiş olunur. Arxa fonda isə İkinci Bur müharibəsi, Kraliça Viktoriyanın vəfatı, Titanik faciəsi və Birinci Dünya Müharibəsi kimi tarixi hadisələr cərəyan edir. == İstehsalı == Fox Movietone operatorları əsərin film adaptasiyası üçün bələdçi qismində Londona gedərək orada çəkilişlər aparmışdır. Film 1933-cü ilin 5 yanavrında Nyu-York şəhərində premyerası olsa da, aprelin 15-ə kimi kinoteatrda nümayiş olunmamışdır. == Rollarda == Dayana Uinyard — Ceyn Marryot Klayv Bruk — Robert Marryot Una O'Konnor — Ellen Brics Herbert Mandin — Alfred Brics Marqaret Lindsey — Edit Harris Bonita Qrendvill — cavan Fanni == Qəbulu == Kavalkada 1933-cü ildə ABŞ-də ən populyar ikinci film ünvanını qazanmışdır. Kinoteatr nümayişləri zamanı film £2,500,000 gəlir əldə etmişdir. == Uğuları == Kavalkada ən yaxşı film, Frenk Lloyd [[Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı |ən yaxşı rejissor]] və Uilyam S. Darliq ən yaxşı art-direktor nominasiyasında Oskar mükafatını qazanmışdır.
Kennet Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Kiborqlar (film)
Kiborqlar — Donetsk hava limanında döyüşlər haqqında, Donbassda silahlı münaqişələr əsnasında Axtem Seytablayevin rəhbərliyi ilə bədii film. Film Natalya Vorojbitin orijinal ssenarisinə görə çəkilib. Film Ukraynanın Dövlət Komitəsinin 8-ci seçmə müsabiqəsinin qaliblərindən biridir və filmin 50% -i üçün 24 milyon qrivna dövlət maliyyə dəstəyi əldə edib. Filmin ümumi dəyəri təxminən 48 milyon qrivnadır. filmin premyerası 2017-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələri Günündə keçirilib. == Çəkilişlər == Çəkilişlər 9 fevral 2017-ci ildə başladı. Çəkiliş meydanı Kiyevin Kryukovşina kəndində yerləşir. Materiallardan bəziləri Çerniqov bölgəsində çəkilmişdir: tank döyüşlərinin səhnələri Qonçarov test sahəsində çəkilmişdir. Ssenarinin məsləhətçisi, Donetsk hava limanının müdafiəsində iştirak edən Ukrayna əsgərlərindən biri olan Kirill Nedrya idi("Dosent"). == Süjet == Film, 2014-cü ilin sentyabr ayında bir iki həftəlik xəbərdarlıq öhdəliyinin hekayəsini izah edir.
Kapitol Hill
Capitol Hill ABŞ Konqresinin metaforası olsa da, Vaşinqton şəhərində ən böyük tarixi məhəllədir. Geniş küçələri ilə Capitol adlı ABŞ Konqres Binasının önündən şərqə doğru uzanır. Vaşinqtonun ən qədim məhəllələrindən biri olsa da, 5 km² ərazisində təxminən 35.000 əhalisi ilə ən sıx məskunlaşılan məhəllələrdən biridir.
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.
Ailə (film)
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur.
Ailə (film, 1998)
Ailəm (film, 2006)
Ailəm — üçseriyalı bədii film. Film rejissor Həsən Əliyev tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. Filmdə əsas rolları Elməddin Cəfərov, Samirə Əhmədova, Vüqar Hüseynov, Xədicə Novruzlu, Elnur Hüseynov və Ramin Hacıyev ifa edirlər. == Məzmun == Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. == Filmin üzərində işləyənlər == Rejissor: Həsən Əliyev Prodüser: Müşfiq Hətəmov Ssenari müəllifi: Həsən Əliyev, Elməddin Cəfərov, Vüqar Hüseynov, Ramin Hacıyev Operator: Pərviz Əzimzadə, Ramin Cəfərov == Rollarda == Elməddin Cəfərov — Fərasət Samirə Əhmədova — Mehriban Vüqar Hüseynov — Vüquş Xədicə Novruzlu — Məsmə Elnur Hüseynov — Mobil Ramin Hacıyev — Yasamal Tərlan Fərzullayev — Vəfa == İstinadlar == == Həmçinin bax == Toy (film, 2005) Qonşular (film, 2006) Bacanaqlar (teleserial, 2009) Tək səbir (veriliş) Toy 2 (film, 2015) == Xarici keçidlər == YouTubeda İzlə Görün bizim dahi bəstəkar nələr yaradıb, Ədalət.-2012.-8 noyabr.-S.8.
Alim (film, 2007)
Alim tammetrajlı sənədli filmi rejissor Oqtay Babazadə tərəfindən 2007-ci ildə çəkilmişdir. "Contact" ltd. şirkətində istehsal edilmişdir. Film dünya şöhrətli alim Rafiq Əliyev haqqındadır. == Məzmun == Film texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim Rafiq Əliyevin həyat və fəaliyyətindən bəhs edir.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Ailə idman məktəbi (film)
Ailə idman məktəbi qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. == Məzmun == Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. Qubadlı rayonunun Qəzyan kəndində yaşayan bu ailə hər gün səhər idmanı edir, çay kənarında yuyunur, sonra oraqlarını götürüb taxıl biçirlər. Ailə başçısı bu çoxuşaqlı ailə üzvlərinin hər birinə idmana sevgini aşılaya bilib. Ailə üzvlərindən artıq yarışlarda nəticələr göstərənlər də var. Həmçinin, filmdə kənd toyu göstərilir. Bu toy münasibətilə kənddə at yarışları keçirilir, kəndirbaz gənclər öz məharətlərini göstərir, milli və klassik güləş üzrə yarışlar keçirilir. Bu yarışlarda Qazıyevlər ailəsi də iştirak edir.
Bir ailə (film, 1943)
Bir ailə — tammetrajlı bədii filmi rejissor Qriqori Aleksandrov tərəfindən 1943-cü ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Əsas rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, M. Jarikov və Antonina Filipova ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Azərbaycanlı döyüşçü bir günlük məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Qəhrəmanların söhbəti filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
Dostluq dili (film, 1959)
Ailə: qan bağları (film, 2006)
Ailə: qan bağları (həmçinin Ailə kimi də tanınır) 2006-cı ildə Rajkumar Santoşinin rejissorluğu ilə çəkilmiş hind dilindəki triller filmidir. Filmdə baş rollarda Amitabh Bachchan, Akshay Kumar, Aryeman Ramsay və Bhumika Chawla yer almışdır. 13 yanvar 2006-cı ildə buraxılmışdır. Bu film, Aryeman Ramsinin filmdəki ilk baş rolu olmuşdur. == Süjet xətti == Filmdə kriminal hadisələr mürəkkəb ailədaxili münasibətlərdən bəhs edir. Məşhur Amitabh Baççan güclü mafioz dəstənin qəddar xaç atası Viren Sahai obrazındadır. Təsadüfi hadisələr nəticəsində o faciənin səbəbkarına çevrilir. İtki baş verən aşbazın ailəsi intiqam almaq arzusu ilə yaşayır. İnsan münasibətləri artıq qisas üzərində qurulacaq, qan su yerinə axıdılacaq, ailə bağları boşalacaq, inam itəcək. Bu itkilərlə dolu ağır yolda Viren Sahai anlayacaq ki, sevgi var-dövlətdən daha dəyərlidir.
Ailə və qanun (film, 1995)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — rejissoru və ssenari müəllifi Anees Bazmi olan 1995-ci ildə hind dilində çəkilmiş döyüş dram filmidir. Baş rollarda Ronit Roy, Vinod Xanna, Ajay Devgn, Amrish Puri və Kajol çəkilmişdir. == Süjet xətti == Deva (Ajay Devgn) ACP Siddhant (Vinod Khanna) və həyat yoldaşı Puşpa (Navni Parihar) tərəfindən böyüdülmüşdür. Karan (Ronit Roy) onların bioloji oğludur və anasının Devaya olan məhəbbətini qısqanır. Deva məhəbbət dolu və məsuliyyətli bir oğuldur, Karan isə məsuliyyətsiz həyat tərzinə görə valideynləri üçün daimi olaraq stress mənbəyidir. Shobraj (Amrish Puri) oğlu ACP Siddhant tərəfindən təcavüz və qətl ittihamı ilə həbs edilmiş zəngin və güclü iş adamıdır. Şobrac oğlunu azad etmək üçün Siddhanta rüşvət verməyə çalışır, lakin buna nail ola bilmir. Bu arada Karan sevgilisini öldürməkdə ittiham edilərək həbs edilir. Pushpa oğlunu itirmək fikri ilə ürəyini parçalayır. Deva, ögey anasının xatirinə Karanın günahsız olduğunu sübut edəcəyinə söz verir.
Ailə və qanun (film, 2004)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — Priyadarşanın rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik komediya dram filmidir. Film 1991-ci ildə Malayalam dilində çəkilmiş olan “Xaç atası” filminin remeykidir. Filmdə baş rolları Akshaye Khanna, Kareena Kapoor, Sunil Shetty, Jackie Shroff, Arshad Warsi, Amrish Puri, Paresh Rawal, Arbaaz Khan, Shakti Kapoor, Farha Naaz və Laxmi canlandırmışdır. == Süjet xətti == Anqar Çand həyat yoldaşı və dörd oğlu ilə kiçik bir Hindistan şəhərində zəngin həyat tərzi keçirir. Böyük oğul Balram hisslərinə qarşılıq verən Dhaminiyə aşiq olur. Anası Lakşmi buna qarşı olsa da, Anqar onların toyunu istəyir. Dhamininin atası Sancev qəzəblənərək təsadüfən Anqarın arvadı Parvatini öldürür. Dhamini zorla Kashinath Pathak ilə evləndirilir. Qəzəblənən Anqar Sancevi öldürür və 14 il həbs edilir. === 14 il sonra === Girov müqabilində həbsdən azad olunan Anqar evə qayıdır və qadınların onun mülkündə olmayacağını bildirir, hətta bunu bildirən qapısının ağzına lövhə belə vurdurur və oğullarına həmişəlik olaraq evlənməyi qadağan edir.
Bir ailəm var (film 2013)
Bir ailəm var — teleserial 2013-cü ilin 10 oktyabr tarixindən Xəzər Televiziyasında yayımlanmağa başlanmışdır. Serialın baş rolunda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova rol almışdır.
Məni yaradan alim (film, 2020)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Vətəndaş, həkim, alim (film, 1984)
Film Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, ilk azərbaycanlı alim-cərrah, müasir tibb elminin əsasını qoyanlardan biri Mirəsədulla Mirqasımovun doğulmasının 100 illiyinə həsr olunmuşdur. Filmdə Azərbaycanın əməkdar elm xadimi, akademik M.Mirqasımovun həyat və fəaliyyətindən danışılır. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Oqtay Mirqasımov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Serb filmi (film, 2010)
Serb filmi (serb. Српски филм) — 2010-cu il Serbiya istehsalı olan bir qorxu filmidir. Srjan Spasoyeviçin rejissorluq etdiyi bu film həm də onun film sahəsində debütü olmuşdur. O, həmçinin Aleksandar Radivoyeviç ilə birlikdə ssenari müəllifliyini də etmişdir. Film artıq fəaliyyətini dayandırmış olan bir porno ulduzun maliyyə çətinlikləri səbəbi ilə bir art haus filmə çəkilməyə razı olmasına, sonra isə bu filmin əslində pedofilik və nekrofilik səhnələrdən ibarət bir film olduğunu anlaması ilə başına gələn hadisələr haqqındadır. Baş rollarda isə Srjan Todoroviç və Sergey Trifunoviç oynayır. Art haus tipli bu kinonun premyerasından sonra, öz ssenarisinə və uşaqların cinsi istismarı, təcavüz və pedofiliya məzmunlu qrafik təsvirlərə görə kinematoqrafiya sahəsində olduqca böyük bir marağa səbəb olmuşdur. Serbiya hökuməti, filmi cinsi əxlaqa və cinsi azlıqların hüquqlarına qarşı cinayət olduğuna görə bir müddət tədqiq etdi. Film İspaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, Norveç və Cənubi Koreyada qadağan edilmiş və Braziliyada nümayişdən müvəqqəti olaraq götürülmüşdür. Təqaüdə çıxmış porno ulduz Miloş həyat yoldaşı Mariya və altı yaşlı oğlu Petar ilə yaşayır.
Yeniyetmələrin çimərlik filmi (film, 2013)
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.